Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə34/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   30   31   32   33   34   35   36   37   ...   229

 

86

Bundan  əlavə, BMT-nin fəaliyyətə başlaması  və beynəlxalq münasibətlər 



sistemini tənzimləyən hüquq normalarının mövcudluğu müharibədən sonra ayrı-ayrı 

xalq və dövlətlərin müstəmləkələrdən xilas olması, müstəqillik yolu tutması üçün də 

münbit şərait yaradırdı. Düzdür,  müstəmləkədən azad olmuş xalq və dövlətlər dərhal bu 

və ya digər düşərgənin təsiri altına düşür, beynəlxalq münasibətlərdə ya SSRİ-nin, ya 

da ABŞ-ın himayəsinə  sığınırdılar. Lakin  bütün qüsurlarına baxmayaraq, beynəlxalq 

sistem işləyir və dövlətlərarası münasibətlərin açıq qarşıdurmalara çevrilməsinə mane 

olurdu.  

Bu dövrün əsas səciyyəvi cəhətlərindən biri iqtisadi, siyasi, hərbi bloklaşmanın 

güclənməsi və onların vasitəsilə “kapitalizmin”, yaxud “sosializmin” qorunması idi. Bu 

bloklardan ən mühümü əlbəttə ki, iki sistemin qarşıdurmasını  xarakterizə edən NATO 

və Varşava Müqaviləsi Təşkilatı idi. Hər iki tərəf bir-birinə qarşı açıq silahlı toqquşmadan 

çəkinsə də, çox kəskin iqtisadi, ideoloji və soyuq müharibə aparırdı.  

Dövrün digər səciyyəvi cəhəti BMT-nin, SSRİ  və ABŞ-ın müxtəlif  yönlü 

dəstəyindən bəhrələnən Asiya, Afrika və Latın Amerikası xalqlarının əvvəlki müstəmləkə 

rejimlərindən xilas olaraq  öz dövlətlərini yaratmağa başlaması idi. O vaxta qədər 

Avropa dövlətlərinin, Yaponiyanın,  Çinin və ABŞ-ın keçmiş müstəmləkələri hesab 

olunan  bu xalqlar öz müstəqilliyinə qovuşdular. Belə dövlətlər sırasına  İndoneziya, 

Birma, Hindistan, Pakistan, Banqladeş, Filippin, Nepal, Vyetnam,  Laos, Kamboca, 

Tailand, Suriya, Livan, Misir, İraq, Yəmən,  İordaniya, Liviya, Sudan, Tunis, Mərakeş, 

Qana, Qvineya, Toqo, Kamerun, Mali, Madaqaskar, Çad, Mərkəzi Afrika Respublikası, 

Konqo, Qabon, Keniya, Uqanda, Efiopiya, Somali, Kuba və b. ölkələri aid etmək olar. 

1950-70-ci ilərdə müstəqillik qazanan bu dövlətlər müstəqil subyektlər kimi BMT-yə daxil 

oldular.  Əlbəttə, BMT-nin varlığı  və onun Təhlükəsizlik  Şurasında ikiqütblüyün 

mövcudluğu bu ölkələrin müstəqillik qazanmalarında həlledici rol oynadı.  Bu dövlətlərin 

BMT-yə üzv qəbul edilməsi həm beynəlxalq münasibətlər sisteminin hüdudlarının və 

fəaliyyət dairəsinin genişlənməsinə, həm də beynəlxalq hüququn inkişafına, sivil 

birgəyaşayış normalarının getdikcə  təkmilləşməsinə  təkan verdi. Digər tərəfdən, 

imperiyaların dağılması  və dövlətlərin müstəqillik qazanması prosesinin daha ağrısız,  

müqavimətsiz və qansız ötüşməsinə    səbəb oldu. BMT və onun beynəlxalq hüquq 

sistemi, Təhlükəsizlik  Şurasının mövcudluğu və burada təmsil olunan dövlətlərin fərqli 

maraqlar nümayiş etdirməsi, beynəlxalq siyasətin çoxqütblülüyü Fransa,  İngiltərə, 

Hollandiya, İspaniya, Portuqaliya kimi Avropa dövlətlərini ciddi müqavimət göstərmədən 

malik olduqları müstəmləkələrdən əl çəkməyə məcbur etdi.  O vaxta qədər Asiya, Afrika 



 

87

və Latın Amerikasının demək olar ki, 3/4 hissəsi bu ölkələrin müstəmləkəsi altında idi. 



SSRİ, Çin kimi dövlətlərin BMT Təhlükəsizlik  Şurasında ABŞ  və onun Avropa 

müttəfiqləri ilə birgə təmsilçiliyi və veto hüququna malik olmaları Asiya, Afrika və Latın 

Amerikası ölkələrinin müstəmləkələrdən daha qansız yolla azad edilmələrinə çox 

mühüm kömək göstərdi.  

Sözsüz ki, SSRİ  və ABŞ dünyada öz təsirlərini artırmaq, müstəqilliklərini  əldə 

etmiş yeni dövlətləri tərəflərinə  çəkmək və nüfuzu altına salmaq, beynəlxalq 

münasibətlərdə onların dəstəyini qazanmaq istiqamətində ciddi çalışırdılar. Lakin 

istənilən halda iki tərəf arasında dünya siyasətinə  və yeni dövlətlərə  təsir imkanlarına 

görə müəyyən balans yaranmışdı. Bu  isə heç kimə imkan vermirdi ki, beynəlxalq 

münasibətlərdə tam hegemon mövqe tutsun və öz iradəsini beynəlxalq aləmə zorla 

qəbul etdirsin. Bu vəziyyət,  bir tərəfdən, müstəqillik yoluna qədəm qoymuş yeni 

dövlətlərə müsbət təsir göstərir, onların gələcək inkişafla bağlı seçim imkanlarını artırır, 

digər tərəfdən, istər-istəməz kollektiv sülhə, təhlükəsizliyə xidmət edir və münaqişələrin 

açıq qarşıdurma və müharibələrə gətirib çıxarmasına mane olurdu.  

Beynəlxalq münasibətlərin müharibədən sonrakı 10-15 ili hərbi-siyasi bloklaşma 

ilə yanaşı, həm də müstəmləkələrin dağılması, beynəlxalq münasibətlərin subyektlərinin 

sayının artması  və yeni dövlətlərin bəzilərinin dünya siyasətində tam fərqli siyasət 

yolunu tutması hesab oluna bilər. Bu istiqamətdə beynəlxalq münasibətlər  sistemi üçün 

çox böyük əhəmiyyət kəsb edən və müharibədən sonrakı illərdə  kəskinləşən 

qarşıdurma və qütbləşməyə  alternativ hesab oluna biləcək “bitərəf dövlətlər” 

fenomeninin meydana çıxmasını qeyd etmək olar. Məlum olduğu kimi, birinci və ikinci 

dünya müharibələri arasındakı 20 ildə  dünyada ABŞ, İngiltərə, Fransa, SSRİ, Almaniya, 

Yaponiya  və b. dövlətlərin rəhbərlik etdiyi çoxqütblük hökm sürürdü. 1945-ci ildən bu 

qütblər SSRİ  və ABŞ  ətrafında  əriyərək beynəlxalq  münasibətlərin iki qarşıduran 

qütbünü təşkil etdi.  

1950-ci illərin ortalarından başlayaraq beynəlxalq arenaya yeni bir qütb şəklində  

“bitərəf dövlətlər” bloku  qoşulur ki, bu da ABŞ-SSRİ blokları arasında kəskinləşən 

qarşıdurma fonunda tamamilə yeni bir fenomen idi. Bu institutun meydana gəlməsi  öz 

müstəqilliyini yenicə qazanmış dövlətlərə alternativ seçim imkanı verir və “soyuq 

müharibə” aparan tərəflərə qoşulmamaq, dünyada kəskinləşən qarşıdurmadan  kənarda 

qalmaq və beləliklə  də beynəlxalq münasibətlər sistemini sivil, əməkdaşlıq məcrasına 

yönəltmək işinə dəstək rolunu oynayırdı. 




 

88

Bitərəflik ideyası Asiyanın müstəqillik  əldə etmiş bir neçə dövləti tərəfindən irəli 



sürülmüş,  əvvəl sadəcə ABŞ-SSRİ arasında gedən ideoloji müharibəyə qoşulmamaq 

mahiyyəti daşımış, bir az sonra isə bitərəf ölkələrin vahid bir blokuna çevrilmişdir. Bu 

ölkələr hərbi və siyasi bloklarda iştirakdan imtina etməklə yanaşı, öz iqtisadi, siyasi 

yönlərini də müstəqil müəyyən edir,  ABŞ  və SSRİ-nin birtərəfli himayəsini qəbul 

etmirdilər. Düzdür, həm ABŞ, həm də SSRİ onları öz tərəflərinə çəkməyə cəhd edirdi, 

lakin bu iki fövqəldövlət arasındakı güc balansı, davamlı  çəkişmə  və konfliktlər bitərəf 

ölkələrin işinə yarayır və onlara öz müstəqil siyasətlərini yürütməyə şərait yaradırdı.  

“Nə Qərb, nə Şərq”  bitərəf siyasət hərəkatını ilk dəfə ingilis müstəmləkəçiliyindən 

xilas olmuş Hindistan öz lideri C. Nerunun rəhbərliyi  ilə başlamış, sonralar bu sıraya 

Misir, Yuqoslaviya, İndoneziya, Birma, Seylon və digər 20 dövlət qoşulmuşdur. Bu 

dövlətlər 1955-ci ildə özlərinin Asiya və Afrika  ölkələri konfransını çağırır və “bitərəf 

ölkələrin” birgə  Bəyannaməsini qəbul edirlər. Beləliklə, bu ölkələr 50-ci illərdən vahid 

blok şəklində BMT tərkibində öz bitərəf qütblərini yaradır və beynəlxalq münasibətlərdə 

söz sahibinə çevrilirlər. “Bitərəflər” qrupunun mövcudluğu 50-70-ci illərdə  həm öz 

müstəqilliklərini yeni qazanmış dövlətlərə seçim imkanı yaradır, onların SSRİ-ABŞ 

qarşıdurmasından kənarda fəaliyyət göstərməsini asanlaşdırır, bloklara qoşulmadan 

beynəlxalq münasibətlər sistemində iştirakına yol açırdı.  

“Bitərəflik” doktrinası  müstəmləkələrdən azad olmuş  gənc suveren dövlətlərin 

metropoliyaların təsiri altından xilas edilməsi və beynəlxalq münasibətlər sistemində bu 

ölkələrin birgə maraqlarının müdafiə edilməsinə yönəlmişdi. Çünki qarşıduran SSRİ-

ABŞ münasibətlərinin və müharibədən sonrakı beynəlxalq siyasətin fonunda “bitərəflik” 

hərəkatının vahid prinsiplərinin və birgə  fəaliyyətlərinin müəllifləri kapitalist-sosialist 

ziddiyyətləri və kim-kimi mübarizəsindən fərqli olaraq,  dövlətlərin və sistemlərin dinc 

yanaşı yaşamasını  rəhbər  tuturdular.  Bu prinsipə görə,  BMT-nin nizamnaməsinin 

tələblərinə - dövlətlərin  ərazi bütövlüyü və suveren hüquqlarına hamılıqla hörmət 

edilməsi; daxili işlərə qarışmamaq, başqa ölkələrin  ərazilərini işğal etməmək; bərabər 

hüquq və qarşılıqlı faydalı əməkdaşlığa hamı əməl etməli idi.  

Nə qədər təəccüblü olsa da, “bitərəflik” hərəkatı üzvü olan dövlətləri həm SSRİ, 

həm də ABŞ hörmətlə qarşılayaraq, onların təşəbbüsslərinə  dəstək verirdi. Hər iki 

hegemon dövlət bu hərəkata və onun üzvlərinə    özlərinin gələcək müttəfiqi,  əks 

düşərgəyə qarşı BMT tribunasında və ümumən dünya arenasında istifadə oluna biləcək 

silah kimi baxırdılar. Hətta, həm ABŞ, həm də SSRİ bu ölkələrə öz müstəqil dövlətlərini 

qurmaq, iqtisadiyyatını inkişaf etdirmək, onlarla ticarət  əlaqələri yaratmaq üçün 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə