Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə11/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   7   8   9   10   11   12   13   14   ...   229

 

32

sərhədləri  tədricən Avropanı  aşaraq müstəmləkələrin hesabına genişlənir, işğal 



olunmuş ərazilər və orada yaşayan  əhali zorla “yeni münasibətlərə” cəlb edilirdi. Geridə 

qalmış xalqların həyat tərzi, məişəti, sosial-iqtisadi quruluşu kapitalist sisteminə müvafiq 

olaraq dəyişdirilir və məcburi qaydada “mərkəzi” dövlətlərin sisteminə uyğunlaşdırılırdı.  

Avropada kapitalist münasibətlərinin inkişaf etdiyi ilkin dövlətlər  İngiltərə  və 

Hollandiya  idi. Bu prosesin də başında məhz bu dövlətlər duraraq, əvvəl Avropanın 

digər  ərazilərində, sonra isə  ələ keçirdikləri müstəmləkə torpaqlarında “kapitalizm 

quruculuğu”na rəhbərlik edirdilər. Yeni istehsal və sosial-iqtisadi münasibətlər, kapitalist 

qayda-qanunları  məhz bu ölkələrdə yaranır və xaricə ixrac olunurdu. Elə Avropada 

başlanmış  və XV əsrin sonlarından bütün dünyaya yayılmış müstəmləkələrin  ələ 

keçirilməsinə də ilk olaraq bu iki ölkə, ardınca Portuqaliya, İspaniya, Fransa və Belçika 

kimi kapitalist dövlətləri qoşulmuşdular. Hər bir müstəmləkə dövləti işğal etdiyi ərazilərə 

öz həyat tərzini, dilini, sosial-iqtisadi və əmək münasibətlərini zorla qəbul etdirir və yerli 

əhalini öz ənənəvi yaşayış tərzindən imtina etməyə məcbur edirdi. 

Müstəmləkə dövlətləri bəzi hərbi və siyasi faktorları  nəzərə alaraq, müstəmləkə 

xalqlarının müqavimətini qırmaq,  ərazilərindəki təbii sərvətləri  ələ keçirmək və başqa 

müstəmləkə dövlətləri ilə münasibətləri tənzimləmək məqsədilə işğal etdikləri ərazilərin 

xalqlarına  müəyyən hüquqi status da verirdilər. Məsələn,  İndoneziyada, Malayziya və 

Cənubi Ərəbistanda sultanlıq, Hind-Çində protektoratlıq, Hindistanda knyazlıq, Birmada, 

Nigeriyada başqa yarımmüstəqil dövlət idarəçilik rejimləri yaratmışdılar. Bu dövlət 

qurumlarının rəhbərləri  əsasən yerli əhəmiyyətli idarəçilik məsələlərinə  nəzarət edirdi.  

Qalan digər məsələlər, xüsusən müstəmləkələrə  məxsus avadanlıq və xammalın 

qorunması, istismarı və idarə edilməsi, xarici daşımalar və s. müstəmləkə hakimiyyətini 

həyata keçirən qurumların əlində saxlanılırdı. 

XVI-XIX əsrlərdə müstəmləkəçilik siyasətinin dünyada vüsət aldığı bir zamanda, 

öz daxili müstəqilliyini qoruyub  saxlamış dövlətlər də mövcud idi. Bu da əsasən 

müstəmləkə imperiyaları arasındakı  çəkişmə  və ziddiyyətlərin  nəticəsi idi ki, həmin 

ölkələri tam işğal etməyə heç kimin müstəqil surətdə gücü yetmirdi. Daha doğrusu, bir 

neçə müstəmləkə imperiyasının eyni zamanda maraq çərçivəsinə  daxil olan belə 

dövlətlər öz nisbi müstəqilliklərini ağıllı manevrlər vasitəsilə qoruya bilmişdilər.  Əslində 

bu müstəqillik tam formal xarakter daşıyırdı  və yalnız daxili məsələlərdə özünü 

göstərirdi. Çünki  bu dövlətlərin də  əraziləri, təbii sərvətləri  və  əhali resursları  onlara 

zorla qəbul etdirilmiş birtərəfli müqavilə  və sazişlər vasitəsilə müstəmləkə dövlətlərinin 

üzünə açıq idi. Onların əraziləri və burada həyata keçirilən siyasət təsir dairəsinə daxil 



 

33

olduqları müstəmləkə dövlətlərinin idarəçiliyində idi. Bütün bunlar göstərir ki, dünya 



siyasətinin  və beynəlxalq münasibətlərin Vestfal sistemi adlanan  dövründə  əslində 

yalnız böyük, güclü və müstəqil Avropa dövlətlərinin bir-biri ilə olan münasibətlərində 

müəyyən qayda-qanun yaradılmışdı. O ki qaldı bu dövlətlərin  xarici aləmlə, dünyanın 

başqa qitələrindəki  ölkələrlə münasibətlərinə - bu sahədə tam bir anarxiya hökm 

sürürdü və heç bir beynəlxalq qayda, hüquq norması mövcud deyildi. Müstəmləkə 

imperiyaları öz iqtisadi, hərbi gücünə  və imkanına müvafiq olaraq, kapitalist 

münasibətlərini inkişaf etdirmək, gün-gündən yeni əmək resursları, xammal və  təbii 

ehtiyatlara artan tələbatını təmin etmək məqsədilə Afrikaya, Asiyaya, Latın Amerikasına  

və başqa  ərazilərə yürüşlər edir, xalqları  və dövlətləri işğal edir, istədikləri  idarəçilik 

rejimini yaradır, yaxud müqavilə və sazişləri bu ölkələrə zorla qəbul etdirirdilər. 

Vestfal sistemi ilkin mərhələdə, göründüyü kimi, əsasən Avropa dövlətlərinin 

qorunmasını, onlar arasında  əlaqələrin  tənzimlənməsini, ortaya çıxan  ərazi, milli və 

digər problemlərin aradan qaldırılmasını  təmin edirdi. Müstəmləkəçilik siyasəti vüsət 

aldıqca, bu sistem yavaş-yavaş bütün dünyaya yayılır, bu ərazilərdə  əsasən 

müstəmləkə imperiyaları arasındakı münasibətlərə  şamil edilir, onların bir-biri ilə 

toqquşan və kəsişən maraqlarının tənzimlənməsində istifadə edilirdi.  Vestfal müqaviləsi 

tədricən beynəlxalq hüquq kimi tətbiq edilir və  təkcə Avropa dövlətlərinin  öz 

aralarındakı münasibətlərin tənzimləməsində deyil, həm də onların təsiri altında  olan 

digər dünya dövlətləri və müstəmləkə ərazilərində istifadə olunurdu. Məsələn, 1713-cü 

ildə  Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya ilə Fransa-İspaniya  ittifaqı arasında 

baş vermiş müharibənin dayandırılması  və onlar arasında bağlanmış Utrext sülhündə 

rəhbər tutulan, istinad edilən hüquq məhz Vestfal müqaviləsi olmuşdur. Yaxud, Fransa 

imperatoru Napoleon Bonapartın XIX əsrin əvvəllərində Avropada və Rusiya ərazisində  

həyata keçirdiyi işğalçılıq siyasətinin qarşısının alınmasında, ümumavropa  sülhünün 

bağlanmasında  əsas istinad sənədi Vestfal müqaviləsi olmuşdur.  1815-ci ildə Avropa 

dövlətləri və Rusiyanın birgə səyi ilə məğlub edilmiş Fransa Vyana konqresində Vestfal 

müqaviləsinə    əsasən işğal etdiyi bütün torpaqlardan əl çəkmiş, milli dövlətlərin 

pozulmuş suveren hüquqlarını,  ərazi bütövlüyünü təmin etmişdir. Vestfal müqaviləsinə 

əsaslanan Vyana sülhü sonradan beynəlxalq münasibətlərin  “Vyana sistemi” adı  ilə 

tarixə daxil olmuşdur.  

Vyana sazişi bağlanarkən Avropanın  ən böyük monarxiyaları  və Rusiya öz 

aralarındakı konfliktə, fərqli maraq mübarizəsinə baxmayaraq, ilk dəfə idi ki, vahid 

təhlükə qarşısında birlik nümayiş etdirərək, Avropada yaranmış ərazi və suveren dövlət 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə