Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə15/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   11   12   13   14   15   16   17   18   ...   229

 

42

münasibətlər sisteminə yeni müstəqil dövlətlərin qatılması    və onlar arasında 



bərabərhüquqlu münasibət prinsiplərinin bəyan olunması idi. Bağlanmış sülh 

müqavilələrinə uyğun olaraq, keçmiş Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı 

imperiyasının  tərkibində olan ölkələr müstəqil dövlət statusu ilə Versal sisteminə daxil 

edildi.  Beləliklə, Avstriya, Macarıstan, Polşa, Yuqoslaviya, Çexoslovakiya, Bolqarıstan, 

Rumıniya, Yunanıstan, Estoniya, Latviya, Litva və b. dövlətlər keçmiş imperiyalardan  

ayrılaraq müstəqil dövlət oldular. Bütövlükdə Versal sisteminə dünyanın 44 dövləti daxil 

oldu. Bundan başqa, Versala daxil edilməyən Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan 

da öz müstəqilliklərini elan etdi və beynəlxalq aləmin onları tanıması üçün diplomatik 

fəaliyyətə başladılar. 

Avropada güc balansı Fransa və İngiltərənin xeyrinə tam dəyişsə də, ABŞ-ın bu 

qitədəki  hadisələrə, o cümlədən bütün dünyada bu ölkələrə  məxsus müstəmləkə 

ərazilərinə müdaxiləsi getdikcə güclənməyə başladı. ABŞ-ın qüdrətli dövlət kimi  dünya 

hadisələrinin mərkəzinə  çıxması  və beynəlxalq münasibətlərdə güc balansının 

dəyişməsində  həlledici amilə çevrilməsi birinci dünya müharibəsinin  əsas yekun 

nəticələrindən biridir.  

ABŞ XX əsrin  əvvəllərindən etibarən dünya dövlətinə çevrilməyə  və beynəlxalq 

münasibətlər sistemində özünəməxsus yer tutmağa başlayır. Xüsusən, həmin dövrdə 

dünyada müstəmləkə  imperiyalarının ciddi böhran və problemlərlə üzləşməsi, 

müstəmləkə və metropoliyalar arasındakı münasibətlərin kəskinləşməsi bu dövlət üçün 

öz məxsusi maraqlarını  təmin etmək,  müxtəlif manevrlərlə hadisələrə  təsir göstərmək 

imkanı yaratdı.  Lakin Birinci dünya müharibəsi ərəfəsində ABŞ hələ dünya hökmranlığı 

uğrunda başqa nəhəng dövlətlərlə üz-üzə gəlmək gücündə deyildi. Bununla belə,  ABŞ 

asta-asta Rusiyanı Uzaq Şərq və Sakit okean, İspaniyanı Karib hövzəsindən, Almaniya 

və Fransanı Afrikadan sıxışdırmaq üçün tədbirlər də həyata keçirirdi. 

Birinci  dünya müharibəsi başlayarkən ABŞ Avropa dövlətlərinə üç milyard dollar 

pul borclu idi.  Müharibənin gedişində ABŞ  nəinki bu pulu qaytarır, eyni zamanda, 

Antantanın müharibədəki xərclərinin böyük bir qismini ödəyərək,  bu blokun üzvlərini 

özünə 14 milyard dollar borclu edir. Bundan başqa, müharibənin gedişində Birləşmiş 

Ştatlar  dünyanın ən  aparıcı ticarət və iqtisadiyyat mərkəzinə çevrilərək,  dörd ildə bu 

sahədə 27,3 milyard pul qazanır.  

ABŞ iqtisadi qüdrətini artdırdıqca həm də Avropa və dünyanın siyasi proseslərinə 

öz müdaxilələrini gücləndirməyə başladı.  1917-ci ilin aprelində    Antanta  tərəfindən 

Birinci dünya müharibəsinə qoşulmazdan əvvəl ABŞ öz bankları vasitəsilə hər iki bloku 



 

43

maliyyələşdirir və onlara kreditlər verirdi.  Əslində, Antanta  tərəfdən müharibəyə 



qoşulmaqla ABŞ heç də digər tərəflə  əlaqələrini, manevrlərini dayandırmadı. 

Müharibənin sonunda isə bu dövlət  İngiltərə  və Fransa kimi,  Almaniya və onun 

müttəfiqlərini birdəfəlik  sıradan çıxarmaq, onlara məxsus ərazi və maddi  resurslardan 

daha çox pay əldə etmək uğrunda mübarizəyə girişmədi.  Əksinə, Birləşmiş  Ştatlar 

uduzan tərəfi axıra qədər məhv olmaq, Avropa və dünyanın siyasi palitrasından çıxmaq 

təhlükəsindən xilas etdi və beləliklə,  özünə sülhsevər, himayəçi, xeyirxah arbitr imici 

qazanaraq sonrakı illər üçün geosiyasi  gedişlər etdi. Vaşinqton yaxşı bilirdi ki, Birinci 

dünya müharibəsi Avropa və dünyada ziddiyətləri aradan  qaldırmadı. Əksinə,  bir qədər 

də dərinləşdirdi. Bunun üzərinə yaxınlaşan  sosialist təhlükəsi də əlavə olunsa, sonrakı 

illərdə dünyanı gözləyən qarşıdurma tam öncəgörülən idi. Odur ki, heç kimi özündən 

incitməmək, bitərəf, ədalətli və güclü arbitr imici qazanaraq,  gələcək fəaliyyətdə bundan 

yararlanmaq lazım idi.  

ABŞ Avropanın və dünyanın müstəmləkə mübarizəsinə, hegemonluq iddialarına 

və dövlətlərarası separat əlaqələrinə bir qədər gec qoşulduğu üçün bəzi problemlərlə 

üzləşirdi. XX əsrin başlanğıcından dünyanın  əsas dövlətləri olan İngiltərə, Fransa, 

Almaniya,  İtaliya, Rusiya, Yaponiya və başqaları öz xarici siyasət vəzifələrini, 

müstəmləkə mübarizələrini həm açıq  şəkildə, həm də bir-biri ilə gizli, separat 

danışıqlar, məxfi müqavilələr vasitəsilə  həyata keçirirdilər. Dövlətlər bəzən öz 

müttəfiqləri  hesab olunan ölkələrin  əleyhinə  əks düşərgənin bu və ya digər dövləti ilə 

gizli danışıqlar aparır, separat müqavilələr imzalayırdı. Xarici siyasətdə riyakarlıq, 

satqınlıq və məxfi anlaşma az qala aparıcı tendensiyaya çevrilmişdi. Sovet hakimiyyəti 

qurulandan sonra bolşevik hökuməti rus imperatorunun xarici dövlətərlə bağladığı məxfi 

və separat müqavilələri açıqladı və onların məzmunu 1918-ci ildə bütün dünyanı şoka 

saldı.   

1918-ci ildə Birinci dünya müharibəsinin taleyinin həll olunduğu artıq hamıya 

məlum olan zaman ABŞ keçmiş  məxfi və separat sazişlərin yenidən təkrar 

olunacağından qorxaraq,   təşəbbüsü  öz əlinə almaq üçün ciddi səy göstərirdi. ABŞ 

Prezidenti Vilsonun  1918-ci ildə  Birinci dünya müharibəsinin yekunlarına dair çıxışı və 

irəli sürdüyü təkliflər də məhz Vaşinqtonun belə manevrlərindən sayıla bilər.  Bu təkliflər 

14 bənddən ibarət idi və ABŞ-a tərəflər arasında manevr etmək imkanı yaradırdı. 

Məsələn, bəndlərdən birində göstərilirdi ki,  danışıqlar açıq keçirilməli və heç bir gizli 

beynəlxalq saziş imzalanmamalıdır. Yaxud, istənilən vəziyyətdə ticarət gəmiçiliyinə  və 

beynəlxalq ticarətə maneçiliyin aradan qaldırılması tələbi və ya Rusiya, Belçika, Fransa, 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə