Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə80/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   76   77   78   79   80   81   82   83   ...   229

 

205


peşə hazırlığı və rotasiya prinsipləri  nəzərə alınmaqla xidməti zərurətlə əlaqədar həyata 

keçirilir. Rotasiya zamanı peşəkarlığı və ixtisasları  nəzərə alınmaqla,  diplomatik xidmət 

əməkdaşları  və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini yerinə yetirən 

şəxslər ölkəmizin diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna, yaxud 

öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər. 

Bu Qanunun 13.4-cü maddəsində Azərbaycan Respublikasının  diplomatik 

nümayəndəliyinin başçısı  təyin olunmuş  şəxsin müvafiq dövlət və yaxud beynəlxalq 

təşkilatda  fasiləsiz iş müddətinin,  bir qayda olaraq, beş il olduğu göstərilir. Nəzərə 

alınmalıdır ki, bu müddət respublikanın müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

uzadıla bilər.  

Diplomatik xidmət  əməkdaşları  və diplomatik xidmət orqanlarının inzibati-texniki 

xidmətini həyata keçirən  şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada üç ildə bir 

dəfədən çox olmayaraq xidməti attestasiya keçirlər. Onlar xaricdə  işlədikləri dövrdə  

olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə qoyulmuş 

vəzifələri yerinə yetirməyə, Azərbaycanı layiqincə  təmsil etməyə borcludurlar. Həmin 

əməkdaşlar və  şəxslər ölkəmizin və ya olduqları dövlətin qanunvericiliyinə görə 

məsuliyyət doğuran  əməllər törətməkdə  təqsirli bilindikdə  və qanunvericilikdə  nəzərdə 

tutulmuş digər hallarda  vaxtından əvvəl geri çağrıla bilər. 

Qanuna görə (maddə 20.1) diplomatik xidmət orqanları sisteminin vahid maliyyə 

təminatı dövlət büdcəsinin vəsaitləri, həmçinin, ölkəmizin qanunvericiliyi ilə müəyyən 

edilmiş hallarda və qaydada digər mənbələr hesabına həyata keçirilir.  Eləcə  də 

diplomatik xidmət orqanlarının  maddi-təsərrüfat  təchizatı Azərbaycan Respublikasının  

müvafiq qanunvericiliyi ilə müəyyən edilir.  

 

                                        XARİCİ SİYASƏT RESURSLARI 



 

Hər bir dövlətin  beynəlxalq münasibətlər sistemindəki yeri və rolu başqa digər 

faktorlarla yanaşı  əsasən onun xarici siyasət resursları    ilə  də müəyyən edilir.  Xarici 

siyasət resursları anlayışına dövlətin maddi və  mənəvi  həyatının bütöv varlığı (güc 

faktorlarının cəmi) daxildir ki, beynəlxalq münasibətlər sistemində dövlət bu resurslara 

arxalanaraq öz siyasətini yürüdür, məqsədyönlü fəaliyyət həyata keçirir. 

Xarici siyasət resurslarını tədqiqatçılar əsasən iki qrupa ayırırlar: maddi və qeyri-

maddi resurslar. 

Maddi resurslara aid olan sahələr: 



 

206


-  coğrafi resurslara – dövlətin  ərazisinin həcmini və yerləşdiyi  əlverişli, yaxud 

əlverişsiz coğrafi mövqeyini, nəqliyyat   kommunikasiyalarına yaxınlığı, bu ərazini əhatə 

edən  xarici aləmin vəziyyətini və sairəni aid edirlər; 

-  demoqrafik resursları  - əhalinin sayı  və keyfiyyət tərkibinə, miqrasiya və 

urbanizasiya tendensiyalarına görə qiymətləndirirlər; 

- iqtisadi resursları – istehsal və  təsərrüfat sistemlərinin vəziyyəti, başqa 

ölkələrdəki müvafiq sahələrlə müqayisədə üstünlüyü və yaxud çatışmamazlığı,  öz hərbi  

sənayesini təmin etmək qabiliyyəti, başqa ölkələrin iqtisadiyyatına təsir etmək  imkanları 

və s. ilə dəyərləndirirlər; 



- hərbi resurslara ölkənin müdafiə qabiliyyəti, sərhədləri xaricində güc tətbiq 

etmə imkanları ilə qiymət verirlər. 

Qeyri-maddi resurslar sırasına: 

-  siyasi resursları – dövlətin effektiv fəaliyyəti, xarici alyanslarda iştirakı, dünya 

siyasətinə təsir gücü olan dövlətlərlə münasibətləri, beynəlxalq institutlarda, təşkilatlarda 

iştirakı  və yaxud onlarla əlaqələri, qlobal və regional siyasətə  təsir imkanları, effektli 

daxili və xarici siyasət mexanizmlərinə malik olması; 

-  sosial resursları – vətəndaşların daxili birliyinin vəziyyəti, yürüdülən xarici 

siyasətə münasibəti, dövlət maraqlarının qorunması naminə nümayiş etdirdiyi iradə və 

əzm; 


-  reputasiya resursları -  dövlətin və onun liderinin beynəlxalq aləmdə  təsdiq 

olunmuş  nüfuzu və bu nüfuzun dünya dövlətlərinin fəaliyyətinə təsir imkanları; 

-  ideoloji-mədəni resursları – başqa dövlətlərin ictimaiyyətinə göstərə biləcəyi 

intellektual və ideoloji təsir imkanları; 



- informasiya resursları -  qlobal informasiya məkanında iştirak və ona təsir etmə, 

dünya informasiya axınını yönəltmək imkanları, müstəqil beynəlxalq informasiya 

resurslarına malik olmaq; 

elmi, elmi-texniki və  təhsil resursları – intellektual potensial və onun inkişaf 

perspektivləri, iqtisadi, siyasi, hərbi və digər sahələrin ixtisaslı kadrlarla təmin olunması 

və s. aid edirlər.  

Xarici siyasət resursları qarşıya qoyulmuş  məqsədlərə çatmaq baxımından 

dövlət üçün həm pozitiv, həm də neqativ rol oynaya bilir. 

Beynəlxalq münasibətlər sisteminin ayrı-ayrı dövrləri və mərhələlərində ölkələrin 

xarici siyasət resurslarının  oynadığı rol və resurslara  müvafiq olaraq  formalaşan 

dövlətlərarası iyerarxik düzüm də  dəyişkən olmuşdur.  Bir mərhələdə  ərazi, hərbi güc, 



 

207


təbii ehtiyatlar və  əhalinin sayı mühüm faktor kimi çıxış etmişdirsə, digər mərhələdə 

iqtisadi, elmi-texniki, informasiya və maliyyə axınına nəzarət etmək  daha çox əhəmiyyət 

kəsb etmişdir.  Müasir dünyada qloballaşmanın  və transmilli  siyasətin təsiri nəticəsində  

xarici siyasət resursları  sırasında artıq geniş  əraziyə    və çoxsaylı  hərbi qüvvəyə malik 

olmaq uğrunda deyil, daha çox transmilli maliyyə, intellektual, informasiya, nəqliyyat-

kommunikasiya, enerji resurslarına və  şəbəkələrinə malik  olmaq uğrunda mübarizə 

gedir.  

Azərbaycanın xarici siyasət resursları  əsasən hələ SSRİ  tərkibində olarkən 

formalaşsa da,  ondan müstəqil dövlət maraqlarının reallaşması istiqamətində istifadə 

edilməsi  1992-ci ildən başlamışdır. 

Azərbaycanın coğrafi resurslarına onun 86,6 min kvadrat  kilometr ərazisi, 

Avropa və Asiyanı birləşdirən  əlverişli geosiyasi və geoiqtisadi vəziyyəti, Xəzər dənizi 

vasitəsilə  Rusiya, Orta Asiya və Qazaxıstana,  İrana, avtomobil-dəmir yolu vasitəsilə 

Gürcüstana və Qara dəniz bölgəsinə,  İrana, Türkiyəyə (Naxçıvan  ərazisi vasitəsilə), 

Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasyia xətləri daxildir.  

Coğrafi və  ərazi resurslarına görə    Azərbaycan Cənubi Qafqazın  ən böyük  və 

əlverişli  dövləti hesab olunur. Baxmayaraq ki, onu əhatə edən geosiyasi mühit 

(Ermənistan,  İran və Rusiya faktoruna görə) tam müstəqil siyasət yürütmək və 

beynəlxalq aləmlə milli  maraqlara uyğun sərbəst hərəkət etmək imkanını müəyyən 

qədər məhdudlaşdırır, Cənubi Qafqazda və onun ətrafında  ciddi konfliktlər yaşanır, 

bölgə dövlətləri arasında təhlükəsizlik, Qərb, yaxud Şərq oriyentasiyaları  məsələsində 

fikir ayrılığı  mövcuddur, bütün bunlar Azərbaycanın  əlverişli coğrafi mövqeyinin 

əhəmiyyətinə ciddi kölgə salmır.  

Azərbaycan Avrasiyanın  giriş qapısı,  Şərq-Qərb nəqliyyat-kommunikasiya və 

enerji  dəhlizinin mərkəzi  dövləti hesab olunur. Bu mənada Azərbaycan Rusiyaya rəqib 

(alternativ), Şərq-Qərb ölkələrinə isə bağlayıcı (körpü) rolunu icra edir. Xüsusən qədim 

“İpək yolu” (Çindən Avropaya və bütün dünyaya açılan  ən yaxın və  əlverişli dəhliz) 

adlanan TRASEKA nəqliyyat-kommunikasiya  layihəsinin, strateji Bakı-Tbilisi-Ceyhan 

neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin hərəkətverici qüvvəsi və  əsas 

təminatçılarından biridir. 

Bundan başqa, Cənubi Asiya, Rusiya, İran və Avropa nəqliyyat-kommunikasiya  

dəhlizində  də  iştirak edən Azərbaycan  özünün əlverişli coğrafi resurslarına malik 

olduğunu bir daha təsdiq edir.  Hazırda Azərbaycan Avrasiya bölgəsinin  əsas tranzit 

ölkələrindən biri olaraq Şərq-Qərb  əmtəə, enerji-yanacaq və başqa  əlaqələrinin  əsas 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə