Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə36/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   32   33   34   35   36   37   38   39   ...   229

 

92

müqayəisədə  BMT-nin  sessiyalarında beynəlxalq münasibətlərin  əsas problemi kimi 



bu məsələ demək olar ki, mütəmadi olaraq gündəlikdə durur,  müzakirə edilir və 

kollektiv təhlükəsizlik yolunda  həlli tələb olunurdu. BMT tribunasından tez-tez dünya 

ictimaiyyətinin, “bitərəf dövlətlərin” silahlanmanın dayandırılması ilə bağlı  sərt tələbləri  

səslənirdi. Bir sözlə, hərbi bloklar arasında mövcud olan güc balansı beynəlxalq aləmin 

nə  qədər köməyinə çatırdısa, yer kürəsində müasir silahların, xüsusən kütləvi qırğın 

silahlarının artması bir o qədər narahatlıq doğururdu.  

Göründüyü kimi, İkinci dünya müharibəsinin sonundan başlanan və “soyuq 

müharibə” ilə xarakterizə olunan  beynəlxalq  münasibətlər sistemi, o cümlədən dünya 

siyasəti  həddən artıq ziddiyyətli və kövrək  əsaslar üzərində inkişaf etmişdir. 

Ümumiyyətlə,   həmin dövrü tədqiqatçılar üç əsas mərhələyə bölür: 1) 1945-1948-ci illər 

– qarşıdurmanın başlanması, təsir dairəsi uğrunda mübarizənin güclənməsi, Stalinin 

“dünya inqilabı” və Trumenin “hərbi doktrinası” planlarının həyata keçiirlməsi; 2) 1948-

1962-ci illər – təsir dairəsi və bloklaşma istiqamətində SSRİ-ABŞ mübarizəsinin 

qızışması, “soyuq müharibə”nin  bütün dünyaya yayılması, “bitərəf dövlətlər” qütbünün 

beynəlxalq münasibətlərin yeni faktoruna çevrilməsi; 3) Karib böhranından sonra 

beynəlxalq münasibətlər sisteminin inkişafı, SSRİ-ABŞ dialoqunun başlanması  və 

“soyuq müharibə”nin dinc yanaşı yaşamaq mühitinə transformasiyası.  

Bütün bu  ziddiyyətlərinə baxmayaraq, beynəlxalq münasibətlər sistemi sivil 

birgəyaşayış normalarının bərqərar olması, dövlətlərin suveren hüquqlarına hörmət 

edilməsi, beynəlxalq sülhün və hüquq normalarının getdikcə daha dolğun təmin edilməsi 

istiqamətində inkişaf etmişdir.  Əgər 1945-1948-ci illərdə SSRİ  rəhbərliyi bütün dünya 

ölkələrinin marağına və beynəlxalq münasibətlərin tələblərinə zidd olaraq açıq-aşkar  

dünya inqilabı etmək, bütün ölkələrdə sosialist rejimləri qurmaq və onları öz ətrafında 

birləşdirmək siyasəti yeridirdisə, ABŞ isə bunun əksinə olaraq, möhkəm sədd yaradıb, 

dünyanı SSRİ-dən və sosialist inqilabı təhlükəsindən qorumağa çalışırdı.  Hər iki dövlət 

bu yolda zor tətbiq etməkdən çəkinmirdi.  

1948-1962-ci illərdə, bir neçə konkret münaqişə nəzərə alınmazsa,  hər iki tərəf 

bu siyasəti açıq-aşkar deyil, daha çox dolayı yolla, maraqlandırma və  həvəsləndirmə 

vasitəsilə  həyata keçirir, açıq qarşıdurma və silahlı  hədələrdən çəkinirdilər. Sözsüz ki, 

bu illərdə “bitərəf dövlətlər” blokunun yaranması, BMT tərkibində bu qütbün öz siyasətini 

yürütməsi və beynəlxalq münasibətlərin  əhəmiyyətli faktoruna çevrilməsi  proseslərin 

konstruktiv inkişafına öz müsbət təsirini göstərirdi. Elə həmin faktorların təsiri  ilə 1962-ci 




 

93

ildən başlayaraq qlobal qarşıdurma meylləri “dinc yanaşı yaşamaq” və “kollektiv 



təhlükəsizlik haqqında birgə düşünmək” istiqamətində inkişaf edir.  

Bundan başqa, sovet və amerikalı ideoloqlar  1945-1962-ci illərdə “soyuq 

müharibə” və “sinfi qarşıdurma”nı müavafiq olaraq  bir-birini məhv edənə, yaxud qarşı 

tərəfin dövlət quruculuğunun xarakterini dəyişənə  qədər (sosializm, yaxud kapitalizmin 

məhvinə  qədər) davam edəcəyini proqnozlaşdırırdılarsa, 1962-ci ildən bunun qeyri-

mümkünlüyü haqqında danışmağa, bir-birinə qarşı konkret mübarizə, müharibə 

planlarından  yan keçməyə başlayırlar. Bir sözlə, 1962-ci ildən başlayaraq, “soyuq 

müharibə”  “üstün yaşamaq” uğrunda yarışa çevrilir. SSRİ və ABŞ bu illərdə həm də elə 

bir güclü hərbi potensial  yaratmışdı ki, istənilən müharibə təkcə qarşı tərəf üçün deyil, 

bütün insanlıq üçün qlobal təhlükə yaradırdı. Bütün bu amillər və getdikcə üçüncü 

dünyanın  (bitərəf ölkələrin), dünya ictimaiyyətinin artan təzyiqləri qarşıduran tərəfləri 

yenidən dialoqa və danışıqlara başlamağa sövq etdi. 60-cı illərdə dünyada baş verən 

qlobal dəyişikliklər – texniki tərəqqi, kosmosun fəth edilməsi, raket və elektron 

texnologiyasının mənimsənilməsi, atomun dinc məqsədlərlə istifadə edilməsi və s. 

məsələlər də SSRİ-ABŞ  əməkdaşlığını  şərtləndirir və onları dinc yanaşı  yaşamaq, 

qlobal problemlərin qarşısını birgə almaq haqqında düşünməyə məcbur edirdi.  

Həmin dövrdə qarşı duran tərəflər öz aralarında kosmosun birgə tədqiqi, iki ölkə  

arasında hava nəqliyyatının açılması haqqında ilkin sazişlər bağlayırlar.  Buna əsas 

səbəb 1956-cı ildə Kommunist Partiyasının XX qurultayında Xruşşovun “kapitalist və 

sosialist düşərgələri arasında dinc yanaşı yaşamanın qeyri-mümkünlüyü və 

müharibənin qaçılmazlığı haqqında” o zamana qədər hakim olmuş xarici siyasət 

nəzəriyyəsini tənqid etməsi olmuşdur.  

1959-cu ildə Xruşşov bu ideyanı inkişaf etdirərək “müxtəlif quruluşa malik olan 

dövlətlərin dinc yanaşı yaşaması  və bu əsasda beynəlxalq münasibətlər sisteminin 

təkmilləşməsi” ideyasını irəli sürür. 60-cı ildə o, Qərb ölkələrinə  və ABŞ-a 

qarşıdurmadan  əməkdaşlığa keçməyi, kütləvi qırğın silahlarının azaldılması  və s. 

haqqında təkliflər verir. Xruşşov bəyan edir ki,  SSRİ  və ABŞ bundan sonra atom 

fəlakətinin və dünyada konfliktlərin qarşısının alınmasında qarşılıqlı  məsuliyyət 

daşımalı, müharibə  təhlükəsinin aradan qalxmasını birgə  təmin etməlidirlər. Bütün bu 

təklif və yanaşmalar,  əlbəttə,  Qərbdə  və ABŞ-da müsbət impuls doğuraraq, 

qarşıdurmanı xeyli yumşaltdı. 

Əlbəttə,  atılan addımlar SSRİ-ABŞ arasındakı  hərbi, siyasi və iqtisadi 

qarşıdurmanı tam dayandırmadı, dünyada sürətlə silahlanmaya son qoymadı, ən əsası 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə