Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə17/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   13   14   15   16   17   18   19   20   ...   229

 

47

1612 (Sərab sülhü) və 1639-cu illərdə imzalanmış mügavilələr (Qəsri-Şirin sülhü) 



nəticəsində uzunmüddətli Osmanlı-Səfəvi müharibələrinə XVIII əsrin əvvəllərinədək son 

qoyulur və Azərbaycanda müvəqqəti sakitlik bərpa olunur. 

XVIII  əsrin  əvvəllərindən Azərbaycanda Səfəvi idarəçiliyinə qarşı narazılıq 

getdikcə artır və əyalətlərdə kortəbii üsyanlar başlayır. Bu dövrdə Avropada və dünyada 

mərkəzləşmiş dövlətlərin getdikcə güclənməsi, müstəmləkə  hərəkatının vüsəti və 

ənənəvi imperiyaların tədricən  keçmiş müstəmləkə ərazilərindən sıxışdırılması prosesi 

gedirdi. Azərbaycanda Səfəvi dövlətinin zəifləməsi və  əyalətlərdə onun idarəçiliyinə 

qarşı getdikcə artan narazılıq ölkənin tezliklə müxtəlif xanlıqlara parçalanmasını 

qaçılmaz edirdi. Bu proses daha çox həmin dövrdə Qafqaz, Xəzər-Qara dəniz 

hövzəsində  getdikcə öz imperiya maraqlarını reallaşdırmağa başlayan Böyük Britaniya 

və Rusiyanın işinə yarayırdı.  

XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya artıq  Dərbənd, Şirvan, Gəncəyə və 

digər bölgələrə diplomatik missiyalar, kəşfiyyat məqsədi güdən ekspedisiyalar  göndərir 

və I Pyotrun böyük Xəzər və Qafqaz yürüşləri üçün planlar hazırlayırdı. Ruslar ayrı-

ayrılıqda Qafqazda həm Osmanlı, həm də İran hökmdarları ilə separat danışıqlar aparır, 

onların arasındakı ziddiyyətdən öz müstəmləkə siyasəti naminə istifadə etməyə 

çalışırdı. Rusiya 1722-1723-cü illər  ərzində  Dərbənd, Bakı  və  Rəştə yürüş edərək 

Azərbaycanın Xəzərboyu vilayətlərini ələ keçirir. İranda Səfəvilərin getdikcə zəifləməsi, 

baş verən hakimiyyət dəyişikliyi, osmanlıların və rusların Qafqaz qarşıdurması, nəhayət, 

onların qarşılıqlı olaraq qanlı müharibələrdən qaçmaq istəyi 1724-cü ildə İstanbulda sülh 

müqaviləsi imzalanması ilə başa çatır. Müqaviləyə görə, Türkiyə  İranın “Rusiyaya 

güzəşt etdiyi Xəzərsahili”  Azərbaycan torpaqlarının yeni statusunu təsdiq edir, əvəzində 

isə Rusiya Şirvan istisna olmaqla Səfəvilərə  məxsus digər Azərbaycan  ərazilərinin və 

Cənubi Qafqazın bir hissəsinin  Osmanlı dövləti tərəfindən tutulmasına  etiraz 

etməyəcəyinə  təminat verir. Beləliklə, Rusiya və Osmanlı dövlətləri Azərbaycan 

ərazilərini  İrandan alaraq öz aralarında bölüşmək barədə razılığa gəlirlər. Ruslar 

Xəzərətrafı əraziləri ələ keçirəndən sonra bir qədər sakitləşsələr də, Osmanlı dövləti  ilə 

İran 1724-1735-ci illərdə  Cənubi Azərbaycan və  Cənubi Qafqaz uğrunda ciddi 

mübarizəyə başlayırlar. Bu illərdə İran Nadir şahın rəhbərliyi ilə Türkiyəni bütün Cənubi 

Azərbaycan və Cənubi Qafqazdan çıxarmağa nail olur. 1735-ci ildə Rusiya ilə “Gəncə 

müqaviləsi” adlanan sülh müqaviləsi bağlayan Nadir şah rusları da bütün Xəzərsahili 

ərazilərdən geri çəkilməyə məcbur edir, Azərbaycan torpaqlarını öz hakimiyyətinə tabe 

edərək  1747-ci ilə qədər İranda hökmdarlıq edir.  



 

48

Lakin Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarından Azərbaycan 



dövlətçiliyi meydana çıxan xanlıqların timsalında yenidən bərpa olunur. Bu illərdə 

Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Ərdəbil,  Şimalda isə 

Qarabağ, Gəncə, Bakı, Quba, Naxçıvan, Şəki, Şamaxı,İrəvan, Talış və Cavad xanlıqları 

yaranır. Daxili idarəçilik sistemini quran xanlıqlar müstəqil siyasət yürütməyə, qonşu 

dövlətlərlə – Rusiya, Türkiyə və İran ilə əlaqələr yaratmağa başlayırlar.    

 Bu  xanlıqlar hərbi-siyasi cəhətdən regionun böyük dövlətlərinin müstəmləkə 

siyasətinə qarşı  çıxa bilməsə  də, Azərbaycan xalqının dövlətçilik  ənənələrini qoruyub 

saxlamış,  ətraf dövlətlərlə  sərbəst münasibətlər qura bilmişdilər. Regionda XVIII-XIX 

əsrlərdə yerli xanlıqlarla Rusiya, Türkiyə və İran arasındakı münasibətlər daha çox milli 

təəssübkeşlik və dini birlik amili üzərində qurulurdu. Bu dövlətlər  yerli xanlıqlardan öz 

siyasi və strateji maraqları naminə istifadə edərək Cənubi Qafqazda, o cümlədən 

Azərbaycanda möhkəmlənməyə çalışırdılar. Rusiyanın məqsədi Gürcüstanı, 

Türkiyəninki isə azərbaycanlıları  və digər xalqları öz himayəsi altına alaraq,  onların 

xarici aləmlə təmaslarına nəzarət etməkdən ibarət idi. 

Azərbaycanın taleyi bu bir əsrlik dövrdə (Şimali və Cənubi Azərbaycan Rusiya ilə 

İran arasında 1813 və 1828-ci ildə tam bölünənə qədər) Rusiya-İran, Rusiya-Türkiyə və 

Türkiyə-İran arasında bir neçə müharibə  nəticəsində  həll edildi.  1804-1813 və 1826-

1828-ci illər  Rusiya-İran, 1806-1812 və 1828-1829-cu illərdə  Rusiya-Türkiyə 

müharibələri ilə Rusiya Şimali Azərbaycanı və Qara dənizin şərq hissəsi daxil olmaqla 

Cənubi Qafqazın digər  ərazilərini  tam işğal edir və öz tərkibinə qatır. Gülüstan və 

Türkmənçay müqavilələrinin (1813,1828) şərtlərinə görə,  Cənubi Azərbaycan  İranın 

tərkibində qalır. Beləliklə, I Dünya müharibəsində Rusiyanın məğlubiyyəti, bu dövlətdə 

baş verən bolşevik inqilabının qələbəsi və Rusiya imperiyasının dağılması (1918-ci il) 

dövrünə qədər Şimali Azərbaycan bütövlükdə bu ölkənin işğalı altında olmuşdur.  

Birinci dünya müharibəsi çar Rusiyasında gedən ictimai-siyasi prosesləri  daha 

da mürəkkəbləşdirdi və ucqarlarda  milli özünüdərk hissinin yaranmasına, onun getdikcə 

güclənməsinə böyük təkan verdi. Həmçinin, 1917-ci il fevral inqilabı çar Rusiyası və milli 

ucqarlarda davam edən böhranlı  vəziyyəti daha da ağırlaşdırdı. Zaqafqaziyanı idarə 

etməyin getdikcə  çətinləşdiyini  nəzərə alaraq,  bu regionu nəzarətdə saxlamaq üçün 

Dövlət Dumasının  Cənubi Qafqazdan olan bir qrup deputatının təşəbbüsü ilə yaradılan 

Xüsusi Komitənin fəaliyyəti də səmərəsiz oldu. Çünki bölgədə xalqların milli müstəqillik 

və muxtariyyət uğrunda mübarizəsinin qarşısının alınması, çoxsaylı siyasi partiyaların 

və ictimai təşkilatların fəaliyyətinin dayandırılması mümkün deyildi. 1917-ci il oktyabr 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə