32.3. Mədəniyyət və idman vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 33. Turizm məqsədi ilə verilən giriş vizası
33.1. Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə verilir.
33.2. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
33.3. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata
keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud
sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi
obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
33.4. Turistlərə elektron vizaların verilməsi qaydası bu Məcəllənin 38-ci maddəsi
ilə müəyyən edilir.
Maddə 34. Tranzit vizası
34.1. Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir.
34.2. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5
günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər
nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla
verilir.
34.3. Tranzit vizasının rəsmiləşdirilməsi üçün təyinat ölkəsinə getmək vizasının
(təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna
olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat
biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən
digər məlumatlar və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb
olunur.
Maddə 35. Viza blankında qeyd olunan məlumatlar
35.1. Viza blankında “Azərbaycan Respublikası” sözləri, dövlət gerbi, vizanın
seriyası və nömrəsi, növü, kateqoriyası, ölkəyə gəlişin məqsədi, viza sahibinin adı,
soyadı, pasportunun nömrəsi, cinsi, anadan olduğu tarix, vətəndaşlığı, onunla
gedənlərin ümumi sayı, vizanın verildiyi yer və tarix, vizanı verən səlahiyyətli
şəxsin imzası və müvafiq dövlət orqanının möhürü, vizanın etibarlılıq müddətinin
başlandığı və bitdiyi tarix, girişlərin sayı, vizanın etibarlılıq müddəti ərzində
gəlişlərin sayından asılı olmayaraq viza sahibinə ölkədə qalmaq üçün icazə
verilmiş günlərin cəmlənmiş sayı, viza sahibinin biometrik identifikasiya
tələblərinə uyğun üz təsviri əks olunur.
35.2. Viza blankında nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis
dillərində yazılır.
35.3. Viza blankının nümunəsi, təsviri və spesifikasiyası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
35.4. Viza blankının fərdi olaraq doldurulması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
Maddə 36. Viza verilməsi üçün tələb olunan sənədlər
36.1.
Viza
verilməsi
üçün
aşağıdakı
sənədlər
tələb
olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-
anket;
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər
sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza
müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin
surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz
üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən
tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət
təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və
şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində
göstərilən müvafiq sənədlər.
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni
nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan
sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında
şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və
onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən
dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri
qaytarılmır.
Maddə 37. Vizaların rəsmiləşdirilməsi qaydası
37.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə
yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə
müraciət
edir.
37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının
ərazisində ala bilərlər.
37.3. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim
edilə bilər.
37.4. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması,
dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan
Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə
yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət
olunmalı
üçüncü
ölkələrdə
Azərbaycan
Respublikasının
diplomatik