28
qurumlarla fәaliyyәtini әlaqәlәndirmәyә davam edәcәk. Bank hәmçinin Avropa
İnvestisiya Bankı vә İslam İnkişaf Bankı ilә әmәkdaşlığı genişlәndirmәk üçün
imkanlar axtaracaq.
Әmәkdaşlıq üçün uyğun sahәlәr müәyyәnlәşdirmәk mәsәlәsindә Bank keçid
elementlәri vә sistemli dәyişikliklәrlә nәticәlәrin yüksәldilmәsinә, elәcә dә
maliyyәlәşmәnin tәmin edilmәsinә töhfә verәcәk. Bank xüsusilә dә infrastruktur kimi
sektorlarda siyasi dialoq elementlәri üzrә BMİ-lәr arasında konsensusun yaradılması
işindә tәşәbbüsü әlә almağa cәhd göstәrәcәk.
Yol sahәsi üzrә ictimai-özәl әmәkdaşlığın vә digәr özәl sektorun yol sahәsinә cәlb
edilmәsi mәsәlәlәri üzrә Asiya İnkişaf Bankı ilә siyasi dialoqu yaxın şәkildә
әlaqәlәndirmәk mühüm xarakter daşıyacaq, bu zaman qanunvericiliyә dәyişikliklәr
edilmәsinә ehtiyac yaranacaq.
Maliyyә sektorunda AYİB-in Beynәlxalq Maliyyә Korporasiyasını (BMK) da cәlb
etmәsi ilә bu iki institut tәrәfdaş investorlar kimi әsas sәlahiyyәtlәrini vә bacarıqlarını
genişlәndirmәk mәqsәdilә birgә işlәyә bilәrlәr. AYİB hәmçinin birgә maliyyәlәşdirmә
hesabına özәl sektora dәstәk göstәrmәk imkanlarının müәyyәn olunmasında BMK ilә
işlәmәyә davam edәcәk.
Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı enerji, su tәchizatı vә kanalizasiya, yol kimi amillәrin daxil
olduğu regional infrastrukturun inkişafını prioritet mәsәlә kimi qarşıya qoymuşdur.
AİB özünün 2014-2018-ci illәr üçün ölkәnin strategiyası proqramı üzәrindә işlәyir vә
Bankın regionlar üzrә yerli banklarla birgә mikro, kiçik vә orta ölçülü müәssisәlәrin
kredit xәtlәrinin maliyyәlәşdirilmәsi mәsәlәsini dә bu proqrama daxil etmәsi
gözlәnilir. Növbәti Strategiya mәrhәlәsindә AİB-lә әmәkdaşlığın aşağıdakı sahәlәr
üzrә hәyata keçirilmәsi nәzәrdә tutulur: a) AYİB-in regional yol proqramının hәyata
keçirilmәsinin davam etdirilmәsi; bu proqram AİB tәrәfindәn maliyyәlәşdirilmәklә
әsas yol dәhlizlәrini әlaqәlәndirәcәk. AYİB vә AİB-in kreditlәşmә şәrtlәri hazırda
әlaqәlәndirilib vә uzlaşdırılıb. b) Maliyyә vasitәçiliyi sәviyyәlәrini tәkmillәşdirmәk
mәqsәdi ilә AYİB vә AİB eyni tәrәfdaş institutları maliyyәlәşdirәcәk. c) strategiya
mәrhәlәsindә Bәlәdiyyә vә Ekoloji İnfrastruktur (BEİ) vә enerji sektorlarında
әmәkdaşlıq etmәk üçün imkanlar ola bilәr.
2001-ci ildәn 2012-ci ilә qәdәr Azәrbaycan aşağıdakı sektorlarda aparılacaq ictimai
sektor layihәlәri vә qeyri-suveren әmәliyyatlar üçün cәmi 1,49 milyard ABŞ dolları
dәyәrindә olan 19 kredit vә qrant qәbul etmişdir: nәqliyyat (50,8%), su tәchizatı vә
kanalizasiya (27.2%), enerji (12,6%), maliyyә (7,8%) vә kәnd tәsәrrüfatı (1,5%).
Layihәlәr ictimai sektora (1,347 milyard ABŞ dolları) vә özәl sektora (143 milyon
ABŞ dolları) dәstәk göstәrir. On kredit 2012-ci il әrzindә bağlanmışdır. Asiya İnkişaf
Bankı, hәmçinin bazardakı bәrabәrsizliyi aradan qaldırmaq üçün ticarәtә dәstәk
vermәk çәrçivәsindә kredit vә zaminliklә tәmin etmәklә yerli banklara özünün ticarәt
maliyyә proqramı vasitәsilә yardım göstәrdi. AİB 2001-ci ildәn 2012-ci ilә qәdәr 13
layihә üzrә texniki mәslәhәt dәstәyi vә 14 layihә üzrә texniki hazırlıq dәstәyinin
göstәrilmәsinin maliyyәlәşdirilmәsinә 14,3 milyon ABŞ dolları dәyәrindә qrant
ayırmışdır.
29
Beynәlxalq Valyuta Fondu (BVF)
Azәrbaycan 1995 vә 2005-ci illәr әrzindә bir neçә mәsәlә ilә bağlı öz iqtisadi
proqramlarına dәstәk göstәrmәk üçün Fonddan borc almışdır. 2005-ci ilin sonundan
etibarәn BVF ilә әlaqәlәr dövlәtin iqtisadi siyasәtinin işlәnib hazırlanması vә hәyata
keçirilmәsini tәkmillәşdirmәsi mәqsәdilә ölkәnin potensialının artırılması üçün
texniki dәstәk göstәrmәk, iqtisadi vә maliyyә göstәricilәrini tәyin etmәk vә iqtisadi
maliyyә siyasәtlәrini müzakirә etmәk üçün illik Konsultasiyanın IV Maddәsinә uyğun
olaraq standart müşahidә ilә nәticәlәnir.
2013-cü il üzrә Konsultasiyanın IV Maddәsi BVF-nin İdarә Heyәti tәrәfindәn may
ayının 3-dә qәbul edilmişdir. İcraçı Direktorlar Azәrbaycanın xarici qeyri-stabilliklәrә
qarşı güclü buferinin olduğunu qeyd etmәklә yanaşı, hakimiyyәt strukturlarını iqtisadi
siyasәt kursunu qaydaya salmağa vә makroiqtisadi siyasәt çәrçivәsini güclәndirmәyә,
risklәri azaltmağa vә uzunmüddәtli ekspansionizm siyasәtindәn makroiqtisadi
stabilliyә keçmәyә hәvәslәndirmişdir. Direktorlar hәmçinin qeyd etmişlәr ki,
dünyadakı әn yaxşı tәcrübәlәrә uyğun olaraq nizamlı bank kapitallaşdırılması
prosesini, nәzarәtedici tәminatların güclәndirilmәsini vә daha böyük bank üçün
dayanıqlı biznes modelinin işlәnib hazırlanmasını tәmin etmәk maliyyә sektorunun
stabilliyini qorumaq baxımından mühüm әhәmiyyәt kәsb edir.
Son 3 il әrzindә BVF-nin Azәrbaycanda texniki yardım fәaliyyәtlәri pul-kredit vә
mübadilә kursu siyasәti, Çirkli Pulların Yuyulması/Terrorçuluğun
Maliyyәlәşdirilmәsinә Qarşı Mübarizә qanunvericiliyi, büdcәnin vә borcun idarә
edilmәsi, pensiya islahatları, bank nәzarәti vә makro-statistika kimi mәsәlәlәrә
istiqamәtlәnmişdir. Yüksәk dövlәt rәsmilәri, hәmçinin BVF İnstitutunda makro-
maliyyә analizi vә pul-kredit siyasәtinin aparılması üzrә keçirilәn treninqlәrdәn dә
faydalanmışdır.
Dünya Bankı
Azәrbaycanda Dünya Bankının maliyyәlәşmәsi tarixәn iki әsas sahә üzrә tәmin
edilmişdir: Nәqliyyat (48 faiz) vә su vә kanalizasiya (22 faiz). Әsaslı maliyyәlәşmә ilә
tәmin edilmiş digәr sahәlәr, kәnd tәsәrrüfatı vә regionların inkişafı (9 faiz); dövlәt
qulluğu vә qanun; sosial inkişaf vә sosial müdafiә (5 faiz); enerji vә dağ-mәdәn
sәnayesi (3%).
Dünya Bankının Proqramı Dövlәt Tәrәfdaşlıq Strategiyası FY11-14-lә hәyata keçirilir
vә idarәetmәnin korrupsiya ilә kәsişәrәk onu azaltması fonunda rәqabәtә davamlı
qeyri-neft iqtisadiyyatının yaradılması vә sosial vә bәlәdiyyә xidmәtlәrinin
sәviyyәsinin yüksәldilmәsi mәqsәdini daşıyır. FY11-14 CPS İnkişaf Hesabatı (CPS
PR) CPS strateji prioritetlәrin uyğunluğunu qiymәtlәndirir vә FY13-14 üçün Dünya
Bankı Qrupunun proqramını tәmizlәyir. İnkişaf Hesabatı Hökumәtin strateji baxışının
iqtisadiyyatın diversifikasiyası vә xidmәtlәrin göstәrilmәsinә yönәldiyini, elәcә dә
yaxşı idarәetmәyә köklәndiyini tәsdiq edir.
Dünya Bankına mәxsus Kapital Banklarının Modernlәşdirilmәsi Proqramının
Azәrbaycanda kapital bazarlarının inkişafında mühüm rol oynaması gözlәnilir. Bankın
yönәldiyi 3 istiqamәt bunlardır: (i) infrastrukturun müasirlәşdirilmәsi, (ii) treninqlәrin
keçirilmәsi vә (iii) qiymәtli kağızların buraxılması üçün qanunvericiliyin