Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə13/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   9   10   11   12   13   14   15   16   ...   229

 

37

Rusiyanı Sakit okean və Uzaq Şərqdə məğlub edən Yaponiya Koreyanı Rusiyanın təsir 



dairəsindən çıxarır, Port-Arturu, Lyaodun yarımadasını, Cənubi Saxalini onun əlindən 

alır.  


XX  əsrin sonunda Cənubi Afrikada zəngin qızıl və almaz ehtiyatlarına nəzarət 

uğrunda o zaman bu ölkəyə rəhbərlik edən Bur hökuməti ilə İngiltərə arasında müharibə 

başlayır. 250 minlik ingilis ordusu 1902-cu ildə burları məğlub edir və Cənubi Afrikanı öz 

təsir dairəsinə daxil edir. Bir az sonra Almaniya, Fransa və Rusiyanın təzyiqlərinə tab 

gətirməyən  İngiltərə ABŞ-ı bu işə qatmağa məcbur olur və göstərdiyi köməyə görə 

Panama kanalının tikintisi və ona sonrakı  nəzarət hüququ İngiltərədən ABŞ-a keçir.  

(1903-cü ildə bu kanalın inşası başlanır və 1914-cü ildə başa çatır.) 

1898-ci ildə başlamış Çin üsyanının yatırılması o zamankı aparıcı dövlətlər olan 

ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya və Yaponiya arasında diplomatik 

qarşıdurmaya səbəb olur. Çində bu dövlətlərin  hər birinin marağı var idi. Bu ölkə öz 

əhalisinin sayına, ucuz işçi qüvvəsinə  və  əlverişli ticarət bazarı olmasına görə inkişaf 

edən kapitalist ölkələri üçün çox əhəmiyyətli idi. Bütün ölkələr Çin əhalisini 

cəzalandırmaq, yerində oturtmaq, xaricilərin marağını müdafiə etmək məsələsində 

yekdil idilər. Amma bu işi kimin görəcəyi, hansı ölkənin hərbi qüvvələrinin Çinə 

göndəriləcəyi məsələsində siyasi maraqlar kəsişirdi. Geosiyasi, coğrafi və ərazi yaxınlığı 

baxımından Çin üsyanının yatırılmasında istifadə oluna biləcək  ən  əlverişli dövlət 

Rusiya və Yaponiya ola bilərdi. Lakin sonrakı illər üçün nə Rusiyanın (onun müttəfiqi 

Almaniya idi), nə  də Yaponiyanın (onu əsasən  İngiltərə  dəstəkləyirdi) bu işi həyata 

keçirməsi digər dövlətlər tərəfindən qəbul edilmədi. Çünki bu bölgədə onların 

möhkəmlənmək, öz təsir dairəsini artırmaq təhlükəsi var idi.  Odur ki, 1899-cu ildə ABŞ 

aparıcı Avropa dövlətlərinə nota göndərərək, Çinin bütün dövlətlər üçün “açıq elan 

edilməsi”ni və bu ölkədə qayda-qanun yaratmağa hamının qoşulmasını  tələb edir. 

Bunun nəticəsində alman feldmarşalı Valderzenin rəhbərliyi ilə Çinə beynəlxalq hərbi 

korpus  göndərilir ki, onun tərkibində  bütün böyük dövlətlərin hərbçiləri iştirak edirdi.  

Göründüyü kimi, XX əsr beynəlxalq münasibətlərin qloballaşması, xalqlar və 

dövlətlər arasındakı əlaqələrin, qarşılıqlı asılılığın artması ilə xarakterizə olunur. Böyük 

dövlətlər artıq öz xarici siyasətlərini həyata keçirərkən,  mütləq qonşu və ətraf dövlətlərin 

mövqeyini nəzərə almaqla, dünyanın istənilən bölgəsində, o cümlədən öz 

müstəmləkələri hesab olunan ərazilərdəki fəaliyyətlərini razılaşdırmağa məcbur idilər. 

XX əsrin əvvəllərində dövlətlər arasında getdikcə kəskinləşən maraqlar mübarizəsi elə 

həddə çatır ki, artıq Vestfal sistemi bu gərginliyi nizama sala bilmir və yeni bir kollektiv 



 

38

qarşıdurmanın, bloklararası müharibənin başlanmasını qaçılmaz edirdi. Birinci dünya 



müharibəsinin başlanması  əslində beynəlxalq münasibətlərin 260 ildən artıq mövcud 

olmuş, 1815-ci ildə Vyana sazişi ilə  bəzi dəyişikliklərə  məruz qalmış Vestfal sisteminə 

son qoydu. 

Birinci dünya müharibəsi  ərəfəsində Avropada dövlətlərarası münasibətlər 

həddən artıq gərginləşmişdi. Türkiyə  və Yunanıstan arasında başlanan müharibə, 

Türkiyənin  əyalətlərində Avropa dövlətləri tərəfindən qızışdırılan üsyanlar, Türkiyə ilə 

Balkan dövlətləri – Bolqarıstan, Serbiya, Çernoqoriya və Rumıniya arasında 1912-1913-

cü illərdə  başlanan hərbi  əməliyyatlar və  ən başlıcası bütün bu proseslərdə  əsas 

Avropa dövlətlərinin mövqeləri  İkinci dünya müharibəsini qaçılmaz edirdi. 

Birinci dünya müharibəsinin  əsas hərəkətverici qüvvəsini Vestfal sülhündən 

başlayaraq XX əsrin  əvvəlinə  qədərki dövrdə milli haqları digər Avropa nəhəngləri 

tərəfindən tapdanan və müstəmləkə bölgüsündə ən az pay alan Almaniya təşkil edirdi.  

Onun  əsas müttəfiqləri Avstriya-Macarıstan, Balkan müharibələrindən narazı qalan və 

demək olar ki, dağılan Osmanlı imperiyası (Türkiyə), eyni zamanda Balkan 

müharibəsində  bəzi  ərazi itkilərinə  məruz qalan Bolqarıstan idi. Almaniyanın daimi 

müttəfiqi  İtaliya bu müharibədə  əvvəl neytral mövqe tutdu. 1915-ci ildən isə  İngiltərə, 

Fransa və Rusiyanın daxil olduğu  Antanta tərəfindən müharibəyə qoşuldu.  

Birinci dünya müharibəsi başlayan kimi, Yaponiya Almaniyanın Uzaq Şərq 

müstəmləkələrini  ələ keçirmək üçün  Almaniya-Avstriya-Macarıstan blokuna qarşı 

müharibəyə qoşulur. Bundan başqa, bu və ya digər tərəfə öz münasibəti ilə  fərqlənən 

ABŞ, Belçika, Kanada, Misir, Portuqaliya, Rumıniya, Yunanıstan və Çin də bu 

müharibəyə  cəlb edilirlər. Beləliklə, Avropada iki qarşıduran blok arasında başlanan 

müharibə dünya müharibəsinə çevrilir. Dünyanın 1,5 milyard əhaliyə malik 36 dövləti 

müharibəyə cəlb edilir. 70 milyon əsgər və zabitin iştirak etdiyi bu müharibə bəşəriyyətə 

10 milyon öldürülmüş və 20 milyon yaralanmış  insan itkisi ilə başa gəldi. Müharibənin 

dağıntıları indiyə  qədər bəşəriyyətin gördüyü ən qanlı, fəlakətli və  dəhşətli faciə idi. 

Bundan başqa, 1917-ci ildə Rusiyada dünyanı lərzəyə salan, əvvəl burjua-demokratik, 

sonra  isə proletar inqilabı (oktyabr) baş verdi, Rusiya imperiyası dağıldı  və planet 

ideoloji-sinfi münasibətlərə görə iki düşərgəyə parçalandı.  Rusiyanın müharibədən 

çıxması Fransa və İngiltərəni çətin vəziyyətə saldı. Məhz onların təhriki ilə 1917-ci ildə o 

vaxta qədər Antantaya  maliyyə dəstəyi verən ABŞ Almaniyaya müharibə  elan edir və 

Antanta tərəfdən müharibəyə qoşulur, Avropaya özünün 30 minlik ordusunu yeridir. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə