Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə28/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   24   25   26   27   28   29   30   31   ...   229

 

72

Müharibənin gedişində əsas məqsəd Avropanı və dünyanı alman işğalçılarından 



və onların müttəfiqlərindən azad etmək olsa da, müharibədən sonrakı dövlətlərarası 

əlaqələr və münasibətlər, sivil birgəyaşayış normalarının yenidən bərpa olunması  və 

kollektiv təhlükəsizlik sisteminin yaradılması  məsələləri beynəlxalq ictimaiyyətin  əsas 

müzakirə mövzusu oldu.  Əlbəttə, hər şey Almaniyaya qarşı mübarizənin önündə gedən 

SSRİ,  İngiltərə  və ABŞ-ın mövqeyindən, onlar arasındakı münasibətlərdən asılı idi. 

Dünyanın və beynəlxalq münasibətlərin müharibədən sonrakı taleyi ilə bağlı üç böyük 

dövlətin ilk məsləhətləşməsi 1943-cü ilin oktyabrında xarici işlər nazirlərinin Moskva 

konfransında aparılmış,  həmin il 28 noyabr – 1 dekabrda isə dövlət başçılarının Tehran 

konfransında geniş müzakirə olundu. Bu konfranslarda müharibədən sonrakı Avropanın 

taleyi və dövlətlərarası münasibətlərin bütün aspektləri  ətrafında geniş fikir mübadiləsi 

aparıldı.   

Konfranslarda ABŞ  və  İngiltərə  tərəfi Almaniyanın məğlubiyyətindən sonra 

Versal-Vaşinqton sisteminə qayıtması, dövlətlərin müharibədən  əvvəlki sərhəd və 

ərazilərinin bərpası, onlar üzərində iri dövlətlərin kollektiv nəzarətinin yaradılması, 

dövlətlərarası əlaqələrin  yeni prinsiplərinin qəbulu  və  SSRİ isə Avropada xalqlara öz 

müstəqil dövlətlərinin bərpası üçün lazımi  şəraitin yaradılması, lakin dövlət 

quruluşlarının, idarəçilik prinsiplərinin müəyyənləşməsində, özlərinə  rəhbər və lider 

seçməkdə müstəqillik verilməsi təklifini irəli sürür.  Bütün bu məsələlərlə bağlı 

məsləhətləşmək və  fəaliyyətlərini  əlaqələndirmək məqsədilə  hər üç dövlət  birgə 

məsləhət komissiyasının yaradılmasına razılaşır. Komissiyaya tapşırıq verilir ki, 

Almaniya ilə bağlanacaq müqavilələr, Avstriyanın müharibədən sonrakı statusu, 

Avropada sonrakı  vəziyyət və s. məsələləri işləyib hazırlasın və növbəti görüşün 

gündəliyinə çıxarsın.  

1942-44-cü illərdə  hər üç dövlət Avropada və dünyada gələcək dövlətlərarası 

əlaqələr və beynəlxalq münasibətlərlə bağlı öz mənafelərinə, xüsusən ideoloji 

maraqlara cavab verən mövqe nümayiş etdirirdi. Müharibənin  əsas mərkəzində  

dayanan SSRİ çalışırdı ki, alman faşizminin işğalından azad etdiyi ölkələrdə proletar 

diktaturası, sosialist yönlü hakimiyyət    formalaşdırsın və onları  SSRİ-nin təsiri altına 

salsın. Əslində bu müharibə SSRİ-yə dünya inqilabı ideyasını reallaşdırmaq, sosializmi 

yaymaq və özünü təcridolmadan xilas etmək üçün əlverişli şərait yaratmışdı.  Odur ki, 

Stalin Sovet qoşunlarının ayaq basdığı ölkələrdə  dərhal məqbul hakimiyyətlərin 

yaradılması və onların SSRİ ilə dostluq və müttəfiqlik müqavilələrinə cəlb olunması işini 

intensiv  şəkildə  həyata keçirirdi.  Belə  tədbirlərin görülməsi və müqavilələrin 



 

73

imzalanması ilə bağlı    qısa müddətdə Polşa, Yuqoslaviya, Çexoslovakiya, Rumıniya, 



Bolqarıstan, Macarıstan, Finlandiya ilə münasibətlərdə konkret addımlar atıldı. Əlbəttə, 

SSRİ-nin bu niyyətləri və planları    İngiltərə  və ABŞ-ın diqqətindən kənarda qala 

bilməzdi. Bu dövlətlər bütün vasitələrlə çalışırdılar ki, həm müharibənin  əsas ağırlığı 

mümkün qədər SSRİ-nin üzərinə düşsün, bu dövlət getdikcə    zəifləsin, həm də onun 

Qərbi Avropa və digər  ərazilərə daxil olmasının, müharibədən sonrakı Avropanın 

işlərinə müdaxiləsinin qarşısı alınsın.  Əlbəttə,  sovet qoşunları  tərəfindən bir-birinin 

ardınca işğalçılardan azad edilən  Şərqi Avropa dövlətlərində onların gələcək dövlət 

quruluşu və taleyində SSRİ-nin təsirini və rolunu azaltmaq çox çətin idi. Odur ki, ABŞ və 

İngiltərə Avropanı  və dünyanı daha çox iqtisadi və maliyyə vasitələrilə SSRİ-nin 

təsirindən, sosialistyönlü gələcəyindən qurtarmağa çalışırdı. Elə müharibənin gedişində  

ideoloji baxımdan bir-birindən fərqlənən bu iki düşərgə - SSRİ və ABŞ-İngiltərə cütlüyü 

arasında münasibətlər çox ehtiyatlı  və qarşılıqlı etimadsızlıq mühitinə doğru istiqamət 

aldı.  

Məhz SSRİ-nin artan nüfuzuna zərbə vurmaq, dünyada öz iqtisadi və siyasi 



təsirini artırmaq məqsədilə müharibənin gedişində, 1944-cü ildə ABŞ hökuməti maliyyə 

naziri Q. Morqentaunun rəhbərliyi ilə 44 ölkənin nümayəndələrini Amerikaya yığaraq 

Beynəlxalq Valyuta Fondunu yaradır.  Əlbəttə, Fondda aparıcı rol ABŞ-a məxsus idi və 

məhz bu ölkə öz zəngin maliyyə imkanları ilə dünya dövlətləri üçün həddən artıq 

cəlbedici idi. Həmin konfransda ABŞ-ın hegemon mövqe tutduğu daha bir beynəlxalq 

qurum – Beynəlxalq  İnkişaf və Yenidənqurma Bankı yaradılır. Hər iki qurum tədricən 

üzv ölkələrin çətin maliyyə-iqtisadi vəziyyətindən istifadə edərək onların büdcə, 

inflyasiya, pul və iqtisadi siyasətinə müdaxilə etməyə  və bu sahəni ABŞ-ın müvafiq 

köməyi ilə  nizamlamağa başlayır. İstehsal, hərbi, ticarət və maliyyə sahəsində o dövrün 

ən nəhəng dövləti hesab olunan ABŞ müharibənin gedişində və xüsusən müharibədən 

sonra Avropanın bərpasında üstünlüyü tamamilə öz əlinə alır. Fransa və  İngiltərəyə, 

müharibədən sonra isə digər Avropa dövlətlərinə  külli miqdarda borc pul verir və onları 

iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmağa çalışır.  

Müharibənin sonu yaxınlaşdıqca dünyada  gələcək rolların və  təsir  dairələrinin 

bölünməsi uğrunda SSRİ-ABŞ mübarizəsi güclənirdi. Hər iki dövlət  daha çox ölkəni öz 

tərəfinə  çəkməklə, orada istədiyi hakimiyyəti formalaşdırmaq və onların gələcək 

siyasətlərinə  təsir göstərmək üçün bütün mümkün vasitələri səfərbər etmişdi. SSRİ 

Şərqi Avropanı demək olar ki, tam öz təsiri altına almış, bu ərazidə baş verən milli-

azadlıq hərəkatlarına, qurulmuş yeni rejimlərə  nəzarət edirdi. ABŞ isə  Qərbi Avropanı 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə