Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə25/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   21   22   23   24   25   26   27   28   ...   229

 

66

Versal sülhündə  məğlub olmuş Almaniyanın taleyi, onun ərazi və  sərhədlərinin



gələcək quru və  dəniz qüvvələrinin miqdarının müəyyən edilməsi ilə bağlı böyük 

dövlətlər arasındakı ziddiyyətlər də bu sistemin səmərəli işləməsi və  tələblərinə  əməl 

edilməsinə öz mənfi təsirini göstərirdi. Almaniya bu fikir ayrılığından məharətlə istifadə 

edərək, müharibədə uduzduğu bəzi dövlətlərlə öz münasibətlərini  əl altdan qaydaya 

saldı və onların köməyi ilə Versalın şərtlərinin yerinə yetirilməsindən boyun qaçırmağa 

başladı. Bu da müvafiq olaraq, 1922-ci ildən etibarən bu ölkənin yenidən dirçəlməsinə, 

öz hərbi  və iqtisadi potensialını qoruyub saxlamasına imkan yaratdı. 

 Öz  ticarət və iqtisadi maraqlarını  təmin etməyə çalışan ABŞ,  İngiltərə  və 

Fransanın ayrı-ayrı  iş adamları da daxil olmaqla bütün Avropa dövlətləri bu dövrdə 

tədricən Almaniya ilə ticarət, maliyyə  və iqtisadi əlaqələr qurmağa başlayırlar. Bu da 

almanlara öz iqtisadi gücünü bərpa etməyə, hərbi gücünü qoruyub saxlamağa və daha 

da inkişaf etdirməyə şərait yaradır, hərbi dəniz və  hava qüvvələrini tamamilə yenidən 

qurmaq, iqtisadiyyatını  hərbi-sənaye istiqamətində modernləşdirməyə imkan verirdi. 

Bundan başqa, Almaniya bu illərdə Antanta bloku üzvlərinin özlərinə qarşı  ədalətsiz 

münasibətindən narazı qalan Avstriya, Macarıstan, Türkiyə,  İtaliya və Yaponiya ilə  də 

münasibətlərini yenidən müttəfiqlik istiqamətində qurmağa başlayır.  

Versal sülh sisteminin dünyada yaratdığı ən böyük ziddiyyət isə ideoloji və sinfi 

qarşıdurma idi. Versal-Vaşinqton danışıqlarının və müzakirələrinin əsas məsələlərindən 

biri sosializm quruculuğu yoluna düşmüş Rusiyanı  və ona tərəfdar olanları dünyadan 

təcrid etmək və bolşevik inqilabını beşiyində boğmaq idi. Odur ki, 44 dövlətin qoşulduğu 

“Millətlər Liqası” öz qarşısında digər beynəlxalq məsələlərlə yanaşı bu problemi də daim 

diqqətdə saxlayırdı. Beləliklə, SSRİ tanınana və faşizm təhlükəsi qarşısında 1934-cü 

ildə “Millətlər Liqası”na qəbul edilənə qədərki dövrdə dünyada hökm sürən kapitalizm və 

sosializm qarşıdurmasının  əsası  məhz Versal sülhü tərəfindən qoyulmuşdu. Bu da iki 

antoqonist sistemi bir-birinə qarşı daim açıq və gizli müharibə aparmağa sövq edirdi. Bir 

tərəfdə SSRİ başda olmaqla sosializmin yürüşü, dünya inqilabı çağırışları artır, digər 

tərəfdə isə sosializmin, proletar  inqilablarının qarşısını almaq üçün vahid anti-sosialist 

mübarizə cəbhəsi yaradılmışdır.  

Versal-Vaşinqton sisteminin ziddiyyətlərindən biri də onun şərtlərinin ümumi 

xarakter daşıması, konkret şəraitdə  və konkret dövlətlərə  tətbiqi mexanizmlərinin 

olmaması idi. Xüsusən onun kollektiv  təhlükəsizlik məsələləri ilə bağlı müəyyən etdiyi 

prinsiplərin həyata keçirilməsinə    nəzarət etməli olan “Millətlər Liqası”nın yarıtmaz 

fəaliyyəti bu sistemin işləməsinə imkan vermirdi. Liqa tərkibində olan dövlətlər kollektiv 



 

67

və fərdi təhlükəsizliklərini təmin etmək üçün birgə deyil, ayrı-ayrılıqda, bəzən də bir neçə 



dövlətlə  fərdi qaydada öz problemlərinin həllinə üstünlük verirdilər. Məsələn, Versalın 

heç beş ili tamam olmamış (1922-ci ildə ) RSFSR və Almaniya danışıqlara başlayır və 

öz aralarında Versalın  şərtlərinə zidd razılığa gələrək dövlətlərarası  münasibətlərini 

bərpa edirlər. Bir il sonra Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya, Çin və başqa 

dövlətlər Rusiya Sovet Federasiyası ilə münasibətlərinə yenidən baxırlar. Yaxud 1921-

22-ci illərdə ABŞ, İngiltərə, Fransa və Yaponiya Sakit okean adalarının bölüşdürülməsi 

və hüquqların qarşılıqlı qorunması haqqında  saziş imzalayırlar. Bunun ardınca Çinin 

tanınması haqqında doqquz böyük dövlətin, Sakit okeanda hərbi balans haqqında beş 

dövlətin bağladığı sazişlər və s.  imzalanır. Beləliklə,  həm müharibəni udanlar və 

məğlub tərəf, həm də müharibədə  iştirak etməyən, lakin Versalda  milli maraqları 

pozulan dövlətlər  bu sistemin prinsiplərini ayrı-ayrılıqda  özlərinə  tətbiq etmək üçün 

cəhdlər göstərirdilər. 

1922-1939-cu illərdə dünyada cərəyan edən siyasi münasibətlərin və 

dövlətlərarası  əlaqələrin geniş spektrinə toxunmadan bir neçə  əsas tendensiyanı 

nəzərdən keçirmək zəruridir. Bu dövrün beynəlxalq münasibətlərini xarakterizə edən 

əsas  tendensiyalardan biri anti-kommunist bloku ölkələrinin bütün cəhdlərinə 

baxmayaraq, Sovet Rusiyasının çətinlikləri dəf etməsi, keçmiş Rusiya imperiyası 

ərazilərində  sosialist inqilabını  həyata keçirməsi, proletariat diktaturası  sərhədlərinin 

getdikcə genişlənməsi və SSRİ-nin yaranması idi.  Sovet rejiminə qarşı mübarizədə 

bütün  böyük dövlətlər – ABŞ,  İngiltərə, Fransa, Yaponiya, İtaliya, Polşa və başqaları 

iştirak edirdilər.  Onlar Rusiyanın və sosialist inqilabı qalib gəlmiş digər dövlətlərin 

içərisində anti-inqilabçı qüvvələri hərəkətə  gətirmişdilər.  Lakin bütün cəhdlərə 

baxmayaraq, sosializm nəinki yaşadı,  əksinə,  1939-cu ilə  qədər öz sərhədlərini 

Ukrayna, Belorusiya, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, 

Monqolustan və başqalarının hesabına genişləndirdi, beynəlxalq təcriddən çıxdı  və o 

zaman üçün dünyanı  təhlükə ilə üz-üzə qoyan faşist Almaniyasına qarşı mübarizə 

mərkəzlərindən birinə çevrildi. 

 Bundan  başqa, SSRİ-nin yaşaması, sosialist hərəkatının  yavaş-yavaş bir ölkə 

çərçivəsini aşması  və bütün dünyaya yayılması beynəlxalq aləmi məcbur etdi ki, 

Versalın  şərtlərinə yenidən baxsın, sovet rejimli ölkələri  tanısın, onlarla dinc yanaşı 

yaşamağın yollarını,  şərtlərini və prinsiplərini arasın. Odur ki, 1934-cü ildə SSRİ bir 

dövlət kimi tam tanınır və “Millətlər Liqası”na qəbul edilir.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə