Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

cümlədən  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazəsi  ləğv 

edilmiş  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması  Vahid 

Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir. 

 

Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 



icazənin  verilməsindən  (müddətinin  uzadılmasından)  imtina  edilməsi 

48.1.  Bu  Məcəllənin  50-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilərə  və 

vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti 

yaşamaq  üçün  icazənin  verilməsindən  (müddətinin  uzadılmasından)  imtina  edilir. 

48.2.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsindən  (müddətinin 

uzadılmasından)  imtina  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

əsaslandırılmalı 

və 

bu 


barədə 

onlara 


yazılı 

məlumat 


verilməlidir. 

48.3.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsindən  (müddətinin 

uzadılmasından)  imtina  edildikdə,  təkrar  müraciətə  həmin  imtinaya  əsas  olmuş 

hallar aradan qalxdıqdan sonra baxılır. 

48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla 

qaldıqları  və  ya  yaşadıqları  müddət  ərzində  müvafiq  icra  hakimiyyəti  orqanına 

təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən 

(müddətinin  uzadılmasından)  imtina  edilməsinə  əsas  olan  halın  aradan  qalxdığını 

təsdiq edən sənədi təqdim edirlər. 

 

Maddə 49. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 



icazənin müddəti 

49.1.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə,  bu 

Məcəllənin  45.0.2-ci  maddəsində  nəzərdə  tutulan  hal  istisna  olmaqla,  ərizəçinin 

müraciətində  göstərilən,  lakin  1  ildən  artıq  olmayan  müddətə  verilir  və  müvafiq 

əsas  olduqda,  hər  dəfə  2  ildən  çox  olmayan  müddətə  uzadıla  bilər.  

49.2.  Bu  Məcəllənin  45.0.2-ci  maddəsində  göstərilən  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 

icazə  ərizəçinin  müraciətində  göstərilən,  lakin  3  ildən  artıq  olmayan  müddətə 

verilir  və  müvafiq  əsas  olduqda,  hər  dəfə  3  ildən  çox  olmayan  müddətə  uzadıla 

bilər.  


49.3.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir. 

 

Maddə  50.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilmədiyi 

(müddətinin uzadılmadığı) hallar 

50.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilmir  (müddəti 

uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 

50.0.1.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə  və  ya  ictimai  asayişə 

zərər vurula biləcəyi hallarda; 



50.0.2.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  almaq 

məqsədi  ilə  saxta  sənədlər  və  ya  yalan  məlumatlar  təqdim  etdikdə; 

50.0.3.  şəxsiyyətini  təsdiq  edən  sənədləri  olmadıqda  və  ya  bu  Məcəllənin  44-cü 

maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 

50.0.4.  pasportunun  və  ya  digər  sərhədkeçmə  sənədinin  etibarlılıq  müddətinin 

bitməsinə 3 aydan az vaxt qaldıqda; 

50.0.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu 

xəstəliklərin  siyahısında  nəzərdə  tutulmuş  xəstəlik  virusu  daşıyıcısı  olduqda 

(Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 

50.0.6.  əvvəllər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmaqla, 

həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 

50.0.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması 

üçün  əsas  olmuş  hal aradan qalxdıqda  və  müvəqqəti  yaşamağa  icazə  alınması  ilə 

bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 

50.0.8.  180  gün  ərzində  90  gündən  çox  Azərbaycan  Respublikasının  ərazisindən 

kənarda olduqda; 

50.0.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini 

tərk etdikdə; 

50.0.10.  Azərbaycan  Respublikasında  olması  arzuolunmaz  hesab  edildikdə; 

50.0.11.  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma 

barədə qərar qəbul edildikdə; 

50.0.12.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşadığı  dövrdə 

Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda. 

 

Maddə 51. İş icazəsi 



51.1.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  və  haqqı 

ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 

51.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  iş  icazəsini  onları  işə  cəlb  edən 

hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri  vasitəsi  ilə  alırlar. 

51.3.  İş  icazəsi  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının  ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmalarına 

icazə verən rəsmi sənəddir. 

51.4.  İş  icazəsi  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən verilir. 

51.5.  İş  icazəsinin  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq 

edilən 

əmək 


miqrasiyası 

kvotası 


çərçivəsində 

həyata 


keçirilir. 

51.6.  Kvota  yerli  əmək  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  əmək 

miqrasiyası  proseslərinin  tənzimlənməsi  sahəsindəki  işlərin  effektivliyinin 

artırılması  məqsədi  ilə  tətbiq  edilir.  Kvota  daxili  əmək  bazarının  vəziyyəti,  işçi 

qüvvəsinə  tələbat,  iş  yerinin  tələblərinə  cavab  verən  peşə  hazırlığına  və  ixtisasa 

malik  Azərbaycan  Respublikası  vətəndaşının  iddia  etmədiyi  boş  iş  yerlərinin 

mövcudluğu,  məşğulluq  xidməti  orqanlarının  işəgötürənlərin  işçi  qüvvəsinə  olan 

ehtiyaclarını  yerli  əmək  ehtiyatları  hesabına  təmin  etmək  imkanı,  habelə  yüksək 

ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə