Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

55.0.11.  Azərbaycan  Respublikasında  olması  arzuolunmaz  hesab  edildikdə; 

55.0.12.  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma 

barədə qərar qəbul edildikdə; 

55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan 

Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda. 

 

Maddə  56.  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazənin 



verilməsindən  (müddətinin  uzadılmasından)  imtina  edilməsi  və  ya  daimi 

yaşamaq  üçün  icazənin  ləğv  edilməsi  haqqında  qərardan  şikayət  verilməsi  

Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazənin  verilməsindən 

(müddətinin  uzadılmasından)  imtina  və  ya  daimi  yaşamaq  üçün  icazənin  ləğv 

edilməsi  haqqında  qərardan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

müvafiq  olaraq  inzibati  qaydada  və  (və  ya)  məhkəmə  qaydasında  şikayət  verilə 

bilər. 

 

 



 

IV BÖLMƏ


 

ƏMƏK MİQRASİYASI

 

 

FƏSİL 9 



ƏMƏK MİQRASİYASININ DÖVLƏT TƏNZİMİ

 

  



 

Maddə  57.  Əmək  miqrasiyasının  dövlət  tərəfindən  tənzimlənməsi  və  bu 

sahədə nəzarət 

57.1. Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, 

o  cümlədən  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə 

düzəlmələrində  vasitəçilik  fəaliyyətinə  xüsusi  razılıq  verilməsi  yolu  ilə  əmək 

miqrasiyasını tənzimləyir. 

57.2.  Müvafiq  dövlət  orqanları  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

Azərbaycan  Respublikasında  əmək  fəaliyyətinin  qanuniliyinə,  onların  sosial 

müdafiəsinin  təmin  olunmasına,  hüquqi  və  fiziki  şəxslərin  əmək  miqrasiyası 

sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər. 

 

 



FƏSİL 10 

 

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ XARİCİ ÖLKƏLƏRDƏ 



ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ

 

  



Maddə  58.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  əmək 

fəaliyyəti  

58.1. 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı 

ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 




58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin 

birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi 

şəxslərin  vasitəçiliyi  ilə  və  ya  fərdi  qaydada  xarici  ölkələrdə  işə  düzələ  bilərlər. 

58.3.  Azərbaycan  Respublikasının  vətəndaşları  xarici  ölkələrdə  haqqı  ödənilən 

əmək  fəaliyyəti  ilə  məşğul  olduqda,  hüquqlarının  dövlət  tərəfindən  müdafiəsinin 

tam  şəkildə  təmin  edilməsi  məqsədi  ilə  təyinat  ölkələrinə  gəldikdən  sonra  1  ay 

müddətində 

Azərbaycan 

Respublikasının 

həmin 


ölkədəki 

diplomatik 

nümayəndəliyində  və  ya  konsulluğunda  qeydiyyatdan  keçməli  və  həmin  ölkədə 

işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. 

58.4.  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri  və  konsulluqları 

qeydiyyatdan  keçən  Azərbaycan  Respublikasının  vətəndaşları  haqqında  məlumatı 

1  ay  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  verirlər.  Müvafiq  icra 

hakimiyyəti  orqanı  bu  barədə  müntəzəm  olaraq  müvafiq  icra  hakimiyyəti 

orqanlarını xəbərdar etməlidir. 

58.5. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan 

Respublikası  vətəndaşlarının  işlədikləri  ölkədə  Azərbaycan  Respublikasının 

diplomatik  nümayəndəliyi  və  ya  konsulluğu  olmadıqda,  onlar  1  ay  müddətində 

işləmələri  barədə  rəsmi  sənədi  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanına göndərməlidirlər. 

 

Maddə  59.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə 



düzəlmələrində vasitəçilik 

59.1.  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatından  keçmiş  hüquqi  şəxslər 

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlmələrində 

vasitəçilik  edə  bilərlər.  Hüquqi  şəxslər  bu  sahədə  fəaliyyət  göstərmək  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanından  müəyyən  olunmuş  qaydada  xüsusi  razılıq 

almalıdırlar. 

59.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində 

vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının  rəyi  nəzərə  alınmaqla  həyata 

keçirilir.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  barədə  5  iş  günü  ərzində  rəy  verir. 

59.3.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirmək  hüququ  verən  xüsusi  razılıq  almış 

hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan 

Respublikasının  vətəndaşlarını  xarici  ölkələrdə  haqqı  ödənilən  əmək  fəaliyyətinə 

cəlb edə bilərlər. 

59.4.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslərin  xarici  ölkələrin 

hüquqi  və  fiziki  şəxsləri  ilə  bağladıqları  müqavilələrdə  və  təklif  olunan  əmək 

müqavilələrində  Azərbaycan  Respublikası  vətəndaşlarının  sosial  müdafiəsinin 

beynəlxalq  normalara  uyğun  şəkildə  təmin  olunması  nəzərdə  tutulmalıdır. 

59.5.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslər  təklif  olunan  əmək 

müqaviləsinin  bir  nüsxəsinin  əməkçi  miqrant  Azərbaycan  Respublikasını  tərk 

etməzdən  əvvəl  ona  çatdırılmasını  təmin  etməlidirlər.  Vasitəçilik  fəaliyyətini 

həyata  keçirən  hüquqi  şəxslərin  göstərdikləri  xidmətə  görə  əməkçi  miqrantlardan 

haqq almalarına yol verilmir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə