Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə22/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   18   19   20   21   22   23   24   25   ...   229

 

58

Ə.M.Topçubaşov azərbaycanlıların, gürcülərin, ermənilərin və dağlıların 



konfederasiyasını yaratmağın mümkün olduğunu vurğulayaraq, Qafqaz Azərbaycan 

Respublikası nümayəndələrinin memorandumunu V.Vilsona təqdim etdi.  Bu 

memorandumda Azərbaycanın istiqlaliyyətinin  əldə etməsi tarixi, milli hökumətin 

gördüyü işlər, parlamentin yaradılması kimi məsələlər öz əksini tapırdı.  

Azərbaycan nümayəndə heyəti V. Vilsonla görüşdə 6 bənddən ibarət tələblər irəli 

sürərək, ABŞ Prezidentindən onların yerinə yetirilməsinə köməklik göstərməsi xahiş 

olunurdu. Həmin tələblərdə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin 

Azərbaycan Respublikasına da aid edilməsi, Azərbaycan nümayəndələrinin sülh 

konfransına buraxılması, Azərbaycanın Millətlər Cəmiyyətinə    qəbul edilməsi, ABŞ-ın 

hərbi departamentinin Azərbaycana hərbi yardım göstərməsi, ABŞ  və Azərbaycan 

Respublikası arasında diplomatik münasibətlərin yaradılması məsələləri irəli sürülürdü. 

Azərbaycan nümayəndə heyəti bu tələblərin  ABŞ  tərəfindən qəbul ediləcəyi halda, 

Azərbaycanın çar Rusiyasına olan borclarını tədricən ödəyəcəyinə də təminat verirdi.  

Təəssüf ki, Azərbaycan tərəfinin bu tələbləri V. Vilson tərəfindən qəbul edilmədi 

və o, Azərbaycanın istiqlaliyyətinin tanınması  məsələsini açıq saxlayaraq, ABŞ-ın 

dünyanı kiçik hissələrə bölmək niyyətində olmadığını bildirdi.  V.Vilson Azərbaycanın 

Qafqaz Federasiyası yaratmaq niyyətini təqdir edərək, bu qurumun Millətlər 

Cəmiyyətinin təklifi ilə  hər hansı bir dövlətin köməyinə arxalana biləcəyini və 

Azərbaycan Respublikasının müstəqilliyi məsələsinin hələlik həll edilməsinin qeyri-

mümkünlüyünü qeyd etdi.  V.Vilson Azərbaycan nümayəndələrinə irəli sürdükləri 

tələblərini sülh konfransının katibliyinə  çatdırmağı xahiş etdi. 14 bölmədən ibarət olan 

və özündə mühüm tarixi, siyasi və diplomatik məsələləri  əks etdirən “Qafqaz 

Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris sülh konfransına memorandumu” 

adlı  sənəd mühüm əhəmiyyət daşıyırdı. Bu memorandumda Azərbaycan Respublikası  

hökumətinin nəzarətində olan mübahisəsiz ərazinin 94.137,38 kv.km olduğu göstərilirdi 

ki, bu isə bütün Qafqazın 247.376,15 kv.km olan ərazisinin 30 faizini təşkil edirdi. 

Sənədin 4-cü bölməsində Azərbaycan Respublikasının müttəfiq dövlətlərin mənəvi 

yardımına arxalandığı göstərilir və qeyd olunurdu ki, “biz Qafqazda artıq de-fakto 

mövcud olan dövlətlərin tanınması  məsələsini qoyuruq. Onlardan biri də müstəqil 

Azərbaycan Respublikasıdır”.  

Azərbaycan nümayəndə heyətinin üzvləri V. Vilsonla görüşlərində böyük 

ümidlərinin doğrulmamasına baxmayaraq, ABŞ Prezidenti ilə  təmas qurmağın mühüm 

hadisə olduğunu qeyd edirdilər.  Ə.M.Topçubaşov bildirirdi ki, “bizim nümayəndə 



 

59

heyətinin Prezident Vilson tərəfindən qəbulunu çox böyük hadisə hesab etmək lazımdır, 



çünki başqa Antanta dövlətlərinin başçıları kimi,  o da nümayəndə heyətlərini qəbul 

etmir”.  

 Parisdə olarkən Azərbaycan nümayəndə heyətinin üzləşdiyi növbəti problem 

mayın 26-da Antanta ölkələri  və Yaponiya  dövlət başçılarının admiral A. Kolçaka nota 

ilə müraciət etmələri və Omsk hökumətini Ümumrusiya hökuməti kimi tanıdıqlarını 

bildirmələri oldu. Ə.M. Topçubaşov bu hadisəyə etiraz əlaməti olaraq, mayın 31-də 

Azərbaycan nümayəndə heyəti adından bəyanat verdi və bildirdi ki, admiral A. Kolçakın 

hökumətinin Ümumrusiya hökuməti kimi tanınması çar Rusiyasından ayrılaraq 

istiqlaliyyətini  əldə etmiş xalqların, o cümlədən Azərbaycan Respublikasının milli 

maraqlarına ziddir və Azərbaycan Respublikasının  ərazisi gələcək Rusiya dövlətinin 

tərkibinə daxil edilməməlidir. Azərbaycan nümayəndə heyəti bununla 

kifayətlənməyərək,  iyunun 5-də sülh konfransının sədrinə və Antanta dövlətlərinin baş 

nazirlərinə etiraz notası göndərdi. Sənəddə Kolçak hökumətinin keçmiş çar Rusiyasının 

hüdudlarında tanınmasına etiraz edilərək, Azərbaycanın bu dövlətin  ərazisindən 

birdəfəlik çıxdığı göstərilirdi. Notada  qeyd olunurdu ki, “Rusiyada hansı hökumətin 

tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan 

Rusiyanın ərazisinə daxil edilməməlidir”.  

Eyni zamanda,  iyunun 17-də  admiral Kolçakın hökumətinə etiraz əlaməti olaraq,  

Parisdə Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və 

Ukrayna nümayəndələri adından bəyannamə imzalandı. Bəyannamədə bildirilirdi ki,  

“sənədi imzalayan respublikalar Sülh Konfransının qarşısında böyük dövlətlərin tezliklə 

onların siyasi müstəqilliyini tanıması xahişi ilə çıxış edirlər”.  

Admiral Kolçakla yanaşı, Denikinin də  son vaxtlardakı  fəaliyyəti Qafqaz 

respublikalarının müstəqilliyi üçün ciddi problemlər yaradırdı. Bunu nəzərə alaraq

iyunun 23-də    Azərbaycan, Gürcüstan və  Şimali Qafqaz Respublikalarının 

nümayəndələri sülh konfransına 7 maddədən ibarət olan etiraz notası  təqdim etdilər. 

Notada Kolçakla yanaşı, Denikinin də Qafqaz respublikalarının istiqlaliyyətinə qarşı 

təhlükə törədə biləcəyi vurğulanırdı. Sənəddə Qafqaz respublikalarına siyasi vahidlik 

kimi baxıldığı halda, Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu haqqında saziş 

bağlamağın mümkün olduğu bildirilirdi. Onu da qeyd etmək lazımdır ki, ermənilər Kolçak 

və Denikinlə gizli əlaqələr yaratdıqlarına görə, yuxarıda göstərilən sənədləri 

imzalamaqdan boyun qaçırtdılar.  




 

60

Həmin dövrdə Azərbaycan hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən 



birini Fransa, İtaliya və Böyük Britaniya kimi dövlətlərin mandatlığına Azərbaycanın 

münasibətini müəyyənləşdirmək təşkil edirdi. Millətlər Cəmiyyəti yaradıldıqdan sonra 

meydana gələn mandatlıq məsələsi  Paris sülh konfransında da əsas müzakirə 

mövzularından biri idi. Bu məsələnin mahiyyətini dünyanın aparıcı dövlətlərinin Millətlər 

Cəmiyyətindən mandat aldığı  ərazinin sosial-iqtisadi, siyasi və  mədəni inkişafı üçün 

həmin qurum qarşısında məsuliyyət daşıması təşkil edirdi.  

Azərbaycan hökuməti özünün milli təhlükəsizliyini, hər şeydən əvvəl müstəqilliyini 

qoruyub saxlamaq üçün həmin dövrdə dünyada böyük nüfuzu olan dövlətlərdən biri ilə 

strateji tərəfdaşlıq münasibətləri qurmağı  və ondan yardım almağı    məqsədəuyğun 

hesab edirdi. Sözsüz ki, bu məsələdə Azərbaycan Respublikasına  Türkiyədən yaxın 

dövlət ola bilməzdi. Lakin Türkiyənin Birinci dünya müharibəsindəki məğlubiyyəti bu 

strateji tərəfdaşlığı  çətinləşdirmişdi. Eyni zamanda,  Millət Cəmiyyətinin mandatlıq 

sisteminin özü Almaniya və Türkiyənin məğlubiyyətindən sonra bu ölkələrin keçimş 

müstəmləkələrini idarə etmək zərurətindən yaranmışdı.  

Paris sülh konfransında ABŞ  və Fransa nümayəndələrinin  çıxışlarında onların 

Qafqazda gedən ictimai-siyasi  proseslərlə yaxından maraqlandıqları, habelə bu 

bölgəyə xüsusi diqqət yetirdikləri özünü açıq  şəkildə göstərirdi.  İtaliya hökuməti də  

Qafqaza olan marağına görə, həmin dövlətlərdən geridə qalmırdı. Təbii ki, bu dövlətlərin 

Qafqaza olan maraqlarının  əsasında geosiyasi və iqtisadi məqsədlər dayanırdı.  İtaliya 

dövləti isə özünün iqtisadi maraqlarına görə xüsusi olaraq seçilirdi. ABŞ-ın Qafqaz 

mandatına marağı Böyük Britaniya, Fransa və İtaliyadan fərqli olaraq daha böyük idi və 

xüsusi cəhətləri ilə  fərqlənirdi. Hələ may ayında Parisdə ABŞ nümayəndələri ilə  

danışıqlar aparan Azərbaycan tərəfi Amerikanın respublikanın müstəqlilliyinə  xələl 

gətirməyəcəyi və daxili işlərinə müdaxilə etməyəcəyi təqdirdə onun himayəçiliyini qəbul 

etməyə razı olduğunu bildirmişdi.  

1919-cu ilin ortalarında yaranmış beynəlxalq vəziyyət, o cümlədən Kolçak və 

Denikin ordularının məğlub olması  və Rusiyada bolşeviklərin güclənməsi Azərbaycan 

hökumətindən çevik xarici siyasət aparmağı  tələb edirdi. Həmin vaxt  Azərbaycan 

hökuməti ABŞ-la siyasi və iqtisadi əlaqələr yaratmaqda maraqlı olduğunu nümayiş 

etdirir, ölkənin müstəqilliyinin ABŞ tərəfindən tanınmasına səy göstərirdi. Bu məqsədlə, 

Ə.M.Topçubaşov sentyabrın 26-da Prezident V.Vilsona yazdığı  məktubunda ABŞ-ın 

Azərbaycanın müstəqilliyini qoruyacağına və ölkəyə yardım göstərəcəyinə ümid etdiyini 

bildirirdi.  Əslində,  Azərbaycan hökumətinin ABŞ-la diplomatik əlaqələr qurmaqda 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə