Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

edilir. 

51.7.  Əmək  miqrasiyası  kvotasının  müəyyən  edilməsi  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

51.8. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, 

habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin 

təsviri,  spesifikasiyası  və  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq edilir. 

 

 



 

FƏSİL 8 


 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ 

DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ 

 

 



Maddə  52.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq 

edən sənəd 

52.1.  Bu  Məcəllənin  45.0.1–45.0.7-ci  maddələrində  nəzərdə  tutulmuş  əsaslarla 

müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti 

yaşayan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  icazəsi  almaq  üçün  vəsatət  verə  bilərlər. 

52.2.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  üçün  icazə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

verilir. 

52.3.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  üçün  icazə  verildikdə,  həmin  şəxslərə  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının  ərazisində  daimi 

yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 

52.4.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsi 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  üçün  icazə  və  etibarlılıq  müddətində  Azərbaycan 

Respublikasından  getmək  və  viza  almadan  Azərbaycan  Respublikasına  qayıtmaq 

hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri 

üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 

52.5.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə 

vəsiqəsinin  təsviri,  spesifikasiyası  və  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir. 

 

Maddə  53.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  daimi  yaşamaq  icazəsinin  verilməsi  (müddətinin 

uzadılması) üçün tələb olunan sənədlər 

53.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  icazəsinin  alınması  (müddətinin  uzadılması)  üçün 

aşağıdakı sənədləri təqdim etməlidirlər: 



53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-

anket; 


53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 

53.1.3.  doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin 

notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan  18 yaşına çatmamış 

şəxslər üçün); 

53.1.4.  ailə  tərkibi  haqqında  (ailə  üzvlərinin  adı,  soyadı,  təvəllüdü,  məşğuliyyəti, 

yaşadığı və ya olduğu yer göstərilməklə) arayış; 

53.1.5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti; 

53.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu 

xəstəliklərin  siyahısında  nəzərdə  tutulmuş  xəstəlik  virusu  daşıyıcısı  olmaması 

haqqında arayış; 

53.1.7.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  və  onlarla  gələn  ailə 

üzvlərinin  minimal  tələbatını  ödəyə  bilən  vəsaiti  olması  barədə  sənəd  (yaxın 

qohumu  olan  Azərbaycan  Respublikasının  vətəndaşı  və  ya  Azərbaycan 

Respublikasında  daimi  yaşamaq  üçün  icazə  almış  şəxs  ölkədə  qaldıqları  vaxtda 

onların 

təminatını 

öz 

üzərinə 


götürdüyü 

hallar 


istisna 

olmaqla); 

53.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, 

bunu  təsdiq  edən  sənədlərin  notariat  qaydasında  təsdiq  olunmuş  surətləri; 

53.1.9.  Azərbaycan  Respublikasında  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə 

vəsiqəsinin surəti; 

53.1.10.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  alınmasına 

əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında 

təsdiq olunmuş surəti; 

53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 

53.1.12.  14-18  yaşında  olan  uşaqların  notariat  qaydasında  təsdiq  edilmiş  razılığı; 

53.1.13.  qeydiyyata  alınacağı  yaşayış  sahəsinin  sənədi  (mülkiyyət  hüququnun 

dövlət  qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən 

çıxarış,  order,  icarə  (kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 

53.1.14.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

ərizəsi  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış 

sahəsinin olduğu hallar istisna olmaqla); 

53.1.15.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan 

şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

53.2.  Dövlət  rüsumunun  ödənilməsi  barədə  sənəd  Azərbaycan  Respublikasının 

ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan 

şəxslərə təqdim edildiyi zaman verilir. 

53.3.  Daimi  yaşama  icazəsinin  alınması  üçün  müraciət  etmiş  şəxsdən  (15 

yaşınadək  uşaqlar  istisna  olmaqla)  biometrik  identifikasiya  tələblərinə  uyğun 

olaraq əl-barmaq izləri götürülür. 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə