Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə12/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   8   9   10   11   12   13   14   15   ...   229

 

34

sərhədlərinin toxunulmazlığı prinsipini təsdiqlədilər. Bundan başqa, Vyanada dövlətlər 



inqilablardan birgə qorunma, ərazi və başqa problemlərin həlli üçün diplomatik 

məsləhətləşmələr keçirmək, diplomatik agentlər təyin etmək kimi  beynəlxalq və siyasi 

anlayışlar yaratdılar.  Əslində kollektiv təhlükəsizlik anlayışı  və onun real məzmuna 

malik prinsipləri məhz Vyanada yaradılmışdır.  

Vyana sazişinin mövcudluğu Avropada heç də xalqları  və dövlətləri  zorla öz 

bayrağı altında birləşdirmək ideyasının tam iflasına gətirmədi. XIX əsrin sonlarında 

getdikcə güclənən bəzi Avropa dövlətləri yenidən Napoleonun yolunu davam  etdirmək, 

yeni-yeni müstəmləkələr  ələ keçirmək üçün hərəkətə başladılar. Qısa zamanda faktiki 

olaraq bütün dünya Avropanın müstəmləkəsinə çevrildi və bir neçə Avropa dövləti 

arasında bölündü.  



 

 2. VESTFAL SİSTEMİNİN  VƏ MÜSTƏMLƏKƏ REJİMLƏRİNİN BÖHRANI, 

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN KƏSKİNLƏŞMƏSİ 

 

Dünyanın siyasi aləmi və beynəlxalq münasibətlər sistemi XX əsrin əvvəllərində 

özünün  ən gərgin günlərini yaşayırdı. Müstəmləkələr uğrunda mübarizə Avropanın 

aparıcı dövlətləri olan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya arasındakı ziddiyyətləri 

son həddə çatdırmışdı. Bu mübarizə dolayısı ilə olsa da, o dövr üçün digər böyük 

dövlətləri - ABŞ, Rusiya imperiyası, Yaponiya, Avstriya-Macarıstan, Osmanlı imperiyası 

və başqalarını da əhatə etmişdi.  Həmin dövrdə dünya sivilizasiyasının bütövlükdə 

inkişafı  və ayrı-ayrı ölkələrin bu prosesdəki rolu bilavasitə  cərəyan edən beynəlxalq 

münasibətlərdən, dövlətlərarası  əlaqələrdən asılı idi. O dövrün böyük dövlətləri ya öz 

aralarında razılığa gəlib sivilizasiyanın inkişafına  qarşılıqlı töhfələrini verməli, deməli, 

vahid bir beynəlxalq qayda çərçivəsində sonrakı addımlarını nizamlamalı, ya da ki, yeni 

dünya qarşıdurması qaçılmaz idi. Bu da öz növbəsində dünya sivilizasiyası üçün ciddi 

təhlükə və fəlakət vəd edirdi. Çünki XIX əsr  ərzində dünyada cərəyan edən hadisələrdə 

əsas rol demək olar ki, bütövlükdə Avropanın İngiltərə, Fransa, Hollandiya, Portuqaliya, 

Osmanlı imperiyası kimi bir neçə ölkəsinə  məxsus idisə, XX əsrdə bu proseslərə 

Yaponiya, Çin, Rusiya, ABŞ, Almaniya, İtaliya və b. dövlətlər də qoşulurlar. Maraqların 

kəsişməsi və dünya qarşıdurması  meyli gün-gündən açıq-aşkar özünü göstərirdi. 

XX əsrin əvvəllərindən başlayaraq, beynəlxalq münasibətlər sistemi  bir qədər də 

təkmilləşmiş, dövlətlər arasında siyasi, iqtisadi, dini və mədəni əlaqələr intensivləşmişdi. 

Dünya siyasətini müəyyən edən böyük dövlətlərin etno-demoqrafik tərkibi müstəmləkə 




 

35

xalqlarının hesabına mürəkkəbləşmiş, əhalisinin milli, dini və sosial quruluşu dəyişmişdi. 



Bütövlükdə dünya əhalisinin sayı da artmış  və 1900-cü ildə 1.630 milyon nəfərə 

çatmışdır. Əgər bütün dünya əhalisinin sayı I-XVI əsrlərdə (on beş əsr ərzində) cəmi 2,5 

dəfə artmışdısa, XVI-XIX əsrlərdə (üç əsr  ərzində) bu artım 9,6 dəfə olmuşdu. Bu 

əhalinin 290 milyonu (Rusiyasız) Avropada, 948 milyonu Asiyada, 180 milyonu Afrikada, 

145 milyonu Şimali və  Cənubi Amerikada, 6,8 milyonu isə Avstraliya-Okeaniyada 

yaşayırdı.  

Ölkələr üzrə əhali aşağıdakı kimi bölünürdü: 

Çin - 475 milyon, Cənubi Asiya ölkələri – 290 milyon, Rusiya – 130 milyon, ABŞ 

– 76 milyon, Yaponiya – 45 milyon, Almaniya – 43 milyon, Fransa – 41 milyon, 

İndoneziya – 38 milyon, İngiltərə - 37 milyon əhaliyə malik idi.  

Ərazisinə görə dünyanın  ən böyük müstəmləkə dövləti  İngiltərə idi.  Bu ölkədə 

XV  əsrdən başlayaraq kapitalist münasibətlərinin inkişafı  və  mərkəzləşmiş dövlətin 

yaradılması, 1642-1649-cu illərdə baş verən burjua inqilabı və sonrakı inkişaf İngiltərəni 

o dövrün ən güclü və qüdrətli dövlətinə çevirmişdi. Dünya dənizlərində tam hökmranlıq 

əldə edən  İngiltərə  ən çox müstəmləkə  ələ keçirə bilmişdi. Hindistan, Avstraliya, 

Kanada, Yeni Zelandiya, İrlandiya və b. müstəmləkələrə sahib olan bu ölkə özünün  37 

milyon əhalisi ilə 500 milyondan çox müstəmləkə əhalisini idarə edirdi. 

Ərazisinə görə ikinci imperiya Rusiya idi. Yer kürəsinin quru ərazisinin 6/1-i bu 

imperiyanın  tərkibində olsa da, əhalisi yer kürəsi  əhalisinin cəmi 8%-ni təşkil edirdi. 

Rusiya imperiyasının tərkibinə Avropa Rusiyası, Polşa çarlığı, Finlandiya knyazlığı, 

Qafqaz diyarı, Sibir, Orta Asiya vilayətləri daxil idi. 

Avropada İngiltərədən sonra ən güclü dövlət Fransa idi. XX əsrin əvvəllərində bu 

ölkənin müstəmləkə  ərazilərinə Qabon, Konqo, Madaqaskar, Seneqal, Çad, Əlcəzair, 

Fransa Polineziyası daxil idi. 

Milli birliyin və mərkəzləşmiş milli dövlət maraqlarının formalaşması baxımından 

Almaniya və İtaliya bir qədər geridə qalsalar da, XIX əsrin sonu və XX əsrin əvvəllərində 

bu ölkələr də “günəş altında yer” axtarmaq iddialarını açıq-aşkar nümayiş etdirməyə 

başlamışdılar. Bu da müvafiq olaraq onların  İngiltərə  və Fransa ilə  gələcək 

toqquşmalarını şərtləndirirdi. 

XX  əsrin  əvvəllərindən başlayaraq, getdikcə Avropa və dünya miqyasına daha 

tez-tez müdaxilə edən yeni bir güclü dövlət də meydana çıxır ki, bu da ABŞ idi. Bu 

dövlət sürətlə dünya siyasətinin güclü və  nəhəng faktoruna çevrilməyə başlayır və 

tədricən öz məxsusi maraqlarını ortaya qoyur. 



 

36

XX əsrin əvvəllərində dünyanın sənaye, iqtisadi, mədəni, elmi-texniki inkişafının 



əsas mərkəzləri və  hərəkətverici qüvvələri  İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya, 

Yaponiya və ABŞ kimi böyük dövlətlər idi.  Məhz elə bu dövrdə dünyada dövlətlərarası 

təbəqələşmə - varlı  və yoxsul dövlətlərə ayrılma prosesi sürətlənir.  Ən güclü dövlətlər 

artıq dünyanın geniş  ərazilərini işğal edərək, özünün müstəmləkəsinə çevirmiş, təbii 

sərvətlərə  və  əmək resurslarına sahib çıxmışdılar.  Əslində dövlətlərin iqtisadi gücü və 

milli gəliri də  malik olduğu ərazilərlə bilavasitə bağlı idi. Odur ki, istənilən dövlətin yeni 

ərazi iddiası  dərhal başqa dövlətlə konfliktə  səbəb olurdu və müvafiq olaraq hərbi 

toqquşma yaradırdı. Dövlətlərin iqtisadi gücü XX əsrin  əvvəllərində, ilk növbədə,  nə 

qədər qızıl, gümüş, kömür, metal və neft əldə etmələri ilə ölçülürdü. Bu baxımdan, təbii 

ehtiyatlarla zəngin  ərazilərə sahiblik uğrunda dövlətlərarası mübarizələr getdikcə 

kəskinləşirdi. XIX əsrin sonunda (1898) ilk belə toqquşmalar  İspaniya-ABŞ arasında 

Karib hövzəsi uğrunda, bir il sonra isə Cənubi Afrikanın qızıl yataqları uğrunda İngilis-

Bur müharibəsində baş vermişdir. Artıq imperiya iddiaları  və yeni-yeni  müstəmləkələr 

ələ keçirmək istəyi elə bir həddə çatmışdı ki, Vestfal sistemi dövlətlərarası münasibətləri 

tənzimləmək gücündə deyildi.   İqtisadi maraqlar  bütün sədləri, siyasi və diplomatik 

amilləri kölgədə qoymuşdu. Bu dövrdə İngiltərə və Rusiya arasında Orta Asiya, Qafqaz, 

İran körfəzi, Balkanlar, Uzaq Şərq və Qara dəniz hövzəsi, Almaniya, Fransa və İngiltərə 

arasında Baltik dənizi  ətrafı,  Şərqi və  Mərkəzi Avropa, Aralıq dənizi, ABŞ-Rusiya və 

İngiltərə arasında Uzaq Şərq, Sakit okean və Asiya,  ABŞ-İspaniya arasında Karib 

hövzəsi, Filippin, Rusiya və Yaponiya arasında Uzaq Şərq və digər  ərazilər, maraq 

dairələri uğrunda ciddi mübarizə gedirdi. Bu dövlətlərin hər biri digər dövlətlərlə gizli 

danışıqlar aparır və gizli müqavilələr bağlayır, öz rəqiblərini zəiflətmək və  sıxışdırmaq 

üçün manevrlər edirdilər. 

XX  əsrin  əvvəlində Avropanın aparıcı dövlətləri artıq açıq-aşkar bir-birinə qarşı 

müharibəyə hazırlaşmağa və  hərbi bloklar yaratmağa başlayırlar.  Rusiya, Fransa və 

İngiltərə bir tərəfdə, Almaniya, Avstriya və  İtaliya digər tərəfdə öz hərbi və iqtisadi 

güclərini birləşdirməyə can atırdılar. Asiya, Sakit okean hövzəsi və Uzaq Şərq 

məsələləri ilə bağlı maraqlar dairəsində ABŞ və Yaponiya da yaranmış bloklarla bu və 

ya digər danışıqlara müdaxilə edirdi. Avropada, Asiyada və Sakit okean hövzəsində 

zəifləyən dövlətlərin müstəmləkələrini məhz bu dövlətlər yavaş-yavaş öz təsir 

dairələrinə salırdılar. Məsələn, o dövrdə  zəifləyən və öz müstəmləkələrini idarə edə 

bilməyən  İspaniyanın nəzarətində olan Filippini, Karib hövzəsini, Kaqayan, Zulu və 

Sibutunu ABŞ, Karolin, Marian və Palau adalarını Almaniya ələ keçirir. 1905-ci ildə 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə