Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə31/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   27   28   29   30   31   32   33   34   ...   229

 

79

nin Avropadakı müharibədən sonrakı ictimai nüfuzu da çox yüksək idi. Bu dövlətə 



xilaskar kimi baxanların sayı, ABŞ-da öz xilasını axtaranlardan daha çox idi. Bütün 

bunlar bu dövlətin rəhbərlərini hegemon olmaq üçün ABŞ-dan heç də az 

düşündürmürdü.  

Beynəlxalq münasibətlərin 1945-ci ildən başlanan və 1990-cı ildə SSRİ-nin 

süqutu, sosialist düşərgəsinin dağılmasına qədər olan dövrünün ən mühüm problemi də 

SSRİ və ABŞ arasında dünyada hegemonluq uğrunda gedən ideoloji mübarizə və bir-

birinə qarşı sürətli silahlanma hesab olunur. Bu işə demək olar ki, hər iki  tərəfdən 

dünyanın 2/3-dən çox dövlət və xalqı  cəlb olunmuşdu. Hər iki tərəf müharibənin 

gedişində və sonunda öz üzərinə götürdüyü öhdəlikləri, dinc yanaşı yaşamaq, kollektiv 

sülhə  və təhlükəsizliyə nail olmaq haqqındakı saziş və razılaşmaları tezliklə unutmağa 

və pozmağa başladı.  

İkinci dünya müharibəsi bu müharibəyə  cəlb olunmuş dövlətlərin və xalqların  

hamısına böyük maddi,  mənəvi və insan tələfatı ilə nəticələnən ağır zərbə vurmuşdu. 

Müharibənin dəhşətləri dağıdılmış və xarabazarlığa çevrilmiş şəhər və  kəndlərdə, yerlə 

yeksan olmuş maddi-mədəniyyət obyektlərində, on milyonlarla insan həyatının 

itirilməsində öz izlərini buraxmışdı. Insanlıq müharibələrin, müasir silahların getdikcə 

daha təhlükəli və faciəli sonluqla nəticələnəcəyini aydın görürdü. Lakin bütün bunlar  

SSRİ  və ABŞ-ın ideoloji iddialarını,  dünya hegemonluğuna can atmaq siyasətini 

dayandıra bilmədi.  Müharibənin gedişində on dəfələrlə artmış ağır hərbi texnika, hərbi 

sursat  nəinki məhv edilmədi və ya istehsalı azaldılmadı, əksinə, yeni-yeni avadanlıqlar 

kəşf etmək, daha  təhlükəli kütləvi qırğın silahları yaratmaq üçün əsl yarış başlandı. 

Bir az əvvəl anti-Hitler koalisiyasında bir düşərgədə müttəfiq kimi çıxış edən 

SSRİ  və ABŞ, müharibədən sonrakı illərdə qarşılıqlı münasibətlərində getdikcə daha 

çox etimadsızlıq nümayiş etdirərək, qısa zaman çərçivəsində bir-birinin düşməninə 

çevrildilər. Ən təhlükəlisi isə bu qarşıdurmaya  Avropanın və dünyanın digər ölkələrinin 

də cəlb edilməsi idi.  

SSRİ-ABŞ  ideoloji qarşıdurmasının  və “soyuq müharibə”nin əsas səbəblərindən 

biri müharibədən sonrakı dünyanın, o cümlədən solçuluğa, sosialistyönlü inkişafa kəskin 

meyl göstərilməsi idi. İnsanlar demokratiya, insan hüquq və azadlıqlarının qorunmasını, 

milli və vətəndaş birliyini, dinc və əmin-amanlıq şəraitində yaşamaq qayğılarını o illərdə 

nədənsə daha çox sosializmlə bağlamağa başlamışdı. Sosialist münasibətləri 

müharibəyə qədər yalnız SSRİ və Monqolustanda bərqərar olduğu halda,  müharibədən 

sonra artıq bütün Şərqi Avropanı, Çini, bəzi digər  Asiya, Latın Amerikası ölkələrini 



 

80

bürümüşdü. 1945-ci ildə  İngiltərədə keçirilən seçkilərdə U. Çerçil başda olmaqla  



mühafizəkarların sol əhval-ruhiyyəli leyboristlərə uduzması isə ABŞ üçün barışılması 

mümkün olmayan son hədd idi. İngiltərənin ardınca  İsveçrə, Danimarka, Norveç, 

Belçika, Hollandiya və b. Qərbi Avropa  ölkələrində sol əhval-ruhiyyəli insanlar getdikcə 

siyasi həyata daha fəal müdaxilə etməyə başladı. ABŞ-ın SSRİ-yə qarşı mübarizədə 

istifadə edə biləcəyi Fransa, İtaliya, Almaniya, Yaponiya müharibədən sonra həddən 

artıq zəif idi.  

Beləliklə, SSRİ-nin və sosializmin getdikcə dünyada artan nüfuzu və təsiri ABŞ-ı 

dərhal bu düşərgəyə qarşı səfərbər olmağa və təcili tədbirlər görməyə sövq edirdi. Otuz 

il beynəlxalq aləmdən təcrid olunmuş SSRİ-nin müharibənin sonunda dünyada belə 

yüksək nüfuz qazanması  və demək olar ki, dünya sosializm inqilablarına rəhbərlik 

etməsi ABŞ üçün, əlbəttə, gərgin rəqabət perspektivi vəd edirdi.  Müharibədən SSRİ 

iqtisadi cəhətdən zəif halda çıxsa da,  iqtisadiyyatı hərbi relsə keçirilmiş vəziyyətdə idi. 

ABŞ da öz növbəsində müharibənin sonunda dünyanın  ən güclü hərbi, iqtisadi və 

maliyyə imkanı olan dövlətinə çevrilmişdi. 1945-ci ildə atom bombasını  əldə etməklə 

ABŞ demək olar ki, dünyanın yeganə hegemon ölkəsi olmuşdu.  

Göründüyü kimi,  dünya dilemma qarsışında qalmışdı.  İnsanların bərabərliyini, 

əmin-amanlıq və sülh şəraitində yaşamaq arzularını, dövlətlərin bir-biri ilə sülh və 

əməkdaşlıq mühitində  fəaliyyət göstərmək imkanlarını deklorativ şəkildə  bəyan edən 

SSRİ-nin sosializm yolunu seçməli, yoxsa real iqtisadi və maliyyə yardımı göstərməyə 

hazır olan ABŞ-ın dəstək və himayəsindən yararlanmaq lazım idi.  Nəzərə alınsa ki, 

ABŞ özünün məşhur Marşall  planı  çərçivəsində  “Avropa ölkələrinin dağılmış 

iqtisadiyyatının bərpası” məqsədilə artıq Qərbi Avropa dövlətlərinə külli miqdarda qrant 

ayırmaq fikrini reallaşdırmağa başlamışdı, onda Avropanın seçiminin nə  qədər 

məsuliyyətli olması özünü göstərir. 

SSRİ-ABŞ qarşıdurmasını  və “soyuq müharibəni”  şərtləndirən səbəblərdən biri 

də İkinci dünya müharibəsinin gedişində İngiltərə, Fransa, Almaniya  və Yaponiya kimi 

ölkələrin aparıcı dövlət statusunu itirməsi, bu iki dövlətin isə  əksinə, lider mövqeyinə 

yüksəlməsi idi. O zamana qədər  dünyada söz sahibi olan ölkələrin beynəlxalq 

münasibətlər sisteminə  əvvəlki təsir imkanlarının həddən artıq azalması ABŞ üçün 

məqbul olsa da, SSRİ-nin yeni mövqeyi onu qane etmirdi.  O,  SSRİ-yə müharibədə 

qalib ya məğlub olmasından asılı olmayaraq İngiltərə, Fransa, Almaniya, Yaponiya, Çin 

və başqa dövlətlərlə eyni vəziyyətdə olan bir ölkə kimi yanaşır, onun ikinci qütbün 

başında  durmasını  və beynəlxalq münasibətlərdə  fərqli mövqe nümayiş etdirməsini, 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə