Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Beynəlxalq  Səhiyyə  təşkilatı  tərəfindən  təyin  edilmişdir  ki,  içməli  suda 

nitratların norma miqdarı NO

3

 şəklində 11 mq/l-ə qədər azot olmalıdır. 



Nitratların  yeraltı  sulara  daxil  olması,ümumiyyətlə  yeraltı  suların 

çirklənməsi  ciddə  problem  sayılır,  belə  ki,  yerüstü  sulara  nisbətən  yeraltı 

suların hərəkəti olduqca zəifdir. Odur ki, hidrogeoloji formasiyaya daxil olan 

çirkli su orada uzun müddət qala bilər. 

Suyun minerallaşması dedikdə onun tərkibində olan həll olmuş maddələr 

başa  düşülür.  nsan  fəaliyyəti  gücləndikdə  təbiətdə  rast  gəlinən  ionların 

miqdarı iqlim şəraitdən asılı olaraq suda artır (xloridlər, sulfatlar, hidrokarbo- 

natlar,kalsium,natrium,kalium).Xüsusən  arid  regionlarında  çay  hövzələrində 

suvarmanın 

inkişafı 

nəticəsində 

minerallaşmış 

sular 

və 


torpaq 

horizontlarından  yuyulmuş  bir  çox  maddələr  yenidən  çaya  qayıdır,məsələn, 

Sırdərya,Amudərya  və  Kolorada  çaylarının  minerallaşma  dərəcəsi2-3  dəfə 

artıb, 2-3 q/l-ə çatmışdır. Dünyanın bir çox su obyektlərində ağır metallar və 

arsen  suyun  keyfiyyətində  ciddi  problem  yaradır.Yer  qabığında  müəyyən 

edilmiş 100 kimyəvi elementdən nəzərə çarpacaq dərəcədə canlı maddələrin 

tərkibinə  22  daha  yüngül  element  daxil  olur.  Sənayedə  suyun 

tərkibinə,həmçinin  orqanizmə  yad  olan  çox  vaxt  zəhərli  ağır  metallar 

(kadmium, qurğuşun,civə,sink,xrom,mis və s.) daxil olur. Bir çox kommunal 

təmizləyici qurğular da tərkibinə  ağır metallar olan sənaye çirkabları qəbul 

edir. 



Dağ-mədən  sənayesi  və  əlvan  metallurgiya  bu  tipdə  çirklənmənin  digər 

mənbəyi sayılır(xüsusən inkişaf etməkdə olan ölkələrdə). 

Hazırda istehsalatda və istifadə olunan 100000-ə qədər kimyəvi,əksəriyyət 

halda üzvi maddələr mövcuddur. Bu maddələrin kiçik qatılıqda ətraf mühitə 

düşməməsi praktiki olaraq mümkün deyil. Üzvi mikroçirkləndiricilərlə suyun 

keyfiyyətinin  pisləşməsi  sintetik  maddələr(əşya)  və  pestisidlər  istehsalı,qara 

metallurgiya,neftayırma,sellüloz-kağız  və  toxuculuq  sənayesi  sektorları,daş 

kömür çıxarma və b. sahələrlə əlaqədardır. 

Təbii sularda üzvi maddələrin qatılığı adətən 1 litrdə 1000 nanoqrammdan 

az , yəni milyardın bir hissəsi qədər olur. Bu maddələrin suda olduqca kiçik 

qatılığının ölçülməsi yüksək,çox vaxt mümkün olmayan dəqiqlik tələb edir. 

Bununla  belə  kəskin  zəhərli  olan  bu  polyutantların  ölçülməsi  vacibdir.  1 

qram  polixlorlu  bifenillər  (PXB)    (dioksin  və  b.),  1  mln.kub  m.  suyu  həyat 

üçün  yararsız  hala  salır.  Hamıya  məlum  olan  DDT  (dust)  də  bu  qəbil  

çirkləndiricilərdəndir. PXB və DDT xlorüzvi birləşmələrə aiddir. Onlar ətraf 

mühitdə  uzun  müddət  qalaraq,  qida  zəncirləri  ilə  ötürülür,onların  bəzi 

həlqələrində  toplanır,  xüsusilə  orqanizmin  immunitet  sistemini  qırmaq 

(zəiflətmək) qabiliyyətinə malikdir.  

Suyun  keyfiyyət  standartı onun  istifadə  məqsədindən  asılı  olaraq  (içməli 

su,ev təsərrüfatı üçün işlədilən su,balıq təsərrüfatı,rekreasiya,suvarma,sənaye 

və s.) dəyişir. Təbiidir ki, içməli suya olan tələbat yüksəkdir. Bu baxımdan, 



balıq  təsərrüfatına  tələbat  daha  yüksəkdir,belə  ki,  içməli  su  mənbədən 

götürüldükdən sonra da emal etmək (təmizləmək) olar. 

çməli  suyun  ilk  keyfiyyət  standartları  ABŞ  və  Rusiyada  təsdiq 

olunmuşdur.  Bu  standartlarda  içməli  suların    keyfiyyət  normaları  verilir. 

QOST.2874-82  “ çməli  su”  standartında  suyun  mikrobioloji  tərkibinə,fiziki 

və kimyəvi xarakteristikasına olan tələbat müəyyən edilmişdir. Bu QOST-da 

kimyəvi  maddələrin  miqdarının  mümkün  həddinin  səviyyələri  verilir. 

Məsələn, hidrogen göstəricisi (PH)-6-9,0 , dəmir-(mq/l) -0,3-ə qədər,ümumi 

codluq (mq.ekv/l)-7,0-ə kimi, marqans (mq/l)-0,7-ə qədər, mis(mq/l)-ə qədər, 

xloridlər  (mq/l)-350-ə  qədər,  sink(mq/l)-5,0-ə  qədər,alüminium(mq/l)-0,5-ə 

qədər, berillium(mq/l)-0,0002, qurğuşun (mq/l)-003. 

çməli  suyun  təmizlənməsi  :  Su  kəməri  stansiyalarında  içməli  su  almaq 

üçün bir sıra proseslərdən istifadə olunur. Onlar aşağıdakılardan ibarətdir: 

1.

  Mikroələklərdən  istifadə  edərək  yosunları  və  digər  orqanizmləri 



kənarlaşdırmaq, 

2.

  Durulducu  hovuzlarda  suyu  kobud  asılı  maddələrdən  təmizləmək  və 



durultmaq, 

3.

  Koaqulyasiya0 suyun kimyəvi işlənməsi (emalı),adətən kükürd oksidi 



alüminiumla  aparılır,  onun  təsiri  nəticəsində  asılı  hissəciklər 

bərkiyərək bir-birinə yapışır və iri lopa (yumaq) şəklində çökür, 




4.

  Süzgəcdən  keçirmək-  adətən  kvars  qumu  layından  keçirilir,bunun 

nəticəsində asılı hissəciklər və mikrobların 70-80%-i tutulur, 

5.

  Zərərsizləşdirmə  (dezinfeksiya  etmək):  a)  suyun  xlorlanması-bəzən 



dixlorlanma  da  aparılaraq  qalıq  xloru  və  onun  xoşagəlməz  iyi 

kənarlaşdırılır,  b)  ozonlaşdırmaq,  v)  suyun  ultrabənövşəyi  şüalarla 

işlənməsi,254-257  mmk  uzunluqda  dalğalı  işıq  spektri  bakteriyaları 

məhv edir. 

Rio-de-Janeyroda (iyun,1992) BMT-nin konfransında əhalinin keyfiyyətli 

içməli  su  ilə  təmin  olunması  problemi  bəşəriyyətin  dayanıqlı  inkişaf 

strayegiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında 

qeyd  edilir  ki,  planetar  miqyasda  bəşəriyyətin  sağlamlığı  istifadə  olunan  şirin 

suyun keyfiyyətindən asılıdır. 

 

 



 

 

 



 

 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə