Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə23/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   19   20   21   22   23   24   25   26   ...   229

 

61

maraqlı olması,  bir tərəfdən,  bu dövlətin dünya siyasətinin müəyyənləşməsində aparıcı 



rol oynaması ilə bağlı olmuşdursa, digər tərəfdən ermənilərin ABŞ-da getdikcə 

fəallaşması ilə əlaqədar idi. ABŞ-da fəaliyyət göstərən “Müstəqil Ermənistanın Amerika 

Komitəsi” bu ölkənin  siyasi dairələrində    Azərbaycan haqqında böhtan və yalan 

yaymaqla məşğul idi və bu mənfur niyyətlər Azərbaycan xalqını  gözdən salmağa 

yönəlmişdi. Azərbaycan hökuməti ermənilərin bu cür iyrənc məqsədlərini ifşa etmək və 

Azərbaycanla bağlı  həqiqətləri Amerika ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu 

ölkədə lazımi təbliğat aparmağı vacib hesab edirdi.  

Həmin dövrdə Azərbaycan hökumətinin razılığına  əsasən,  Ə.M. Topçubaşov  

Nyu-York  şəhərindən olan hüquq məsləhətçisi Valter Çandlerlə iki müqavilə imzaladı.  

Müqavilənin  şərtlərinə görə, V.Çandler Azərbaycan nümayəndə heyətinin təbliğat 

məsələləri üzrə hüquq məsləhətçisi təyin edilirdi və o, göstərilən müddət  ərzində 

Azərbaycan Respublikasının milli maraq və mənafelərini müdafiə etmək missiyasını öz 

üzərinə götürürdü. Eyni zamanda, iqtisadçı Maks Rabinov da Azərbaycan 

nümayəndəliyində  işə  qəbul edildi və bu şəxs dünya qiymətlərinə uyğun olaraq,  

Azərbaycandan neft alınması və digər iqtisadi məsələlərlə məşğul idi. Göründüyü kimi, 

Azərbaycan hökumətinin xarici siyasətində təbliğati və iqtisadi məsələlərə xüsusi diqqət 

yetirilirdi.  

Həmin vaxt Azərbaycanla Böyük Britaniya və Fransa kimi dövlətlər arasında 

iqtisadi və ticarət  əlaqələrinin yaradılması istiqamətində mühüm addımlar atıldı. 

Xüsusilə, Fransa-Qafqaz Komitəsinin təşəbbüsü ilə oktyabrın 4-də keçirilən və 

Azərbaycan, Gürcüstan, Fransa işgüzar dairələrinin iştirak etdiyi Qafqaz konfransı 

mühüm  əhəmiyyət daşıyırdı. Oktyabrın ortalarında Fransa Respublikasının Ticarət və 

Sənaye Nazirliyinin nümayəndəsi  Bakıya səfər edərək,  Azərbaycanın xarici işlər naziri 

M.Y. Cəfərovla danışıqlar apardı.  Görüş zamanı Fransa tərəfinin nümayəndəsi öz 

ölkəsi ilə Azərbaycan arasında dostluq əlaqələrinin yaradılmasının vacib olduğunu 

bildirdi.  

Həmin ərəfədə Azərbaycan hökuməti Böyük Britaniyanın “Kosmos” kompaniyası 

ilə müqavilə imzaladı. Müqaviləyə görə, bu kompaniya Azərbaycan neftinin Qara dəniz 

limanından daşınıb Avropaya satışını təşkil etməli idi.  Azərbaycanla Fransanın teleqraf 

və telefon kompaniyası arasındakı qarşılıqlı razılaşmaya görə isə Parisdən Bakıya xeyli 

avadanlıq göndərilmişdi. Azərbaycan hökuməti xarici dövlətlərlə iqtisadi və ticarət 

əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanın müstəqilliyinin tanınması üçün 

növbəti diplomatik səylərini davam etdirirdi.  



 

62

Milli müstəqilliyinin tanınması xahişi ilə  çıxış edən respublikalarla birgə



Azərbaycan hökuməti də oktyabrın 5-də Paris sülh konfransının sədri Jorj Klemansoya 

nota ilə müraciət etdi.  Notada müstəqilliyini yenicə  əldə etmiş respublikaların böyük 

dəstəyə ehtiyacı olduğu vurğulanır və onların milli istiqlaliyyətini tanımağın vacibliyi 

göstərilirdi. Sənəddə qeyd edilirdi ki, “bizim dövlətlərimizin məsələlərinin beynəlxalq həlli 

bundan sonra yubadılmamalıdır və rus məsələsindən asılı olmayaraq həll edilməlidir. 

Bunu sülhün, humanizmin və  tərəqqinin  mənafeyi tələb edir”. Bu notada göstərilmiş 

məsələlər və Azərbaycan, Gürcüstan nümayəndələrinin müraciəti nəzərə alınaraq, 

oktyabrın 29-da Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində Zaqafqaziya 

məsələsi müzakirə olundu.  

1919-cu ilin dekabr ayında Fransadakı Azərbaycan nümayəndəliyi Azərbaycan 

Respublikasının Millətlər Cəmiyyətinə    qəbul edilməsi barədə memorandum hazırlayıb 

bu qurumun katibliyinə təqdim etdi. Qeyd edək ki, analoji müraciəti Gürcüstan tərəfi də 

Millətlər Cəmiyyətinə göndərdi. Bu qurum tərəfindən hər iki respublikanın müraciətlərinə 

baxıldı  və Çili nümayəndəsi Antonio Qunetsin  sədrliyi ilə xüsusi komissiya yaradıldı. 

Araşdırmalardan sonra komissiya belə bir qərara gəldi ki,  Zaqafqaziya Respublikaları 

de-yure tanınmadığı    və öz aralarındakı  ərazi məsələləri tam həllini tapmadığı üçün 

onların Millətlər Cəmiyyətinə qəbul edilməsi  müvəqqəti olaraq dayandırılsın. Təəssüf ki, 

Azərbaycanın müstəqilliyinin tanınması üçün diplomatik səylərin göstərildiyi bir vaxtda, 

bolşevik Rusiyasının getdikcə güclənməsi məsələləri daha da çətinləşdirirdi. RSFSR 

Xarici işlər naziri G.V. Çiçerinin Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət 

edərək, Denikinin könüllü ordusuna  qarşı birgə mübarizə aparmaq üçün hərbi saziş 

bağlamağı təklif etməsi  artıq Sovet Rusiyasının mövqelərinin gücləndiyini  ifadə edirdi.  

1920-ci ilin yanvarından aprelinədək Sovet Rusiyasının  Azərbaycana qarşı 

ardıcıl  təzyiqlər göstərməsi vəziyyətin mürəkkəbliyindən xəbər verirdi. Təbii ki, 

Azərbaycan hökuməti Rusiya tərəfinin notalarına öz münasibətini  bildirirdi. Yanvarın 6-

da N. Yusifbəylinin sədrliyi altında Azərbaycan Dövlət Müdafiə Komitəsinin iclasında 

Sovet Rusiyasının Azərbaycan və Gürcüstanla hərbi saziş bağlamaq təklifi müzakirə 

edildi. Müzakirələrin sonunda qəbul edilən qərarda Azərbaycan Respublikasının 

müstəqil dövlət olaraq Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün 

danışıqlar aparmağa hazır olduğu bildirildi.  

Yanvarın 14-də xarici işlər naziri F.X.Xoyski  G.Çiçerinə cavab notasında qeyd 

edirdi ki, “Azərbaycan Respublikası  gələcəkdə bitərəf dövlət olmasına baxmayaraq, öz 

azadlığının və müstəqilliyinin hər cür xarici qəsdlərdən müdafiə edilməsində tamamilə 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə