Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

59.6. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər  xarici ölkələrdə haqqı 

ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları 

haqqında 

müvafiq 


icra 

hakimiyyəti 

orqanlarına 

məlumat 


verirlər. 

59.7.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlməsində 

fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır. 

59.8.  Müvafiq  icra  hakimiyyəti  orqanı  vasitəçilik  fəaliyyətini  həyata  keçirən 

hüquqi  şəxslərin  bu  sahədəki  fəaliyyətinə  dövlət  nəzarətini  həyata  keçirir. 

59.9.  Vasitəçilik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  razılığın  müddəti 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  uzadıla, 

qüvvəsi müvəqqəti dayandırıla və ya ləğv edilə bilər. 

59.10.  Vasitəçilik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  razılığın 

verilməsinə görə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilir. 

 

Maddə  60.  Xarici  ölkələrdə  işə  düzəlmək  məqsədi  ilə  Azərbaycan 



Respublikası vətəndaşlarının qeydiyyata alınması 

60.1.  Xarici  ölkələrdə  işə  düzəlmək  məqsədi  ilə  Azərbaycan  Respublikası 

vətəndaşlarının  qeydiyyata  alınmasını,  bununla  bağlı  elan  və  reklamların 

verilməsini  yalnız  müvafiq  vasitəçilik  fəaliyyətini  həyata  keçirmək  üçün  xüsusi 

razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər. 

60.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə 

bağlı  kütləvi  informasiya  vasitələrində  doğru  olmayan  məlumatların  yayılmasına 

görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

 

 

 



FƏSİL 11 

 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 



RESPUBLİKASINDA ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ

 

  



 

Maddə  61.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında əmək fəaliyyəti 

61.1.  18  yaşına  çatmış  əmək  qabiliyyətli  hər  bir  əcnəbi  və  vətəndaşlığı  olmayan 

şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi 

şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 

və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan 

sonra Azərbaycan Respublikasında işləyə bilər. 

61.2.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaları  üçün  əsas  şərtlər  iş  yerinin 

tələblərinə  cavab  verən  peşə  hazırlığına  və  ya  ixtisasa  malik  Azərbaycan 

Respublikası  vətəndaşının  iddia  etmədiyi  boş  iş  yerlərinin  mövcudluğundan, 

məşğulluq  xidməti  orqanları  tərəfindən  işəgötürənlərin  işçi  qüvvəsinə  olan 

ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından 

ibarətdir. 

 



Maddə  62.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  əmək  fəaliyyətinə 

dair məhdudiyyətlər 

Daxili  əmək  bazarının  tələbatı  nəzərə  alınmaqla,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  əmək  miqrasiyasına  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  ayrı-ayrı  fəaliyyət  istiqamətləri  üzrə  məhdudiyyət 

qoyula bilər. 

 

Maddə  63.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında işə cəlb olunması 

63.1.  Hüquqi  şəxslər,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbiləri 

və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər.  

63.2.  Hüquqi  şəxslər,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan  fiziki  şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri,  bu 

Məcəllənin  64-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  işə  cəlb 

etmək  istədikləri  hər  bir  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs  üçün  iş  icazəsi 

almalıdırlar.  

63.3.  Hüquqi  şəxslər,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və 

vətəndaşlığı  olmayan  şəxs  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 

olduqda  da  ona  iş  icazəsinin  alınması  üçün  müraciət  edə  bilərlər.  

63.4.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  hüquqi  şəxslərin,  hüquqi  şəxs 

yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi 

şəxslərin  filial  və  nümayəndəliklərinin  onlar  üçün  iş  icazəsi  almasından  sonra 

Azərbaycan  Respublikasında  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  ola 

bilərlər.  

63.5.  Hüquqi  şəxslər,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan  fiziki  şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri  işə  cəlb 

etdikləri  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  yalnız  öz  iş  yerlərində  işlə 

təmin  etməli  və  bu  barədə  onlarla  iş  icazəsinin  qüvvədə  olduğu  müddətə  əmək 

müqaviləsi  bağlamalıdırlar.  İş  icazəsi  alınmadan  əcnəbilərlə  əmək  müqaviləsinin 

bağlanılmasına yol verilmir. 

63.6.  İşə  cəlb  edilən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının 

və  ya  şəxsiyyətlərini  təsdiq  edən  digər  sənədlərinin  hüquqi  şəxslər,  hüquqi  şəxs 

yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər  və  xarici  hüquqi 

şəxslərin  filial  və  nümayəndəlikləri  tərəfindən  götürülərək  saxlanılması 

qadağandır. 

 

Maddə 64. İş icazəsinin alınması tələb olunmayan hallar 



64.0.  Aşağıdakı  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  iş  icazəsinin 

alınması tələb olunmur: 

64.0.1.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazəsi 

olanlara; 

64.0.2.  Azərbaycan  Respublikasının  ərazisində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olanlara; 

64.0.3. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə