Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə21/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   17   18   19   20   21   22   23   24   ...   229

 

55

cəhdlə çalışırdı. Bu məqsədlə noyabrın 10-da Baş nazir F. Xoyski və xarici işlər naziri 



vəzifəsini icra edən Adil xan Ziyadxan ABŞ-ın Prezidenti Vudro Vilsona müraciətlərində 

Azərbaycan Respublikasının müstəqililyinin dünya dövlətləri tərəfindən tanınmasına 

köməklik göstərməyi xahiş etdilər. Qeyd edək ki, həmin dövrdə ABŞ dünyada gedən 

ictimai-siyasi proseslərə  mühüm təsir göstərən dövlətə çevrilmişdi. V. Vilson isə 

müharibədən sonrakı dövrdə dövlətlərarası münasibətlərdə yenidənqurmanın banisi 

hesab edilirdi.   

Milli  Şuranın noyabrın 16-da keçirilən iclasında Azərbaycanın müstəqilliyini 

tanımaq barədə bütün dünya dövlətlərinə müraciət qəbul edildi. İclasın qərarına əsasən 

Nazirlər Şurası sədrinin general V.Tomsona göndərdiyi teleqramda  bildirilirdi: “Hökumət 

əmindir ki, müttəfiq ordunun Azərbaycana gəlməsi Azərbaycan hökumətinin daxili 

işlərinə qarışmadığı surətdə istiqlaliyyətimizə  və  məmləkətimizin təmamiyyətinə  xəta 

toxunmaz”.  General V.Tomson cavab teleqramında Azərbaycan hökuməti ilə 

əməkdaşlığa hazır olduğunu qeyd edirdi.  O,  sonrakı  çıxışlarında da Böyük Britaniya 

komandanlığının Azərbaycan hökumətinə  və onun Baş nazirinə böyük ehtiram 

göstərdiyini, yeni koalisyon hökumət təşkil olunana qədər hazırkı hökumətin 

Azərbaycanda yeganə qanuni hökumət olaraq qaldığını vurğulayırdı.  Əslində, 

V.Tomsonun bu mövqeni tutması Azərbaycan hökumətinin onunla diplomatik danışıqları 

uğurla və məharətlə aparmasından irəli gəlirdi.  

Milli  Şura Avropa dövlətləri ilə beynəlxalq əlaqələrin yaradılmasında demokratik 

prinsiplərin  göstərə biləcəyi təsiri də  nəzərə alırdı. Azərbaycanda parlament üsul-

idarəsinin təsis edilməsi Avropa dövlətləri ilə  əlaqələrin yaradılmasında mühüm addım 

ola bilərdi.    Bu  məqsədlə Milli Şuranın noyabrın 16-dakı iclasında parlament üsul-

idarəsinin yaradılması məsələsinə baxıldı və noyabrın 19-da seçki qanunu qəbul edildi. 

Dekabrın 7-də parlamentin ilk iclasının keçirilməsi Azərbaycan Respublikasının istər 

daxili, istərsə  də xarici siyasət sahəsində mühüm hadisə oldu. İclasda F.X.Xoyski 

hesabat xarakterli məruzə ilə  çıxış etdi, milli hökumətin daxili və xarici siyasətinin 

xüsusiyyətləri və qarşıda dayanan vəzifələr haqqında məlumat verdi. O, xarici siyasət 

sahəsi ilə bağlı  çıxış edərkən Azərbaycanın  ətrafında yaranmış beynəlxalq vəziyyətə 

aydınlıq gətirməyə çalışırdı. F.X.Xoyski vaxtilə türk qoşunlarının  Bakıda olması, Mudros 

barışığından sonra isə müttəfiqlərin Bakıya gəlməsi məsələlərinə hökumətin 

münasibətini bildirdi.  



 

56

Azərbaycan parlamentində dünya xalqlarına və parlamentlərinə, ABŞ Prezidenti 



V. Vilsona müraciət qəbul edildi.  Müraciətdə Azərbaycanın parlament tipli  respublika 

olaraq müstəqilliyinin tanınması xahiş edilirdi.   

Dekabrın 26-da yeni hökumət kabinəsi yaradıldı  və bu hadisədən iki gün sonra 

müttəfiqlərin Bakıdakı nümayəndəsi general V. Tomson Azərbaycan hökumətini 

tanıdığını  bəyan etdi.  Bəyanatda bütün Azərbaycan  ərazisində Azərbaycan koalisyon 

hökumətinin yeganə qanuni hakimiyyət olduğu və müttəfiq hərbi qüvvələrin 

komandanlığının bu hökumətə  hərtərəfli yardım göstərəcəyi bildirilirdi. Balkanlarda və 

Qafqazdakı Böyük Britaniya qoşunlarının baş komandanı, general Corc Miln də 

İngiltərənin Azərbaycan hökumətini bu ölkənin  ərazisində yeganə qanuni hakimiyyət 

kimi tanıdığını qeyd etdi. Göründüyü kimi, Mudros barışığından sonra uğursuzluqla 

üzləşən Azərbaycan hökuməti Bakıya gəlmiş müttəfiq qoşunların komandanlığı ilə 

diplomatik münasibətlər qurmağı bacardı. Hətta ardıcıl diplomatik təşəbbüslərin və 

danışıqların nəticəsində müttəfiq qoşunların komandanlığı Azərbaycan hökumətini de-

fakto tanımaq məcburiyyətində qaldı.  

F. X. Xoyskinin sədrliyi ilə yaradılmış yeni hökumətin qarşısında Azərbaycanın 

beynəlxalq vəziyyətinə  həlledici və  əsaslı  təsir göstərə biləcək Paris sülh konfransına 

hazırlıq və bu mötəbər tədbirdə  iştirak edəcək nümayəndə heyətini təşkil etmək kimi 

mühüm vəzifə dayanırdı. Azərbaycan hökuməti 1918-ci ilin noyabrında general V. 

Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak 

edəcəyinə  təminat almışdı. Böyük Britaniya hökuməti Azərbaycanla bağlı bütün 

mübahisəli  ərazi məsələlərinin sülh konfransının qərarları  əsasında  həll ediləcəyinə 

ümid bəsləyirdi. Azərbaycanın  İstanbuldakı nümayəndəsi  Ə.M.Topçubaşov sülh 

konfransında Zaqafqaziya respublikalarının vahid nümayəndəliklə  iştirak etməsini 

nəzərdə tutaraq, dekabrın 16-da Azərbaycan Respublikası Nazirlər  Şurasının sədrinə 

məktubunda qeyd edirdi ki, yaranmış tarixi şəraitdə Qafqaz xalqlarının dövlət 

müstəqilliyinin tanınmasının yeganə yolu azərbaycanlıların, gürcülərin və ermənilərin 

birgə addım atmalarından  keçir: “Bu xalqların milli siyasi ideallarında  hər hansı  fərq 

olursa-olsun, indi onların hamısının müstəqilliyi sülh konfransında birgə  işlərdən və 

birgə  çıxışlardan asılıdır”. Bu məqsədlə Zaqafqaziya konfederativ nümayəndəliyinin 

yaradılmasını  nəzərdə tutan memorandum hazırlanmış, Fransa, İngiltərə, ABŞ,  İtaliya, 

Yunanıstan və Yaponiyanın diplomatik nümayəndəliklərinə  təqdim edilmişdir. Lakin 

hadisələrin sonrakı gedişi göstərdi ki, birgə nümayəndəlik yaratmaq ideyasının 

reallaşması mümkün olmadı.  



 

57

Azərbaycan Milli Şurası dövlət müstəqilliyinin tanınması  və qorunub 



saxlanılmasında beynəlxalq sülh konfransının mühüm rol oynayacağını  nəzərə alır və 

noyabrın 28-də “Bütün Azərbaycan  əhalisinə” müraciətində bu tədbirə böyük ümid 

bəslədiyini ifadə edirdi. Dekabrın 26-da təşkil olunan üçüncü hökumət kabinəsi 

parlamentin Ağsaqqallar Şurası ilə birlikdə beynəlxalq sülh konfransında iştirak edəcək 

nümayəndə heyətini seçdi. Nümayəndə heyətinin sədri Ə.M. Topçubaşov, onun müavini 

isə hökumət üzvü M.H. Hacınski təyin edildi. Parisə getmək üçün viza almaq 

məsələsində müxtəlif səbəblər və bəhanələrlə üzləşən Azərbaycan nümayəndə heyəti 3 

ay  İstanbulda gözlədikdən sonra Fransaya yola düşdü. Lakin ermənilərin təsiri altında 

olan bəzi Fransa siyasi dairələri  Ə.M. Topçubaşovun Parisə getməsinə imkan 

yaratmadılar. Azərbaycan hökuməti yaranmış  vəziyyətdən çıxış yolunu nümayəndə 

heyətinin rəhbərliyinə M.H. Hacınskini təyin etməkdə gördü.  

Böyük çətinliklərə  və süni maneələrə baxmayaraq, Azərbaycan hökumətinin 

Paris Sülh konfransında öz nümayəndələrinin iştirak etmələri üçün  göstərdiyi səylər 

nəhayət ki, öz nəticəsini verdi. Azərbaycanın müstəqilliyi  məsələsi ilk dəfə olaraq mayın 

2-də ABŞ  Prezidenti V. Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya 

hökumət başçılarının təmsil olunduğu Dördlər  Şurasının iclasında müzakirə edildi. 

Prezident V. Vilson Azərbaycan Respublikasından olan nümayəndələrin Versal sülh 

konfransına buraxılmasının məqsədəuyğun olduğunu qeyd etdi. O, Ə.M.Topçubaşovu 

Azərbaycan nümayəndə heyətinin başçısı kimi qəbul etməyin tərəfdarı olduğunu bildirdi.   

Azərbaycan nümayəndə heyəti Fransaya gəldiyi ilk gündən etibarən 

Azərbaycanın siyasi, iqtisadi və hərbi vəziyyəti ilə bağlı məsələləri Avropa dövlətlərinin 

bu ölkədəki diplomatik nümayəndələrinin diqqətinə çatdırmaq üçün fəaliyyətə başladı. 

Mayın 23-də Azərbaycan nümayəndələri ilə ingilis nümayəndə heyətinin üzvü Luiz 

Mallet arasında görüş keçirildi.  Mayın 28-də  Ə.M.Topçubaşovun ABŞ nümayəndə 

heyətinin üzvü Q.Morqentau ilə görüşündə isə ABŞ-ın Azərbaycan hökumətinə maliyyə 

yardımı göstərməsinin mümkünlüyü məsələləri müzakirə olundu. Azərbaycan 

nümayəndə heyətinin üzvləri üçün ən mühüm hadisə onların mayın 28-də ABŞ 

Prezidenti V.Vilson tərəfindən qəbul edilməsi idi. Azərbaycan nümayəndə heyətinin 

rəhbəri  Ə.M.Topçubaşov  Prezident V.Vilsona müraciət edərək Azərbaycanın Millətlər 

Cəmiyyətinə buraxılacağına və ABŞ  tərəfindən Azərbaycana yardım göstəriləcəyinə 

ümid etdiyini bildirdi. O, çox vaxt Avropa və Amerika mətbuatında Azərbaycan haqqında 

qərəzli və saxtalaşdırılmış yazılar dərc edildiyini və bu konfransda V.Vilsona əsl 

həqiqətlər haqqında məlumat vermək üçün imkan yarandığını qeyd etdi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə