Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

Maddə 

72. 


İş 

icazəsinin 

qüvvədə 

olma 


qaydalarına 

nəzarət 


72.1.  İş  icazəsinin  qüvvədə  olma  qaydalarına  nəzarəti  müvafiq  icra  hakimiyyəti 

orqanı həyata keçirir. 

72.2. 

Nəzarət 


qaydasında 

müvafiq 


icra 

hakimiyyəti 

orqanı:  

72.2.1. əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən işçi qüvvəsi kimi istifadə 

edilməsini tənzimləyən normativ hüquqi aktlara və bu Məcəllənin tələblərinə riayət 

edilməsini yoxlayır; 

72.2.2.  yoxlama  zamanı  ortaya  çıxan  məsələlər  haqqında  işəgötürəndən,  habelə 

əcnəbidən  və  vətəndaşlığı  olmayan  şəxsdən  məlumat  və  ya  arayış  alır; 

72.2.3.  bu  Məcəllənin  73-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  iş  icazəsini 

ləğv edir; 

72.2.4.  iş  icazəsi  olmadan  işə  cəlb  edilmiş  əcnəbiləri  və  vətəndaşlığı  olmayan 

şəxsləri,  habelə  həmin  şəxsləri  işə  cəlb  etmiş  işəgötürənləri  qanunla  müəyyən 

edilmiş qaydada məsuliyyətə cəlb edir. 

72.3.  İşəgötürənlər  yoxlamanın  aparılması  üçün  zəruri  olan  normal  şərait 

yaratmağa, tələb olunan sənədləri təqdim etməyə borcludurlar. 

72.4.  Yoxlama  nəticəsində  qanun  pozuntusu  aşkar  olunduqda,  bu  barədə  iki 

nüsxədən ibarət protokol, qanun pozuntusu aşkar olunmadıqda isə akt tərtib edilir. 

Protokolu  (aktı)  müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətli  şəxsləri  və 

işəgötürən imzalayırlar. Protokolu (aktı) imzalamaqdan imtina edildikdə, bu barədə 

həmin  sənəddə  qeyd  edilir.  Protokola  (akta)  işəgötürənin  izahatı  əlavə  olunur. 

Protokolun (aktın) bir nüsxəsi işəgötürəndə qalır. 

72.5.  Nəzarət  qaydasında  aparılan  yoxlamalara  digər  dövlət  orqanlarının 

nümayəndələri də cəlb edilə bilər. 

 

Maddə 73. İş icazəsinin ləğv edilməsi üçün əsaslar 



73.0.  Aşağıdakı  hallarda  müvafiq  icra  hakimiyyəti  orqanı  iş  icazəsini  ləğv  edir: 

73.0.1. əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən, yaxud işəgötürəndən müvafiq 

ərizə daxil olduqda; 

73.0.2. işəgötürənlə əcnəbi və vətəndaşlığı olmayan şəxs arasında bağlanmış əmək 

müqaviləsi vaxtından əvvəl pozulduqda; 

73.0.3.  iş  icazəsi  alınması  üçün  təqdim  edilən  sənədlərdə  düzgün  olmayan 

məlumatlar aşkar edildikdə; 

73.0.4.  bu  Məcəllənin  67.13-cü,  68.2-ci  və  69.6-cı  maddələrində  nəzərdə  tutulan 

hallarda; 

73.0.5. hüquqi şəxs olan işəgötürən ləğv edildikdə; 

73.0.6. məhkəmənin müvafiq qərarı olduqda. 

 

 



 

 

 



 

 

 



 


V BÖLMƏ 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI 



OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ 

 

FƏSİL 12 



 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ 

VƏZİYYƏTİNİN ƏSASLARI

 

  



 

Maddə  74.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqları 

74.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

olarkən,  qanunda  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan  Respublikasının 

vətəndaşları 

ilə 

bərabər 


bütün 

hüquqlardan 

istifadə 

edə 


bilərlər. 

74.2.  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  və  ya  müvəqqəti  olan 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqları  yalnız 

beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun 

olaraq məhdudlaşdırıla bilər. 

74.3.  Xarici  dövlət  onun  ərazisində  Azərbaycan  Respublikası  vətəndaşlarının 

hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda, Azərbaycan 

Respublikasının  qanunu  ilə  həmin  dövlətin  vətəndaşları  üçün  Azərbaycan 

Respublikasının  ərazisində  eyni  məhdudiyyətlər  müəyyən  edilə  bilər.  

74.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, 

irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə  münasibəti, fəaliyyətinin növündən və 

xarakterindən  və  digər  hallardan  asılı  olmayaraq,  Azərbaycan  Respublikasında 

qanun və məhkəmə qarşısında bərabərdirlər. 

74.5.  Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən  olunmuş  qaydada 

tutulmuş,  yaxud  həbs  edilmiş  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  bu 

hərəkətlərə  səbəb  olan  hallar  və  onların  hüquqları  haqqında  dərhal  məlumat 

verilməlidir. 

74.6.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

müəyyən  edilmiş  imtiyaz  və  immunitetə  malik  olan  əcnəbini  və  vətəndaşlığı 

olmayan  şəxsi  tutmuş,  yaxud  həbs  etmiş  orqan  bu  barədə  Azərbaycan 

Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada dərhal 

müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 

74.7.  Məhkum  edilmiş  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  cəza 

çəkməkdən  azad  edildikdə,  bu  barədə  cəzanı  icra  edən  orqanın  verdiyi  məlumat 

əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  həmin  şəxslərin  Azərbaycan 

Respublikasında  qalması  və  ya  bu  Məcəllənin  79.1.3-cü  maddəsində  göstərilən 

halda  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  məsələsini 

həll edir. 

 

Maddə 75. Əməkçi miqrantların hüquqları 




75.1.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  əməkçi  miqrantlara  əmək  şəraiti  ilə  bağlı  Azərbaycan 

Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər 

tətbiq  edilir  və  onların  əməyinin  ödənilməsi  qanunvericiliklə  Azərbaycan 

Respublikasının  vətəndaşları  üçün  müəyyən  olunmuş  qaydada  həyata  keçirilir. 

75.2.  Əməkçi  miqrantların  əmək  fəaliyyəti  ilə  bağlı  bu  Məcəllədə  nəzərdə 

tutulmayan  digər  məsələlər  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  ilə 

tənzimlənir. 

75.3.  Əməkçi  miqrant  vəfat  etdikdə,  onu  işə  cəlb  etmiş  hüquqi  və  ya  fiziki  şəxs 

əməkçi  miqrantın  cənazəsinin  daimi  yaşadığı  ölkəyə  göndərilməsini  təmin 

etməlidir. 

75.4.  İşəgötürənlər  tərəfindən  əməkçi  miqrantların  hüquqlarının  təmin  edilməsinə 

nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

 

Maddə 76. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri 



76.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

olarkən,  qanunla  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrlə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan  Respublikasının 

vətəndaşları 

ilə 

bərabər 


bütün 

vəzifələri 

yerinə 

yetirməlidirlər. 



76.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata 

keçirilməsi  Azərbaycan  Respublikasının  milli  mənafeyinə  zidd  olmamalıdır. 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikası 

Konstitusiyasının,  Azərbaycan  Respublikası  qanunlarının  və  digər  qanunvericilik 

aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət 

etməlidirlər. 

76.3.  Azərbaycan  Respublikasının  ərazisində  olan  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  ölkəyə  gəlişinin  bəyan  edilmiş  məqsədlərinə  riayət  etməli  və 

müəyyən  olunmuş  müddət  bitdikdən  sonra  ölkə  ərazisini  tərk  etməlidirlər.  

76.4.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  müvafiq  icra  hakimiyyəti 

orqanının  əməkdaşlarının  qanuni  tələblərinə  əsasən,  şəxsiyyətlərini  təsdiq  edən, 

habelə  Azərbaycan  Respublikasının  ərazisində  qanuni  əsaslarla  olmalarını  və  ya 

yaşamalarını 

təsdiq 


edən 

sənədləri 

təqdim 

etməlidirlər. 



76.5.  Müəyyən  vəzifələr  tutmaq,  yaxud  müəyyən  fəaliyyət  növləri  ilə  məşğul 

olmaq  Azərbaycan  Respublikasının  vətəndaşlığı  ilə  şərtləndirildiyi  hallarda 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  belə  vəzifələr  tuta  və  belə  fəaliyyətlə 

məşğul ola bilməzlər. 

76.6.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  dini  təbliğat  aparması 

qadağandır. 

 

Maddə  77.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və 



vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması 

77.1.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu 

ilə həyata keçirilir. 

77.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması 

üzrə  tədbirlər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  əlaqələndirilir.  




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə