Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə42/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   38   39   40   41   42   43   44   45   ...   229

 

108


Dünya politoloqları müasir münaqişələrin səbəb və xarakteristikasına müxtəlif 

rakurslardan yanaşır və  fərqli proqnozlar verirlər. Bəziləri hesab edir ki, müasir 

münaqişələrin kökündə ideoloji və iqtisadi səbəblər deyil, mədəniyyətlərarası  fərqlər, 

“sivilizasiyaların toqquşması” durur. Onların fikrinə görə, gələcək konfliktlər krallar, milli  

dövlətlər və ideologiyalar arasında deyil, məhz sivilizasiyalar arasında baş verəcək. 

Nəzəriyyə müəlliflərinin fikrinə görə, münaqişələrin  potensial məkanı sivilizasiyalar 

arasından keçən zərif  xətlərdir. “Sivilizasiyalararası münaqişə iki forma alır: 1) lokal 

səviyyədə  zərif xətlər üzrə yaranan münaqişələr, müxtəlif sivilizasiyalara mənsub olan 

qonşu dövlətlər arasında və bir dövlətin tərkibində yaşayan müxtəlif xalqlar, qruplar 

arasında baş verən; 2) qlobal səviyyədə  münaqişələr müxtəlif sivilizasiyalara mənsub 

özək dövlətlər (əsas dövlətlər) arasında baş verir”.  

Bəhs olunan nəzəriyyənin müəllifi  əgər “mədəniyyətlər və sivilizasiyalararası  

fərqləri və mübarizəni” müasir münaqişələrin səbəblərindən biri kimi təqdim etsəydi, 

əlbəttə,  onunla razılaşmaq mümkün idi.  Doğrudan da, mədəniyyətlər bir-birindən 

tarixinə, milli-mənəvi dəyərlərinə, dini-psixoloji köklərinə görə ayrılır və sivilizasiyaların 

tarixi milli dövlətlərdən, ideoloji baxışlardan daha qədim və daha dayanıqlıdır. Bu 

dəyərlər min illərlə formalaşmış, xalqların mənəvi dünyasına, fikir və düşüncəsinə hakim 

kəsilmişdir.  Odur ki, ideoloji və siyasi rejimləri identifikasiya etmək, onlar arasındakı 

fərqləri aradan qaldırmaq daha asandır, nəinki sivilizasiyaları, mədəni-mənəvi dəyərləri. 

Xalqları xarakterizə edən ən fundamental dəyər məhz milli mədəniyyət və dildir.  

Qloballaşmanın vüsət aldığı XXI əsrdə dünya vahid bir meydana çevrilir, insanlar 

arasında mövsümi  və daimi təmaslar intensivləşir və müvafiq olaraq mədəniyyətlər üz-

üzə  gəlir. Bu proses bir tərəfdən obyektiv olaraq mədəniyyətləri bir-birinin hesabına  

zənginləşdirir, daha mütərəqqi mədəni dəyərlər digərlərini sıxışdırır, onların inkişaf 

meydanını daraldır. Bu da müvafiq olaraq mədəni inkişaf meydanı kiçilən xalqları daha 

radikal  əhval-ruhiyyəli hərəkətlərə sövq edir. Müxtəlif mədəniyyətə malik olan insanlar 

arasında təmaslar intensivləşdikcə onlar arasında məxsusi sivilizasiya şüuru da artır ki, 

bu da müvafiq olaraq mədəni-mənəvi mənsubiyyətinə görə fərqlənən insanlar arasında 

həm dünya miqyasında, həm də bilavasitə  təmas  ərazilərində ayrılmaları  və 

toqquşmaları dərinləşdirir. Bununla yanaşı,  dünyada gedən iqtisadi, sosial inteqrasiya 

prosesləri xalqları bir-biri ilə sıx təmaslara cəlb edərək,  milli şüurun əsas qaynağı olan 

milli dövlətləri tədricən ümumdünya və qlobal proseslərdən sıxışdırır və  zəiflədir. Milli 

dövlətlərin dünya proseslərində boşalan yerini son illərdə dini cəmiyyətlər tutmağa səy 

göstərirlər. Bu qurumlar insanların dinə müsbət meylindən istifadə edərək,  öz  




 

109


ideyalarını onlara təbliğ edir və onlarda dini mənsubiyyət hisslərini gücləndirirlər. Bu da 

təmas nöqtələrində insanların dini toqquşmasına müəyyən qədər  rəvac verir. Bütün 

bunlar göstərir ki, müasir münaqişələrdə milli-mədəni və dini fərqlərin oynadığı rolu inkar 

etmək olmaz.  Lakin müasir qloballaşma prosesindəki    iqtisadi  və sosial faktorlar elə 

həddə çatmışdır ki, beynəlxalq aləmdə dövlətlər və insanlar arasındakı münasibətlərin 

əsas katalizatoru rolunda  din, dil, mədəniyyət deyil, məhz iqtisadi maraqlar çıxış edir. 

Hazırkı münaqişələrin  əsas determinantı bütün XX əsrdə baş vermiş dövlətlərarası 

toqquşmalarda olduğu  kimi,  yenə  də ayrı-ayrı ölkələrin dərk olunmuş milli maraqları 

hesab olunur. D. Zerkinin “istənilən halda beynəlxalq konflikt o zaman baş verir ki, bir 

dövlət, yaxud dövlətlər  qrupu öz mənafelərini digərlərinə  təlqin edir” fikri ilə 

razılaşmamaq mümkün deyil.  

Müasir münaqişələrin  ən qanlı    və  təhlükəli təzahür formalarından biri 

terrorizmdir. Məsələ burasındadır ki, müasir terrorizm qloballaşan dünyanın bütün 

texnoloji nailiyyətlərini mənimsəmək və insanlıq əleyhinə istifadə etməklə özü qlobal bir 

xarakter kəsb etmişdir. Terrorizm  bir ölkə çərçivəsini aşaraq beynəlxalq xarakter almış 

və beynəlxalq proseslərin destruktiv subyekti kimi çıxış etməyə başlamışdır. Digər 

münaqişələrin baş verməsinin  əsas səbəbləri, eyni zamanda terrorizmin də  əsasında 

dayanır. Bunların sırasında qloballaşmaya və qlobal siyasətə müqaviməti, etnik 

separatizmi, dünyada baş verən qeyri-bərabər və ədalətsiz proseslərə etirazı, özlərinin 

maddi və  mənəvi  iddialarını reallaşdırmaq, gəlir götürmək, hansısa qeyri-qanuni 

ehtiyaclarını təmin etmək istəyi və sairəni xüsusi qeyd etmək lazımdır. 

Terrorizm ayrı-ayrı insanlar, təşkilatlar, xüsusi orqanlar və bəzən bütöv dövlət və 

dövlətlər qrupu tərəfindən təşkil olunur və həyata keçirilir. Terror aktları seçilmiş xüsusi 

ərazilərdə,  şaxə halında bütün dünyada (lokal və qlobal) həyata  keçirilə bilir. 

Terrorizmin iki əsas forması mövcuddur: dövlət terrorizmi və fərdi terror.  

İkinci dünya müharibəsindən sonra yaranmış ideoloji qarşıdurma dövründə 

dövlətlərin bir-birinə qarşı  həyata keçirdiyi terror aktları, yaxud bir dövlətin müxtəlif 

məqsədlərlə başqa dövlət ərazisində həyata keçirdiyi  hərbi-siyasi ekspansiyalar dövlət 

terrorizmi kimi  qiymətləndirilirdi. BMT Baş Assambleyasının 39-cu sessiyasında qəbul 

olunmuş «Dövlət terrorizmi siyasətinin və dövlətin digər suveren dövlətlərdə ictimai-

siyasi quruluşun sarsıdılmasına yönəlmiş fəaliyyətinin yolverilməzliyi haqqında» xüsusi 

qətnaməsi “soyuq müharibə” dövründə geniş vüsət almış dövlət terrorizminin qarşısını 

almaq məqsədi daşıyırdı.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə