Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə41/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   37   38   39   40   41   42   43   44   ...   229

 

106


institutların tələblərini nəzərə almaqla təmin edə bilər. Beynəlxalq qurumlar hər bir üzv 

dövlətin daxili idarəçiliyinə, dövlət və  vətəndaş münasibətlərinin qurulmasına, maliyyə 

və büdcə siyasətinin istiqamətlərinə, qiymət, bölgü, istehsal və ticarət  əlaqələrinə  

birbaşa və dolayı yolla müdaxilə edirlər.  

Müasir beynəlxalq münasibətlərin  əsas tendensiyalarından biri də beynəlxalq 

təhlükəsizlik tələblərinin, qlobal və lokal  terrorizmə qarşı mübarizənin ümumdünya 

siyasəti səviyyəsinə qaldırılması hesab oluna bilər. Bu prosesin əsas xarakterik 

xüsusiyyəti ondan ibarətdir ki, dünyada başda ABŞ olmaqla,  vahid anti-terror 

koalisiyasının yaradılması prosesi həyata keçirilir və keçmişdə hansı  hərbi və siyasi 

blokda iştirak etməsindən asılı  olmayaraq,  dövlətlər iki meyara görə qruplaşır. Bir qrup 

ABŞ-ın təsiri ilə terrorizmə qarşı mübarizə  cəbhəsində yer tutursa,  digərləri terroru  

dəstəkləyən ölkələr  sırasına aid edilirlər.  Ən maraqlısı isə ondan ibarətdir ki,  bu 

ölkələrin hansı qrupa aid olmasını    bəzən tam subyektiv amillərlə ABŞ  və onun təsiri 

altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar müəyyən edir. Odur ki, bəzən bu qrupa 

bütün mövcudluğu dövründə terroru dövlət siyasəti səviyyəsində  dəstəkləyən, öz 

separatçı və digər məqsədlərini terror vasitəsilə reallaşdırmağa çalışan Ermənistan kimi 

dövlətlər deyil, subyektivcəsinə hansısa müsəlman ölkəsi daxil edilir. Bu da dünya 

ictimaiyyətinin nəzərində müvafiq olaraq  terroru dəstəkləyənlərin və onun qurbanı 

olanların əsl obyektiv qiymət almasına mane olur.  

Beynəlxalq münasibətləri və müasir  dünya siyasətini xarakterizə edən  əsas 

səciyyəvi cəhətlərdən biri də beynəlxalq siyasi proseslərin yeni subyektlərinin – 

hökumətlərarası beynəlxalq  və qeyri-hökumət təşkilatlarının dünya siyasətində rolunun 

artması hesab olunur. Vaxtilə milli dövlətlərin suveren hüququ hesab olunan prinsiplər  

dövlət suverenliyi, daxili siyasət, dövlət və  vətəndaş münasibətləri, demokratiya, 

vətəndaş cəmiyyəti maraqları, insan hüquq və azadlıqlarının qorunması və s. adı altında 

getdikcə daha çox beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının tələbləri və 

məsləhətləri ilə tənzimlənir. Ümumiyyətlə, bu prinsiplərin qorunması və onlara hərtərəfli 

əməl olunması beynəlxalq hüquq normaları səviyyəsində milli dövlətlərdən tələb olunur.  

Müasir beynəlxalq münasibətlərin yeni təzahür formalarından biri də dövlətlərlə 

yanaşı ayrı-ayrı regionların, ölkələrin daxili subyektlərinin beynəlxalq aləmə  çıxması, 

beynəlxalq əlaqələrə qatılması, əməkdaşlıqda iştirakı hesab oluna bilər.  Bu tendensiya 

son zamanlar Avropada, Cənub-Şərqi Asiyada çox geniş yayılmış və bəzi hallarda ayrı-

ayrı dövlətləri təmsil edən regionların əlaqələri,  həmin dövlətlərin əlaqələrindən çox-çox 

intensiv xarakter almışdır.  




 

107


Beynəlxalq münasibətlərin  müasir vəziyyətinə  təsir göstərən əsas amillərdən biri 

də son zamanlar dünyada mərkəzdənqaçma proseslərinin güclənməsi fonunda 

(keçmişdə vahid tərkibdə yaşayan xalqlar öz müstəqil dövlətlərini yaratmaq 

istiqamətində fəaliyyət göstərirlər) Avropada getdikcə güclənən inteqrasiya hesab oluna 

bilər.  

Avropada İkinci dünya müharibəsindən sonra başlanan inteqrasiya prosesləri son 

on ildə yüksək sürətlə dövlətlərarası  sədləri aradan qaldırmış  və bu məkanda vahid 

daxili və xarici siyasət strategiyası formalaşdırılmışdır. Lakin mərkəzdənqaçma meylləri, 

etnik separatizm, davakar millətçilik və dini ayrıseçkilik hisslərinin son illərdə bir qədər 

yüksəlişi də müasir dünya siyasətinin reallığı hesab olunur.  

Bəzi tədqiqatçılar sosializm və kapitalizm sistemlərini təmsil edən bloklararası 

soyuq müharibənin bitməsini dünyada konfliktlərin  də azalmasına  əhəmiyyətli təsir 

göstərəcəyini iddia etsə də, bu proqnoz özünü doğrultmadı. “Konfliktsiz dünya” arzusu 

ilə yaşayan iri dövlətlər,  əsasən ABŞ  və Avropa İttifaqı ölkələri qloballaşma prosesini 

rahat həyata keçirmək məqsədilə konfliktləri həll etmək  üçün müəyyən səylər 

göstərirlər. Lakin bu konfliktlərin  əsas səbəbləri, onu doğuran subyektiv amillər, 

beynəlxalq hüquq normalarının tətbiqindəki ikili yanaşmalar  dövlətlərə  həmin 

münaqişələrin qarşısını almaqda  mane olur.  

Hazırda zorakılıqla müşayiət olunan münaqişələrin sayı 1993-cü ilə nisbətən 34-

dən 2003-cü ildə 19-a düşsə də, ümumən baş verən münaqişələr hələ də dünya siyasi  

proseslərinin aparıcı tendensiyalarından birini təşkil edir.  (Bax: Stokholm Beynəlxalq 

Sülh Tədqiqatları  Mərkəzinin  məlumatları. www.sipri.se.) Hansı  səbəbdən  

yaranmasından asılı olmayaraq, müasir münaqişələr bəşəriyyət üçün böyük təhlükə 

yaradır, daha geniş  əraziləri  əhatə edir, ekoloji, humanitar və sosial fəlakətlərə  səbəb 

olur. Səbəblər isə müxtəlifdir. Bunların sırasında ayrı-ayrı dövlətlərin ərazi iddiaları, etnik 

separatizm, sənaye dövlətləri ilə xammal ölkələri arasındakı ziddiyyətlər, nəzarətsiz 

silahlanma, miqrasiya, qloballaşma, qloballaşmaya müqavimət üzərində yaranmış 

millətçilik və dini müqavimət daha tez-tez rast gəlinən səbəblərdəndir. 

Beynəlxalq münaqişələr ideoloji və blok qarşıdurması dövründə  əsasən 

nəzarətdə saxlanılır, məqsədli  şəkildə istifadə edilir və onun qloballaşmasının qarşısı 

alınırdısa, müasir dövrdə bu münaqişələrin qarşısını alan   mexanizmlər zəifləmişdir. 

Bundan başqa, dünyanın siyasi sistemində baş verən dəyişikliklər,  İkinci dünya 

müharibəsindən sonra formalaşmış milli-dövlət sərhədlərinin pozulması da 

münaqişələrin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsini çətinləşdirmişdir.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə