Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə24/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   20   21   22   23   24   25   26   27   ...   229

 

63

yekdildir. Buna görə  də, Azərbaycan hökuməti Denikinlə, onun həmişə Azərbaycan 



xalqının müstəqilliyinə  qəsd etdiyinə görə, qızğın mübarizə aparırdı  və bunun 

müvəffəqiyyətli olması  məqsədilə qonşu gürcü hökuməti ilə  hərbi müdafiə ittifaqı 

bağladı. Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş yuxarıda qeyd edilən xarici 

siyasətin istiqaməti ona Azərbaycan və digər xalqlar arasında mehriban münasibətlərin 

qurulmasına göstəriş verir. Buna əsasən, Azərbaycan hökuməti danışıqlar yolu ilə  hər 

iki dövlətini müstəqilliyi prinsiplərindən irəli gələn rus və Azərbaycan xalqları arasında 

mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır”.  

Antanta ölkələri Sovet Rusiyasının Zaqafqaziyada yarada biləcəyi təhlükənin 

coğrafi miqyasının  genişlənəcəyini nəzərə alaraq, fəal xarici siyasət kursu müəyyən 

etmək qərarına gəldi. Bu məqsədlə, yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə 

Paris sülh konfransı Ali Şurasının sessiyasında Zaqafqaziya respublikaları  ətrafında 

yaranmış  vəziyyət geniş müzakirə olundu. Ali Şura hərbi ekspertlərin Zaqafqaziya 

respublikalarına  hərbi yardım göstərilməsi barədə təkliflər verməsini vacib hesab etdi.  

Ali  Şuranın iclasında  İngiltərənin xarici işlər naziri lord Kerzon çıxış edərək,  Lloyd 

Corcun  Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımaq məsələsini müzakirə 

etməyin tərəfdarı olduğunu bildirdi. İclasda çıxış edən Avropa dövlətlərinin xarici işlər 

nazirləri həqiqətən də Azərbaycan və Gürcüstan ətrafında təhlükəli vəziyyət yarandığını 

vurğuladılar. Lord Kerzon Azərbaycan və Gürcüstan hökumətlərinin Antanta dövlətlərinə 

yardım üçün müraciətlərini nəzərə alaraq, Azərbaycan və Gürcüstanı de-fakto 

tanımağın vacib olduğunu bildirdi.  Yanvarın 11-də Ali Şuranın qəbul etdiyi qərarda 

bəyan edildi ki, “müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini 

birlikdə de-fakto səviyyəsində tanıyırlar”. Fevralın 7-də Yaponiya hökuməti də Ali 

Şuranın bu qərarını müdafiə etdiyi halda,  ABŞ bu məsələni rəsmi surətdə 

dəstəkləmədiyini bildirdi. Həmin vaxt ABŞ hökumətinin mövqeyi bundan ibarət idi ki, 

Birləşmiş Ştatlar Böyük Britaniyanın və Fransanın Azərbaycana və Gürcüstana yardım 

göstərməsinə etiraz etmir, lakin onların müstəqilliyinin tanınmasını Rusiyanın 

parçalanması kimi dəyərləndirir.  

Paris sülh konfransı Ali Şurasının yanvarın 19-da keçirilən iclasında Azərbaycan 

və Gürcüstana hərbi və maliyyə yardımının göstərilməsi məsələləri müzakirə edildi. 

İclasın sonunda Qafqaz məsələsinə dair 4 bənddən ibarət olan qərar qəbul edildi və 

orada müttəfiq hökumətlərin Zaqafqaziya respublikalarına  ordu göndərmək imkanına 

malik olmadığı bildirildi.  Lakin ərzaq və  hərbi sursatla kömək göstərilməsi nəzərdə 

tutlurdu.  



 

64

Azərbaycan Respublikasının müstəqilliyinin Paris sülh konfransında tanınması 



Azərbaycan hökumətinin, xüsusilə Azərbaycan nümayəndə heyətinin uğurlu xarici 

siyasəti  və diplomatik fəaliyyəti nəticəsində mümkün oldu. Bu tarixi hadisə 

Azərbaycanda böyük təmtəraqla qeyd edildi. Yanvarın 14-də Baş nazir N. Yusifbəylinin 

ölkə  vətəndaşlarına müraciətində  və  həmin gün Azərbaycan parlamentinin iclasındakı 

çıxışlarda bildirildi ki,   Azərbaycanın müstəqilliyinin tanınması böyük tarixi əhəmiyyət 

daşıyır.  Parlamentin iclasına sədrlik edən Həsən bəy Ağayev qeyd edirdi  ki, “bu 

bayram yalnız bizim bayramımız deyil, bütün türk xalqının bayramıdır.  Sübut etmək 

lazım idi ki, biz müstəqil həyata layiqik. Avropa bizim dövlətimizdə olan  nümayəndələri 

vasitəsilə bizim xalqın həyat qabiliyyətinə inandı və bizim müstəqilliyimizi tanıdı.  Böyük 

qurbanlar bahasına  biz buna nail olduq”.  

Azərbaycan hökuməti dövlət müstəqilliyinin tanınmasından sonra Sovet Rusiyası 

tərəfindən üzləşdiyi təzyiqləri dəf etmək yönündə fəaliyyətini davam etdirdi. Azərbaycan 

Xarici  İşlər Nazirliyi Hərbi Nazirliklə birlikdə Azərbaycan Respublikası  ətrafında 

yaranmış vəziyyəti nəzərə alaraq, ölkənin müdafiəsinin təşkil edilməsi tədbirləri və milli 

ordunun ehtiyacları haqqında memorandum hazırlayaraq,  onu müttəfiq dövlətlərin hərbi 

ekspertlər  şurasına göndərdi. Memorandumda Azərbaycanın dövlət təhlükəsizliyini 

möhkəmləndirmək üçün ölkəyə    hərbi, iqtisadi və siyasi yardım göstərilməsi xahiş 

edilirdi.  

Həmin dövrdə Avropa dövlətlərinin Bakıda konsulluqları  fəaliyyətə başladı, 

Azərbaycan hökuməti ilə ABŞ, Böyük Britaniya və  İtaliya arasında iqtisadi əlaqələrin 

qurulması yönündə mühüm işlər görüldü.  Azərbaycanla  İran arasında diplomatik 

münasibətlər yaradıldı. Martın 20-də Azərbaycan Respublikası ilə İran arasında dostluq 

haqqında müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin böyük uğurlarından 

biri idi. Müqavilənin birinci maddəsinə görə, İran hökuməti Azərbaycan Respublikasının 

müstəqilliyini de-yure tanıdığını  bəyan etdi. Məhz hər iki dövlət arasındakı  əlaqələrin 

möhkəmlənməsi sayəsində az bir müddət  ərzində Tehranda Azərbaycan səfirliyi 

fəaliyyətə başladı. Eyni zamanda, Təbriz, Rəşt, Məşhəd, Xoy və  Əhərdə Azərbaycan 

konsulluqları yaradıldı. 1920-ci il aprelin 15-də Azərbaycan parlamentində Avropa 

dövlətlərinə və ABŞ-a diplomatik nümayəndəliklər göndərmək haqqında qanun layihəsi 

müzakirə edildi. Parlamentin aprelin 19-da keçirilən iclasında isə Böyük Britaniya, 

Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər 

təsis etmək haqqında  qanun qəbul olundu.  




 

65

Azərbaycan hökumətinin 1920-ci ilin aprel böhranına qədərki dövrdə xarici 



siyasət sahəsində qazandığı nailiyyətlər xalqımızın milli istiqlaliyyətinin tanınmasında 

mühüm rol oynamışdır. 1918-1920-ci illərdə xarici siyasət kursunun 

müəyyənləşməsində və mühüm diplomatik uğurların qazanılmasında Ə.M.Topçubaşov, 

F.X.Xoyski və M. Hacınski  kimi şəxsiyyətlərin böyük əməyi vardır. 

 1918-20-ci illərdə aparılan xarici siyasət dünyada Azərbaycanın sivil, demokratik 

respublika kimi tanınmasında böyük rol oynamışdır. 

  

 5. 1922-1939-CU İLLƏRDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ  

  VERSAL-VAŞİNQTON SİSTEMİNİN  BÖHRANI 

 

Versal beynəlxalq münastbətlər  sisteminin son səhifələri Vaşinqton konfransında 

(1922) yazıldı.  Avropada və dünyada sülh bərpa olundu, beynəlxalq münasibətləri 

tənzimləyən “Millətlər Liqası” adlı beynəlxalq qurum yaradıldı, onun Nizamnaməsi 

dünyanın 44 dövləti tərəfindən imzalandı. Sovet Rusiyasına və onun proletar inqilabını 

dünyaya yayması  cəhdlərinə qarşı  həyata  keçirilən tədbirlər istisna olmaqla, dünyada 

əmin-amanlıq bərpa olundu. Lakin Versal sisteminin yaratdığı beynəlxalq münasibətlər 

sistemi, sülh və  təhlükəsizlik rejimi elə ilk gündən bəzi ziddiyyətli məqamları ilə özünü 

büruzə verməyə başladı. 

Ziddiyyətlərin bir qrupu onunla bağlı idi ki, sülh müqaviləsinə imza atan dövlətlər 

razılaşdırılmış  şərtləri yerinə yetirməkdən imtina edirdilər. Bu həm məğlub olan və 

alçalmaq dərəcəsinə  qədər təqib olunan Almaniya, Avstriya-Macarıstan, həm  qalib 

gələn Fransa, İngiltərə,  İtaliya, ABŞ-a, həm də Versal prosesində haqqı tapdanan  

Türkiyə, Yaponiya, Rumıniya, Bolqarıstan və başqalarına aid idi. Vəziyyət elə bir həddə 

çatır ki, ABŞ və İngiltərə Fransanı sıxışdırmaq üçün Almaniyanı gizli dəstəkləyir və onu 

sülhün şərtlərini pozmağa təhrik edirdilər.  

Fransa və onun tərəfdarları başqa qonşu dövlətlərlə separat danışıqlara başlayır. 

Fransa,  İngiltərə  və ABŞ-la dil tapa bilməyən, lakin müharibənin nəticələrindən narazı 

qalan dövlətlər – Macarıstan, Türkiyə, Rumıniya və başqaları Sovet Rusiyası ilə 

danışıqlara başlayır və öz problemlərini onun dəstəyi ilə həll etməyə can atır. Beləliklə, 

Versal sistemi içərisində yavaş-yavaş bloklaşma, qarşıdurma və separat razılaşmalar 

başlayır ki, bu da tezliklə sülh müqavilələrinin  şərtlərinin kütləvi  şəkildə pozulmasına 

şərait yaradırdı.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə