Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə30/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   26   27   28   29   30   31   32   33   ...   229

 

77

Beynəlxalq münasibətlərin “Yalta-Potsdam” sistemi müharibənin gedişində 



yaranmışdı və dövlətlərarası  əlaqələrin tənzimlənməsi, Avropanın  və dünyanın gələcək 

təhlükəsizliyinin təmin olunması,  silahlı qarşıdurmanın aradan qaldırılması üçün bütün 

lazımi mexanizmləri nəzərdə tutmuşdu. Necə ki, müharibənin ağır nəticələri insanların 

və dövlətlərin xatirəsində yaşayırdı,  bu sistemin üstünlüklərindən bütün dünya 

danışırdı. Təəssüf ki, müharibənin başa çatmasından heç bir il keçmədi ki, “Yalta-

Potsdam” sisteminin dinc şəraitdə,  müxtəlif ictimai-iqtisadi quruluşa malik olan dövlətlər 

arasında münasibətləri tənzimləmək, onların dinc-yanaşı yaşamaq prinsiplərini təmin 

etmək iqtidarında olmadığı üzə  çıxdı. Sistemi yaradarkən müttəfiq olan SSRİ, ABŞ  və 

İngiltərə  az keçməmiş  bir-biri ilə ciddi mübarizəyə başlayır və  rəqibə çevrilirlər. 

Beləliklə,  beynəlxalq münasibətlərin yeni  sisteminin kapitalizm və sosializm quruluşuna 

malik olan dövlətlər arasında sinfi qarşıdurma üzərində köklənmiş daha bir  reallığı – 

ideoloji mübarizəsi başlanır.  

İkinci dünya müharibəsinin sonuna yaxın alman militarizminə qarşı mübarizədə 

birgə iştirak edən dünyanın üç lider dövləti – SSRİ, ABŞ və İngiltərənin dövlət başçıları 

Avropanın və dünyanın gələcək həyatı, müharibədən sonrakı nizamlama, beynəxalq 

münasibətlər və kollektiv təhlükəsizlik sisteminin forma və prinsipləri üzərində 

düşünməyə başlayır. Bu dövlətlərin hər biri  öz milli maraqlarından çıxış edərək,  

gələcək dövlətlərarası münasibətləri də özünə    sərf edəcək  şəkildə qurmağa çalışırdı. 

SSRİ Avropada və dünyada sosialist dövlətlərinin sayını artırmağa və onların vasitəsilə 

öz təsir dairəsini gücləndirməyə  səy göstərirdi.  İngiltərə Avropada yeni güc balansı 

yaratmaq, Fransa və  məğlub olmuş Almaniya ilə birlikdə SSRİ-yə, onun genişlənən 

sosialist koalisiyasına qarşı  gələcək mübarizələri haqqında düşünür və buna müvafiq 

mövqe nümayiş etdirirdi. ABŞ özünün nəhəng iqtisadi, siyasi və maliyyə imkanlarını işə 

salaraq Avropanı, Cənub-Şərqi Asiya və Sakit okean hövzəsini öz təsiri altına almaq, 

SSRİ-yə qarşı  gələcək mübarizənin mərkəzi koordinatorluğu uğrunda  fəaliyyət 

göstərirdi.  Lakin beynəlxalq münasibətlərin yeni “Yalta-Potsdam” sisteminin 

formalaşmasının bu mərhələsi əsasən İkinci dünya müharibəsində faşist Almaniyası və 

onun müttəfiqlərinə, eyni zamanda Yaponiyaya qalib gəlmiş SSRİ  və ABŞ arasında 

dünyada öz təsir dairəsini genişləndirmək uğrunda mübarizə ilə xarakterizə olunur. Bu 

mübarizə  əslində müharibənin  gedişində başlanmış, müharibə başa çatandan sonra 

daha da kəskinləşmişdir. Məğlub olmuş Almaniya və onun müttəfiqlərinin sonrakı 

taleyinin müəyyən edilməsində hər iki tərəf maksimum subyektivlik nümayiş etdirərək öz 

maraqlarını yeritmək istəyirdi.  Əslində 1945-ci ildə Yaponiyaya ABŞ  tərəfindən atom 



 

78

bombasının atılması, başqa cəbhədə SSRİ-nin canfəşanlıq göstərərək Yaponiyaya 



məxsus  əraziləri  ələ keçirməsi heç də    hərbi zərurətdən irəli gəlmirdi. Hər iki ölkə 

müharibədən sonra dünyada baş verəcək  hadisə və proseslərdə öz üstünlüyünü sübut 

etmək, öz təsirini daha çox əraziyə yaymaq məqsədi güdürdü. Odur ki, İkinci dünya 

müharibəsi 1945-ci il  sentyabrın 2-də rəsmən başa çatsa da, müharibədə iştirak edən 

hər iki blok ölkələri arasında çəkişmələr, diskussiyalar 1950-ci ilə  qədər davam etdi.  

SSRİ Almaniya və Yaponiyaya qarşı  müharibənin əsas ağırlığını öz üzərinə götürən bir 

dövlət kimi, nəticələri də öz xeyrinə  həll etməyə, Avropada və Asiyada sosialist yönlü 

dövlətlərin sayını artırmağa, ABŞ isə eyni  ərazilərdə öz təsirini  gücləndirməyə  və 

SSRİ-ni bu bölgələrdən sıxışdırmağa can atırdı.  

SSRİ  və ABŞ başda olmaqla anti-Hitler koalisiyasının Avropada və dünyada  

müharibədən sonrakı  vəziyyəti araşdırmaq və  həll etmək məqsədilə bir yerə 

toplaşdıqları son tədbir 17 iyul-2 avqust Potsdam (Berlin) və 29 iyul-15 oktyabr Paris 

konfransları oldu. Birinci konfransda koalisiya üzvləri tərəfindən Almaniyanın sonrakı 

taleyi həll edildisə, ikincidə onun müttəfiqləri və bu müharibədə ayaqaltı  vəziyyətində 

qalmış İtaliya, Rumıniya, Bolqarıstan, Avstriya, Macarıstan, Finlandiya, Yuqoslaviya kimi 

dövlətlərin gələcək taleyi həll edildi. Onların bəziləri ilə sülh müqaviləsi imzalandı, 

digərlərinə isə SSRİ və ABŞ-ın mövqeləri zorla qəbul etdirildi. 

1947-ci ildən başlayaraq anti-Hitler koalisiyasında birgə  iştirak etmiş dövlətlər 

tamamilə iki cəbhəyə ayrıldı  və bir-birinə qarşı silahlanmaya başladılar. Amerikalılar 

hələ müharibənin gedişində atom bombasını  sınaqdan keçirmiş  və bütün dünyaya öz 

üstünlüyünü sübut etmək üçün geniş  təbliğat kompaniyasına başlamışdılar. Bu 

mübarizədə ABŞ  avropalıları sosializm təhlükəsi ilə qorxudaraq özünə müttəfiq  etmək

SSRİ-ni təkləmək, beynəlxalq aləmin gözündən salmaq və beləliklə, dünyada təkbaşına 

hegemonluq etməyə çalışırdı.  

SSRİ də öz iddialarına görə ABŞ-dan geri qalmırdı. Düzdür, hələ atom bombası 

yarada bilməsə də, onun təbliğatda, anti-Amerika mübarizəsində öz arqumentləri var idi. 

Əvvəla, SSRİ anti-faşizm mübarizəsi dövründə  müharibənin ən çox ağırlığını daşımış, 

Avropanın azad edilməsində  həlledici rol oynamış  və deməli, daha çox ölkədə öz 

qoşunları vasitəsilə  təsiretmə mexanizmləri yaratmışdı. Müharibənin gedişində sovet 

qoşunlarının ayaq basdığı istənilən ölkədə hakimiyyət dərhal dəyişdirilmiş  və sosialist 

hökuməti  yaradılmışdı. Bundan başqa, SSRİ müharibəni bitirəndə hərbi cəhətdən daha 

güclü idi.  Çünki müharibənin gedişində bütün sənaye hərbi rels üzərinə keçirilmiş, silah-

sursat istehsalı həddən artıq genişlənmiş, texnoloji cəhətdən inkişaf etdirilmişdi.  SSRİ-



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə