Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə32/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   28   29   30   31   32   33   34   35   ...   229

 

81

ABŞ-ın mövqeləri ilə razılaşmamasını  və s. kimi lider dövlətlərə  məxsus hərəkətlərini 



sadəcə  həzm edə bilmirdi. Çünki ideya cəlbediciliyi və müharibədən sonra Avropanın 

alman işğalçılarından azad edilməsində qazandığı “müsbət imic” istisna olmaqla SSRİ-

nin lider kimi çıxış etmək üçün heç bir əsası yox idi. Amerika isə əksinə, hərbi, iqtisadi, 

maliyyə  və  əmək resurslarına görə 1945-ci il üçün dünyanın  ən güclü, qüdrətli və 

yeganə fövqəldövləti idi ki, dünya siyasətini və beynəlxalq münasibətlərin mahiyyətini 

müəyyən edə bilərdi. Odur ki, ABŞ bütün dünyanın inkişafını, dövlətlərarası  əlaqələri, 

beynəlxalq münasibətləri özünün məqbul saydığı şəkildə tənzimləmək istəyirdi. SSRİ bu 

yolda ABŞ-a və onun himayə etdiyi kapitalist dünyasına  əngəl idi. Ona görə də, ABŞ 

Sovet  İttifaqına qarşı ideoloji mübarizə  və “soyuq müharibə”yə başlayır. Özünün və 

digər sosialist ölkələrinin siyasi, iqtisadi və ideoloji resurslarını səfərbər edən  SSRİ də 

öz növbəsində dünyada anti-kapitalist və anti-ABŞ fəaliyyətini gücləndirir. 

SSRİ-ABŞ qarşıdurmasının kəskinləşməsini  şərtləndirən faktorlardan biri də 

müharibənin gedişində ABŞ-da atom silahının yaradılması, sonra isə Yaponiyada tətbiq 

edilməsi və dünya hegemonluğu iddiasının reallaşdırılmasında bu silahın üstünlüyündən 

ideoloji vasitə kimi istifadə olunması idi. ABŞ hökuməti elmin bu böyük kəşfini öz 

xalqının və bütövlükdə insanlığın tərəqqisi üçün, yaxud dünyada sivil birgəyaşayış 

normalarını pozan, kollektiv təhlükəsizliyə, sülhə maneçilik  törədən dövlətlərə qarşı 

təzyiq vasitəsi kimi deyil, özünün dünya hegemonluğu, SSRİ-nin təsirinin qarşısının 

alınması istiqamətində istifadə etmək məqsədi daşıdığını nümayiş etdirirdi. Bu da SSRİ-

ni adekvat addım atmağa sövq edirdi ki, onun da nəticəsi insanlıq üçün yeni-yeni 

təhlükələr vəd edirdi. 

1946-cı ildən başlayaraq,  ABŞ-SSRİ qarşıdurması güclənir və  hər iki tərəf 

müharibədən sonrakı razılaşdırılmış normalardan, kollektiv təhlükəsizliyin prinsip və 

şərtlərindən birtərəfli qaydada öz maraqları  çərçivəsində istifadə etməyə başlayırdı. 

ABŞ malik olduğu  atom silahı, iqtisadi, maliyyə üstünlüklərindən istifadə edərək,  

dünyanı sosializm və SSRİ təhlükəsindən xilas etmək missiyasını öz üzərinə götürür və 

Qərbi Avropa dövlətlərini bu istiqamətdə ətrafına toplayırdı. 

SSRİ isə öz növbəsində  kapitalizmə qarşı mübarizə və dünya proletar inqilabının 

həyata keçirilməsi  missiyasının daşıyıcısı kimi yenicə sosialist  inkişafı yoluna qədəm 

qoymuş ölkələrin müqavimət hərəkatına rəhbərlik edirdi. 1941-1945-ci illərdə müttəfiq 

olmuş SSRİ, ABŞ,  İngiltərə    artıq rəqib dövlətlər kimi bir-birinə qarşı  çıxış etməyə 

başlayırdılar. Beləliklə, həm Avropa, həm də o vaxta qədər  İngiltərə, Fransa, ABŞ, 




 

82

Almaniya, Yaponiya və SSRİ-nin təsiri altında olan Asiya, Afrika, Latın Amerikası 



ərazilərində ideoloji qarşıdurma və “soyuq müharibə” başlanır.  

1945-ci ildə ABŞ-da Prezident Ruzvelti Trumen əvəz edir və onun doktrinası 

çərçivəsində SSRİ-yə  və onun Avropaya təsirinə qarşı mübarizə gücləndirilir.  1947-ci 

ildən ABŞ öz təsir dairəsinə daxil olan Avropa ölkələrinə “Marşal planı” çərçivəsində 

yardımı artırır və Avropada öz üstünlüyünü təsdiq edir. SSRİ ya ABŞ-ın bu üstünlüyü, 

deməli, hegemon rolu ilə barışmalı, ya da qarşıdurma yolunu qəbul etməli idi. SSRİ 

məhz  ikincini seçir və beləliklə, ideoloji qarşıdurmanı gücləndirir. O, “Marşal planı” 

çərçivəsində  təklif olunan ABŞ yardımından özü məhrum olduğu halda, Polşa, 

Rumıniya, Çexoslovakiya, Yuqoslaviya və Macarıstana da ondan istifadə etməyə imkan 

vermir və beləliklə, 1947-ci ildən Avropada iki sistem arasında  “soyuq müharibə” açıq 

şəkildə başlanır. 1948-ci ilin mart  ayında Almaniya üzərində  nəzarət üçün yaradılmış 

müttəfiqlərin (SSRİ, ABŞ,  İngiltərə, Fransa) dördtərəfli nəzarət komissiyası buraxılır. 

Buna qədər ABŞ, İngiltərə və Fransa Almaniya ərazilərindəki “işğal zonaları”nı birləşdirir 

və federativ alman dövlətinin yaradılmasını  təşkil edirlər. 1948-ci ildə isə onun 

Konstitusiyası  qəbul olunur. Berlin və Almaniya, ardınca isə bütün Avropa iki 

qarşıdurma zonasına bölünür. SSRİ də öz “işğal zonası”nda  müvafiq olaraq Almaniya 

Demokratik Respublikası adlı dövlət yaradır və onun idarəçilik sistemini təsis edir. 

Bunun ardınca SSRİ  özünün atom silahının yaradılması  və ilk sınağını (1949) bütün 

dünyaya nümayiş etdirir.  

SSRİ-nin atom silahını sınaqdan çıxarması dünya ictimaiyyətini yenidən gələcək 

təhlükə, kütləvi  qırğın silahına malik olan iki qarşıduran ideoloji qütb arasında başlana 

biləcək müharibənin nəticələri  haqqında düşünməyə vadar etdi.  Hələ 1945-ci ildə atom 

enerjisi üzərində  nəzarət üzrə BMT yanında xüsusi komissiyanın yaradılmasına və 

Təhlükəsizlik  Şurasının bütün üzvlərinin komissiyada təmsil olunmasına baxmayaraq, 

SSRİ atomun sirlərini öyrənənə  qədər  bu qurum demək olar ki, heç bir əməli iş görə 

bilməmişdi. Elə ki, atom üzrə ABŞ-ın monopoliyasına son qoyuldu, o zamana qədər 

müxtəlif bəhanələrlə mütəmadi olaraq baxılması  təxirə salınan SSRİ-nin “atomdan 

yalnız dinc məqsədlər üçün istifadə edilməsi tələbləri” yada düşdü. Lakin tərəflər BMT-

nin sessiyalarını  və iclaslarını,  bir qayda olaraq,  qarşılıqlı ittihamlara yönəldir, 

silahlanmanın, xüsusən kütləvi qırğın silahlarının qarşısının alınmasında, qarşılıqlı 

etimadsızlığın aradan qaldırılmasında əsaslı bir iş görmək istəmirdilər. Əvəzində isə bu 

illərdə ABŞ    Şimali Atlantika  Blokunu, SSRİ    isə sosialist ölkələrinin hərbi blokunu – 

Varşava Müqaviləsi Təşkilatını yaratmaq üçün məxfi  iş aparırdı.   



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə