Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə84/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   80   81   82   83   84   85   86   87   ...   229

 

218


Amerikanın  ərazi və  əhali xarakteristikasına görə mühüm və  əhəmiyyətli 

geosiyasi hissəsinin bir qütbünü Mərkəzi və  Cənubi Amerika ( Meksika da daxil olmaqla 

bu ərazilərə bəzən Latın Amerikası da deyirlər) təşkil edir. Avropadan su sərhədləri ilə 

təcrid olunması bu qitənin ənənəvi  olaraq ABŞ-ın maraq və təsir dairəsinə düşməsinə 

səbəb olmuşdur.      

Mərkəzi və Cənubi Amerika ABŞ-la Antarktida arasında şimaldan-cənuba doğru  

13 min km.-lik uzunluğunda ərazidən, hər birinin okeana sərbəst çıxışı olan (Paraqvay 

və Boliviyadan başqa) 33 ölkədən  ibarətdir. Dövlət quruluşlarına görə  bu ölkələr 

əsasən respublika idarə üsuluna malikdir və Britaniya Millətlər  İttifaqı  tərkibinə 

daxildirlər.  Ərazisinə  və  əhalisinə görə  qitənin ən böyük dövlətləri Braziliya (8,5 mln. 

km.

2

) və Argentinadır (2,7 mln. km.



2

): Cənubi Amerikanın   475 milyon nəfərlik ümumi 

əhalisinin müvafiq olaraq 161 milyon və 35 milyon nəfəri həmin ölkələrin payına düşür. 

 Latın Amerikasında əhalinin tərkibi çox rəngarəngdir. Tarixən bu bölgədə roman-

latın dilli mədəniyyət, Pireney yarımadasının ispan-portuqal ənənələri formalaşsa da, 

etnik anlamda qarışıq əhali  tərkibi mövcuddur.  Əhalinin yarıdan çoxu ispan və portuqal 

mənşəli avropalılardan, 15% hindulardan, 10% zəncilərdən,  qalan hissəsi isə qarışıq 

mənşəli (metislər, mulatlar, sambolar) əhalidən ibarətdir.  Etnik tərkibindən asılı 

olmayaraq,  Mərkəzi və  Cənubi amerikalılar  əsasən katolik dini konfessiyasına 

mənsubdurlar və  əksəriyyət ölkələr ya ispan, ya da portuqal dilindən istifadə edirlər. 

Əhalinin  ərazi üzrə yerləşməsi çox sıxdır (hər km.

  2


 

23 nəfər düşür) və 72%-i 



şəhərlərdə yaşayır. 

Ərazi xarakteristikasına görə  Latın Amerikası zəngin region hesab olunur.  Təbii 

resurslarla (qiymətli metal, neft, dəmir, kömür, boksit və s.) zəngin olan Venesuela, 

Braziliya, Çili, Peru, Kolumbiya kimi ölkələr geoiqtisadi  əhəmiyyətinə görə  daim ABŞ 

və Avropa dövlətləri arasında  mübarizə meydanı olub. Bu ərazilərdə işçi qüvvəsi ucuz 

olduğundan ABŞ  və Avropanın qabaqcıl  dövlətlərini təmsil edən transmilli 

korporasiyalar Mərkəzi və  Cənubi Amerikanın  bütün ölkələrində çox güclü müəssisələr 

yaratmışlar. Xüsusən  dağ-mədən və metallurgiya sənayesi, emal müəssisələri, 

gəmiqayırma, maşınqayırma və avtomobil zavodları, elektrotexnika və elektronika 

müəssisələri iri transmilli şirkətlərin əlində cəmlənmişdir. 

Mərkəzi və    Cənubi Amerika ölkələrinin  ənənəvi məşğuliyyətini kənd təsərrüfatı 

(banan, qəhvə, qarğıdalı, şəkər çuğunduru və qamışı) sahəsi  təşkil edir.  




 

219


Latın Amerikasının regional siyasi və iqtisadi inteqrasiyası  əsasən ABŞ-ın təsiri 

altında  olan Amerika Dövlətləri Təşkilatı (ADT), Karib Ümumi Bazarı (KÜB), Mərkəzi 

Amerika Ümumi Bazarı (MAÜB) və s. təşkilatlar çərçivəsində həyata keçirilir. 

Lakin Latın Amerikası qlobal miqyasda ümumamerika səviyyəsində  Sakit okean  

və Asiya məkanında siyasi və iqtisadi  inteqrasiya  proseslərinə qatılıb. Bu mənada 

Şərqi və Cənub-Şərqi Asiya dövlətləri (Yaponiya, Çin, İndoneziya və s.), Avropa İttifaqı 

və s. qlobal inkişaf mərkəzləri bu regionla əlaqələrə xüsusi səy göstərirlər. Latın 

Amerikası ölkələrinin siyasi xətti (Kuba istisna olmaqla) əsasən ABŞ-ın dünyada 

yürütdüyü qlobal inteqrasiya, demokratikləşmə və liberal  iqtisadiyyat istiqamətinə doğru 

yönəlib. 

Geosiyasi faktorlar üzrə  həm  Şimali, həm də  Mərkəzi və    Cənubi Amerika bu 

bölgənin və dünyanın superdövləti hesab olunan ABŞ-ın təsir və maraq dairəsi hesab 

olunur.  Ümumiyyətlə, müasir dünyada birqütblü dünya siyasətinin yeganə daşıyıcısı 

hesab olunduğundan ABŞ bu regionun da bütün qlobal təşəbbüslərinin  əsas müəllifi 

kimi çıxış edir. 

 XXI  əsrin başlanğıcından Amerika dünya siyasətinin transmilliləşməsi, iqtisadi, 

siyasi, sosial və mədəni həyatın qloballaşması, milli sədlərin aradan qalxması və qlobal 

inteqrasiyanın fəallaşması istiqamətində xüsusi fəallıq göstərir.  

Son illər Amerika politoloqları qloballaşmanın  əsas təşəbbüskarı kimi ona 

rəhbərlik etmək hüququnun məhz ABŞ-a məxsus olduğunu  əsaslandırmağa çalışırlar.  

Onlar bunu “hazırda ABŞ-ın yeganə fövqəldövlət statusuna malik olması, dünyada 

sülhün, sabitliyin, mülkiyyətin, insan və  vətəndaş haqlarının, demokratik dəyərlərin

bazar iqtisadiyyatının qorunmasının  əsas qarantı” rolunu ifa etməsi ilə  əlaqələndirirlər. 

ABŞ politoloqlarının fikrinə görə, məhz ABŞ qloballaşmanın vahid standartlarının 

yaranması, ona hamılıqla  əməl olunması, prosesdə qayda-qanunlara hamının tabe 

etdirilməsini təmin edə biləcək mexanizmlərə malikdir. 

Bundan başqa,  qloballaşmanın  əsasən informasiya mübadiləsi sahəsindəki 

hüdudsuz texnoloji imkanların yaranmasına, dünya telekommunikasiya və elektron 

şəbəkəsinin genişlənməsinə, elektron vasitəsilə bank və maliyyə  əməliyyatlarının, 

ticarətin genişlənməsinə bilavasitə təsirini və bu işlərin də başında Amerika şirkətlərinin 

durduğunu nəzərə alsaq, onda ABŞ-ın qloballaşmadakı hegemon rolunu inkar etmək 

olmaz. Ümumiyyətlə, XX əsri bütövlükdə dünya siyasətində Amerika əsri kimi 

xarakterizə edirlər. Məsələ burasındadır ki, həmin  əsrin  əvvəlində ABŞ sürətlə dünya 

liderləri sırasına daxil oldu və əsrin sonuna yaxın Sovet dövlətinin dağılması ilə dünya 




 

220


liderliyini tam əlinə aldı. Bu ölkənin iqtisadi, siyasi, hərbi gücü ona bütün Qərb 

yarımkürəsini, dünyanın  ən  əlverişli geosiyasi məkanlarını öz nəzarəti altına almağa 

imkan verdi.  

ABŞ dünyada cəmiyyətin  gərgin sosial-iqtisadi problemlərinin demokratik yolla 

həllinin  nümunəsini yaratdı və nümayiş  etdirdi. Əlverişli coğrafi məkanda  yerləşməsi 

həm Amerika xalqının formlaşmasını  kənar təsirlərdən azad etdi, həm də iki okeana 

sərbəst çıxışı olan geniş  və kompakt ərazisi ona Atlantik və Sakit okean hövzəsində 

iqtisadi və texnoloji üstünlüyə malik,  effektli bir təsərrüfat  qurmağa imkan yaratdı. Həm 

Qərbdə, həm də  Şərqi Asiyada (Kaliforniya və Atlantik sahili ştatları vasitəsilə) geniş 

çıxış və kommunikasiya xətləri  quran ABŞ hökuməti bir tərəfdən ölkə daxilində, digər 

tərəfdən bütün dünyada ən effektli və dinamik inkişaf edən azad iqtisadiyyat nümunəsi 

yaratdı. Bundan başqa,  bu ölkənin müdaxiləsi olmadan dünyadakı beynəlxalq 

münasibətlərin sabit saxlanmasının, planetimizdə    möhkəm sülhün yaradılmasının da 

qeyri-mümkünlüyünü  və yer kürəsində  ən təkmil siyasi-iqtsadi sistemin məhz bu ölkəyə 

məxsus olduğunu nəzərə alsaq, onda ABŞ politoloqları ilə razılaşmamaq mümkün deyil. 

Hazırda bütün dünyada geniş yayılan siyasi, iqtisadi və sosial münasibətlər 

sistemi, demokratik dövlət idarəçiliyi və  vətəndaş  cəmiyyəti modeli məhz ABŞ-a 

məxsusdur. Dünyanın insan yaşayışı üçün, inkişaf və kommunikasiya baxımından  ən 

effektiv  ərazisi, bol təbii sərvətləri, enerji və digər  mənbələri ilə  zəngin  torpaqları da 

ABŞ-dadır.  

Avropanın və dünyanın  ən fəal, sivil dəyərlərə  və  işgüzar keyfiyyətlərə malik 

insanlarının (emiqrantlarının) toplaşdığı Amerika Qərbi Avropadan əxz edilmiş bu 

dəyərləri  yaradıcılıqla inkişaf etdirmiş və daha da təkmilləşdirmişdir.  

Dünyada  ən təkmil hüquqi və demokratik dövləti amerikalılar yaratmışlar. Bu 

ölkədə azad mülkiyyəti və sahibkarlığı  qanundan başqa  heç bir qüvvə  və subyekt 

məhdudlaşdıra bilməz. Ona görə  də  dünyanın  ən liberal iqtisadiyyatı,  ən effektli 

idarəçilik və ən təkmil vergi sistemi ABŞ-a məxsusdur. Dövlət büdcəsi və vergi siyasəti 

ABŞ-ın qanunverici və icraedici  hakimiyyətinin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. 

Amerika  bəlkə  də dünyada yeganə ölkədir ki,  vergilər və ödəmələr dövlət büdcəsini 

doldurmaq məqsədi ilə deyil, istehsalın iqtisadi stimullaşdırılması  məqsədi ilə  tətbiq 

edilir. 

Dünyanın rəqabətə davamlılıq və enerji tutumuna görə  ən qənaətcil  və  ən 

dinamik inkişaf edən iqtisadiyyatı ABŞ-a məxsusdur. XX əsrin 90-cı illərində 

iqtisadiyyatın orta artım sürəti ABŞ-da dünyanın qalan altı böyük  ölkəsindən – 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə