Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə33/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   29   30   31   32   33   34   35   36   ...   229

 

83

Lakin BMT tədricən olsa da dinc yanaşı yaşamaq, beynəlxalq  hüquq 



normalarına əməl etmək, beynəlxalq  sülhün, kollektiv təhlükəsizliyin  birgə qorunması 

sahəsində  tərəflərin qarşılıqlı narazılığını nizama salır və onun  açıq konfliktə 

çevrilməsinə  imkan vermirdi. Təkcə 1945-1954-cü illərdə bu təşkilatın onlarla 

sessiyasında, iclaslarında beynəlxalq təhlükəsizlik və  qütblər üzrə qarşı-qarşıya 

dayanmış ölkələrin beynəlxalq hüquqa hörmətlə yanaşması, ona əməl etməsi 

məsələsini qoymuş və mühüm nəticələr əldə etmişdi. Bu da öz növbəsində İkinci dünya 

müharibəsindən sonra yaranmış  gərginliyin aradan qalxmasına, kütləvi qırğın 

silahlarının istehsalını və ümumiyyətlə, silahlanmanın qarşısını xeyli almışdı.  

Bu illərdə beynəlxalq münasibətlər sisteminin varlığını sübut edən və BMT-nin bu 

sistemdəki  əhəmiyyətini nümayiş etdirən mühüm hadisə 1954-cü ildə baş verdi. BMT-

nin Baş Assambleyasının IX sessiyasında iki mühüm sənəd imzalandı: 

1) Bütün silahların və silahlı qüvvələrin qarşılıqlı azaldılması, tətbiqinin 

məhdudlaşdırılması və nizamlanması haqqında Qətnamə; 

2) Silahların azaldılması, kütləvi qırğın silahlarının – atom, neytron və başqa 

növlərinin istifadə edilməsinin qadağan olunması haqqında Beynəlxalq Konvensiya. 

Assambleya ilk dəfə olaraq, müharibədən sonra bütün BMT üzvü olan dövlətlərin 

adından dünyada silahlanmanın dayandırılması, silahlı qüvvələrin və silahların ixtisarı, 

kütləvi qırğın silahlarının qadağan olunması, bütün bu proseslər üzərində ciddi nəzarət 

yaradılması  və hamılıqla bu tələblərə  əməl olunmasını  nəzərdə tutan Qətnamə  qəbul 

etdi. Qətnamədə  gələcəkdə bu məsələlər üzrə “Xüsusi beynəlxalq konvensiyanın” 

hazırlanması  və effektli “beynəlxalq nəzarət mexanizminin” yaradılmasının vacibliyi 

qeyd olunurdu. 

Lakin BMT-nin bu addımı da ABŞ  və SSRİ arasında getdikcə  gərginləşən və 

beynəlxalq münasibətlərin aparıcı  istiqamətinə çevrilən mübarizəni dayandıra bilmədi. 

Çünki bu dövlətləri narahat edən məsələ heç də kollektiv, yaxud fərdi təhlükəsizlik 

deyildi. Məsələ kimin-kimi məğlub edəcəyi, dünyaya kimin - sosialist ideyaları ilə 

silahlanmış SSRİ-nin, yoxsa kapitalist yolu ilə gedən ABŞ-ın hakim olacağını həll etmək 

idi. ABŞ  SSRİ-ni müharibəyə  qədərki sərhədləri çərçivəsinə  sıxışdırmaq,  Şərqi 

Avropada sosialist yönümlü hökumətləri, hərəkatları boğmaq, sosializmin Avropaya   və 

dünyaya yayılmasının qarşısını almaq istəyirdi. SSRİ isə,  öz növbəsində, ABŞ-ın və 

bütün kapitalist sisteminin zəifləməsinə, sosialist yönümlü dövlətlərin sayının 

artırılmasına, onlar üzərində öz təsirinin güclənməsinə  və getdikcə bu dövlətlərin 

coğrafiyasının genişlənməsinə çalışırdı. 



 

84

Hər iki dövlət Avropada müxtəlif  hərbi, siyasi və iqtisadi bloklar yaratmaq, daha 



çox dövlətləri bu bloklara qoşmaq uğrunda hərəkata başladı. ABŞ müxtəlif planlar – 

“Trumen doktrinası” (bu plan hərbi yolla Avropa dövlətlərini SSRİ-nin təsiri altına 

keçməkdən xilas etmək məqsədi daşıyırdı ), “Marşal planı” (Avropa dövlətlərini və 

xalqlarını iqtisadi yolla ABŞ-ın təsiri altına salmaq məqsədi güdürdü) cızaraq, getdikcə 

SSRİ-nin dəstəyi ilə Avropada vüsət alan  müstəqillik və milli-azadlıq hərəkatlarını 

boğmaq, keçmişdə  İngiltrənin təsiri altında olan dövlətlərin SSRİ-yə üz tutmasını 

əngəlləməyə çalışırdı. SSRİ isə,  öz növbəsində,  Avropada xalqları  və dövlətləri 

keçmişdə tabe olduqları ölkələrin təsirindən çıxarmağa, öz inkişaf yolunu 

müəyyənləşdirməyə  və onları  sosialist yolu götürməyə sövq edərək, bu işdə bütün 

lazımi dəstəyini əsirgəmirdi.  

1947-ci ildə  Qərbi Avropanın bir neçə aparıcı dövləti ABŞ-ın “Marşal planı”na, 

1948-ci ildə isə  İngiltərənin təklif etdiyi Qərb  İttifaqı adlı  hərbi-siyasi bloka qoşuldu. 17 

mart 1948-ci ildə Brüsseldə Fransa, Belçika, Hollandiya, İngiltərə və Lüksemburq 50 il 

müddətinə  “Şimali Atlantika Paktı” adlı saziş imzalayaraq,  kollektiv müdafiə sistemi 

yaratdılar. Bunun ardınca ABŞ-ın təşəbbüsü ilə    Qərbi Avropa dövlətləri Vaşinqtonda 

toplaşaraq,  1949-cu il aprelin 4-də  “Şimali Atlantika bloku”nun (NATO) yaranması 

haqqında ABŞ,  İngiltərə, Fransa, İtaliya, Kanada, Belçika, Hollandiya, Portuqaliya, 

Danimarka, Norveç, İslandiya və Lüksemburqdan ibarət 12 dövlət  arasında müqavilə 

imzaladılar.  1952-ci ildə bu bloka Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, daha sonra 

isə digər Qərbi Avropa dövlətləri qoşuldular. Düzdür, ABŞ  və onun NATO-nu təmsil 

edən  yeni müttəfiqləri bu blokun yaradılmasının beynəlxalq hüquq normalarına uyğun 

olmasını, BMT-nin Nizamnaməsində    nəzərdə tutulmuş kollektiv sülh və  təhlükəsizliyə 

xidmət etdiyini bəyan etsə  də, SSRİ  və onun tərəfdarları bu addımı ciddi etirazla 

qarşıladılar və onların müvafiq cavab tədbiri özünü çox da gözlətmədi. 

SSRİ  və onun sosialist bloku 1947-ci ildə ABŞ-ın “Marşal planı”ndan imtina 

edəndən sonra özlərinin adekvat planını - “Qarşılıqlı İqtisadi Yardım Şurası” (QİYŞ) adlı 

təşkilat yaratmaq və onun çərçivəsində sosialist dövlətlərinin iqtisadi gücünü 

birləşdirmək, sosializm yolunu seçən yeni xalqlara və dövlətlərə birgə yardım göstərmək 

məqsədini ortaya qoyurdu. 1949-cu il  yanvarın 25-də Moskvada QİYŞ-in yaranması 

elan olundu və SSRİ, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Çexoslovakiya, 

Almaniya Demokratik Respublikası bu birliyə qoşuldu. Bir az sonra bu təşkilata 

Monqolustan, Vyetnam və Kuba da üzv oldu, ondan əvvəl isə  Qərb dövlətləri buna 




 

85

cavab olaraq SSRİ-yə qarşı yürütdükləri iqtisadi və siyasi blokada siyasətini bütün Şərqi 



Avropanın sosialist bloku ölkələrinə qarşı da tətbiq edirlər.  

Beləliklə, bütün Şərqi Avropa ölkələri yalnız öz aralarında və SSRİ ilə ticarət-

iqtisadi  əlaqələr çərçivəsinə salındı. Bu,  bir tərəfdən,  sosialist düşərgəsi arasında 

inteqrasiyanı gücləndirsə  də,  digər tərəfdən,  Qərb ölkələrini 1949-cu il  mayın 5-də 

Avropa  Şurası adı altında qurum yaratmağa və onun çərçivəsində daxili əlaqələri 

möhkəmləndirməyə  təkan verdi. İlk olaraq bu quruma İngiltərə, Belçika, Danimarka, 

İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Fransa və İsveçdən ibarət on dövlət, 

bir az sonra Yunanıstan, Türkiyə,  Avstriya, İslandiya, AFR, İspaniya, Portuqaliya və 

İsveçrə daxil oldu.  

ABŞ-ın rəhbərliyi ilə  Qərb ölkələrinin yaratdığı  Şimali Atlantika hərbi bloku 

(NATO) dərhal  SSRİ başda olmaqla, sosialist ölkələrini adekvat addım atmağa – 

Varşava Müqaviləsi (1955) blokunu yaratmağa sövq etdi. Bu bloka SSRİ, Polşa, 

Bolqarıstan, Macarıstan, ADR, Rumıniya, Çexoslovakiya daxil olur.  

NATO ABŞ qoşunlarının Qərbi Avropada, Varşava Müqaviləsi Təşkilatı isə SSRİ 

ordusunun Şərqi Avropa ölkələrində saxlanmasını “qanuniləşdirirdi” ki, bu da iki ölkənin  

Avropada hərbi qarşıdurmasını getdikcə gücləndirdi.  

 

7. BEYNƏLXALQ  MÜNASİBƏTLƏR SİSTEMİ  “SOYUQ MÜHARİBƏ” 

DÖVRÜNDƏ (1950-Cİ  İLLƏRIN ORTALARI - 1991-Cİ  İL) 

 

İkinci dünya müharibəsindən sonra  BMT-nin yaranması beynəlxalq münasibətlər 



sisteminin nizama salınmasında, dövlətlər  və xalqlar arasında sivil birgəyaşayış 

normalarının bərqərar olmasında ciddi faktora çevrilsə  də, SSRİ  və ABŞ-ın başçılıq 

etdiyi iki sistemin – sosializm və kapitalizmin sonradan “soyuq müharibə” kimi 

xarakterizə edilən “kim-kimi” mübarizəsini dayandıra bilmədi. Lakin 1950-1990-cı illərdə 

beynəlxalq münasibətlər nə qədər keşməkeşli olsa da, lokal silahlı toqquşmalar istisna 

olmaqla yeni genişmiqyaslı müharibələr  baş verməmişdir. Bunun da əsas səbəbi BMT-

nin və onun Təhlükəsizlik  Şurasının fəaliyyət göstərməsi, mübahisəli məsələlərin 

danışıqlar yolu ilə, çevik müdaxilələrlə həll edilməsi idi. BMT-ni beynəlxalq münasibətlər 

sisteminin  əsas faktoru kimi ilk sınaq qarşısında qoyan hadisə  1950-1953-cü illərdə 

Şimali və  Cənubi Koreya arasında başlanan müharibə və müvafiq olaraq, ABŞ-Çin və 

SSRİ arasında kəskinləşən münasibətlər oldu. Lakin BMT-nin ciddi səyi və müdaxiləsi 

ilə bu konflikt dayandırıldı.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə