Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

ilə  natamam  iş  vaxtı  şəraitində  əmək  müqaviləsi  bağlamaqla  faktiki  fəaliyyət 

göstərirlər.  Bu  hal  üzrə  işçilərin  ən  azı  80  faizinin  Azərbaycan  Respublikası 

vətəndaşı olması tələb olunur. 

 

Maddə  46.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  icazəsinin  verilməsi 

(müddətinin 

uzadılması) 

üçün 


tələb 

olunan 


sənədlər 

46.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin  uzadılması)  üçün 

aşağıdakı sənədləri təqdim etməlidirlər: 

46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-

anket; 


46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər 

sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin 

müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 

46.1.3.  doğum  haqqında şəhadətnamənin və  ya  ona  bərabər tutulan digər sənədin 

notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan  18 yaşına çatmayan 

şəxslər üçün); 

46.1.4.  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsinə  əsas  olan  halların 

mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən 

sənəd; 

46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu 



xəstəliklərin  siyahısında  nəzərdə  tutulmuş  xəstəlik  virusu  daşıyıcısı  olmaması 

haqqında arayış; 

46.1.6.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  olma  və  ya  müvəqqəti 

yaşama hüququ verən sənədin surəti; 

46.1.7. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə 

yüksək  səviyyəli  mütəxəssis  olan  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri 

Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış 

vəsatəti; 

46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 

46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış, 

order,  icarə  (kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 

46.1.10.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

ərizəsi  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış 

sahəsinin olduğu hallar istisna olmaqla); 

46.1.11.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədinin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan 

şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

46.2.  Dövlət  rüsumunun  ödənilməsi  barədə  sənəd  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə təqdim edildiyi zaman verilir. 



46.3.  Müvəqqəti  yaşamaq  icazəsinin  alınması  üçün  müraciət  etmiş  şəxsdən  (15 

yaşınadək  uşaqlar  istisna  olmaqla)  biometrik  identifikasiya  tələblərinə  uyğun 

olaraq əl-barmaq izləri götürülür. 

 

Maddə  47.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsi 

(müddətinin uzadılması) qaydası 

47.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsinə  əsas  olan  hallar  mövcud 

olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti 

yaşama  müddətinin  bitməsinə  azı  30  gün  qalmış  bu  barədə  icazə  alınması  üçün 

müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 

47.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  icazəsini  almaq  üçün  şəxsən  və  ya  qanuni 

nümayəndələri vasitəsi ilə müraciət edirlər. 

47.3.  18  yaşına  çatmamış  uşağın  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin 

müraciəti əsasında alınır. 

47.4.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

verilməsi  barədə  ərizə-anket  və  tələb  olunan  digər  sənədlər  elektron  müraciət 

formasında təqdim edilə bilər. 

47.5.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsi  ilə  bağlı  müraciətlərinə 

müvafiq  icra  hakimiyyəti  orqanının  rəyi  nəzərə  alınmaqla,  20  iş  günü  ərzində 

baxılır. 

47.6.  Müvafiq  icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsi  ilə  bağlı  müraciət  etmiş  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  haqqında  10  iş  günü  ərzində  rəy  verir.  

47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü  ərzində müvafiq rəy 

bildirilmədikdə,  bu,  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsinə  etiraz 

olunmadığı kimi qəbul edilir. 

47.8.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

müddətinin  uzadılması  icazənin  verilməsi  üçün  müəyyən  edilmiş  qaydada  həyata 

keçirilir.  

47.9.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

müddəti  bitənədək  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  icazənin  müddəti 

uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər 

və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisini  tərk 

etməlidirlər.  

47.10.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə 

verilməsi  ilə  bağlı  müvafiq  məlumatların  toplanması  və  rəylərin  alınması, 

müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, 

habelə  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə 

verilməsi  ilə  əlaqədar  müraciət  etmiş,  Azərbaycan  Respublikasında  müvəqqəti 

yaşamaq  üçün  icazə  almış  və  ya  belə  icazənin  verilməsindən  imtina  edilmiş,  o 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə