18
üçün әsas problemlәr bunlar olacaq: (i) Bazar yönümlü diversifikasiyanın tәşviqi vә
(ii) özәl sektorun inkişafına dәstәk göstәrmәk üçün davamlı maliyyә sektorunun
inkişaf etdirilmәsi
Hәmçinin, şәffaflığın aşağı sәviyyәsi vә korporativ idarәetmә әsas çәtinlik olaraq
qalır. Son illәr әrzindә sәlahiyyәtli nümayәndәlәr әsaslı tәnzimlәmә vә hәlledici
icraya әsaslanan maliyyә vә karbohidrogen sektorlarında idarәetmә vә şәffaflığın
artırılmasının mümkünlüyünü nümayiş etdirmişlәr. Neft vә qaz vә maliyyә
tәşkilatlarından әldә edilmiş tәcrübә indi şәffaflığın çox aşağı olduğu vә zәif
korporativ idarәçiliyin maneә olduğu daşınmaz әmlak sektoruna tәtbiq edilmәlidir.
Bunlar bir-biri ilә yaxından әlaqәli olan sistemli problemlәrdir ki, onlar rәqabәti
zәiflәdir vә qeyri-neft, qeyri-maliyyә sektorlarında pozuntular yaradır.
Son sorğularda tәsdiq olunmuş inzibati korrupsiyanın azaldılması istiqamәtindә
nailiyyәtlәrin әldә olunması üzrә ilkin nәticәlәr var. Hökumәtin bizneslәr üçün vergi
dәyәrinin azaldılması, vergi yığımları sәviyyәsinin artırılması vә vәtәndaşlara xidmәt
üçün bir pәncәrә sisteminin tәtbiqi mәqsәdilә vergi prosedurlarını tәkmillәşdirmәsinә
baxmayaraq, rәqabәtlilik siyasәtindә, biznes mühiti vә korporativ idarәetmә sahәsindә
әhәmiyyәtli problemlәr qalmaqda davam edir. Bank İqtisadiyyat vә Sәnaye
Nazirliyinin korporativ idarәetmә standartlarının tәkmillәşdirilmәsi ilә bağlı son
müraciәtini rәğbәtlә qarşılayır. Bank korporativ idarәetmә proqramı üzrә Nazirliklә
işlәyir. Bu proqram artıq Beynәlxalq Maliyyә Korporasiyası (BMK) tәrәfindәn bu
sahәdә hәyata keçirilәn işә әsaslanaraq Biznes Konsultasiya Xidmәtlәrinin (BKX) vә
Hesabatlılığın Artırılması Proqramının elementlәrini ehtiva edәcәk.
Növbәti Strategiya dövründә Bankın neft, qaz vә maliyyә sektorlarına cәlb olunması
korporativ vә ictimai idarәetmәnin daha da tәkmillәşdirilmәsinә dәstәk göstәrәcәk.
AYİB-in karbohidrogen sektorunda strateji cәhәtdәn әhәmiyyәtli olan layihәlәrә cәlb
olunması Banka bu sahәdә tәkmillәşdirilmiş idarәetmә vә şәffaflıq tәcrübәlәrinin
iqtisadiyyatın digәr sahәlәrindә dә tәtbiq etmәyә vә özәl sektorda korrupsiyanın
azaldılmasına dәstәk göstәrmәyә imkan yaradacaqdır. Bank maliyyәlәşdirmә
alәtlәrinin, xüsusilә dә yerli kapital bazarlarının vә valyutanın maliyyәlәşdirilmәsinin
diversifikasiyalaşdırılmasının vә böyük tәcrübәnin artırılmasının tәmin edilmәsi
mәqsәdilә maliyyә institutlarından Mәrkәzi Bank vә Qiymәtli Kağızlar üzrә Dövlәt
Komitәsi ilә işlәyәcәkdir.
3.1. Bazaryönümlü diversifikasiyanın tәşviqi
Әsas problemlәr
İndiyә qәdәr dövlәt tәrәfindәn hәyata keçirilәn iqtisadi fәaliyyәt, xüsusilә dә
infrastruktur tikintisi qeyri-neft sektorunda son dövrlәrdә qazanılmış inkişafın tәmin
edilmәsindә әsas amil olmuşdur. Qeyri-karbohidrogen sektorlarında özәl sektorun
fәaliyyәti aşağı sәviyyәdәdir, lakin inkişaf edir. Mәhsul bazarlarında rәqabәtin
güclәnmәsi vә bizneslәr üçün bәrabәr sәviyyәli oyun meydanın yaradılması birinci
növbәli mәsәlәlәrdәn olmalıdır. Uğurlu vә davamlı diversifikasiya siyasәti, hәmçinin
korporativ sektorda әldә edilmiş yüksәk mәhsuldarlıqdan vә xüsusi әhәmiyyәtә malik
olan aqrobiznesin modernlәşdirilmәsindәn asılı olacaq. Hökumәt hәmçinin növbәti
strategiya dövründә imkanlar yaratmaq qabiliyyәtinә malik olan İT-nin, kimyәvi
preparatlar vә digәr ixracyönümlü sektorların inkişaf etdirilmәsini prioritet
19
istiqamәtlәr kimi müәyyәnlәşdirmişdir. Azәrbaycan iqtisadiyyatının diversifikasiyası
ilә bağlı olan spesifik sektoral keçid problemlәrinә daxildir:
Azәrbaycan şirkәtlәrinin müasir rәqabәtlilik siyasәtinin tәtbiq edilmәsi vә bazar
üçün prosedurların asanlaşdırılması vasitәsilә güclәndirilә bilәcәk zәif rәqabәt
qabiliyyәtliliyi.
Müәssisәlәr istehsal obyektlәrini genişlәndirmәk vә tәkmillәşdirmәk vasitәsilә
dәyәrin yaradılması zәncirini artırmalı vә dünya iqtisadiyyatından faydalanmaq
üçün beynәlxalq bazarlara daxil olmalıdırlar. İqtisadiyyatın qeyri-neft XBİ-yә
açılması vә maliyyә sektorunun dәrinlәşmәsi ehtiyac duyulan modernlәşmәnin
әldә olunmasına vә bazara çıxışın artırılmasına dәstәk göstәrәcәk. Nәqliyyat vә
logistika infrastrukturu Azәrbaycan әrazisindә az inkişaf etmişdir vә bu, xüsusilә
dә regionlarda yerli istehsalın inkişafına maneçilik törәdir. Yerli istehsalçıların
mәhsullarını bazara çıxara bilmәsi vә idxalla rәqabәt apara bilmәsi üçün özәl
sektora investisiya qoyulması vә soyuducu anbarlarının yaradılması tәlәb olunur.
Müasir bәlәdiyyә infrastrukturunun inkişaf etdirilmәsi ilkin mәrhәlәdәdir vә
hökumәt su vә çirkab suları, elәcә dә bәrk mәişәt tullantılarının idarә edilmәsinә
regional investisiyalar yatırılmasını hәdәflәyir. Ölkә әrazisindә şәhәr nәqliyyatı
zәif inkişaf etmişdir. Daha böyük inkişafa nail olunması yolunda nәqliyyat vә
әtraf mühit mәsәlәlәrinin maneçilik törәtmәmәsi üçün şәhәr nәqliyyatına
әhәmiyyәtli dәrәcәdә investisiyaların yatırılması tәlәb olunur.
Regionlarda xüsusilә dә Bakıdan kәnardakı böyük şәhәrlәrdә böyük inkişaf
potensialı vardır. Regionlarda kәnd tәsәrrüfatı sektorunda paytaxta nisbәtәn
maliyyәyә çıxış aşağı sәviyyәdәdir.
Hökumәt “Gәlәcәyә baxış: 2020” proqramının bir tәrkib hissәsi olaraq İT
sektorunun inkişafını prioritet sahә kimi müәyyәnlәşdirmişdir vә çiçәklәnәn İT
sahәsi sürәtlә inkişaf edir.
Üstünlük tәşkil edәn aşağı enerji tariflәri әtraf mühit xәrclәrini әhatә etmir vә tam
olaraq dәyәri әks etdirmir. Enerjidәn effektiv istifadәyә investisiya yatırılması
üçün qiymәt amillәri dәqiq olaraq mövcuddur, lakin mәnzil, ticari vә sәnaye
fәaliyyәti üzrә enerji effektivliyinin artırılması vә tәşviqi layihәlәri üçün dә
olduğu kimi, bunun da sürәtlәndirilmәsinә ehtiyac var.
Bankların operativ cavabı
İqtisadiyyatın şaxәlәndirilmәsi üçün Bank uyğun sahәlәrdә lider olan vә uzun
müddәtli investisiya yatırmaq vә dövriyyә kapitalını maliyyәlәşdirmәk vasitәsilә
korporativ idarәetmәnin tәkmillәşdirilmәsi üçün öhdәliklәrini nümayiş etdirmәk
istәyәn yerli korporativlәrә dәstәk göstәrәcәk. Bu isә ilkin olaraq Birbaşa Kredit
Mexanizmi, Birbaşa İnvestisiya Mexanizmi vә Orta Hәcmli Birgә Maliyyәlәşdirmә
Mexanizmi vasitәsilә hәyata keçirilәcәk. Orta Hәcmli Birgә Maliyyәlәşdirmә
Mexanizmi AYİB-ә tәrәfdaş banklara korporativ seqmentdә aktiv qalmağa dәstәk
göstәrmәklә yanaşı, yerli korporativlәrin uzunmüddәtli maliyyәlәşdirmә ilә tәmin
olunmasında xüsusi әhәmiyyәt kәsb edir.
Azәrbaycanın kәnd tәsәrrüfatı sektorunun yüksәk potensialı vә bunun regional inkişaf
baxımından әhәmiyyәt kәsb etmәsini nәzәrә alaraq Bank
aqrobiznes sektoruna xüsusi
diqqәt göstәrәcәk vә kәnd tәsәrrüfatı vә regional kreditlәşmәyә yardım etmәk
qabiliyyәtinin artırılması üçün kәnd tәsәrrüfatı maliyyәlәşdirmәsi alәtlәrini vә texniki
yardım tәklif etmәyi nәzәrdәn keçirәcәk.