Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə46/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   42   43   44   45   46   47   48   49   ...   229

 

117


geniş millət-dövlət sistemi, etnososial və  mədəni fərqlər planetin vahid homogen 

quruluşa və taraz tərkib hissələrinə  malik olmadığını göstərir. Odur ki, müasir 

beynəlxalq münasibətlərin strateji və qlobal vəzifələrindən biri və ən mühümü planetdə 

optimal birgəyaşayış formalarını  və normalarını tapmaq, insanlığın gələcəyi naminə 

qarşılıqlı-faydalı 

əməkdaşlığa, səmərəli insan kooperasiyasına, təşkilati 

texnologiyalarına  malik, daha az münaqişəli  mühit formalaşdırmaqdan ibarətdir. 

XX əsrin sonu və XXI əsrin əvvəllərində dünyada baş verən radikal dəyişikliklər 

dünya nizamına,  əvvəllər identik hesab olunan beynəlxalq hüququn normalarına və 

beynəlxalq münasibətlərin formalarına yenidən baxmağı tələb edir. Millətlər və dövlətlər 

arasındakı sosial-iqtisadi və  mənəvi-mədəni fərqlərin aradan qaldırılmasına göstərilən 

cəhdlər, bu cəhdlərin obyektiv və subyektiv şərtləri, nəticələri  hazırda həm beynəlxalq 

münasibətlərin nəzəri, həm də praktiki məsələlərinə yenidən baxmağı  tələb edir. Bəzi 

dövlətlərin xarici siyasət davranışları ilə beynəlxalq münasibətlər sisteminin qaydaları 

arasında yaranan uyğunsuzluqlar müasir dövrdə elə bir həddə çatıb ki, bunu 

tədqiqatçılar  yeni dünya reallığı, yaxud  “nizamı” adlandırırlar.  

Yeni dünya nizamının mahiyyəti dövlətlərin milli maraqlarının təmin olunduğu 

beynəlxalq münasibətlər sistemində “çoxqütblülüyün” pozulması  və  mərkəzdə ABŞ-ın 

dayandığı “təkqütblülüyün” yaranmasından ibarətdir.  Əgər 1945-1990-cı illərdə 

beynəlxalq  münasibətlər sistemində SSRİ  və ABŞ-ın müvafiq olaraq rəhbərlik etdiyi 

sosialist və kapitalist dəyərləri ölkələrin, xalqların, insan birliklərinin ictimai davranışını, 

dövlət quruluşlarının əsaslarını, məqsəd və vəzifələrini müəyyən edirdisə, yeni nizamda  

bu balans pozulmuşdur. Dünyanın inkişafına, dövlətlərarası münasibətlərə, mövcud və 

arzu olunan  reallıqlara, dövlətlərin fəaliyyətinin məqsəd və vəzifələrinə, insan-cəmiyyət-

təbiət münasibətlərinə artıq birqütblü yanaşma nümayiş etdirilir.  

Beləliklə, XX əsrdə dünyanın siyasi inkişafında və beynəlxalq münasibətlərdə 

“çoxqütblü” təsir üzərində qurulmuş beynəlxalq münasibətlər sistemi müasir dövrdə yeni 

dünya nizamı ilə əvəz olunur. Bu da müvafiq olaraq beynəlxalq münasibətlər sisteminin 

əsas subyekti olan milli dövlətlər arasındakı münasibətlərin nəinki təkcə xarakterini, eyni 

zamanda,  onların gələcək inkişaf yolunu, ictimai formasiyasını dəyişir və ümumdünya 

tarixinin gedişinə ciddi təsir göstərir. 

Beynəlxalq münasibətlər tarixinin Vestfal (1648) müqaviləsindən başlayaraq 

Versal (1919) sazişinə  qədər olan dövrünün bir, Yalta-Potsdam (1945) sistemindən  

1991-ci ilə – Belovejsk sazişinə  qədər davam etmiş dövrünün digər, 1991-ci ildən 




 

118


başlanan – soyuq müharibədən sonrakı dövrün isə başqa xarakteri və qaydaları 

mövcuddur. 

Müasir dövrdə dünya dövlətləri beynəlxalq proseslərə təsir gücünə və beynəlxalq 

münasibətlərdəki roluna görə bir neçə qrupa bölünürlər: 

-  Fövqəldövlətlər: (bu rolu bir vaxtlar Böyük Roma və Britaniya imperiyaları, 

SSRİ və ABŞ icra edirdi) öz milli maraqlarını bütün yer kürəsində təmin etməyə lazımi 

hərbi, iqtisadi, mədəni potensialı olan, özünün və müttəfiqlərinin mənafelərini nəzərə 

almağı digər dünya dövlətlərindən tələb edən və buna  nail olan ölkə super fövqəldövlət 

hesab olunur. Bu rolu hazırda yalnız ABŞ icra edir.  

Böyük dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyanın digər 

əhəmiyyətli bölgələrində təmin etməyə qadir olan (bütün dünyada deyil), başqa ölkələri 

onunla hesablaşmağa məcbur edə bilən ölkələr bu sıraya daxildir (İngiltərə, Yaponiya

Fransa, Almaniya və s.) Rusiya hazırda bu cərgəyə qoşulmaq uğrunda mübarizə aparır.  

Regional dövlətlər: öz ölkəsində və regionunda, sərhədlərinə yaxın ərazilərdə 

məxsusi maraqlarını  təmin edən və qorumağa qadir olan ölkələr. Bu ölkələr uzaq 

xaricdə ciddi müqavimət göstərə bilməsə də,  öz regionunda bunu edə bilir. (Çin, İran, 

Rusiya, Türkiyə, Pakistan, Misir və s.) 

-  Adi dövlətlər: bu ölkələr  öz milli maraqlarını daxildə, regionda və dünyada  

bacardıqları kimi təmin edir. Belələrinin marağı, bir qayda olaraq, birinci üç qrupun 

marağına uyğunlaşdırılırsa,  təmin olunmaq ehtimalı artır.  

Beynəlxalq münasibətlər sisteminin mövcud olduğu tarix ərzində (1648-2005-ci 

illər) dünyada güc mərkəzləri çoxqütblü (bir neçə  mərkəz), ikiqütblü (iki mərkəz) və 

təkqütblü (bir mərkəz) güc balansı formasında dəyişərək,  indiki “yeni dünya nizamı” 

adlanan sistemə gəlmişdir.  

Yeni dünya nizamını  fərqləndirən  əsas cəhətlərdən biri bütün dövlətlərin və 

xalqların hansı iyerarxik pillədə dayanmasından asılı olmayaraq,  getdikcə qlobal 

problemlər önündə bərabər vəziyyətdə qalması, planetin taleyi üçün bərabər məsuliyyət 

daşıması və deməli,  insanlığın qlobal  ümumiliyinin dərk olunmasıdır.  

Bundan başqa, müasir dövrdə  əsas insan hüquq və azadlıqlarının, vətəndaş-

dövlət-cəmiyyət münasibətlərinin fundamental prinsiplərinin, münaqişəli vəziyyətlərin 

aradan qaldırılması kimi məsələlərin artıq ayrı-ayrı dövlətlərin  daxili işi deyil, bütövlükdə 

beynəlxalq hüquq normalarının, bu normaları qoruyan təşkilatların işi kimi 

dəyərləndirilməsi də yeni dünya nizamını xarakterizə edən xüsusiyyət hesab olunur. 



 

119


Yeni dünya nizamının keyfiyyət xarakteristikasını müəyyən edən başqa bir 

postulat isə onun kapitalist  istehsal münasibətləri üzərində  bərqərar olmasıdır.  İkinci 

dünya müharibəsindən sonra meydana çıxmış kapitalizm-sosializm qlobal 

qarşıdurmasından Qərbin qalib çıxması, sosialist düşərgəsinin və SSRİ-nin dağılması 

bazar münasibətlərində  təcəssüm edən kapitalizmin dünya nizamının  alternativsiz 

iqtisadi  əsası elan edilməsinə  səbəb oldu. Bu da müvafiq olaraq yeni müstəqillik 

qazanmış dövlətlərə inkişafın yeganə  şərti və demokratikləşmənin maddi əsası  kimi 

yalnız kapitalist sistemini seçmək üçün əsas verdi. 

Yeni dünya nizamının xarakterik xüsusiyyətlərindən biri də beynəlxalq 

münasibətlər sisteminin əsası kimi,  getdikcə beynəlxalq birliklər, təşkilatlar tərəfindən 

sosial-siyasi  təmayüllərin liberallaşdırılması hesab oluna bilər. Vaxtilə dünyada özünə 

tərəfdarlar tapmış  və müəyyən dövlətlərin  əsas ideoloji prinsipinə çevrilmiş faşizm

sosializm kimi dəyərlər öz yerini  tədricən liberalizmə verməkdədir. Düzdür, bu gün 

dünyada millətçilik və dini ideyaların geniş yayılması da bəşəriyyəti müəyyən qədər 

düşündürür. Lakin Qərbin iqtisadi, siyasi və  mənəvi həyatında tam bərqərar olmuş, 

dünyada isə ideya kimi çox populyar şəkildə  təbliğ olunan liberalizm ideologiyası artıq 

yeni dünya nizamının qarşısıalınmaz dəyəri kimi qiymətləndirilir.  

Yeni dünya nizamının ən mübahisəli məsələsi müasir beynəlxalq münasibətlərin 

və dövlətlərarası qaydaların kim tərəfindən – beynəlxalq təşkilatlar, yoxsa getdikcə 

hegemonluğa can atan ABŞ  tərəfindən nizamlanması  məsələsidir.      ABŞ politoloqları  

müasir dünyanın “maarifçi rəhbərliyə ehtiyacı olduğu” və belə bir rolu məhz Amerikanın 

oynaya biləcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, ABŞ-ın müasir dünya 

iqtisadiyyatında və siyasətindəki yeri və rolu ona imkan verir ki, dünyanın liderliyini öz 

üzərinə götürsün, planetdə sülhü, təhlükəsizliyi və  əmin-amanlığı  təmin etsin. Onların 

fikrinə görə, buna ABŞ-ın həm hərbi, həm  iqtisadi, siyasi, sosial və mədəni potensialı 

tam cavab verir.  

Başqa cür düşünənlər də var. Bunların sırasında Çin, Rusiya, və ABŞ-ın  Qərbi 

Avropa müttəfiqlərindən hesab olunan Fransa və Almaniyanı göstərmək olar.  Bu ölkələr 

hesab edirlər ki,  yeni dünya nizamı kollektiv məsuliyyət, kollektiv müdaxilə  tələb edir. 

Odur ki, beynəlxalq münasibətlər BMT çərçivəsində, onun Təhlükəsizlik  Şurasında 

həllini tapmalı,  bütün məsələlər birgə razılıqla idarə olunmalıdır. 

Yeni dünya nizamı  şəraitində beynəlxalq münasibətlərdə geosiyasət məsələləri, 

regionlaşma və regional inteqrasiya, qloballaşma prosesləri mühüm əhəmiyyət kəsb 

edir. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə