Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə10/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   6   7   8   9   10   11   12   13   ...   229

 

29

Əslində Roma İmperiyasının yaranması  və bizim eranın ilk əsrlərində Aralıq 



dənizi hövzəsində və Avropanın digər ərazilərində həyata keçirdiyi idarəçilik sistemi də 

beynəlxalq münasibətlərin indi başa düşdüyümüz bəzi parametrlərinin hələ o vaxt 

işlədiyini göstərirdi.  

Qədim Çin dövlətinin yaranması, öz ətrafındakı  əraziləri tutması, bu ərazilərdə 

idarəçilik sistemi yaratması, digər dövlətlər ilə  əlaqələri və s. də beynəlxalq 

münasibətlərin ilkin rüşeym və parametrlərini yaradırdı. Eyni nümunəni qədim Hindistan 

və Yaponiyaya da aid etmək olar.  

Bundan başqa, VII-IX əsrlərdə  Ərəb xilafətinin yürüşləri,  böyük bir ərazidə 

həyata keçirdiyi idarəçilik, qonşularla münasibətlər,  əlaqələr və s. də o zaman 

dövlətlərarası diplomatiyanın və münasibətlərin ilkin formaları idi. Bunun ardınca Səlcuq 

türklərinin, monqol-tatarların yürüşləri, yaratdıqları dövlətlərin apardıqları müharibələr və 

bağladıqları sülh müqavilələri də o zamankı dövlətlərarası münasibətlərin və 

diplomatiyanın  təzahürü  kimi qiymətləndirilməlidir.  

Orta  əsrlərdə Avropada başlayan inkişaf, XV-XVI əsrin intibah və reformasiya 

dövrü, yeni-yeni  krallıqların, monarxiyaların yaranması, onlar arasında başlanan 

çəkişmə  və müharibələr, avropalıların yeni-yeni əraziləri kəşf etməsi, Hindistana, 

Afrikaya, Amerikaya ilk yürüşləri və s. fəaliyyəti onlar arasında istər-istəməz qarşılıqlı 

ünsiyyətə, müharibələrə, diplomatik danışıqlara və müqavilələrin imzalanmasına rəvac 

verirdi ki, bu da beynəlxalq münasibətlərin formalaşmasını sürətləndirirdi.  Qərbi Avropa 

xalqları    təxminən min il (500-1500-cü ilə  qədər) milli və dini  fərqlərinə baxmayaraq, 

vahid xristian  ənənələri ilə yaşayır və Roma papaları  tərəfindən ümumi prinsiplərlə 

idarə olunurdular.  Roma  Papası  xalqlar və feodallar arasında bütün mübahisələri həll 

edir, qərar verir və məsələləri yoluna qoyurdu. Lakin XVI əsrdən başlayan reformasiya 

hərəkatı, mərkəzləşmiş dövlətlərin yaranması və getdikcə güclənməsi, katolik kilsəsinin 

iyerarxik strukturuna, torpaq mülklərinə qarşı  çıxışlar  (protestantizm) və s. getdikcə 

Papa  İmperiyasının hakimiyyətini laxladır və Avropada dünyəvi kral hakimiyyətlərinin 

güclənməsinə şərait yaradırdı.  

XVII  əsrin ortalarında müxtəlif dini, milli, sülalə,  ərazi mübahisələrindən doğan 

üzücü münaqişələr, xüsusən katolik-protestant ziddiyyətlərinin də  təkan verdiyi 30 illik 

müharibə, getdikcə qarşıdurma meydanına çevrilən Avropa xalqlarını Vestfala 

toplaşmağa və Roma Papasının dini imperiyası ılə münasibətləri birdəfəlik nizamlamağa 

məcbur edir.  




 

30

Dünya siyasətşünaslıq elmində Roma papalarının dini İmperiyasının süqutu və 



Avropada milli və  ərazi prinsipləri  əsasında yeni-yeni knyazlıqların (dövlətlərin) 

yaranmasını (1648-ci il) beynəlxalq münasibətlər sisteminin yaranış tarixi və  Vestfal 



sistemi kimi xarakterizə edirlər. Məhz Roma İmperiyasının (dini imperiyanın) süqutu ilə  

Avropada əsasında millət, milli dövlət və məxsusi ərazi prinsipi olan yeni dövlətlərarası 

siyasi sistem yaranmağa başlayır.  

 

 1. AVROPADA MƏRKƏZİ MİLLİ-DÖVLƏT HƏRƏKATININ GÜCLƏNMƏSİ VƏ    



BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN VESTFAL SİSTEMİNİN  YARANMASI 

 

Avropa XV əsrin sonu-XVI əsrin  əvvəllərində yavaş-yavaş 1300-1450-ci illərdə 

üzləşdiyi iqtisadi, demoqrafik və ekoloji fəlakətlərin təsirindən xilas olmağa başlayır. 

Ayrı-ayrı  şəhərlər, regionlar öz aralarında geniş  əmtəə-pul, ticarət və istehsal 

münasibətlərinə girərək təcrid vəziyyətindən çıxır və  gələcək dünya kapitalist 

münasibətlərinin təməlini qoyurdu. Avropanın Venetsiya, Flandriya, Hanza kimi şəhərləri 

əsl ticarət, sənaye, isiehsal, əmtəə-pul mübadiləsi mərkəzlərinə çevrilərək,  ətraf 

ərazilərə də müsbət təsir göstərməyə başlayırdı. Yeni mərkəzləri nə Roma papalarının 

çürük, müti, orta əsr idarəçilik sistemi, nə də ki, milli-dini buxovlar qane etmirdi. O dövr 

üçün dünya iqtisadiyyatının lideri hesab olunan İngiltərə  və Hollandiya öz çiyinləri 

arxasında Fransa, Almaniya, İtaliya, Portuqaliya şəhərlərinin nəfəsini yavaş-yavaş daha 

açıq hiss edirdilər. Bütün bunlar Roma dini İmperiyası sisteminin Avropanın yeni inkişaf 

sürətinə və tələblərinə  cavab vermədiyini, milli-siyasi faktorların, maraqların təmsilçiləri 

ilə (krallar) ümumi dini maraq təmsilçiləri (Roma  papaları  və onun əlaltıları) arasında 

ziddiyyətlərin son həddə çatdığını göstərirdi.  

XVII  əsrin  əvvəllərindən Avropada tayfa, xalq, knyaz, dini əyanlar arasında 

mübarizə elə bir həddə çatır ki, artıq bunun qarşısını  nə Roma papası, nə  də ki  

knyazlar  ala bilir. 1618-ci ildə başlanan və müxtəlif dini, milli, ərazi, tayfa-sülalə 

maraqları  və s. səbəblərdən demək olar ki, bütün Avropanın cəlb olunduğu otuzillik 

müharibənin sona çatması və 1648-ci ildə Vestfal müqaviləsinin imzalanması ilə yeni bir 

tarixi dövr başlandı. Bu dövr tarixi ədəbiyyatda  əsasında milli-dövlət qurumlarının 

qarşılıqlı maraqlarının dayandığı yeni beynəlxalq münasibətlərin formalaşması dövrü 

kimi qiymətləndirilir.  Əsası Avropada qoyulan  bir millətə və dilə mənsub əhalinin vahid 

bir milli ərazidə dövlət qurmaq ideyası, başqa milli dövlətlərin eyni hüquqlarına hörmət 

və onların qarşılıqlı şəkildə qorunması prinsipləri Vestfaldan başlayaraq bütün dünyada 



 

31

yayılır. XVII-XIX əsrlərdə dövlət quruculuğunun “milli-ərazi” modeli, tədricən müxtəlif 



forma və  məzmunda, lakin fərdi xüsusiyyətlərlə yer kürəsinin başqa  ərazilərində  də 

tətbiq edilməyə başlanır. Düzdür, bu proses hər qitədə, regionda müxtəlif cür gedirdi. 

Birinin  əsasında tarixi inkişaf, kapitalist münasibətləri, milli şüurun yüksəlişi və milli 

dövlətçiliyin təşəkkülü dururdu. Başqa regionlarda  hər hansı dövlət və  sərkərdələrin 

başqa əraziləri  işğal etməsi və zorla mərkəzləşdirilməsi baş verirdi. Müəyyən ərazilərdə 

əhalinin milli-etnik  xüsusiyyətlərindən irəli gələn digər dövlət formaları – knyazlıqlar, 

xanlıqlar,  şahlıqlar və s. şəklində meydana çıxırdı. Lakin Vestfal sülhünün bütün bu 

proseslərə təsiri təkzibedilməz idi.  

Vestfal sülhü Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər 

arasında ilk beynəlxalq hüquq və istinad sistemi formalaşdırdı. Bu sənədə görə,  hər bir 

hüquqi subyekt (dövlət) öz ərazisi çərçivəsində tam hakimiyyətə malikdir, öz daxili və 

xarici siyasətini müstəqil olaraq müəyyənləşdirir. Hər bir dövlət öz iqtisadi, sosial və 

mədəni strategiyasını, başqa dövlətlərlə  əlaqələrini sərbəst surətdə müəyyən edir. 

Başqa dövlətlər bu hüquqlara hörmətlə yanaşmalı  və onun daxili işlərinə qarışmamalı 

idilər.  

Vestfal sülhü milli dövlət (hüquqi subyekt) anlayışının mahiyyətinə dörd əsas 

prinsip qoyurdu: ərazi, bu ərazidə kompakt yaşayan əhali, əhalinin faktiki idarə edilməsi 

(legitim və  əhali tərəfindən qəbul edilən hakimiyyət) və başqa dövlətlər tərəfindən 

tanınma. 

 Beləliklə, yeni yaranan Avropa dövlətləri  bu müqavilədən çıxış edərək öz 

aralarında iqtisadi, siyasi, mədəni  əlaqə və münasibətlər yaratdılar ki, bu da beynəlxalq 

münasibətlər sisteminin yaranması  və inkişafını  şərtləndirdi. Dövlətlər tədricən öz 

aralarındakı əlaqələri tənzimləmək üçün xarici siyasət fəaliyyəti (əvvəllər bu işi müəyyən 

aristokratlar qohumluq əlaqələri qurmaq və s. yollarla edirdilər) formalaşdırmağa, 

ərazilərin xaricində milli maraqlarını qorumaq üçün müəyyən strukturlar (elçiliklər) 

yaratmağa başladılar. 

Beynəlxalq münasibətlər sisteminin formalaşmasının  əsas hərəkətverici qüvvəsi 

Avropada XV əsrin sonu – XVI əsrin əvvəllərindən  milli dövlətlərin yaranması, istehsal 

və  əmək bölgüsünün və bütövlükdə kapitalist sisteminin formalaşması prosesinin 

başlanması oldu. 

Kapitalizmin inkişafı ilə dövlətlər arasında güc tətbiq etmə, işğal, qeyri-iqtisadi 

məcburetmə, müstəmləkələrin  ələ keçirilməsi və yerli əhalinin sıxışdırılması kütləvi hal 

alaraq,  dünya siyasətinin əsas səciyyəvi xüsusiyyətinə çevrilməyə başladı. Kapitalizmin 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə