Microsoft Word Azf-279258. doc


Kompyuter operatoru Xanlarova Nigar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

 
117
Kompyuter operatoru Xanlarova Nigar 
 
 
Kəmalə xanım haqqında yazmaq mənim üçün 
çox çətin və  ağırdır. Çünki hələ  də onun yoxluğuna 
inana bilmirəm. Çox kövrəlirəm, bu sətirləri yazmaq 
çox çətindir. Kəmalə xanım kollektivin gülərüz, 
mehriban, hamının dadına çatan, gözəl məsləhətçi, 
savadlı  həkim idi. Kəmalə xanım müsbət auralı bir 
insan idi. Adam onunla danışanda ondan yalnız 
müsbət enerji alırdı. Onunla həm söhbət olanda hər 
dəfə maraqlı  lətifələr, tələbəlik illərindən maraqlı 
hadisələr, gözəl məsləhətlər verərdi. Həyat dolu, 
yaşamaq eşqilə aşıb-daşan bir insan idi. Amma ömür 
vəfa etmədi. Heyf... çox heyif... Biz onu heç vaxt 
unutmayacağıq. Çünki Kəmalə xanım unutulacaq bir 
insan deyil. Allah onun iki balasına can sağlığı versin. 
İnşallah analarına layiq övladlar olarlar. O zaman 
Kəmalə xanımın da ruhu göylərdə şad olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
118
Tibb qeydiyyatçısı Əmirova Sevinc 
 
Əzizimiz Kəmalənin xatirəsinə. Kəmalə haq-
qında yazmaq çox çətindir. O, çox mehriban, gülərüz, 
səmimi,  əsasən də  səbirli insan idi. O, nə  qədər 
gülərüz olsaydı da gözləri hər zaman kədərli idi. Hər 
bir insan kimi onun dsa qəlbinin dərinliyində  dərdi, 
kədəri və saysız arzuları var idi. Əfsus o bu arzularını 
sona qədər həyata keçirə bilmədi. Allah onu bu 
dünyadan vaxtsız apardı.  
 
Allah onun iki balasını qorusun. Deyirlər övlad 
atasız yox, anasız yetim qalır. Arzu edirəm onlar 
analarının arzularını yaşadıb, onun ruhunu sevindir-
sinlər. 
 Ailəsinə  dərin hüznlə başsağlığı verirəm. Nə 
qədər ağır olsa da axır qəmləri olsun. 
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri  
əbədi behişt olsun 
 
 
 
 
 
 
 
 
 


 
119
V BÖLÜM 
 
Kövrək duyğular 
 
Fərqi nə 
Əzrayıla can almaq hökm olubsa, 
Ya qocadır, ya  da cavan fərqi nə. 
Bir  çiçək  ki, saralıbsa,  solubsa, 
Yazdı, yaydı, yada xəzan fərqi nə. 
                             
     
 
  Az deyildir göz yaşımı silənlər, 
                     Çətin gündə daldalarda gülənlər, 
                       Nadan üçün qapısına gələnlər, 
                      Ya qanmazdır, ya da qanan fərqi nə. 
 
Allah kəlamıyla başı dolmayan, 
Salam verib, salamını  almayan, 
Dar günümdə arxa, dayaq olamayan, 
Ya yanmazdır, ya da, yanan fərqi nə. 
 
Ara vurub ucuz şöhrətə çatan, 
                    Tülkü kimi, Şir kölgəsində yatan, 
                     Şirin şərbətinə zəhəri qatan, 
                     Ya ifritdir, ya da şeytan fərqi nə. 
 
Firudin inanmaz hər cür yalana
Lənət gəlsin qarışıqlıq salana, 
Tanrı nemətindən məhrum olana 
Ya yağlıdır, ya da yavan fərqi nə. 


 
120
Qayıtmaz oldu 
 
Gün kimi parlayıb, ulduz tək söndü 
Görən balam niyə qayıtmaz oldu. 
İyirmi üç dekabrda çırağı söndü, 
Görən balam niyə qayıtmaz oldu. 
 
Otuz səkkizində torpağa getdi, 
Bu ahıl vaxtımda mənə zülm etdi,  
Yəqin ki, gül olub cənnətdə bitdi, 
Görən balam niyə qayıtmaz oldu. 
 
Bu gün qara geyib, qara bağladım, 
Həsrətindən gecə-gündüz ağladım, 
Ah-naləmlə sinələri dağladım, 
Görən balam niyə qayıtmaz oldu. 
 
 
Görmədim üzünü, qara gözünü
Dinləyə bilmədim axır sözünü. 
Orxanına qurban verdi özünü, 
Görən balam niyə qayıtmaz oldu. 
 
Taleyi necədə yarıtmaz oldu, 
Nəcəfinin rəngi saraldı, soldu. 
Emilya üstündə saçını yoldu, 
Görən balam niyə qayıtmaz oldu. 
 
 


 
121
Hər gün soruşuram, qızım hardadı, 
Binəva atası intizardadı, 
Deyirlər ki, Rəbbin pişvazındadı, 
Görən balam niyə qayıtmaz oldu. 
 
Firudin illərin əzabkeşidi, 
Dünyanın tükənməz qəmini yedi, 
Üz tutub göylərə bunları dedi: 
Görən balam niyə qayıtmaz oldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
122
Ay mənim nakam balam 
 
Dişinlə, dırnağınla yurd-yuva düzəltmişdin, 
Çox hədyanlar, hədələr, iftira eşitmişdin
Arzular qucağında qaynayıb, bərkimişdin, 
Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
          Saçlarını hörməmiş, yaxşı nədi bilməmiş, 
          Əkib məhəbbət gülü, macal tapıb dərməmiş, 
          Danışmamış, gülməmiş, heç kimə sir verməmiş, 
          Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
Mələklərin çiynində tərk etdin bu dünyanı, 
Atan  yandı-yaxıldı, dedi ki, balam hanı, 
Olsaydı ixtiyari, qurban verərdi canı, 
Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
İşıqsız bəbəklərə nur çiləmək istədin
İnsanların gözünü açmaq idi məqsədin, 
Balanın balasını atıb-tutmaq istədin. 
          Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
Otuz səkkiz yaş nədi, nə yaşadın nə gördün? 
Vaxtsız heykələ dönüb, ürəklərdə yaşadın, 
Hurilər, Pərilər, Mələklərlə qoşadın, 
Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
          Gözlərinin nurunu payladın insanlara, 
  Bu yaşında əzizim ölüm hara, sən hara, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə