Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Maddə  54.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin  verilməsi 

(müddətinin uzadılması) qaydası 

54.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  Azərbaycan  Respublikasında 

daimi  yaşamaq  üçün  icazə  verilməsinə  əsas  olan  hallar  mövcud  olduqda, 

Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşama  icazəsinin  müddətinin 

bitməsinə  ən  azı  3  ay  qalmış  bu  barədə  icazə  alınması  üçün  müvafiq  icra 

hakimiyyəti orqanına müraciət etməlidirlər. 

54.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

daimi  yaşamaq  üçün  şəxsən  və  ya  qanuni  nümayəndələri  vasitəsi  ilə  müraciət 

edirlər. 

54.3. 14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün 

icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 

yaşı  olan  uşağın  isə  razılığı  alınmaqla,  valideyninin  və  ya  digər  qanuni 

nümayəndəsinin müraciəti əsasında alınır. 

54.4.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin 

verilməsi  barədə  ərizə-anket  və  tələb  olunan  digər  sənədlər  elektron  müraciət 

formasında təqdim edilə bilər. 

54.5.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

daimi  yaşamaq  üçün  icazə  verilməsi  ilə  bağlı  müraciətlərinə  baxılarkən,  onların 

Azərbaycan  Respublikasının  qanunları  ilə  nəzərdə  tutulmuş  hüquq  və  vəzifələri, 

habelə  dövlət  dili  ilə  bağlı  biliyi  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. 

54.6.  Müvafiq  icra  hakimiyyəti  orqanı  müraciət  etmiş  şəxslərin  sənədlərini 

baxılması  və  rəy  bildirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  göndərir. 

54.7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  1  ay  müddətində  daxil  olmuş  sənədlərlə 

bağlı  yoxlama  apardıqdan  sonra  sənədləri  müvafiq  icra  hakimiyyəti  orqanına 

qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi 

yaşamaq  üçün  icazənin  verilməsinə  etiraz  olunmadığı  kimi  qəbul  edilir. 

54.8. Müvafiq icra hakimiyyəti orqanı daimi yaşamaq üçün icazənin verilməsi ilə 

bağlı  müvafiq  icra  hakimiyyəti  orqanına  və  digər  aidiyyəti  qurumlara  müvafiq 

sorğular göndərir və rəsmi arayışlar alır. 

54.9.  Azərbaycan  Respublikasında  daimi  yaşama  icazəsi  almaq  üçün  müraciət 

etmiş  şəxsin  vəsatətinə  2  ay  müddətində  baxılmaqla,  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müvafiq qərar qəbul edilir. 

54.10. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin 

təmin  edilməsi  və  ya  rədd  edilməsi  əsaslandırılmalı  və  bu  qərarın  surəti  ona 

verilməlidir. 

54.11.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında 

daimi  yaşamaq  üçün  icazənin  verilməsindən  imtina  edildikdə,  imtina  edildiyi 

gündən  etibarən  bir  ay  müddətində  imtinaya  səbəb  olan  hal  aradan  qalxdıqda, 

müvafiq  icra  hakimiyyəti  orqanına  təkrar  müraciət  edilə  bilər.  Bu  halda  yalnız 

imtina  edilməsinə  səbəb  olan  halın  aradan  qalxdığını  təsdiq  edən  sənəd  təqdim 

edilir.  

54.12.  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazə  5  il  müddətinə 

verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan 




şəxsin  müraciətinə  əsasən  daimi  yaşamaq  üçün  verilmiş  icazə  yenidən  5  il 

müddətinə  uzadıla  bilər.  Uzadılmaların  sayı  məhdudlaşdırılmır.  Bu  zaman  bu 

Məcəllənin  53-cü  maddəsində  nəzərdə  tutulan  sənədlər  yenidən  təqdim  olunur.  

54.13. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi 

ilə  bağlı  müvafiq  məlumatların  toplanması  və  rəylərin  alınması,  daimi  yaşamaq 

üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan 

Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə  verilməsi  ilə  əlaqədar 

müraciət  etmiş,  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün icazə  almış  və 

ya  belə  icazənin  verilməsindən  imtina  edilmiş,  o  cümlədən  Azərbaycan 

Respublikasında  daimi  yaşamaq  üçün  icazəsi  ləğv  edilmiş  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması  Vahid  Miqrasiya  Məlumat 

Sistemi vasitəsi ilə həyata keçirilir. 

 

Maddə  55.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin  verilmədiyi 

(müddətinin uzadılmadığı) hallar 

55.0.  Aşağıdakı  hallarda  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  əcnəbiyə  və 

vətəndaşlığı  olmayan  şəxsə  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün 

icazə  verilmir  (müddəti  uzadılmır),  əvvəl  verilmiş  icazə  isə  ləğv  edilir: 

55.0.1.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə  və  ya  ictimai  asayişə 

zərər vurula biləcəyi hallarda; 

55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli 

yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı 

ilə nikahda olanlar istisna olmaqla); 

55.0.3.  şəxsiyyətini  təsdiq  edən  sənədləri  olmadıqda  və  ya  bu  Məcəllənin  53-cü 

maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 

55.0.4.  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  icazəsi  almaq  üçün  saxta 

sənədlər 

təqdim 

edildikdə 



və 

ya 


yalan 

məlumatlar 

verildikdə; 

55.0.5.  qəsdən  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətdiyinə  görə  məhkum 

olunduqda, 

əgər 


məhkumluğu 

qanunla 


müəyyən 

edilmiş 


qaydada 

ödənilməmişdirsə və ya götürülməmişdirsə; 

55.0.6.  özlərinin  və  onlarla  gələn  ailə  üzvlərinin  minimal  tələbatını  ödəyə  bilən 

vəsaiti  olmadıqda  (yaxın  qohumu  olan  Azərbaycan  Respublikasının  vətəndaşı  və 

ya  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazə  almış  şəxs  ölkədə 

qaldıqları  vaxtda  onların  təminatını  öz  üzərinə  götürdüyü  hallar  istisna  olmaqla); 

55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini 

tərk etdikdə; 

55.0.8.  daimi  yaşamaq  üçün  icazənin  verildiyi  gündən  etibarən  hər  bir  il  ərzində 

Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  olduğu  günlərin  cəmi  180 

gündən çox olduqda; 

55.0.9.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamağa  icazə  alması 

üçün əsas olmuş hallar aradan qalxdıqda; 

55.0.10.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşayan  əcnəbinin  və  ya 

vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  qanunları  ilə  nəzərdə 

tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə