Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə56/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   52   53   54   55   56   57   58   59   ...   229

 

142


görə  fərqli mövqe nümayiş  etdirirlər.  Keçmiş postsovet ölkələrində üçüncü 

demokratikləşmə dalğasının qiymətləndirilməsində  əsas götürülən meyarlara 

münasibətdə fikir ayrılığı  xüsusi nəzərə çarpır.   

Rus politoloqu A. Melvilin fikrinə görə,  müasir siyasi inkişaf səviyyəsinin və 

demokratikləşmənin müəyyən edilməsi məqsədilə ABŞ-ın  “Azad ev” təşkilatının tətbiq 

etdiyi  metodika bir çox faktorları  nəzərə almadığı üçün  konkret məkan və zaman 

çərçivəsində baş verən proseslərin obyektiv qiymətləndirilməsinə imkan vermir. 

Məsələn,  postsovet məkanında  Baltikyanı dövlətlərin  demokratik inkişafı ilə, 

Tacikistan və Türkmənistan kimi ölkələri heç cür  müqayisə etmək olmaz.  Bu ölkələrin 

hər birinin demokratik inkişafının sürəti və  əhatəsi  onların siyasi elitasının səviyyəsi, 

ictimaiyyətinin təhsili, düşüncə  tərzi, mədəniyyəti və adət-ənənələrindən bilavasitə 

asılıdır. Odur ki, Melvilin fikrinə görə,  rejimlərin tipologiyası metodikası  universal ölçü 

dəyərləri üzərində qurularaq,  vahid bir “demokratikləşmə dalğası”  altında aparıla 

bilməz. Demokratik transformasiyanın müxtəlif modelləri, keçid formaları düşünülməlidir 

ki, qlobal və transmilli demokratikləşmə yolunda  ölkələrin müxtəlifliyini nəzərə ala bilsin.  

 A. Melvilin fikrinə görə,  “Azad ev”-in təsnifatında ölkələri demokratik və “azad”, 

yarımdemokratik, “nisbətən azad” və qeyri-demokratik olaraq üç qrupa bölmək və 

demokratikləşmənin sürətini bilavasitə “rejim başçıları” ilə bağlamaq düzgün 

metodologiya deyil. Postsovet ölkələrinin  təcrübəsi sübut edir ki, rejimlərin 

qiymətləndirilməsi təsnifatının əsasında ölkələrin bütün parametrlərinin kompleks təhlili 

dayanmalıdır. Bu parametrlər sırasına A. Melvil: 

-  ölkələrin sovet sisteminə qədərki ənənələrini (sivilizasiya, mədəni, siyasi və s. 

fərqləri) və demokratik təcrübəsini; 

-   xarici təsir vasitələrinin onların daxili proseslərinə təsirini; 

- başlanğıc sosial-iqtisadi, siyasi və  mədəni inkişaf imkanlarının müxtəlifliyini və 

onların daxili transformasiyaya təsirini; 

- avtoritar rejimlərin dəyişdirilməsi üçün  dövlətlərdə həyata keçirilən  hərəkat və 

ictimai çıxışların xarakterini; 

- ölkələrin  seçim imkanlarına təsir edən daxili və xarici təsirlərin intensivliyini və 

sairəni aid edir. 

 Əlbəttə, A. Melvillə razılaşmamaq mümkün deyil. Çünki demokratiyanın 

səviyyəsini və  əhatə dairəsini belə sadə meyarlarla və üç pilləli təsnifatla 

müəyyənləşdirmək  çox çətindir. Müasir dünyada gedən transformasiyalara və qlobal 

demokratikləşməyə də təkcə Qərb ölkələrinin arzusu və təsirinin nəticəsi kimi yanaşmaq 




 

143


düzgün olmazdı. Demokratikləşmənin tam, yaxud məhdud səviyyəli olmasını subyektiv 

mülahizələr  əsasında təsnif edən “Azad ev” təşkilatının “Minilliyin çağırışı” adlı 

hesabatında Azərbaycan digər postsovet respublikaları – Rusiya, Ukrayna, Gürcüstan, 

Ermənistan, Moldova, Qırğızıstanla bərabər “nisbətən azad” ölkələr sırasına aid edilib. 

Əsas qiymət meyarı kimi, siyasi və vətəndaş hüquqlarının qismən məhdudlaşdırılması, 

hüququn aliliyinin zəif təmin edilməsi, korrupsiya hallarının, milli və  vətəndaş  

qarşıdurmasının mövcud olmasını  götürən bu təsnifatda həm subyektivlik halları, həm 

də prosesə kompleks yanaşmanın olmaması diqqəti cəlb edir. İnkişaf etmiş  və 

demokratik inkişaf sahəsində mühüm bir tarixi yol keçmiş  Qərb ölkələrinin standartları 

ilə totalitar rejimlərdən yenicə xilas olmuş  və keçid  mərhələsini yaşayan ölkələrdə 

gedən proseslərə yanaşmaq düzgün deyil. Demokratik inkişaf tədrici transformasiya və 

uzunmüddətli ardıcıl fəaliyyətin həyata keçirilməsini tələb edən bir prosesdir. Bu 

prosesdə dövlətin siyasi, iqtisadi, sosial, mədəni  həyatının modernləşməsi  əhalinin 

maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış  

normalarının yeniləşməsi ilə birlikdə    həyata keçirilməlidir. “Azad ev” təşkilatının 

“elektoral demokratiyası”  (əsasən formal elektoral mərasimlərin və formal  demokratiya 

institutlarının, normalarının mövcudluğu) bu mənada qətiyyən postsovet ölkələrinin 

həyatında yaşanan prosesləri obyektiv qiymətləndirmək üçün kifayət edə bilməz.  

Demokratiya başlanğıcı olan, lakin sonu və son imkanları hələ heç kim tərəfindən 

dəqiq müəyyən edilməyən uzun bir inkişaf yoludur. Dövlət idarəçiliyinin və  cəmiyyət 

həyatının tamamilə yeni bir keyfiyyət səviyyəsi mahiyyəti daşıyan demokratiya yolunu 

təkcə demokratik seçki, insan hüquq və azadlıqlarının deklorativ qorunması, qanunların 

aliliyi  ilə bağlamaq düzgün deyil.  Bu proses hakimiyyət orbitinə  cəlb olunmuş bütün 

sahələrin  şəffaf idarəsindən tutmuş, hər bir vətəndaşın öz hüquq və  vəzifələrini, 

məsuliyyətini və  hərəkətlərini dərk edərək, mövcud qanunlara və ictimai davranış 

qaydalarına uyğunlaşdıraraq  hərəkət etməsidir. Demokratiya cəmiyyəti  təşkil edən 

fiziki və hüquqi subyektlərin hüquq və məsuliyyətinin harmoniyası, qarşılıqlı təminatı və 

qarşılıqlı gözlənilməsi (əməl edilməsi), siyasi və fikir plüralizmi, insanların qarşılıqlı 

maraq və mənafelərinin, cəmiyyətin ayrı-ayrı qrupları arasındakı  fərqli dəyərlərin ortaq 

təminatıdır.  Bütün bunlara çatmaq üçün təkcə    dövlətin və hakimiyyətin, xarici 

demokratiya institutlarının və  təşkilatlarının səyi kifayət deyil. Bu prosesə bütün 

cəmiyyətin şüurlu şəkildə qoşulması tələb olunur ki, buna da zaman lazımdır.  

Beləliklə, bütün dünyada  transmilli demokratikləşmə dalğası başlanıbdır. 

Dünyanın demokratik inkişaf tarixində  üçüncü hesab olunan bu mərhələnin (dalğanın) 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə