Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   14   15   16   17   18   19   20   21   22

77.3.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  yerli  şəraitə  uyğunlaşdırılmasına  dair  tədbirləri  müvafiq  icra 

hakimiyyəti orqanları birgə həyata keçirirlər. 

77.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması 

işinə beynəlxalq və qeyri-hökumət təşkilatları cəlb edilə bilər. 

77.5.  Azərbaycan  Respublikasında  yaşayan  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslər  Azərbaycan  dilinin,  tarixinin,  mədəniyyətinin,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün 

müvafiq icra hakimiyyəti orqanının təlim-tədris mərkəzinə müraciət edə bilərlər. 

 

 



 

 

VI BÖLMƏ 



 

YEKUN MÜDDƏALAR 

 

FƏSİL 13 



 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMASI 

 

 



Maddə  78.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları 

78.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  aşağıdakı  hallarda  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 

78.1.1.  cinayət  törədildiyinə  görə  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənara məcburi çıxarma cəzası təyin edildikdə; 

78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından 

kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə; 

78.1.3.  bu  Məcəllənin  79-cu  maddəsinə  uyğun  olaraq  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması 

haqqında qərar  (bundan sonra  “kənara  çıxarma  haqqında qərar”)  qəbul edildikdə. 

78.2.  Cinayət  törətdiyinə  görə  məhkum  olunmuş  əcnəbilərə  və  ya  vətəndaşlığı 

olmayan  şəxslərə  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi 

çıxarma  cəzası  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  ilə  müəyyən 

edilmiş  hallarda  tətbiq  edilir  və  Azərbaycan  Respublikasının  Cəzaların  İcrası 

Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada  icra  edilir.  Həmin  şəxslərin  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli  gələn digər məsələlər 

bu Məcəllə ilə həll edilir. 

78.3. İnzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada 

çıxarılır.  Həmin  şəxslərin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 

çıxarılmasından  irəli  gələn  digər  məsələlər  bu  Məcəllə  ilə  həll  edilir.  



78.4.  Kənara  çıxarma  haqqında  qərar  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada 

qəbul və icra edilir. 

Maddə 79. Kənara çıxarma haqqında qərar 

79.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  aşağıda  göstərilən  hallarda  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 

79.1.1.  vizası  və  ya  müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərarı,  yaxud 

müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; 

79.1.2.  Azərbaycan  Respublikası  ərazisində  olması  arzuolunmaz  hesab  edildikdə; 

79.1.3.  cəza  çəkməkdən  azad  edilmiş  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan 

şəxslərin  Azərbaycan  Respublikasında  yaşamaları  üçün  bu  Məcəllənin  45-ci 

maddəsində müəyyən edilmiş əsaslar olmadıqda. 

79.2.  Kənara  çıxarma  haqqında  qərarla  həmçinin  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  5  ilədək  müddətə  ölkə  ərazisinə  gəlməsinə  məhdudiyyət 

qoyulur.  

79.3.  Qaçqın  statusu  verilmiş,  habelə  Azərbaycan  Respublikası  tərəfindən  siyasi 

sığınacaq  verilmiş  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  barəsində  kənara 

çıxarma haqqında qərar qəbul edilmir. 

79.4.  İnsan  alverindən  zərər  çəkmiş  hesab  olunan  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  barəsində  1  il  müddətində,  cinayət  təqibi  orqanlarına  yardım 

göstərən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  barəsində  isə  cinayət  təqibi 

başa  çatanadək  kənara  çıxarma  haqqında  qərar  qəbul  edilmir.  İnsan  alverinin 

qurbanı  olan  uşaqlar  barəsində  kənara  çıxarma  haqqında  qərar  qəbul  edilmir. 

79.5.  Kənara  çıxarma  haqqında  qərar  əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan 

şəxslərə  təqdim  edildiyi  vaxtdan  həmin  şəxslərin  üzərinə  aşağıdakı  müddətlərdə 

ölkəni tərk etmək öhdəliyi qoyur: 

79.5.1.  cəza  çəkməkdən  azad  edilmiş,  vizası  və  ya  müvəqqəti  olma  müddətinin 

uzadılması  barədə  qərarı  ləğv  edilmiş,  habelə  Azərbaycan  Respublikasının 

ərazisində  olması  arzuolunmaz  hesab  edilmiş  şəxslər  –  48  saat  ərzində; 

79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş şəxslər – 10 gün 

ərzində. 

79.6.  Kənara  çıxarma  haqqında  qərarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması 

əsaslandırılmalıdır. 

79.7. Barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla 

tanış  edilməli  və  qərarın  bir  nüsxəsi  ona  təqdim  olunmalıdır.  Əgər  həmin  şəxs 

Azərbaycan  dilini  bilmirsə,  bu  prosesdə  tərcüməçinin  iştirakı  təmin  olunmalıdır. 

79.8. Kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin 

verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. 

79.9.  Kənara  çıxarma  haqqında  qərar  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

icra edilir. 

 

Maddə  80.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının hüdudlarından kənara çıxarılmasının ümumi qaydaları 

80.1.  Bu  Məcəllənin  78.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənara  çıxarılması  qərara  alınmış  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  və 




Cəzaların  İcrası  məcəllələrində,  habelə  bu  Məcəllənin  79.5-ci  maddəsində 

müəyyən  olunmuş  müddətlərdə  Azərbaycan  Respublikasının  ərazisini  tərk 

etməlidirlər. Onların Azərbaycan Respublikasının ərazisini həmin müddət ərzində 

tərk  etməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təmin  edilir. 

80.2. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər 

və  ya  vətəndaşlığı  olmayan  şəxslər  müvafiq icra hakimiyyəti  orqanının  müraciəti 

əsasında  məhkəmənin  qərarına  əsasən  tutulur  və  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənara  çıxarılanadək  qanunla  müəyyən  olunmuş  qaydada  müvafiq 

icra  hakimiyyəti  orqanının  qanunsuz  miqrantların  saxlanılması  mərkəzlərinə 

yerləşdirilirlər.  

80.3. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar 

və  Cəzaların  İcrası  məcəllələrində,  habelə  bu  Məcəllənin  79.5-ci  maddəsində 

nəzərdə  tutulmuş  müddət  ərzində  qanunla  müəyyən  olunmuş  qaydada  könüllü 

olaraq  müvafiq  icra  hakimiyyəti  orqanının  qanunsuz  miqrantların  saxlanılması 

mərkəzlərinə yerləşdirilə bilərlər. 

80.4.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarma  ilə  bağlı 

sənədləşmə  yubandıqda  və  ya  çıxarılma  haqqında  qərarın  vaxtında  icrasına  mane 

olan digər üzrlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer 

üzrə  birinci  instansiya  məhkəməsi  həmin  orqanın  əsaslandırılmış  müraciəti 

əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır. 

80.5. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyəti  haqqında  məlumatların 

dəqiqləşdirilməsi  zəruri  olduqda,  müvafiq  informasiya  sistemləri  vasitəsi  ilə 

sorğular verilir və zəruri məlumatlar alınır. 

80.6.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyəti  təsdiq  edən 

sənədləri  olmadıqda  (itirildikdə,  gizlədildikdə  və  s.),  müvafiq  icra  hakimiyyəti 

orqanı  ilə  bu  Məcəllənin  81.1-ci  maddəsində  göstərilən  istiqamətlər  üzrə  xarici 

ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə 

birbaşa,  bütün  digər  hallarda  isə  müvafiq  icra  hakimiyyəti  orqanı  vasitəsi  ilə 

müraciət  olunaraq,  müvafiq  sənədləşmə  işləri  aparılır  və  onların  şəxsiyyətinin 

müəyyən edilməsi istiqamətində tədbirlər görülür. 

80.7.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılan  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslərdən biometrik identifikasiya tələblərinə uyğun olaraq 

əl-barmaq izləri götürülür. 

80.8.  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılması barədə müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumatlar 

göndərilir.  Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənara  çıxarılarkən,  Azərbaycan  Respublikasının 

sərhəd nəzarət  məntəqələrinədək  müvafiq  icra hakimiyyəti  orqanının  əməkdaşları 

tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq 

icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir. 

80.9. Azərbaycan Respublikasının ərazisindən çıxarılan əcnəbilərin və vətəndaşlığı 

olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin 




çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul 

edən  şəxslərin,  idarə,  müəssisə  və  təşkilatların,  qəbul  edən  tərəf  olmadıqda  isə 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  üzərinə  düşür. 

80.10.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  əcnəbilər  və 

ya  vətəndaşlığı  olmayan  şəxslər  haqqında  məlumatlar  “Giriş-çıxış  və  qeydiyyat” 

idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminə  daxil  edilir. 

80.11. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilərin və 

vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması  Vahid  Miqrasiya  Məlumat 

Sistemi vasitəsi ilə həyata keçirilir. 

 

Maddə  81.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma 



istiqamətləri 

81.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənara  çıxarılması  aşağıdakı  istiqamətlərdə  həyata  keçirilir:  

81.1.1.  əcnəbi  –  vətəndaşı  olduğu  ölkəyə,  bu  mümkün  olmadığı  halda  isə 

Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə; 

81.1.2.  vətəndaşlığı  olmayan  şəxs  –  bundan  əvvəl  daimi  yaşadığı  ölkəyə, 

Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və 

bu barədə vəsatət qaldıran ölkəyə; 

81.1.3. ikili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu 

ölkəyə. 


81.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılma barədə yuxarıda qeyd 

olunan istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə məlumat verilir. 

 

 

 



 

FƏSİL 14 

 

MƏSULİYYƏT



 

  

 



Maddə 82. Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

82.1.  Azərbaycan  Respublikasına  gəlməyin  və  Azərbaycan  Respublikasından 

getməyin,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  olmasının,  müvəqqəti  və  ya  daimi 

yaşamasının  və  əmək  fəaliyyəti  ilə  məşğul  olmasının,  habelə  Azərbaycan 

Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəldilməsinin  bu  Məcəllə  ilə 

müəyyən  edilmiş  qaydalarını  pozmuş  fiziki  və  hüquqi  şəxslər  qanunla  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

82.2.  Bu  Məcəllənin  tələblərini  pozmuş  dövlət  orqanlarının  vəzifəli  şəxsləri 

qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

82.3.  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının 

ərazisinə 

qanunsuz 

gəlməsinin, 

onların 


Azərbaycan 

Respublikasının  ərazisində  qanunsuz  olmasının,  yaşamasının,  Azərbaycan 

Respublikasının  ərazisindən  qanunsuz  olaraq  tranzit  keçməsinin,  o  cümlədən 



qanunsuz işləməsinin təşkil edilməsində təqsirkar şəxslər qanunla nəzərdə tutulmuş 

qaydada məsuliyyət daşıyırlar. 

82.4.  Əvvəllər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  və  ya 

məcburi qaydada çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş 

əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  həmin  müddət  ərzində  bilərəkdən 

sənədlərində  dəyişiklik  edərək  yenidən  ölkəyə  daxil  olduqda,  qanunla  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

82.5.  İşə  cəlb  edilməsi  məqsədi  ilə  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

pasportlarını və ya şəxsiyyəti təsdiq edən digər sənədlərini götürən, saxlayan və ya 

gizlədən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 



 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə