Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə71/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   67   68   69   70   71   72   73   74   ...   229

 

183


bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab 

verirdi. Buna görə  də,  həmin mərhələdə yeridilən siyasət Azərbaycanın dövlət  

mənafelərini  bütövlükdə    nə dövlətlərarası,  nə  də regional və beynəlxalq 

münasibətlərin  əsas inkişaf tendensiyası ilə uzlaşdırmağa imkan  vermədi. Bəhs 

edilən dövrdə bütövlükdə Rusiya prizması  və mövqeyi üzərində qurulan xarici siyasəti 

çətin ki,  müstəqil dövlətin xarici siyasət kursu kimi qiymətləndirmək olar. 

Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdikdən sonra,  yəni 1992-

ci ilin mart ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə  də  yeni hakimiyyət xarici 

siyasət sahəsində dövlətin qarşısında duran strateji məqsədlərə nail olmaq 

 

baxımından əvvəlki dövrdən uzağa gedə bilmədi. Əgər birinci mərhələdə məqsəd və 



məramı bilinməyən xarici siyasət birbaşa Moskvadan diqtə  olunurdusa  və  hər  şey 

Rusiyaya,  onun rəhbərlərinin mövqeyinə bağlı idisə,  ikinci mərhələdə bunun əksinə,  

lakin yenə də birtərəfli qaydada, beynəlxalq siyasətin obyektiv gerçəkliyi, dövlətin  real  

vəziyyəti və  mənafeləri nəzərə alınmadan yalnız Türkiyə ilə münasibətlərə üstünlük 

verilməsi,  başqa  dövlətlərlə əsassız gərginliyin yaradılmasına səbəb olan addımların 

atılması və s. kimi ziyanlı hallar açıq müşahidə  olunan  ənənə  halını alırdı. Bunu isə 

Azərbaycanın dövlətçilik mənafeyinə cavab verməyən, düşünülməmiş,  təhlükəli, ağır 

və gözlənilməz nəticələr doğuran xarici siyasət xətti kimi qiymətləndirmək olar. 

Qeyd olunan dövrdə Azərbaycan hökumətinin xarici siyasətini xarakterizə  edən  

əsas  cəhətlərdən biri vahid xətt üzrə aparılan ardıcıl və prinsipial xarici siyasət 

kursunun olmaması  idi. Xarici siyasət və diplomatik missiya qarşısında duran əsas 

vəzifələri, Azərbaycan dövlətinin strateji  mənafelərini,  regional  və beynəlxalq  

münasibətlər  sahəsində dövlət siyasətinin əsas mahiyyətini müxtəlif səviyyəli  dövlət  

rəhbərləri fərqli şəkildə izah edərək, bir-biri ilə uzlaşmayan addımlar atırdılar. 

Cənubi və      Şimali  Azərbaycanın  təcili  birləşdirilməsinə dair çağırışlar,  

Ermənistanı atom bombası ilə dağıtmaq, Rusiya və keçmiş sovet  respublikaları ilə 

haqq-hesab çəkməyə hazırlıq haqqında bəyanatlar,  bütün türkdilli və türkəsilli 

dövlətləri dərhal "birləşdirməyə"  dair yüksək səviyyələrdə  səslənən müraciətlər  

Azərbaycanın  xarici siyasətinin  ali  məqsədi  və  vəzifələri,  əsas prinsip və 

istiqamətləri haqqında beynəlxalq aləmdə yanlış  rəy yaradır, respublikamızın 

beynəlxalq imicinə zərbə vururdu.  Bütövlükdə təsadüfi bəyanatlar, ziddiyyətli çıxışlar 

üzərində qurulmuş xarici siyasət Azərbaycanın bir ilin içərisində regionda və 

beynəlxalq aləmdə tam təklənməsinə  və respublika ətrafında antiazərbaycan 

koalisiyasının yaranmasına səbəb oldu. 




 

184


1992-1993-cü illərdə Azərbaycan hökumətinin xarici siyasət sahəsindəki  əsas 

səhvləri sırasında: 

- respublikamız  ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin  

xarakterini,  əsas  tendensiyasını və axarını düzgün müəyyən edə bilməməsi; 

- ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz 

dairələrini qiymətləndirə bilməməsi və müvafiq olaraq səhv addımlar atması; 

- həmin dövr üçün Azərbaycanın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin 

mənafe müstəvisində yerini düzgün qiymətləndirməməsi və s. düşünülməmiş 

addımları xüsusi qeyd edilməlidir. Bütün bunlar nəticə etibarilə Azərbaycanı çox ağır 

vəziyyətə saldı. Bir tərəfdən, region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər 

tərəfdən isə beynəlxalq himayəyə olan inam itdi və bu himayəni təmin edə biləcək 

dövlətlərlə münasibətlər sərinləşdi. Azərbaycan beynəlxalq aləmdə təkləndi. 

Beləliklə,  Ə. Elçibəy hökumətinin xarici siyasət xətti Azərbaycan dövlətini 

beynəlxalq aləmdən tamamilə  təcrid etməklə  bərabər, respublikanın strateji 

mövqeyinə və təbii sərvətlərinə xüsusi maraq göstərən bəzi dövlətləri də qeyri-adekvat 

addımlar atmağa sövq etdi.  Bütün bunlar Azərbaycanda dövlət quruculuğu sahəsində 

baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi  dairələr 

tərəfindən  dəstəklənən  etnik separatizm, silahlı qüvvələrin hakimiyyət uğrunda 

mübarizəsi ilə müşayiət olunurdu. Nəticədə 1993-cü ilin yayında Azərbaycan 

dövlətçiliyi  qaçılmaz böhran və məhvolma təhlükəsi qarşısında qaldı. 

1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi  onun  

xarici siyasət fəaliyyətinin də yeniləşməsinə  və ölkənin strateji maraqları    əsasında  

yenidən  qurulmasına  şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyev ilk növbədə keçmiş  sələflərinin xarici siyasət sahəsində buraxdığı  səhvləri və  

bunun  nəticəsində  Azərbaycan ətrafında formalaşmış son dərəcə gərgin beynəlxalq 

siyasi vəziyyəti aradan qaldırmaq,  ölkənin strateji  maraqlarını    əks etdirən yetkin 

xarici siyasət kursu formalaşdırmaq zərurəti ilə üzləşdi. 

Eyni zamanda, Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc 

mərkəzlərinin,  region ölkələrinin  və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin 

maraqları ilə uzlaşdırmaq üçün silsilə  tədbirlər düşünülüb həyata keçirilməli, 

respublikamızın mənafelərini qorumaq  və reallaşdırmaq üçün hərtərəfli ölçülüb-

biçilmiş addımlar atılmalı idi.  Bu  işin  ən  çətin  tərəfi müxtəlif dövlətlərin bütövlükdə 

Qafqaz regionu və bilavasitə Azərbaycan Respublikası üzərində köklənmiş imperiya 

ambisiyaları,  ərazi iddiaları, iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizəsinin 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə