Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

67.8.  İşəgötürən  iş  icazəsinin  verilməsindən  imtinaya  əsas  olmuş  hallar  aradan 

qalxdıqdan  sonra  iş  icazəsi  almaq  üçün  bu  Məcəlləyə  uyğun  olaraq  yenidən 

müraciət edə bilər. 

67.9.  İşəgötürən  həmin  şəxslərin  ölkədə  qanuni  əsaslarla  qaldıqları  və  ya 

yaşadıqları müddətdə müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edərsə, 

yalnız iş icazəsi verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq 

edən sənədi təqdim edir. 

67.10.  İş  icazəsinin  verilməsi  haqqında  qərar  qəbul  edildikdə,  müvafiq  icra 

hakimiyyəti orqanı 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada 

doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir. 

67.11.  İş  icazəsi  müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətli  vəzifəli  şəxsi 

tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. 

67.12. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən 

sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. 

67.13.  İşəgötürən  tərəfindən  30  gün  müddətində  iş  icazəsinin  alınmasına  görə 

dövlət  rüsumu  ödənilmədikdə,  habelə  əcnəbiyə  və  vətəndaşlığı  olmayan  şəxsə 

Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv 

edir. 

67.14.  İş  icazəsinin  verilməsi  ilə  bağlı  müvafiq  məlumatların  toplanması  və 



rəylərin  alınması,  iş  icazəsi  blankının  fərdi  olaraq  doldurulması  və  verilməsi, 

habelə  iş  icazəsi  almış  və  ya  belə  icazənin  verilməsindən  imtina  edilmiş,  o 

cümlədən  iş  icazəsi  ləğv  edilmiş  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir. 

 

Maddə 68. İş icazəsinin yenidən rəsmiləşdirilməsi 



68.1.  Əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  şəxsiyyətini  təsdiq  edən 

sənədlərindəki  məlumatlar  və  ya  işlədiyi  hüquqi  şəxsin  adı  dəyişdikdə  və  ya  iş 

icazəsi itirildikdə, onun işəgötürəni 5 iş günü müddətində müvafiq icra hakimiyyəti 

orqanına  məlumat  verməli  və  belə  icazənin  yenidən  rəsmiləşdirilməsi  və  ya  ləğv 

edilməsi üçün ərizə təqdim etməlidir. 

68.2. Bu Məcəllənin 68.1-ci maddəsində nəzərdə tutulan hallarda işəgötürən 10 iş 

günü  müddətində  müvafiq  ərizə  təqdim  etmədikdə,  əcnəbiyə  və  ya  vətəndaşlığı 

olmayan şəxsə verilmiş icazə etibarsız hesab edilir. 

68.3.  İş  icazəsi  yenidən  rəsmiləşdirildikdə,  onun  yenidən  rəsmiləşdirilməsinin 

səbəbi  ilə  bağlı  sənəd  və  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  verilmiş  iş 

icazəsinin surəti təqdim edilir. 

 

68.4. İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. 



 

Maddə  69.  İş  icazəsinin  müddəti  və  həmin  müddətin  uzadılması 

69.1.  İş  icazəsi  1  il  müddətinə,  əmək  müqaviləsinin  1  ildən  az  müddətə 

bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti 

hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. 

69.2. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin 

bitməsinə azı 30 gün qalmış müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət 



etməlidir.  

69.3. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən bu Məcəllənin 65.0.1-ci, 

65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci maddələrində nəzərdə tutulmuş sənədləri təqdim 

etməlidir. 

69.4.  İş  icazəsinin  müddətinin  uzadılması  bu  Məcəllənin  67-ci  maddəsində 

müəyyən olunmuş qaydada həyata keçirilir. 

69.5.  İş  icazəsinin  müddətinin  uzadılmasına  görə  dövlət  rüsumunun  ödənilməsini 

təsdiq edən sənəd təqdim edildikdən sonra müddəti uzadılmış iş icazəsi işəgötürənə 

təqdim edilir. 

69.6.  İşəgötürən  tərəfindən  30  gün  müddətində  iş  icazəsinin  müddətinin 

uzadılmasına  görə  dövlət  rüsumu  ödənilmədikdə  və  ya  əcnəbiyə  və  vətəndaşlığı 

olmayan  şəxsə  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün 

icazənin  verilməsindən  imtina  olunduqda,  müvafiq  icra  hakimiyyəti  orqanı  iş 

icazəsini ləğv edir. 

 

Maddə  70.  İşəgötürənin  əcnəbini  və  ya  vətəndaşlığı  olmayan  şəxsi  başqa  işə 



keçirməsi 

70.1.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  eyni  işəgötürənin  yanında  başqa  işə 

keçirildikdə  onun  üçün  yeni  iş  icazəsi  alınmalıdır.  Hüquqi  şəxsin  yenidən  təşkili 

(birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı 

olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır. 

70.2. Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə 

keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki 

iş  icazəsinin  müddətinin  qüvvədə  qalan  hissəsindən  çox  olmamalıdır.  

70.3.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  eyni  işəgötürənin  yanında  başqa  işə 

keçirildikdə, bu Məcəllənin 65.0.1-ci və 65.0.3-cü maddələrində nəzərdə tutulmuş 

sənədlər,  hüquqi  şəxsin  yenidən  təşkili  (birləşmə,  qoşulma,  bölünmə,  ayrılma, 

çevrilmə) zamanı isə bu Məcəllənin 65.0.1-ci və 65.0.6.1-ci maddələrində nəzərdə 

tutulmuş  sənədlər  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilir. 

70.4.  Əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  eyni  işəgötürənin  yanında  başqa 

işə  keçirilməsi  ilə  bağlı  yeni iş  icazəsi verildikdə  əlavə dövlət  rüsumu  ödənilmir. 

70.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və 

ya  əmək  müqaviləsi  vaxtından  əvvəl  pozulduqda,  onu  başqa  işəgötürən  yeni  iş 

icazəsi almaqla öz yanında işə dəvət edə bilər. 

70.6. İşəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş 

icazəsinin alınması qadağandır. 

 

Maddə  71.  Əmək  müqaviləsi  pozulduqda  iş  icazəsinin  qüvvədən düşməsi 



71.1.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslə  işəgötürən  arasında  bağlanılmış 

əmək  müqaviləsi  vaxtından  əvvəl  pozulduqda,  işəgötürən  bu  barədə  5  iş  günü 

ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi 

vaxtından  əvvəl  pozulduqda,  şəxsə  verilmiş  iş  icazəsi  öz  qüvvəsini  itirir. 

71.2.  Əmək  müqaviləsi  vaxtından  əvvəl  pozulduqda  və  əməkçi  miqrantın 

Azərbaycan  Respublikasında  qalması  üçün  başqa  əsas  olmadıqda,  o,  10  iş  günü 

müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə