Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə16/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   12   13   14   15   16   17   18   19   ...   229

 

44

İtaliyaya məxsus keçmiş  ərazilərin onlara geri qaytarılması  tələbini belə uzaqgörən 



manevrlər sırasına aid etmək olardı.  

ABŞ Prezidentinin  bu təklifləri istənilən halda o zamankı dünya siyasətində məhz 

Amerikanın mövqelərinin möhkəmləndirilməsinə, ayrı-ayrı ölkələrin məhz onun tərəfinə 

keçməsinə, həmin vaxt üçün dünya ticarətinin əsasını təşkil edən ABŞ tacirlərinə azad 

şərait yaradılmasına və nəhayət, separat, gizli danışıqlara imkan verilməməsinə xidmət 

edirdi.  Göründüyü kimi, Avropada və dünyada yeni dövlətlərarası münasibətlərin 

formalaşmasında önəmli rolu 1918-ci il üçün tam zəifləmiş Rusiya, müharibədə çoxlu 

hərbi və iqtisadi itkilərə məruz qalmış İngiltərə, Fransa, müharibəni uduzmuş Almaniya, 

Avstriya və başqa dövlətlər deyil, məhz ABŞ oynayır və getdikcə mövqelərini 

gücləndirirdi. Məhz bu ölkə  İngiltərə  və Fransa ilə  bəzi məsələləri (onların marağını 

təmin etmək baxımından) razılaşdırmaqla müharibədən sonrakı Avropa və dünya 

siyasətinin strategiyasını diqtə edirdi. Bu strategiyanın  əsas mahiyyəti Vaşinqtonun 

təkliflərindən də göründüyü kimi, dünyada müharibələrin və inqilabların qarşısını almaq, 

gizli bloklaşmaları  və qarşıdurmaları dayandırmaq, azad ticarət və azad iqtisadi 

rəqabətin yolundan bütün maneələri aradan qaldırmaq, Avropada və dünyada aparıcı 

dövlətlərin güc balansını  tənzimləməkdən ibarət idi. ABŞ  nə qalib gəlmiş  İngiltərə  və 

Fransanın tam güclənməsini, nə  də    məğlub olmuş Almaniyanın tam zəifləməsini 

istəmirdi. Vaşinqton Avropa dövlətlərinin gücünü artmaqda olan Sovet Rusiyasının 

inqilab təhlükəsinə yönəltmək, bolşevik inqilabını onların vasitəsilə əzmək istəyirdi. Özü 

isə getdikcə  İngiltərəni və Yunanıstanı  dəniz və okeanlardan, Fransa, Almaniya və 

İtaliyanı  zəngin təbii ehtiyat qaynaqlarından, qalan dövlətləri isə dünya ticarət və 

müstəmləkə  ərazilərindən sıxışdırmaq yolunu tutmuşdu. Eyni zamanda, ABŞ 

Almaniyanı tam dağılmaqdan qorumaqla onu gələcəkdə İngiltərə və Fransaya qarşı bir 

silah kimi istifadə etmək istəyiridi. 

1918-1922-ci illərdə (Versaldan-Vaşinqtona qədər) aparılan danışıqlar və 

bağlanan sazişlərdə ABŞ özünün 14 maddəlik tələblərini demək olar ki, tam reallaşdırdı 

və üstəlik Vaşinqtonun hegemon olduğu “Millətlər Liqası” adlanan hökumətlərarası 

beynəlxalq təşkilat da yaratdı. Beləliklə, Birinci dünya müharibəsinin nəticəsi olaraq 

beynəlxalq münasibətlərin “Versal-Vaşinqton” sistemi yaradıldı ki, bunun da əsas 

strategiyasını ABŞ müəyyən edirdi. 

  



 

45

4. AZƏRBAYCANIN  BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNƏ 



QATILMAQ  CƏHDLƏRİ: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

XARİCİ SİYASƏTİ  (1918-1920-Cİ İLLƏR) 

 

Azərbaycan Vestfal (1648) sisteminə  qədər çox mürəkkəb bir inkişaf dövrü 

keçmişdir.  Əhəmiyyətli  ərazi xarakteristikasına malik olan Xəzər hövzəsi, Cənubi 

Qafqaz, Anadolu və Mərkəzi Asiya bölgəsi daim xarici dövlətlərin, məşhur sərkərdələrin 

diqqətini çəkmiş  və onların işğalçı yürüşlərinin obyekti olmuşdur. Buna baxmayaraq

hələ eramızdan  əvvəl Azərbaycan  ərazisində  qədim dövlətlər yaranmış (Manna, 

Atropatena, Albaniya) və müəyyən dövrlərdə müstəqil xarici siyasət yürütmüşlər.  

Bununla belə, Azərbaycan dövlətləri nə  qədər ciddi müqavimət göstərsələr də, 

müxtəlif tarixi mərhələlərdə  yadelli işğalçıların, daha güclü region dövlətlərinin, böyük 

imperiyaların hökmranlığı altında yaşamağa məcbur olmuşlar. 

 Bizim  eradan  əvvəl Azərbaycan uzun müddət Midiya, Əhəmənilər, Sasani  

imperiyaları tərkibində olmuş, VII əsrdən başlayaraq Ərəb Xilafətinin hakimiyyəti altına 

kecmişdir.  Ərəb Xilafətinin süqutundan sonra Azərbaycan  ərazisində meydana gəlmiş 

feodal dövlətləri (Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər) IX-XI əsrlərdə 

xarici aləmlə, qonşu ölkə  və xalqlarla müxtəlif yönlü əlaqələr yaratmış  və öz 

mövcudluğunu qorumağa çalışmışlar.  Bunun ardınca  XI-XII əsrlərdə Azərbaycan 

Böyük Səlcuq İmperiyası, XIII əsrdən isə Monqol İmperiyasının tərkibinə daxil edilmişdir. 

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz inkişaf prosesini dayandırmamış, 

hətta böyük və  fərqli imperiyaların tərkibində belə  məxsusi dəyərlərini, milli varlığını 

qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın nəticəsi idi ki, 

Azərbaycanda Avropadan daha əvvəl – XV əsrin sonlarından Səfəvilərin siyasəti ilə  

mərkəzləşmiş milli dövlət hərəkatı başlanmışdır.  

Bu hərəkatın meydana gəlməsi ücün zəruri  əlverişli zəmin isə  əvvəlki dövrdə 

mövcud olmuş  Şirvanşahlar dövləti (XVI əsrlər), Atabəylər dövləti (XII-XIII əsrlər), 

Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV əsr) zamanı baş verən siyasi proseslərin 

nəticəsi kimi meydana çıxmışdır. Həmin dövlətlər  mürəkkəb  şəraitdə qonşularla və o 

dövrün digər dövlətləri ilə xarici təmaslar qurmuş, müxtəlif səviyyəli diplomatik əlaqələr 

yaratmışdılar. 

Avropada milli dövlət hərəkatının başlanması və Roma dini imperiyasının süqutu 

ərəfəsində isə Azərbaycan Səfəvilər dövlətinin timsalında regionun nüfuzlu və sayılan 

dövlətlərindən birinə çevrilə bilmişdi. Səfəvilər dövləti özünün bütün parametrləri ilə 



 

46

(vahid  ərazi, kompakt yaşayan  əhali (xalq), əhalinin de-fakto idarə olunması  və başqa 



dövlətlər tərəfindən tanınma) Vestfal prinsiplərinə cavab verirdi və bölgədə müstəqil 

xarici siyasət fəaliyyəti həyata keçirirdi. 

Səfəvilər təkcə milli dövlət yaratmaq və onu qorumaqla kifayətlənmir, dövrün 

tələblərinə müvafiq olaraq öz sərhədlərini genişləndirmək, yeni əraziləri  ələ keçirmək 

siyasəti yürüdürdü. Xüsusən I Şah  İsmayılın dövründə (1501-1524) Səfəvilər dövləti 

bütün Azərbaycan torpaqlarını birləşdirməyə  və keçmişdə ayrı-ayrı qonşu imperiyalar 

tərəfindən tutulmuş digər  əraziləri tabe etməyə başlayır. Onun xarici siyasət xətti 

Osmanlı imperiyasının siyasəti  ilə  kəsişdiyinə görə  iki ölkə arasında uzun müddətli 

müharibələrə səbəb olmuşdur (1514), (1578-1590 və s.).  O zaman Avropa ölkələri və 

Rusiya tərəfindən də  qızışdırılan Osmanlı-Səfəvi qarşıdurması  hər iki dövləti, xüsusən 

Səfəviləri tədricən zəiflədirdi. 

I  Şah Abbas (1587-1629) Səfəvilərin itirilmiş torpaqlarını geri qaytarmaq, 

mərkəzləşmiş dövlət yaratmaq istiqamətində  həm daxildə, həm də xarici aləmlə uzun 

müddət ciddi iş apardısa da, Səfəvilərin  əvvəlki sərhədlərini bərpa etmək mümkün 

olmadı. 1590-cı ildə İstanbulda Osmanlı dövləti ilə bağlanan sülh sazişinə görə (Səfəvi-

Osmanlı müqaviləsi) Azərbaycan torpaqları  Səfəvilərlə Osmanlılar arasında bölünür. 

Müqaviləyə  əsasən, Azərbaycanın  Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və ondan 

qərbdə yerləşən bütün əraziləri Osmanlı dövlətinə keçir, Xalxal, Ərdəbil, Qaradağ, Talış, 

Zəncan və Sultaniyə torpaqları isə  Səfəvilərdə qalır. I Şah Abbas Səfəvi dövləti 

tərkibində qalan Azərbaycan torpaqlarını “Azərbaycan vilayəti” adlandıraraq ona öz 

bəylərbəyini təyin edir.  

Türklərin tabeçiliyində olan ərazilərə  (əsasən azərbaycanlıların yaşadığı 

torpaqlar) yaxınlığına görə, Səfəvilər paytaxtı təhlükəsizlik baxımından Təbriz və sonra 

Qəzvindən ölkənin içərilərinə – fars əyalətlərinə (İsfahana) köçürürlər. Səfəvi dövlətinə 

mənşəcə azərbaycanlılar başçılıq etsələr də  (İranda yalnız 1925-ci ildə  Pəhləvilərin 

idarəçiliyə gəlməsi ilə fars mənşəli şahlar ölkə rəhbərliyinə keçir),  bu dövlət artıq yavaş-

yavaş İran adından çıxış etməyə başlayır. 

 Osmanlı-Səfəvi qarşıdurması  və müharibələri Azərbaycan iki hissəyə 

bölünəndən sonra da dayanmamış  və XVII əsrin ilk yarısında davam etmişdir.  İtirilmiş 

torpaqları geri qaytarmağa çalışan  Şah Abbas 1603-cü ildə Təbrizi, 1604-1605-ci illərdə 

Naxçıvanı, Makunu və Araz çayı sahillərindəki torpaqları,  İrəvanı, Qarabağı, Sərabı 

osmanlılardan azad edir və öz dövlətinə birləşdirir. 1607-1616-cı illərdə  Səfəvi ordusu 

Gəncəni, Şirvanı, Dərbəndi ələ keçirir. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə