Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə82/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   78   79   80   81   82   83   84   85   ...   229

 

211


fəaliyət göstərərək,  ölkəni beynəlxalq münasibətlər sistemində  təmsil etmişdir.  Bu 

siyasətin nəticəsi olaraq bu illərdə Azərbaycan xarici aləmlə əlaqələrini milli maraqlara 

müvafiq olaraq intensivləşdirmiş, dünya siyasətinə  təsir gücü olan böyük dövlətlərlə, 

beynəlxalq və regional qurumlarla partnoyrluq münasibətləri  yaratmış, ölkənin xarici 

alyanslarda, hökumətlərarası və qeyri-hökumət təşkilatlarında  iştirakını təmin etmişdir.   

Azərbaycanın siyasi hakimiyyətinin son illərdə beynəlxalq qlobal proseslərdə - 

beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, transmilli  enerji layihələrində

dünya siyasətinin demokratik transformasiyasında, regional inteqrasiya  və s. fəal 

iştirakı onun beynəlxalq aləmdəki rolunu və təsir gücünü xeyli yüksəltmişdir.  

Azərbaycanın xarici siyasət baxımından  neqativ rol oynayan siyasi resursları 

sırasına tədqiqatçılar bəzi siyasi partiya, qeyri-hökumət təşkilatları  və  mətbuat 

orqanlarını aid edirlər.  Məsələ ondadır ki, müstəqillik illərində Azərbaycanda dövlət və 

milli maraqların xarici aləmdə  təmin edilməsi istiqamətində hakimiyyətlə yanaşı  iştirak 

edən və ciddi faktor kimi çıxış edən siyasi partiya, ictimai və qeyri-hökumət təşkilatları, 

mətbuat orqanları olduğu kimi, bu maraqları  hər an öz şəxsi iddialarına qurban 

verməyə, xarici donorların sifarişlərini canla-başla yerinə yetirməyə, ölkənin nüfuzunu və 

mənafelərini zərbə altında qoymağa çalışanlar da olmuşdur.  Bu qurumlar nəticələrini 

düşünmədən Azərbaycanın beynəlxalq nüfuzuna və  mənafelərinə  xələl gətirən 

hərəkətləri, çıxışları, yazıları, xarici səfərləri zamanı keçirdikləri görüşlərdə 

səsləndirdikləri bəyanatları ilə milli maraqların təmin olunmasına mənfi təsir 

göstərmişlər.  

Azərbaycanın xarici siyasət sahəsində güclü sosial resursları mövcuddur. Bu 

resurslar  dövlətin yürütdüyü siyasət nəticəsində  son on ildə daha da güclənmiş  və 

beynəlxalq aləmdə ciddi faktora çevrilmişdir.  Sosial resurslara azərbaycanlıların 

ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, onların ölkə 

rəhbərliyinin yürütdüyü xarici siyasətə müsbət münasibətini, milli maraqların və 

ölkədaxili sabitliyin  qorunması istiqamətində  əhalinin, xüsusən ziyalıların nümayiş 

etdirdiyi güclü iradə  və  vətəndaş  əzmini,  dövlət siyasətinə verdiyi dəstəyi aid etmək 

olar. Azərbaycanın sosial resurslarının təsir gücünü azaltmaq, vətəndaş birliyini 

pozmaq, yürüdülən siyasətə etimadsızlıq nümayiş etdirmək istiqamətində müstəqilliyinin 

müəyyən dönəmlərində  həm xaricdən, həm də daxildən göstərilən bütün cəhdlərə 

baxmayaraq,  bu gün də ölkədə əhalinin dəstəyi ilə sabitlik və vətəndaş birliyi qorunub 

saxlanılır ki, bu da xarici siyasətdə mühüm faktor kimi çıxış edir. 



 

212


Azərbaycanın siyasi və sosial  resurslarnın istifadə edilməsi sahəsində ölkə 

Prezidenti, onun İcra Aparatı, Xarici İşlər Nazirliyi, mərkəzi  və yerli icra hakimiyyəti 

strukturları arasında vahid koordinasiya sistemi mövcuddur. Bu sistem ölkənin bütün 

daxili institusional resurslarının və xarici siyasət aktivlərinin səmərəli və effektiv 

istifadəsini, xarici siyasi və iqtisadi əlaqələrinin koordinasiyasını    təmin edir.  Xüsusən 

ölkənin beynəlxalq aləmdə, xarici təşkilatlarda  vahid siyasət üzrə  təmsil olunması  və 

təmsilçiliyin  əlaqələndirilməsi, beynəlxalq münasibətlər sistemində  cərəyan edən 

proseslərin öyrənilməsi və müvafiq strategiyanın  hazırlanması, müttəfiqlərlə, marağı 

ölkə maraqları ilə üst-üstə düşməyən digər ölkələrlə  əlaqələrin xarakterinin 

müəyyənləşdirilməsi və  həyata keçirilməsi sahəsində bu əlaqələndirmə sisteminin 

mühüm əhəmiyyəti özünü göstərir.  

Hər bir dövlətin xarici siyasətinin  müvəffəqiyyəti və beynəlxalq nüfuzu ölkənin 

qazanılmış reputasiya (imic) resurslarından, onun təmsil edən rəhbərin (yaxud rəhbər 

işçinin) beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzundan, xalqının mədəni və intellektual 

səviyyəsindən çox asılıdır.  Azərbaycan özünün reputasiya, ideoloji-mədəni resurslarına 

görə dünya ölkələri sırasında  nüfuzlu yerlərdən birini tutur. Bu keçmiş Azərbaycan 

Prezidenti, dünyada nüfuzlu ictimai, siyasi və dövlət xadimi  imici qazanmış    Heydər 

Əliyevin uzun müddət bu ölkəni beynəlxalq aləmdə  təmsil etməsi, müsəlman ölkələri 

içərisində Azərbaycanın Avropa dəyərlərinə, sivil, dünyəvi və hüquqi dövlət quruculuğu 

proseslərinə meylliliyi, xalqın mədəni və intellektual səviyyəsinin yüksək olması, 

dünyanın elm, təhsil, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələri və b. 

faktorlardan asılıdır.  

Bundan başqa, Azərbaycan hələlik dünyanın qlobal informasiya məkanında zəif  

təmsil olunmasına  baxmayaraq, ölkədə azad mətbuat, kütləvi-informasiya  vasitələri 

üçün  yaradılan şəraitə, ölkədə dünyanın qlobal informasiya vasitələrinin, aparıcı xarici 

mətbuat orqanlarının nümayəndəliklərinin fəaliyyəti nəticəsində bütün dünyada siyasi 

plüralizmin hökm sürdüyü bir dövlət imici qazanmışdır.  Bu faktor da ölkənin xarici 

siyasət resursları kimi fəal istifadə olunur. 

Beləliklə, Azərbaycan müstəqil dövlət olaraq, öz xarici siyasət mexanizmləri və 

resursları ilə beynəlxalq aləmdə  təmsil olunur, xarici ölkələrlə, beynəlxalq və regional 

qurumlarla ikitərəfli və çoxtərəfli əlaqələr qurur və özünün milli maraqlarını təmin edir.  

 

 



 


 

213


Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları: 

 

Azərbaycan dilində 

“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı. Bakı, 

1991. 

Abdullayev Vaqif. Azərbaycan yeni diplomatiya məkanında. Bakı, 2000. 



Azərbaycan beynəlxalq aləmdə. I-V cildlər. Bakı, 1996-1999. 

Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001.  

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1996. 

Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-XIII kitablar. Bakı, 1996-2005. 

Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. Bakı, 1994. 

Həsənov Ə.M.  Müstəqil Azərbaycan dövlətinin xarici siyasəti (əsas istiqamətlər, prinsip 

və xüsusiyyətlər)//Heydər Əliyev siyasi məktəbini öyrənirik. Bakı, 1997. S.126-142. 

Həsənov  Ə.M. Azərbaycan beynəlxalq münasibətlər sistemində //”Qafqaz Universiteti” 

jurnalı, 2003. №11, s.47-61. 

Həsənov Ə.M. Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələri, prinsip və 

istiqamətləri (1991-1997-ci illər)//Tarix və onun problemləri. Bakı. 1998, №2. s. 49-69. 

Həsənov  Ə.M. Azərbaycanın ABŞ  və Avropa dövlətləri ilə münasibətləri (1991-1996). 

Bakı, 2000.  

Həsənov Ə.M. Azərbaycanın xarici siyasəti: Avropa ölkələri və ABŞ (1991-1996). Bakı, 

1998. 

Həsənov  Ə.M. Heydər  Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin 



müəyyənləşməsi //Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi. Bakı, 2005. s.571-582. 

Hüseynova H. Azərbaycan Avropaya inteqrasiya prosesləri sistemində (1991-1997). 

Bakı, 1998. 

Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-1995-ci illər). Bakı, 

1996. 

Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, 1997.  



Qətiyyətin təntənəsi..Bakı, 1995. 

Quluzadə  Vəfa. Gələcəyin üfüqləri (Azərbaycan Respublikasının xarici siyasəti barədə 

mülahizələr, müsahibələr, şərhlər). Bakı. 1999. 

Prezident İlham Əliyev. Elmi redaktoru Ə.Həsənov. Bakı, 2004. 

Səfərov P.Ş. 90-cı illərdə Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti. Metodik 

vəsait. Bakı, 1999. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə