Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə19/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   15   16   17   18   19   20   21   22   ...   229

 

51

Zaqafqaziya Seymi buraxıldıqdan sonra istiqlaliyyətini elan etmiş  yeni müstəqil 



dövlətlərin sərhədlərini müəyyənləşdirmək məsələsi ön planda dayandı. Batumda 

Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan danışıqlarda 

Azərbaycanın Aleksandropol quberniyası  hüdudlarında erməni kantonunun yaradılması 

barədə razılıq əldə edildi. Amma İrəvan şəhəri bu şərtlə ermənilərə güzəştə gedilirdi ki, 

onlar Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağa olan iddialarından  əl 

çəksinlər. Batum danışıqlarının yekununda, iyunun 4-də Türkiyə, Azərbaycan və 

Ermənistan arasında “Sülh və dostluq” haqqında müqavilə imzalandı. Azərbaycan 

Respubilkasının  xarici dövlətlərlə imzaladığı bu ilk müqavilədə Azərbaycanla Osmanlı 

hökuməti arasında daimi sülh və dostluq əlaqələrinin bərqərar olacağı, Azərbaycan

Gürcüstan və Ermənistanın öz aralarında tezliklə  sərhədləri müəyyən edəcək protokol 

imzalayacaqları,  əgər ehtiyac olarsa, dinclik və asayişi möhkəmləndirmək, ölkənin 

asayişini təmin etmək üçün Osmanlı hökumətinin Azərbaycan Respublikasına hərbi 

yardım göstərəcəyi bildirilirdi. Müqavilədə  Azərbaycan hökumətinin onun sərhədyanı 

ərazilərində yaradılmış silahlı quldur dəstələri tərksilah etməyi öz uzərinə götürdüyü, 

konsulluq kovensiyası  məsələsi, dəmiryol yüklərinin daşınmasında tərəflərin öhdəlik 

götürmələri, Brest-Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə olduğu qeyd edilirdi. 

4 iyun müqaviləsini imzalamaqla aydın oldu ki, Azərbaycan  yenicə istiqlaliyyət  əldə 

etməsinə baxmayaraq, beynəlxalq nüfuz qazanmaq üçün böyük cəhdlər göstərir. 

Sonradan 4 iyun müqaviləsinə əlavə olaraq iki saziş də imzalandı.  

Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan birinci saziş Bakı-Batum 

neft kəməri ilə bağlı idi və  tərəflər razılığa gəlirdilər ki, öz ərazilərində neft kəmərinin 

təhlükəsizliyini təmin etsinlər. Bu saziş Azərbaycanın neft sənayesinin inkişafına mühüm 

təsir göstərərək,  onun dünya bazarına çıxarılmasına təminat yaradırdı. Dəmir yollarına 

aid olan ikinci saziş isə Osmanlı Türkiyəsi, Azərbaycan, Gürcüstan və Ermənistan 

arasında imzalandı. Sənəddə keçmiş Rusiya dövlətinin mülkiyyəti olan dəmir yolu 

nəqliyyat vasitələrinin  müqaviləni imzalayan tərəflərin ərazi hüdudlarına müvafiq olaraq 

onlar arasında bölüşdürülməsi nəzərdə tutulurdu.  

Azərbaycan Respublikasının 1918-ci ilin yayında Bakının azad edilməsi ilə bağlı 

apardığı diplomatik mübarizə özünün tarixi əhəmiyyəti ilə    seçilir.  Həmin dövrdə Bakı 

Osmanlı  İmperiyası, Almaniya, Böyük Britaniya və Sovet Rusiyası arasında geosiyasi 

mübarizə  məkanına çevrilmişdi. Sovet Rusiyası Azərbaycan hökumətinə bolşeviklərin 

yaratdığı    Bakı Xalq Komissarları Soveti vasitəsilə  təsir göstərirdi. Məlumdur ki, Bakı 

Soveti nəinki yeni yaranmış milli hökuməti tanımamış, eyni zamanda, ona qarşı 



 

52

mübarizə aparmaq üçün  qüvvələrini səfərbər etməyə çalışırdı. 1918-ci ilin birinci 



yarısında milli hökumətin  Azərbaycanda  bolşevizim adı altında törədilmiş cinayətləri 

araşdıran Fövqəladə  İstintaq Komissiyasını yaratması Bakı Sovetini narahat etməyə 

bilməzdi, amma bu qurum azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə görə ifşa 

olunacağından heç də  çəkinmirdi. Başda S. Şaumyan olmaqla, erməni daşnakların 

fitvası ilə Bakı XKS Azərbaycanda vətəndaş müharibəsi törətməkdə maraqlı idi və hər 

vəchlə bu mənfur niyyətini yerinə yetirməyə çalışırdı. Azərbaycan üçün bu cür çətin və 

mürəkkəb bir dövrdə Almaniya ilə Sovet Rusiyası arasında Brest-Litovsk müqaviləsinə 

əlavə olaraq 27 avqust sazişi imzalandı. 8 fəsildən, 17 maddədən ibarət olan bu 

müqavilənin 14-cü maddəsi bilavasitə Azərbaycanla bağlı idi. Bu maddədə Almaniyanın 

Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi  əməliyyatlarda hər hansı üçüncü 

bir dövlətə heç bir yardım göstərməyəcəyi bildirilirdi. Sənəddə Almaniyanın Qafqazda 

üçüncü dövlətin  hərbi qüvvələrinin Kür çayının mənsəbindən Petropavlovsk kəndinə, 

Şamaxı  qəzasının sərhədləri boyunca Əyrioba kəndinə  qədər, Bakı,  Şamaxı  və Quba 

qəzaları boyunca, Bakı  qəzasının  şimal sərhədlərindən dənizə  qədər olan əraziyə 

keçməməsi üçün təsir göstərəcəyi vurğulanırdı. Bu müqavilə imzalanarkən Almaniya 

Avstriya-Macarıstanın mənafeyini nəzərə almadan, Sovet Rusiyası ilə razılığa gəlmiş, 

Osmanlı Türkiyəsinə qarşı isə qeyri-səmimi və  xəyanətkar mövqe tutmuşdu. Sazişdə 

adı  çəkilməyən üçüncü dövlət dedikdə Osmanlı Türkiyəsi nəzərdə tutulurdu. Ən 

başlıcası, bu müqavilə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi və onu təhlükə 

altına alırdı.  

Azərbaycan hökuməti ölkənin  əleyhinə yönəlmiş 27 avqust sazişinə qarşı 

diplomatik mübarizəyə başladı. Sentyabrın 6-da İstanbulda Azərbaycan 

nümayəndələrinin Tələt Paşa tərəfindən qəbulu zamanı Bakı  məsələsi ilə bağlı 

Almaniyanın tutduğu mövqe müzakirə edildi və Bakının tezliklə azad olunmasının 

vacibliyi vurğulandı.  Çox vaxt keçmədi ki, Berlinə səfər edən Tələt Paşa  Almaniyadan 

təcili olaraq 27 avqust sazişinin ləğv olunmasını  tələb etdi. Sentyabrın 12-də isə 

İstanbulda Azərbaycan nümayəndələri Almaniyanın Osmanlı dövlətindəki səfirliyinə 

Azərbaycan hökumətinin etiraz notasını təqdim etdilər. Notada tarixi, etnoqrafik, coğrafi 

və  iqtisadi faktlarla Bakının Azərbaycanın ayrılmaz hissəsi olduğu göstərilirdi. Notada 

qeyd edilirdi ki, “Azərbaycan əhalisi Bakını geriyə qaytarmaq arzusundan heç bir zaman 

əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız  ərazi məsələsi deyil, o, indi xalq 

üçün ölüm-dirim məsələsinə çevrilmişdir”. Sənəddə vurğulanırdı ki, Rusiya və digər 

dövlətlər üçün Bakı yalnız iqtisadi baxımdan faydalı görünür.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə