Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə83/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   79   80   81   82   83   84   85   86   ...   229

 

214


Rus dilində: 

Права человека и судопроизводства, собрание международных документов. 

Аббасбейли А., Аббасбейли Э. Гейдар Алиев и мировая политика. Баку, 1997. 

Аббасбейли  А.,  Гасанов  А.  Азербайджан  в  системе  международных  и 

региональных организаций. Баку, 1999. 

Полухов Э. Основные направления внешнеполитического курса Азербайджанской 

Республики на современном этапе//“Центральная Азия и Кавказ”. Журнал – 2004, 

N 4 (5). 

Независимый Азербайджан : новые ориентиры. Москва, 2000. 

Херцик  Э.  Внешняя  политика  Азербайджана,  ее  воздействие  на  региональное 

сотрудничество www. kavkaz.com 

Чернявский С.И. Азербайджан: выбор курса. Москва, 2004. 

Чернявский  С.И.  Внешняя  политика  Азербайджанской  Республики (1998-2003). 

Баку, 2003. 

Чернявский С.И. Новый путь Азербайджана. Москва, 2002. 

Шукюров  Ибрагим.  Дипломатия  мира..(Об  итогах  визитов  Президента 

Азербайджанской Республики Гейдара Алиева в зарубежные страны. 1993-1997). 

Баку, 1997. 

Эмир-Ильясова  Э.И.  Азербайджан  в  системе  международных  отношений.  Баку, 

2000. 


Türk dilində 

Devlet Nadir. Doğuştan günümüze Büyük İslam Tarihi Türk Dünyası, İstanbul, 1993. 

İrfan Ülkü, Ali Hasanov. Süleyman Demirel ve Türk dünyası. İstanbul, 2002. 

Kafesoğlu İbrahim. Türk milliyetçiliğinin meseleleri. İstanbul, 1995. 

Kafkasya ve Azerbeycanın dünü-bugünü-yarını. İstanbul, 1995. 

Koçaş Sadi. Tarihte ermeniler və türk-ermеni ilişkileri. İstanbul, 1990. 

Kumkale, Tahir Tamer. Tarihten günümüze türk-rus ilişkileri. İstanbul, 1997. 

Oyütücü Mehmet. Türkiyede  yeni bir ekonomik ve ticari diplomasi stratejisine doğru. 

İstanbul, 1998. 

Saray Mehmet. Azerbeycan türkleri Tarihi. İstanbul, 1993. 

Saray Mehmet. Yeni Türk Cümhuriyyetleri tarihi. Ankara, 1996. 

Sönmezoğlu  Faruk. Uluslararası politika ve Dış politika analizi. İstanbul, 1995. 

Ülkü İrfan. Bağımsızlıktan sonra Azərbeycan. İstanbul, 2000. 

Yönlübol Mehmet. Uluslararası politika. İlkələr-Kavramlar-Kurumlar. Ankara, 1985. 




 

215


İnternet resursları 

 

http//:mfa.gov.az 

http//:www.azerbaijan.az 

http//:www.ca-c.org 

http//:www.ilham-aliyev.az 

http//:www.kavkaz.com 

http//:www.treemedia.com 

 

Yerli və beynəlxalq jurnallar 



 

Tarix və onun problemləri. Bakı, 1995-2005. 

Qafqaz Universiteti. Bakı, 2000-2005. 

Центральная Азия и Кавказ. 2000-2005. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

216


V FƏSİL 

 

AZƏRBAYCAN MÜASİR BEYNƏLXALQ  MÜNASİBƏTLƏR   

SİSTEMİNDƏ: İKİTƏRƏFLİ ƏLAQƏLƏR 

 

Mövzular: 

 

1.   Azərbaycanın xarici siyasəti:  Şimali, Mərkəzi və  Cənubi Amerika 

ölkələri 

2. Azərbaycanın xarici siyasəti və Avropa ölkələri  

3. Azərbaycanın xarici siyasəti və Asiya  ölkələri  

4. Azərbaycanın xarici siyasəti və Afrika ölkələri 

 

 

1. AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ:   ŞİMALİ, MƏRKƏZİ  VƏ CƏNUBİ 

AMERİKA   ÖLKƏLƏRİ 

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasət fəaliyyətində 

dünyanın bütün aparıcı dövlətləri ilə münasibətlər yaratmağa başlamışdır. Xarici siyasət 

istiqamətlərindən biri kimi Şimali, Mərkəzi və  Cənubi Amerika dövlətləri ilə 

münasibətlərə, xüsusən bu regionun və dünyanın fövqəldövləti hesab olunan ABŞ kimi 

ölkələrlə əlaqələrə prioritet  vəzifə kimi xüsusi yer ayırmışdır. 

 

ŞİMALİ, MƏRKƏZİ  VƏ CƏNUBİ AMERİKA ÖLKƏLƏRİ MÜASİR DÜNYA     

SİYASƏTİNDƏ 

 

Öz daxili, xarici və geosiyasi parametrlərinə görə dünyanın  ən  əhəmiyyətli 

geostrateji  ərazilərinin yerləşdiyi  bölgə  Şimali, Mərkəzi və  Cənubi Amerika hesab 

olunur.  Şimali Amerikada ABŞ, Kanada və Meksika, Mərkəzi və Cənubi Amerikada  isə 

Braziliya, Argentina, Çili, Peru, Kolumbiya, Uruqvay, Paraqvay, Boliviya, Venesuela, 

Haiti, Kosta-Rika, Kuba və s. dövlətlər yerləşir. 

Şimali Amerikanın  ən böyük dövləti ABŞ-dır. Bu dövlət  ərazisinə  və  əhalisinin 

sayına  görə dünyada üçüncü-dördüncü  (9,4 milyon km.

2

 ərazi, 270 milyon nəfər əhali) 



yeri tutur. Kanada ərazisinə görə (10 milyon km.

2

) Dünyada Rusiyadan sonra ikinci 




 

217


dövlət olsa da, əhalinin sayına görə (28 milyon nəfər) çox-çox geridə qalır. Meksikanın 

əhalisi təxminən  94 milyon nəfər olsa da, ərazisi digər Şimali Amerika ölkələrindən bir 

neçə dəfə kiçikdir. 

Ərazi xarakteristikasına görə    Şimali Amerika uzun müddət dünyada təbii yolla 

bütün xarici təhlükələrdən sığortalanmış  məkan hesab olunub.  Atlantik və Sakit 

okeanları arasında yerləşən ərazilər cənub istisna olmaqla heç bir dövlətlə həmsərhəd 

deyil. Yeganə  sərhəd Meksika ilə digər Latın Amerikası ölkələri arasındadır ki, o da 

Şimali Amerikanın ümumi sərhədi statusu ilə ABŞ  tərəfindən  ciddi mühafizə olunur 

(ABŞ, Kanada və Meksika arasında azad sərhəd rejimi mövcuddur). Şimali Amerika  

ərazisinə vaxtilə Rusiya imperiyasından alınmış anklav statuslu Alyaska ştatı,  ABŞ-la 

assosiativ statuslu  Puerto-Riko və Havay (arxipelaq) dövlətləri də daxildir.  

Şimali Amerika əraziləri təbii yataqları  və enerji ehtiyatları ilə çox zəngindir. 

Dünyanın neft və qaz yataqlarının  böyük hissəsi məhz bu regionda cəmlənib (təxminən 

52 milyard barel neft və dünya qaz ehtiyatlarının  31%-i Şimali  Amerikanın payına 

düşür).  Dünyada iqtisadi potensialına görə ən güclü,  daha çox elektrik enerjisi istehsal 

edən, hərbi cəhətdən ən qüdrətli, su, hava və avtomobil nəqliyyatı istehsalında, kimya, 

elektronika və s. sahələrdə ən qabaqcıl yer tutan region da məhz Şimali Amerika hesab 

olunur.  

Hər üç Şimali Amerika ölkəsi -  ABŞ, Kanada və Meksika vahid iqtisadi, gömrük 

və xarici ticarət rejimi yaradaraq,  dünyanın  ən güclü və qüdrətli dövlətləri (dövlət 

birlikləri) ilə istənilən sahədə rəqabət aparmaq gücünə malikdirlər.  

Şimali Amerika ölkələrinin  əhalisi konkret etnik dəyərlərlə xarakterizə olunan  

(xalq, millət və s.) varlıqdan ibarət deyil.  Məsələn,  Kanadanın 28 milyonluq əhalisinin 

80%-ini  Avropadan köçənlər (40% - ingilis, 27% - fransız və digər xalqlar – ispan, 

portuqal, rus, ukraynalı, alman və s.) təşkil etdiyi halda, cəmi 1,5% yerli hindu və 

eskimoslardan ibarətdir.  ABŞ-ın 270 milyonluq əhalisinin də 83%-i Avropadan köçənlər, 

12,4%-i - Afrika mənşəli, 3,3%-i – digər Asiya mənşəli və cəmi 0,8%-i  - yerli hindu və 

aborigenlərdən ibarətdir.  Dini dünyagörüşlərinə görə,  ABŞ  əhalisinin 56%-i xristian- 

protestant, 28%-i  xristian-katolik, 10%-i isə digər dinlərə sitayiş edənlər və ateistlərdir.  

Əhalinin əsas hissəsini  ingilis-sakson (ingilisdilli) və ispandilli avropalılar təşkil edir.  

Şimali Amerika ölkələri içərisində az-çox milli hesab olunacaq əhali Meksikada 

(94 milyon) yaşayır.  Bu əhalinin yarısı ispan mənşəli (ispandilli) və metislər, qismən isə 

portuqal mənşəli və mulatlardan ibarətdir. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə