Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə37/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   33   34   35   36   37   38   39   40   ...   229

 

94

isə kütləvi qırğın silahlarının dünyaya yayılmasının qarşısını ala bilmədi. Çünki hər iki 



dövlət illər boyu dünya ölkələrini  bu qarşıdurmaya sövq etmiş, onlar arasında qarşılıqlı 

etimadsızlıq mühiti yaratmış və bir-birinə qarşı mübarizəyə kökləmişdir. 60-70-ci illərdə 

SSRİ və ABŞ-ın təhriki və iştirakı ilə o vaxta qədər nizamlana bilməyən ərəb-İsrail, ərəb 

dövlətləri arasındakı münaqişələr yenidən vüsət alır, Orta Şərq ölkələrində qarşıdurma 

qızışırdı. 

70-ci illərin sonunda İranda şah rejiminə qarşı üsyan təşkil edildi və ayağa qalxan 

xalq həm SSRİ-nin, həm də ABŞ-ın diplomatik missiyalarını dağıdaraq ölkədən qovdu. 

Bunun ardınca  İraq-İran müharibəsi qızışdı  və Suriya, İordaniya bu müharibəyə  cəlb 

olundu. Əslində,  bu ölkələrin bir-biri ilə münaqişəyə cəlb edilməsində həm ABŞ-ın, həm 

də SSRİ-nin öz maraqları və planları var idi.  

1973-1978-ci illərdə Sovet-Amerika qarşıdurması  Əfqanıstanda vətəndaş 

müharibəsinə  səbəb olur. Hər iki tərəf bu ölkədə öz təsirini  qorumaq, yaxud 

möhkəmlənmək üçün yerli tayfalardan istifadə edir, özünə  sərf edən hakimiyyət 

formalaşdırmaq istəyirdi. 1979-cu ildə sovet qoşunları  Əfqanıstana daxil olur və 

uzunmüddətli SSRİ-ABŞ qarşıdurması başlanır. 1989-cu ildə SSRİ qoşunları bu 

ölkədən çıxarılana qədər  əfqan məsələsi və Sovet-Amerika qarşıdurması beynəlxalq 

münasibətlərin əsas problemlərindən birinə çevrilir.  

60-70-ci illərdə Sovet-Amerika qarşıdurmasına bir çox Asiya və Sakit Okean 

hövzəsi ölkələri də  cəlb edilir. 1973-cü ildə ABŞ Vyetnama qarşı müharibəni 

dayandıraraq,  bu ölkənin SSRİ-nin təsiri altında qalması ilə razılaşır. SSRİ bunun 

ardınca Laosa daxil olur. Bir neçə gün içərisində ABŞ-ın dəstəyi ilə 1960-cı ildə  

yaradılmış hakimiyyət devrilir və sosialist yönlü hökumət qurulur. Buna cavab olaraq,  

ABŞ 1970-ci ildə Kambocaya daxil olur və burada özünə yaxın hakimiyyət strukturu 

formalaşdırır. SSRİ gizli və açıq yolla Kamboca partizanlarını silahlandırır və ABŞ-a 

qarşı mübarizəyə  təhrik edir, 1976-cı ildə çevrilişə nail olur və bu ölkəni öz təsir 

dairəsinə salır.  

ABŞ-SSRİ qarşıdurması başqa formada, dinc və dolayı  təsir vasitələrindən 

istifadə etməklə Hindistan və Yaponiya  uğrunda da davam edirdi. Düzdür,  bu ölkələrə 

silahlı müdaxilə çətin idi. Odur ki, onlar diplomatik, iqtisadi, maliyyə və digər faktorlardan 

istifadə edərək  bu iki dövlət ilə yaxın münasibətlər yaratmaq  üçün mübarizə  

aparırdılar.  

60-80-ci illərin Sovet-Amerika qarşıdurması    nə  qədər sərt və  kəskin olsa da, 

silahlı toqquşma və müharibə ilə  nəticələnmədi. Çünki  artıq formalaşmış beynəlxalq 



 

95

münasibətlər sistemi silahlı toqquşmaları dayandıra bilirdi. BMT-nin fəaliyyət 



göstərməsi, “üçüncü ölkələr” institutunun real faktora çevrilməsi, beynəlxalq hüquq 

normalarının getdikcə  təkmilləşməsi,  tərəflərin malik  olduğu nüvə silahının çəkindirici 

rol oynaması, dünya ictimaiyyətinin silahlanmaya,  müharibələrə və açıq qarşıdurmalara 

etirazlarının getdikcə daha sərt qoyuluşu hər iki tərəfi ehtiyatla davranmağa, bu rəylərə 

hörmətlə yanaşmağa  məcbur edirdi.  

Beynəlxalq münasibətlər sistemində mövcud olan üçqütblülüyü, BMT 

tribunasından hər üç tərəfin öz ideoloji məqsədi üçün istifadə etmək imkanını  nəzərə 

alsaq, o zaman dünya ictimai fikrinə, ictimai çağırışlara ABŞ  və SSRİ  tərəfindən 

reaksiya verməmək də mümkün deyildi. Çünki qarşı  tərəf dərhal öz rəqibini irticaçı 

siyasət yeritməkdə, dünyanı  təhlükə qarşısında qoymaqda günahlandırır və onu 

beynəlxalq ictimaiyyətin, üçüncü dövlətlərin gözündən salmağa çalışırdı. Odur ki, həm 

SSRİ, həm də ABŞ beynəlxalq ictimai narahatlığı nəzərə alaraq 60-cı illərin əvvəlindən 

başlayaraq, o zaman atomun sirlərinə yiyələnmiş  İngiltərəni də cəlb etməklə, tərksilah 

və kütləvi qırğın silahlarının istehsalı  və sınağı ilə bağlı danışıqlara başlamağa məcbur 

olur.  

1962-ci ildə BMT Baş Assambleyasının XVII sessiyasında  1968-ci il yanvarın 1-



dən kütləvi qırğın silahlarının hər cür sınağının qadağan olunması haqqında qətnamə 

qəbul edildi. Həmin ildə bu silahların yayılmasının qarşısını alan beynəlxalq müqavilə 

imzalanır və belə silaha malik olmayan dövlətlərin təhlükəsizliyinə  təminat verən BMT 

Təhlükəsizlik Şurasının  Qətnaməsi qəbul edildi.  

Əlbəttə, bu sənədlər və böyük dövlətlərin – SSRİ, ABŞ,  İngiltərə, Fransa, Çinin 

ona imza atması beynəlxalq gərginliyi bir qədər azaltdı. 1970-ci ilə qədər bu müqaviləni 

dünyanın  100-ə qədər ölkəsi imzaladı. 1972-ci ildə 90-dan çox ölkə dənizin dibində və 

okeanlarda kütləvi qırğın silahlarının sınağını, yerləşdirilməsini qadağan edən digər bir 

beynəlxalq müqaviləni imzaladı. Bütün bu razılaşmalar, beynəlxalq müqavilələr BMT-nin 

rəhbərliyi altında hazırlanır  və onun təminatına söykənirdi.  

Beynəlxalq münasibətlər sisteminin formalaşması  və inkişafı tarixində mühüm 

əhəmiyyət kəsb edən hadisə ABŞ qoşunlarının Vyetnamdan çıxarılmasından (1973) və 

Hind-Çin yarımadasında  sülhün bərpa olunmasından sonra SSRİ ilə ABŞ arasında 

təhlükəsizlik və  əməkdaşlıq üzrə ümumavropa müşavirəsinə hazırlıq və müşavirənin 

keçirilməsi oldu.  

Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin (ATƏM) keçirilməsi, 

ümumavropa səviyyəsində sülhün, təhlükəsizliyin, dövlətlərarası  əməkdaşlıq 



 

96

məsələlərinin müzakirəsi təklifini hələ 1966-cı ildə sosialist ölkələrini təmsil edən 



Varşava  Müqaviləsi Təşkilatı vermişdi. Həmin vaxtdan 1975-ci ilə - Avropada 

təhlükəsizlik və əməkdaşlıq üzrə “Helsinki yekun aktının” imzalanmasına qədər keçən 9 

ildə müxtəlif səviyyələrdə 33 Avropa dövləti ilə yanaşı, SSRİ, ABŞ və Kanada rəhbərləri  

də bu mövzuda keçirilən müzakirələrdə iştirak etmişdilər. 

Ümumavropa müşavirəsini çağırmaqla SSRİ  və onun müttəfiqləri  İkinci dünya 

müharibəsindən sonra Avropada  yaranmış geosiyasi mühiti, soyuq müharibə şəraitində 

Qərbi Avropa ölkələri və ABŞ-la münasibətləri araşdırmaq, iki əksqütblü siyasi düşərgə 

üzərində köklənmiş ideoloji mübarizəni öz xeyrinə  həll etmək, bütün Avropada 

sosializmin təsirini artırmaq məqsədi güdürdü. ABŞ və Qərbi Avropa dövlətləri isə belə 

bir müşavirəyə razılıq verməklə öz planlarını reallaşdırmaq istəyirdilər. Onlar bu 

ümumavropa toplantısında SSRİ  və  Şərqi Avropada insan və  vətəndaş hüquqlarının 

pozulması, totalitar rejim və  sərt ideoloji idarəçiliyin mənfi təzahürlərini xüsusi 

qabartmaqla Avropanın ictimai fikrini öz xeyirlərinə  dəyişməyi planlaşdırırdılar. Lakin 

bütün ideoloji xüsusiyyətlərinə baxmayaraq, 1973-cü il iyulun 3-də  Helsinkidə ATƏM-in 

35 dövlətin xarici işlər nazirlərinin iştirakı  ilə ilk iclası öz işinə başlayır və beş gün 

davam edir. Bu iclasda “Avropada təhlükəsizlik və dövlətlərarası münasibətlərin 

prinsipləri” adlı o zaman SSRİ-nin təklif etdiyi layihə müzakirə olunmuş, lakin qərar 

qəbul edilməmişdir. Həmin il sentyabrın 18-də Cenevrədə başlanan ikinci iclas müəyyən 

fasilələrlə 1975-ci il  iyulun 21-də davam etmiş, dövlət başçılarının müzakirəsinə 

çıxarılacaq müxtəlif məsələlər işçi qruplarında işlənib hazırlanmışdır.  

ATƏM-in son – üçüncü mərhələsi  1975-ci il iyun ayının 30-da Finlandiyanın 

paytaxtı Helsinki  şəhərində başlandı, geniş müzakirələrdən sonra “Helsinki Yekun 

Aktı”adlanan  və  beynəlxalq münasibətlər sisteminin inkişafına  mühüm töhfə hesab 

olunan fundamental bir sənəd imzalandı. Yekun Aktına Avropanın 44 dövlətinin, ABŞ və 

Kanadanın dövlət rəhbərləri imza ataraq  “soyuq müharibə” dövründə,  BMT-nin 

yaranmasından keçən 30 ildə ilk dəfə  Avropada və dünyada baş verən yenilikləri, 

dövlətlərarası münasibətlərdə yaranmış real vəziyyəti nəzərə almaqla, mövcud durumu 

qoruyub saxlamaq, İkinci dünya müharibəsinin nəticələrini  əks etdirən Yalta-Potsdam 

sisteminə  əməl etmək, digər kollektiv təhlükəsizlik və  əməkdaşlıq məsələlərini həll 

etmişlər.  

“Helsinki Yekun Aktı” BMT Nizamnaməsindən sonra beynəlxalq münasibətlər  

sistemini inkişaf etdirən  ən mühüm beynəlxalq hüquqi sənədi idi. Yekun Aktında 

dövlətlərarası münasibətlərin hamı tərəfindən əməl edilməsi vacib olan 10 əsas prinsipi 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə