Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə26/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   22   23   24   25   26   27   28   29   ...   229

 

68

1922-1939-cu illərin dünya siyasətini və beynəlxalq münasibətlərini müəyyən 



edən tendensiyalardan biri də Versal-Vaşinqton sisteminin bütün səylərinə baxmayaraq, 

Almaniyanın Avropada yenidən güclənməsi, beynəlxalq normalara  və Versalın 

tələblərinə tabe olmaması  və dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizəyə 

başlaması idi. Birinci dünya müharibəsində  məğlub olmasından heç on il keçməmiş 

Almaniya yenidən Avropada güclənməyə  və Versal-Vaşinqton sisteminin yaratdığı 

kollektiv təhlükəsizlik  sisteminə meydan oxumağa başlayır. Beləliklə, Almaniyanın 

hegemonluq iddiası ilə Avropada təhlükəsizlik cəhdləri arasında getdikcə güclənən 

qarşıdurma o dövrün beynəlxalq münasibətlərinin bütün sahələrinə öz təsirini 

göstərməyə başlayır. Bu münasibətlər həm də Avropanın aparıcı dövlətlərinin Versaldan 

sonra yaranmış sülhü və qarşılıqlı əlaqələri gücləndirməsi, Avropada sivil birgəyaşayış 

normalarının bərqərar olmasına çalışmaları ilə xarakterizə olunur. Bu məqsədlə  hətta 

bugünkü Avropa Birliyi formasında 20-30-cu illərdə “Pan-Avropa İttifaqı”, “Avropa 

Birləşmiş  Ştatları” adlı ümumi iqtisadi, siyasi, gömrük və  sərhəd sistemi olan birlik 

yaratmağa da cəhd göstərilir. Fransa, İngiltərə, Almaniya, Avstriya, Belçika və digər 

Qərbi Avropa dövlətlərinin birlik üzvləri olmasını  nəzərdə tutan bu ideya  ətrafında 

fransız, ingilis və Avstriya diplomatlarının çalışmaları 1933-cü ilə qədər, Almaniyada sol 

millətçilərin hakimiyyətə  gəlməsi  və “Pan-Avropa İttifaqına” tam etirazlarına qədər 

davam etmişdir. Digər tərəfdən,  Almaniyanın dünyanı yenidən bölüşdürmək uğrunda 

başladığı mübarizə Avropa sərhədlərini  aşaraq başqa qitələrə  də keçmiş  və  İkinci 

dünya müharibəsinə ciddi hazırlıq başlanmışdır. Qısa vaxt ərzində Almaniyada, İtaliya 

və Avstriyada faşist rejimi qurulur, İspaniya və Fransada hakimiyyət dəyişikliyinə  cəhd 

göstərilir. 1931-ci ildə Yaponiya Versal sülhünü pozaraq Çinə hücum edir, Mancjuriyanı 

tutur və 1933-cü ildə “Millətlər Liqası”ndan  çıxır. Bunun ardınca 1933-35-ci illərdə Hitler 

Almaniyanı “Millətlər Liqa”sından çıxarır və  İtaliyanın  İspaniyaya müdaxiləsini 

dəstəkləyir.   1936-37-ci illərdə Almaniya, Yaponiya və İtaliya birgə Pakt imzalayır və o 

zaman  İspaniyada faşist rejiminin yaranmasına mane olmaq istəyən “Komintern” 

qüvvələrinə qarşı birgə  hərəkətə başlayır. Elə  həmin il Hitler alman qoşunlarını Reyn 

vilayətinə və Avstriyaya yeridir və onları zəbt edir. Artıq Qərbi Avropada nə Fransa, nə 

İngiltərə, nə də ABŞ və Versal sülhünə  qoşulmuş 44 dövlət əsas hadisələrə, Almaniya 

və onun müttəfiqlərinin hərəkətlərinə, Versal-Vaşinqton sisteminin prinsip və  şərtlərinə 

nəzarət etmək iqtidarında deyildi. Bunun ardınca Almaniya və İtaliya Şərqi Avropaya  da 

müdaxilə edir. Rusiya ilə 1939-cu ildə hücum etməmək haqqında gizli saziş imzalayan 

Almaniya  şərq cəbhəsini müəyyən qədər təhlükəsizləşdirərək,  Fransa və  İngiltərənin 



 

69

təsiri altında olan əraziləri  zəbt etməyə başlayır. 1939-cu ildə  alman-italyan hərbi 



birləşmələri  İspaniyada İngiltərə, Fransa və SSRİ  qüvvələrini məğlub edərək general 

Franko rejimini yaradırlar. Həmin il sentyabrın 1-də Almaniya Polşaya hücum edir və 

bununla da ikinci dünya müharibəsi başlanır. 

 Beləliklə, Birinci dünya müharibəsinin başa çatmasından iyirmi il sonra 

bəşəriyyət öz tarixinin ən qanlı    və  fəlakətli müharibəsinə  cəlb olunur. Beynəlxalq 

münasibətlərin Versal-Vaşinqton sistemi adlanan dövrü başa çatır. Bu müharibənin 

başlanması ilə kollektiv təhlükəsizlik sistemi, “Millətlər Liqası” və onun beynəlxalq hüquq 

normaları çərçivəsində əldə olunmuş razılaşmalar və müqavilələr artıq qüvvədən düşür 

və diplomatik vasitələrlə  qorunması mümkün olmadığı üçün dayandırılır. 

1922-39-cu illərin beynəlxalq münasibətlərinin əsas xüsusiyyətlərindən biri yenə 

də dövlətlərarası  əlaqələrdə, kollektiv təhlükəsizlik və ümumi sülhə yanaşmalarda 

səmimiliyin olmaması, hər bir dövlətin əsasən öz maraqları çərçivəsində hərəkət etməsi 

və gizli diplomatik gedişlər idi. Əlbəttə, dünyanın 44 dövləti, xüsusən ABŞ,  İngiltərə, 

Fransa, SSRİ  və Yaponiya kimi böyük dövlətlər bir-biri və Almaniya ilə münasibətdə 

səmimi və prinsipial olsaydılar,  İkinci dünya müharibəsinin qarşısını almaq olardı. Bu 

dövlətlərin hər biri ayrı-ayrılıqda Almaniya və onun millətçi rəhbəri Hitlerlə öz maraqları 

çərçivəsində sövdələşir, onu öz rəqiblərinin  əleyhinə istifadə etməyə çalışırdılar. Hələ 

Versal sülh müqavilələri hazırlanarkən Almaniya Antanta bloku üzvləri arasındakı 

ziddiyyətləri hiss edərək,  bəzi manevrlər etməyə başlayır. Onların bəzi şərtlərini qəbul 

edir, lakin yerinə yetirilməsini yubadaraq,  digər ölkələrlə gizli əlaqəyə girir və özünə 

dəstək qazanırdı. Bundan başqa, Almaniya Antantanın Sovet Rusiyasına qarşı 

mübarizəsindən  yararlanaraq,  hər iki tərəflə gizli danışıqlar aparır və öz imkanlarını 

təklif edirdi. Əslində ABŞ, İngiltərə və Fransa Almaniyanı Rusiyaya qarşı, Rusiya isə öz 

ağır vəziyyətini bir qədər yüngülləşdirmək üçün müharibədə uduzmuş Almaniyanı 

Antanta  əleyhinə itifadə etməyə çalışırdı.  Almaniyanın özü isə  hər iki tərəflə  bəzi 

razılaşmalara girərək,  onları öz maraqları  çərçivəsində istifadə edirdi. Almaniya ilə 

münasibətlərdə daha fəal taktiki addımlar atan,  Versalın  şərtlərini pozmaqda ona 

yardım edən ölkə ABŞ idi.  Bu ölkəni öz rəqibi olan Fransa və İngiltərəyə qarşı istifadə 

etməkdə ABŞ-ın öz planları var idi.  

30-cu ilərdə    Almaniya  dövlətlərarası ziddiyyətlərdən məharətlə  bəhrələnərək 

demək olar ki, Versal sisteminin tələblərini yerinə yetirməkdən tam imtina edir. O, öz 

ətrafında ayrı-ayrı ölkələrlə blok yaradaraq, keçmiş  rəqiblərinə qarşı açıq-aşkar çıxış 

etməyə başlayır. Sonrakı illərdə Yaponiya ilə birlikdə “Millətlər Liqa”sını  tərk edir və 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə