Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə68/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   64   65   66   67   68   69   70   71   ...   229

 

174


Müşahidələr və  təhlillər göstərir ki, Birinci və  İkinci dünya müharibələrindən 

sonra iqtisadi, siyasi və hərbi sahədə sürətli tərəqqiyə nail olan və müəyyən mənada 

dünya dövlətləri sırasında liderə çevrilən ABŞ-ın inkişaf yolu 90-cı illərdə müstəqillik 

qazanmış bir çox yeni dövlətlər üçün daha çox cəlbedici görünməkdədir. Həmin 

dövlətlərin belə bir strategiya seçməsini onların bir tərəfdən SSRİ-nin varisi rolunu  öz 

üzərinə götürən Rusiyanın  ənənəvi təsir dairəsindən çıxmaq, digər tərəfdən isə 

beynəlxalq aləmlə inteqrasiya məsələlərində  və daxili iqtisadi-siyasi problemlərin 

həllində sabit iqtisadi və maliyyə gücünə malik olan ABŞ kimi superdövlətdən dəstək 

almaq istəyi şərtləndirir.  Amerika modelinin cəlbediciliyində inqilabi partlayışlarsız və 

sıçrayışlarsız, demokratik  yolla inkişaf edən ABŞ-ın uzun müddət,  yəni "soyuq 

müharibə" dövründə totalitar, qeyri-demokratik dövlət olan SSRİ ilə  qarşıdurmada  

əsas rəqib kimi çıxış edərək bu mübarizədən qalib çıxması faktı da mühüm rol 

oynamışdır. Lakin XX  əsrin  sonunda dünya siyasətinin  yeni  güc mərkəzləri kimi 

meydana çıxan Avropa və Asiya dövlətlərinin  inkişaf modellərinin ABŞ  modeli ilə 

rəqabət mübarizəsindəki uğurları, habelə proqnozlaşdırılan üstünlükləri sonuncunun 

cəlbediciliyinə müəyyən zərbə vurmuşdur. 

Tarixi xronologiya baxımından iqtisadi-siyasi tərəqqinin və demokratik inkişafın 

daha sınanmış forması kimi çıxış edən Avropa modeli 80-ci illərdən başlayaraq 

yenidən müxtəlif regional mərkəzlər arasında qarşılıqlı münasibətlərin  xarakterinə və 

yönümünə mühüm təsir göstərə bilən geosiyasi faktorlardan birinə çevrilmişdir. Avropa 

Birliyi ideyası    altında regionun bütün dövlətlərinin vahid iqtisadi, siyasi məkanda 

birləşməsi və onun dünya miqyasında yeni güc mərkəzinə çevrilməsi istiqamətində 

atılan addımlar artıq öz real nəticələrini verir.  1990-cı ilin məlumatlarına görə, 344,6 

milyon əhalisi olan Avropa Birliyi 5,53 trilyon dollar məbləğində   əmtəə istehsal etmək 

və xidmətlər göstərməklə ABŞ-ı xeyli ötüb keçmişdir (ABŞ-da bu rəqəm 5,47 trilyon 

dollardır). Regional münaqişələrin həllində, insan hüquq və azadlıqlarının 

qorunmasında Avropa Birliyi ölkələrinin rolunun səmərəliliyi də Avropa modelinin üstün 

cəhətləri kimi diqqəti cəlb edir. 

Yenicə meydana gəlmiş müstəqil dövlətlər üçün inkişafın Asiya modeli Avropa  

və  Amerika modellərindən heç də az əhəmiyyət kəsb etmir, hətta bir sıra 

parametrlərinə görə onu  ötüb keçməyə  başlayır.  Asiya modeli dedikdə, buraya hər 

şeydən əvvəl,  XX əsrin 50-ci illərindən başlayaraq  iqtisadi  inkişafın  yüksək tempi ilə 

xarakterizə olunan Avstraliya, Yeni Zelandiya və  Cənub-Şərqi Asiya ölkələri - 

Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Sinqapur, İndoneziya, Malayziya, Honkonq və 




 

175


başqa ölkələrin yüksəliş konsepsiyası aid edilir. Bu modeli bəzən Asiya-Sakit okean 

ölkələri modeli də adlandırırlar. 

Asiya-Sakit okean ölkələri  hazırda  iqtisadi  inkişaf tempinə görə ABŞ  və 

Avropa Birliyi ölkələrini xeyli üstələyir və iqtisadi qüdrətinə  görə dünyanın  əsas 

mərkəzlərindən birinə çevrilməkdədir.  Ekspertlərin fikrincə, hazırda dünya üzrə 

ümumdaxili  məhsulun yarıdan çoxu məhz bu region ölkələrinin payına düşür.  Müasir 

dünyada iqtisadi inkişafa görə  ən dinamik hesab olunan bu ölkələrin qısa müddətdə 

iqtisadi sahədəki möcüzələri təkcə azad bazar münasibətlərinin  yox, həm  də onların  

düzgün  sosial  və  iqtisadi seçimlərinin nəticəsidir.  Cənub-Şərqi Asiya ölkələri  Qərbin 

bəzi inkişaf xüsusiyyətlərini  əxz etsə  də,  özlərinin mühüm sosial və  mədəni 

ənənələrini  də qoruyub saxlaya bilmişlər.  Məhz bunun sayəsində onlar qlobal  

rəqabətə davam gətirə bilmişlər. 

Mühüm və  ənənəvi hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən olan ABŞ, 

Avropa Birliyi və Rusiyaya qarşı  rəqabətdə Asiya-Sakit okean ölkələri öz aralarında 

istər iqtisadi, istərsə də hərbi-siyasi təhlükəsizlik sahələrində birlik meyllərini getdikcə 

gücləndirirlər. Onların sıx  iqtisadi  inteqrasiyası  haqqında hazırlanan və  həyata 

keçirilməkdə olan möhtəşəm layihələr Avropa Birliyinə və Şimali Amerika azad ticarət 

zonasına bir növ meydan oxuyur. Hazırda həmin regionun Tokio, Sinqapur, Honkonq, 

Sidney və başqa  şəhərləri dünyanın tanınmış maliyyə-iqtisadi mərkəzləri olan  

London, Nyu-York  və  Paris şəhərlərinin mövqelərini getdikcə daha güclü surətdə 

laxladır.  Əvvəllər mənfi inkişaf simvoluna  çevrilmiş "Asiya"  termini hazırda daha çox 

mütərəqqi mənada işlənməyə başlayır. Beləliklə, Qərb sivilizasiyası ilə  rəqabətə 

davam  gətirə bilən güclü Asiya sivilizasiyası yenidən bərpa olunur. 

Müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin 

hazırkı düzümünün nəzəri təhlili özünün xarici siyasət strategiyasını müəyyənləşdirən, 

dövlətlərarası regional və beynəlxalq əlaqələrə qatılmaq istəyən hər bir müstəqil dövlət 

üçün həyati əhəmiyyət kəsb edir. Çünki müstəqillik yolu seçmiş hər bir dövlətin dünya 

ölkələri içərisində  gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən, 

iqtisadi-siyasi və  təhlükəsizlik meyllərini hansı beynəlxalq güc mərkəzinə 

yönəltməsindən, hansı mərkəzlə  əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət, strateji 

müttəfiqlik  əlaqələrini yaratmasından asılıdır. Müvafiq dövlətlə  əlaqələr və 

münasibətlər strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də sadalanan 

amillər sisteminin təsiri altında baş verir. 



 

176


Avropa ilə Asiyanın qovşağında strateji baxımdan  əlverişli, mühüm geostrateji 

mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və  mədəni-mənəvi həyatın bütün 

sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı,  Şərq və  Qərb 

dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya 

olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti, 

bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini 

müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə  qəbul edilmiş ölçülərə uyğun 

olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə 

təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və  mənəvi tələbatının ödənilməsi 

onun dünya ölkələri ilə qarşılıqlı faydalı  əməkdaşlıq  əlaqələrinin qurulmasını  və 

inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir. 

Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı 

bir qütbə  və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini 

mümkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir. 

Çünki XX əsrin sonunda beynəlxalq aləmdə yaranmış geostrateji maraqların kəskin 

rəqabəti, iqtisadi və hərbi-siyasi durum yenicə suverenlik əldə etmiş, hələ nisbətən zəif 

olan ölkələrin müstəqil xarici siyasət yeritməsi sahəsində çoxsaylı problemlər ortaya 

çıxarır. Dünyada öz ənənəvi təsir dairələri olan fövqəldövlətlər və dövlətlər birliyi yeni 

müstəqillik  əldə etmiş ölkələrin inkişaf modeli seçməsi, beynəlxalq aləmdə siyasi 

oriyentasiyasını müəyyənləşdirməsi məsələsində yüksək həssaslıq nümayiş etdirirlər. 

Bu, bir tərəfdən, gənc dövlətlərin xarici siyasət strategiyasının formalaşması 

qarşısında xeyli çətinlik yaratsa da, digər tərəfdən onların müstəqil xarici siyasət 

yeritməsi üçün əlverişli manevr imkanları açır. Hazırda dövlətlərarası münasibətləri 

tənzimləyən  əsas vasitə iqtisadi, hərbi-siyasi və ya ideoloji güc, qüvvə olsa da, 

dünyada kütləvi qırğın silahlarına, o cümlədən atom bombasına malik olan ölkələrin 

sayının artması  təhlükəsi iri fövqəldövlətləri və dövlətlər birliyini bir növ siyasi 

müvazinəti saxlamağa və qorumağa məcbur edir. Əsası  hələ son orta əsrlərdə 

qoyulmuş "siyasi müvazinət nəzəriyyəsinə" görə,  müxtəlif maraqların qarşılıqlı 

bağlılığı heç bir dövlətə başqaları üzərində mütləq  şəkildə hegemonluq etməyə  və 

onlar üçün davranış qaydaları müəyyənləşdirməyə imkan vermir. Hərbi-siyasi və 

iqtisadi sahədə baş verən keyfiyyət dəyişiklikləri region dövlətləri arasında milli 

maraqlarla yanaşı daha ümumi əhəmiyyət kəsb edən region maraqlarını, qlobal 

şəkildə isə bütün dünyada qayda-qanunun və  əmin-amanlığın qorunub saxlanması 

marağını formalaşdırır. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə