nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və patogenlərə yoluxması
artır. nkişaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər əhalisi üçün
kanalizasiyanın mühəndis sistemi tikilməlidir.
Çay sularında asılı maddələr əksəriyyət hallarda narın torpaq
hissəciklərindən ibarətdir. Asılı gətirmələrin qatılığı torpağın su
eroziyasının ,yəni hövzənin vəziyyətinin göstəricisidir. Bu prosesdə kənd
təsərrüfatı böyük rol oynayır.Ümumiyyətlə, hər hansı birbeyni şəraitdə əkin
sahələri çox olduqca çay axını gətirmələri də artır.
Dünya çaylarının axım gətirmələrinin miqdarı təxminən ildə 20 mlrd.ton
təşkil edir. Çay hövzəsində insan fəaliyyətinin təsirilə torpaq səthinin və bitki
örtüyünün pozulması nəticəsində axım gətirmələrinin miqdarı artır. Axım
gətirmələrinin antropogen çoxalması çaylarda gəmilərin hərəkət şəraitini
pisləşdirir, su anbarlarını və suvarma sistemlərini lilləndirir.
Gətirmələr halında narın torpaq hissəcikləri adətən, öz səthində fosfor
birləşmələrini adsorbsiya edir. Çaylar üzərində bəndlər yaradıldıqdan sonra
demək olar ki, gətirmələrin hamısı adsorbsiya edilmiş forforla birlikdə su
anbarlarında akkumulyasiya olunur. Bu isə bəndin aşağı yerində torpağın
münbitliyini və balığın məhsuldarlığını aşağı salır.
Turşuluq göstəricisi (PH) 5 və aşağı olan təbii suların asidifikasiya
vəziyyətində olması qəbul olunmuşdur. sveçdə 85000 göldən 4000-i ciddi
adifikasiyalı,18000-i isə müəyyən kritik dövrlərdə, xüsusən qarın ərimə
dövründə turşuluğu çoxalır. 4500 göldə demək olar ki, balıq yoxdur,1800
göldə isə olduqca yüksək asidifikasiyaya məruz qaldığından demək olar
ki,canlı həyat yoxdur. Cənubi Norveçdə minlərlə göl asidifikasiyaya
uğrayıb,onlardan 1750 də balıq yoxdur.Finlandiyada 8000 göldən 500 ü
asidifikasiya olunub.Kanada,ABŞ,Daniya,Qərbi və Şimali Böyük Britaniya,
Almaniya,Niderland,Avstriya və sveçrədə də asidifikasiyaya məruz qalan
göllər çoxdur.
Ekosferdə bir çox proseslər turşu-qələvi reaksiyası ilə təyin olunur,yəni
PH- göstəricisinin ölcüsündən asılıdır. Su hövzələrində gedən bioloji
proseslər –yosunların inkişafı,mikroorqanizmlərin parçalanması,nitrifikasiya
və denifitrikasiya PH-dan asılıdır.PH-ın optimal ölçüsü 6-8 arasında optimal
ölçü hesab olunur.Su ekosistemlərində flora və faunanın dəyişməsi
asidifikasiyanın mühüm indikatoru sayılır. Şərqi Kanada göllərində PH-6
olduqda xərçəngkimilər,həşəratlar,bəzi yosunlar və zooplankton yoxa çıxır.
PH 5-dən az olduqda balıq populyasiyaları da yoxa çıxır, suda-quruda
yaşayanların reproduksiyası məhdudlaşır.
Göllərin asidifikasiyasını müəyyən dərəcədə idarə etmək olar. Bunun əsas
iki yolu var : 1) Gölə və onun bütün hövzəsinə turşulu yağışların miqdarını
azaltmaq, 2) Suyu əhəngləmək yolu ilə ona bilavasitə təsir etmək.
Ə
həngləmə apardıqdan sonra göl suyunun vəziyyəti tez bir vaxtda
yaxşılaşır və reaksiyası neytrala yaxınlaşır. Lakin bioloji bərpa olma prosesi
yavaş gedir, balıq populyasiyaları isə əhəngləmə apardıqda 5 ildən sonra da
tam bərpa olunmur. Gölün suyunu kifayət qədər normal saxlamaq üçün dövri
olaraq əhəngləməni təkrarlamaq vacibdir.
Evtrofikasiya yunan sözü olub qida (trofe) deməkdir. O.su hövzələrində
biogen elementlərin toplanması nəticəsində onun bioloji məhsuldarlığının
güclənməsi deməkdir. Biogen maddələrin, yəni fosfor və azot birləşmələrinin
həddindən çox gölə, su anbarına,çay mənsəbinə,həmçinin dəniz sahilyanı
suyuna daxil olması su bitkilərinin,xüsusən mikroskopik yosunların və
makrofitlərin güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunların güclü
inkişafı (“çiçəklənmə”) baş verərək hətta sahəcə böyük olan su anbarlarını
ə
hatə edə bilər.”Çiçəklənmədən” sonra mikroskopik yosunlar quruyur və çox
vaxt kütlənin oksidləşməsi üçün həll olmuş oksigenin hamısını sudan
çəkir(alır). Həm “çiçəklənmə”, həm də yosunların destruksiyası
(parçalanması) zamanı suyun keyfiyyəti pisləşir.
Evtrofikasiya bir sıra əlverişsiz siyasi nəticələr verir. Suyun keyfiyyəti
pisləşir,gölün rekreasiya qiyməti aşağı düşür,balıq populyasiyası azalır,
suaşıranları,kanalları,hətta gəmilərin hərəkət yollarını təcrid edir(bağlayır).
Evtrofikasiya yavaş inkişaf edən təbii prosesdir,çox yerlərdə insan
fəaliyyəti nəticəsində sürətlə tezləşir, beləliklə, ekoloji deqredasiya prosesinə
çevrilir.Evtrofikasiya həmçinin fosfor və azotun qlobal biogeokimyəvi
siklinin ciddi antropogen dəyişməsidir.Azot və fosforun əsas mənbəyi kənd
təsərrüfatı(əkinçilik
və
maldarlıq)
hesab
olunur.
Çox
hallarda
evtrofikasiyanın əsas səbəbkarı fosfor birləşmələrinin yükünün artması
sayılır, bəzən isə azot aparıcı rolu oynayır.
Su hövzələrinin və dənizlərin sahil zonasının antropogen evtrofikasiya
problemi inkişaf etmiş ölkələrdə 25-35 il əvvəl baş vermişdir.Hazırda inkişaf
etməkdə olan ölkələrdə, məsələn ,Braziliya,Filippin,Çin,Morokko və
başqalarında evtrofikasiyanın ciddi problemlərinin əlamətləri meydana
çıxır.Şübhəsiz ki, biogen elementlərin qlobal biogeokimyəvi siklinin
intensivləşməsinə əsaslanan evtrofikasiya prosesi bu ölkələrdə genişlənərək
güclənəcəkdir.
Təbii sularda və su təchizatı mənbələrində nitratların əsas mənbəyi kənd
təsərürfatı sayılır. Nitratlar yüksək həll olmaları ilə fərqlənir. Odur ki, çox
hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd təsərrüfatının
intensivliyi artdıqca və gübrələrdən istifadənin tarixi uzun müddətlidirsə
nitratlarla çirklənmə bir o qədər çox olur.Qərbi Avropanın bir çox
ölkələrində (Almaniya,Çexoslovakiya,Daniya,Fransa və b.) quyu sularında
nitratların yüksək dərəcədə olması ilə əlaqədar istifadə üçün
yararsızdır. çməli suda nitratların izafi qatılıqda olması insanın sağlamlığında
problemlər ,xüsusilə uşaqlarda qan xəstəliyi ,böyüklərdə isə xərçəng xəstəliyi
təhlükəsi yarada bilər.
Dostları ilə paylaş: |