Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

64.0.4. beynəlxalq təşkilatlarda işləyənlərə; 

64.0.5.  beynəlxalq  müqavilələr  əsasında  yaradılmış  təşkilatların  rəhbərlərinə  və 

onların müavinlərinə; 

64.0.6.  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  işə  cəlb  edilənlərə; 

64.0.7.  kütləvi  informasiya  vasitələrinin  Azərbaycan  Respublikasında  akkreditə 

olunmuş əməkdaşlarına; 

64.0.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə 

il  ərzində  90  gündən  çox  olmayan  müddətdə  Azərbaycan  Respublikasında 

ezamiyyətdə olanlara; 

64.0.9. dənizçilərə; 

64.0.10.  ali  təhsil  müəssisələrində  mühazirə  kurslarının  oxunması  üçün  dəvət 

edilən professor-müəllim heyətinə və mühazirəçilərə; 

64.0.11.  incəsənət  işçilərinə,  müvafiq  icra  hakimiyyəti  orqanında  dövlət 

qeydiyyatından  keçmiş  idman  klublarına  işə  dəvət  olunan  məşqçilərə  və 

idmançılara; 

64.0.12.  dövlət  qeydiyyatına  alınmış  dini  qurumlarda  peşəkar  dini  fəaliyyətlə 

məşğul olanlara; 

64.0.13.  xarici  hüquqi  şəxsin  Azərbaycan  Respublikasındakı  filial  və 

nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; 

64.0.14.  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  nikahda  olanlara,  bu  şərtlə  ki, 

həmin  vətəndaş  Azərbaycan  Respublikasının  ərazisində  yaşayış  yeri  üzrə 

qeydiyyatda olsun; 

64.0.15. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya 

siyasi sığınacaq verilmiş şəxslərə; 

64.0.16.  himayəsində  18  yaşına  çatmamış  və  ya  I  qrup  əlil  Azərbaycan 

Respublikasının vətəndaşı olanlara; 

64.0.17. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək 

fəaliyyətinə cəlb olunan şəxslərə. 

 

Maddə  65.  İş  icazəsinin  verilməsi  üçün  tələb  olunan  sənədlər 



65.0. İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı 

sənədləri təqdim etməlidir: 

65.0.1.  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  ərizə-

anket; 


65.0.2.  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  pasportunun  və  ya  digər 

sərhədkeçmə sənədinin surəti; 

65.0.3.  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  nəzərdə  tutulan  işi  yerinə 

yetirmək  üçün  tələb  edilən  ixtisasa  malik  olduğunu  təsdiq  edən  sənədin  notariat 

qaydasında təsdiq olunmuş surəti; 

65.0.4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb 

edilməsi zəruriliyini əsaslandıran arayış; 

65.0.5.  Azərbaycan  Respublikasının  ərazisində  başqa  əsaslarla  olan  əcnəbinin  və 

vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  ərazisində  qalmasına 

hüquq verən müvafiq sənədin surəti; 

65.0.6. işəgötürən: 



65.0.6.1.  hüquqi  şəxs  olduqda  –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət 

qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri; 

65.0.6.2.  fiziki  şəxs  olduqda  –  fiziki  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədin  və 

fiziki  şəxsə  verilmiş  vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnamənin 

notariat qaydasında təsdiq edilmiş surətləri; 

65.0.7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə 

tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış. 

 

Maddə 66. İş icazəsinin verilməsindən imtinanın əsasları 



66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin 

verilməsindən imtina edilir: 

66.0.1.  bu  Məcəllənin  65-ci  maddəsində  nəzərdə  tutulmuş  sənədlər  təqdim 

edilmədikdə; 

66.0.2.  təqdim  edilən  sənədlər  saxta  olduqda,  onlarda  qeyri-dəqiq  və  ya  təhrif 

olunmuş məlumatlar olduqda; 

66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına 

ödənilməsi mümkün olduqda; 

66.0.4. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 

18 yaşı tamam olmadıqda; 

66.0.5. əmək miqrasiyası kvotası dolduqda; 

66.0.6.  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  siyahısı  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  edilmiş  yoluxucu  xəstəliklərin  daşıyıcısı  olduqda; 

66.0.7. əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi 

üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda. 

 

Maddə 67. İş icazəsi ilə bağlı müraciətlərə baxılması 



67.1.  İş  icazəsinin  verilməsi  üçün  tələb  olunan  sənədlər  yazılı  və  ya  elektron 

müraciət formasında təqdim edilə bilər. 

67.2.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıq,  uyğunsuzluq  və  digər  nöqsanlar 

aşkar  edildikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  işəgötürənə  bu  barədə  yazılı 

məlumat verir. 

67.3.  İş  icazəsi  ilə  bağlı  daxil  olmuş  müraciətlərə  20  iş  günü  ərzində  baxılır.  

67.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.0.2-ci, 65.0.3-cü, 65.0.4-

cü,  65.0.5-ci  və  65.0.7-ci  maddələrində  göstərilən  sənədlər  haqqında  məlumatları 

rəy 

verilməsi 



üçün 

müvafiq 


icra 

hakimiyyəti 

orqanına 

göndərir.  

67.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  daxil  olmuş  məlumatlara  5  iş  günü 

müddətində  baxaraq,  işəgötürənin  işçi  qüvvəsinə  olan  tələbatının  yerli  əmək 

ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra 

hakimiyyəti orqanına rəy verir. 

 

67.6.  Müvafiq  icra  hakimiyyəti  orqanının  5  iş  günü  ərzində  rəy  bildirməməsi  iş 



icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 

67.7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  iş  icazəsinin  verilməsindən 

imtina  barədə  qərar  bu  Məcəllənin  66-cı  maddəsinə  istinad  olunmaqla 

əsaslandırılmalı və qərarın surəti işəgötürənə təqdim edilməlidir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə