Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə64/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   60   61   62   63   64   65   66   67   ...   229

 

162


dövrlərdə  təşkilatın ekoloqlar qrupu anti-nüvə kampaniyalarını daha da genişləndirdi. 

1970-ci illərdən etibarən “Qrinpis” balinaların və dəniz pişiyinin qanunsuz ovlanmasına 

qarşı mübarizəyə başladı.  

1970-ci illərin axırlarında “Qrinpis” bütün dünya üzrə geniş struktura malik bir 

təşkilata çevrildi. Təşkilatın ali orqanı bütün milli bölmələrin nümayəndələrindən təşkil 

olunan “Qrinpis” Şurasıdır. Şuranın hər il keçirilən iclasında  təşkilatın ümumi fəaliyyət 

istiqamətləri müzakirə edilir. Həmçinin, qurumun bütün bölmələrinin koordinasiya 

orqanına rəhbərlik təyin olunur.  Onun vasitəsilə milli bölmələrin iş mexanizmi 

tənzimlənir. Hazırda “Qrinpis”in fəaliyyətində bioloji tarazlığın müdafiəsi, atmosferin 

zəhərli maddələrdən qorunması, atom enerjisindən istifadənin qarşısının alınması və s. 

məsələlər mühüm yer tutur.   

Dünyada öz fəaliyyəti ilə geniş tanınmış transmilli BQHT-lərdən biri də 

Beynəlxalq amnistiya” (BA) təşkilatıdır. Əsası 1961-ci ildə britaniyalı  hüquqşünas B. 

Beninson tərəfindən qoyulan bu təşkilatın qərargahı  və  struktur mərkəzi Londonda 

yerləşir. BA-nın İcra komitəsi  təşkilatın fəaliyyətini tənzimləyir və ona nəzarət edir. Bu 

təşkilat BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malikdir. Təşkilatın 

əsas vəzifələrinə vicdan məhbuslarının,  etnik, siyasi, sosial mənsubiyyətə görə  həbs 

olunan  şəxslərin azadlığa buraxılmasına nail olmaq, siyasi məhbusların  ədalətli 

məhkəməsinə təminat vermək, ölüm hökmünü, işgəncələrin və qeyri-insani hərəkətlərin 

ləğvi kimi  dövlətdaxili məsələləri beynəlxalq standartlara uyğun həll etməkdən ibarətdir.  

Təşkilat maliyyələşmə  məsələsində ayrı-ayrı hökumətlərin maddi yardımlarından 

istifadə etmir.  

“Beynəlxalq amnistiya” təşkilatı öz üzvlərinin vəsaiti, ictimai ianələr və 

kommersiya təşkilatlarının ödəmələri hesabına  maliyyələşir.  Təşkilat insan 

hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərinə görə 1977-ci ildə Nobel sülh 

mükafatına layiq görülmüşdür.  

Yuxarıda qeyd olunan BQHT-lərlə yanaşı müasir beynəlxalq münasibətlər 

sistemində geniş  fəaliyyət göstərən qeyri-hökumət təşkilatları  sırasında  Beynəlxalq  



Qızıl Xaç Komitəsini, Beynəlxalq Olimpiya Komitəsini, Beynəlxalq Azad Həmkarlar 

Konfederasiyasını, Beynəlxalq Kriminal Polis Təşkilatını  (İnterpol), Avropa Teleradio 

İttifaqını, Dünya Kilsə Şurasını və başqalarını xüsusi qeyd etmək lazımdır.  

BQHT-lər ayrı-ayrı hökumətlərarası  təşkilatlar çərçivəsində ekspert statusu ilə 

beynəlxalq münasibətlər  sistemində  və dünya siyasətinin həyata keçirilməsində  

bilavasitə iştirak edirlər. Bundan başqa,  bu qurumlar beynəlxalq proseslərə dolayısı ilə 




 

163


də ciddi təsir göstərə bilirlər. Xüsusən  bu və ya digər məsələlər üzrə  dövlətlərin 

yürütdüyü daxili və xarici siyasətə müvafiq münasibət bildirərək,  BQHT-lər beynəlxalq 

ictimai rəyə mühüm təsir  göstərə bilirlər. Bu rəy,  bir qayda olaraq,  dövlətlərin həm 

vətəndaş birlikləri, həm də bilavasitə dünya siyasətini nizamlayan beynəlxalq təşkilatlar  

tərəfindən nəzərə alındığı üçün milli dövlətlər onu nəzərə almaya bilmirlər.  Bu və ya 

digər BQHT-nin ayrı-ayrı dövlətlərin və beynəlxalq qurumların qəbul etdiyi qərarlara 

mühüm təsiri dəfələrlə sübut olunubdur. Xüsusən BMT, ATƏT, Avropa Şurası, Avropa 

İttifaqı, NATO və başqa qurumlar BQHT-lərin rəyinə daim diqqətlə yanaşaraq, onların 

fikirlərini nəzərə alırlar.   

 

 



Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları: 

 

Azərbaycan dilində 

Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr. II hissə. 1945-2000-ci illər). Bakı, 

2000. 

“Azad ev”.  Minilliyin çağırışı. 2002. 



Həsənov Ə. Azərbaycan və ATƏT. Bakı, 1997. –140 s. 

İbadov R. Avropa İttifaqının əsasları. Bakı, 2004. –212s. 

Qurbanov Ə. Beynəlxalq münasibətlərdə din - İslam amili. Bakı, 2000. –374s. 

Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı, 2005. –463s. 

Məmmədov A.S. Beynəlxalq konfliktlər. Bakı, 2000. –208s. 

Rəcəbli H.,  İbayev V. Avropa Şurası. Bakı, 1999. –118s. 

 

Türk dilində 

 Makovski A.,  Sayari S. Türkiyenin  yeni dünyası. Türk Dış politikasının  deyişen 

dinamikleri. İstanbul, 2002, 315 s. 

Baskın Oran. Türk Dış politikası. Kurtuluş savaşından  bugüne. Olqular, belqeler, 

yorumlar. (Cilt I. 1919-1980). İstanbul, 2002. 846 s. 

Fukuyama Frensis. Devlet inşası. 21 Yüzyılında dünya düzeni və yönetişim. Istanbul

2005. 160 s. 

Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005. 

228 s. 

 



 

164


Rus dilində 

Адамишин А. На пути к мировому правительству // Россия в глобальной политике. 

2002. №1. 

Актуальные проблемы современности и истории. Москва, 1998. 

Бажанов E.П. Современный мир. Москва, 2004. 

Балуев  Д.Г.  Информационная  революция  и  современные  международные 

отношения. Н. Новгород, 2001. 

Барановский  В.Г.  Международные    организации  как  механизмы  регулирования 

международных отношений. Москва, 2000. 

Барановский  В.Г.  Политическая  интеграция    в  Западной  Европе.  Некоторые 

вопросы теории и практики. Москва, 1988. 

Бек У. Что такое глобализация? Москва, 2001. 

Бжезинский З. Великая шахматная доска. Москва, 1999. 

Ближний Восток: история и современность. Москва, 1997. 

Брук С.И.  Население мира. Москва, 1986.  

Валлерстайн  И.  Анализ  мировых  систем  и  ситуация  в  современном  мире.  СПБ., 

2001. 

Внешняя  политика  Советского  Союза  в  период      Отечественной  войны.  Т.1. 



Mосква, 1944. 

Володин  А.Г.,  Широков  Г.К.  Глобализация:  начала,  тенденции,  перспективы. 

Москва, 2002. 

Восток-Запад. 

Региональные 

подсистемы 

и 

региональные 



проблемы 

международных отношений. Под ред. А.В. Воскресенского. Москва, 2002. 526 с. 

Генри  Е.  Профессиональный  антикоммунизм.  К  истории  возникновения.  Москва, 

1981. 


Глобализация: человеческое измерение. Москва, 2002. 

Грани глобализации: Трудные вопросы современного развития. Москва, 2002. 

Давыдов Ю.П. Норма против силы. Москва, 2002. 

Дергачев В. Глобальная геоэкономика. Киев, 2000.  

Дипломатический словарь. В 3-х томах. Изд. 4-ое. Москва, 1985. 

Дробот  Г.А.  Роль  международных  организаций  в  мировой  политике:  основные 

теоретические подходы // Вестник Московского  Университета: сер.18. Социология 

и политология, 1999 №1. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə