Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

nsan  fəaliyyəti  çayları  drenaj  sistemindən    faktiki  olaraq  yüksək  çirklənmə 

səviyyəsinə (100 PDK) çatdıraraq çirkab axına çevirir. Hövzədə təbii proseslər 

üstünlük  təşkil  edərkən  çay  axımı  təbii  həll  olmuş  maddələr  gətirirdi.  nsan 

fəaliyyəti(sənaye,kənd təsərrüfatı,tikinti və s.) kimyəvi maddələrin miqrasiyasını 

gücləndirir,təbii  sularda  onların  qatılığı  artır,yəni  suyun  keyfiyyəti  pisləşir.Bu 

zaman  təbii  mühitə,o  cümlədən  təbii  suya  antropogen  mənşəli  maddələr  daxil 

olur.Çox vaxt onlar bu şərait üçün yad olub əlverişsiz xassəli , bəzən zəhərli olur. 

Çay suyunda çirkləndirici maddələrin ümumi miqdarı bir neçə minə çatır. 

Təbii  suların  çirklənməsinin  əsas  mənbələri  –qara  və  əlvan  metallurgiya 

müəssisələri,kimya,neft,qaz,daş 

kömür,sellüloz-kağız 

sənayeləri,kənd 

təsərrüfatı(əkinçilik  və  intensiv  heyvandarlıq)  və  kommunal  təsərrüfatı  hesab 

olunur. 


Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: 

-

  Həll olmuş oksigen, onun miqdarı nə qədər yüksəkdirsə,suyun keyfiyyəti 



bir o qədər yaxşı olur. 

-

  Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqca çirkləndirici 



maddələr də çox olur və suyun keyfiyyəti bir o qədər pisləşir. 

-

  Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaları 



(kalititr) miqdarıdır. 


-

  Suda  amonyakın  (NH

4

),  nitratların  (NO



3

),nitritlərin  (NO

2

),neft  və  neft 



məhsullarının  ,fenolun,sintetik  səthi-aktiv  maddələrin  ,ağır  metalların 

miqdarı. 

Xəstəliklərin  baş  verməsi  və  yayılması  suyun  çirklənməsi  xarakterindən  və 

dərəcəsindən  asılıdır.Dünyada  xəstəliklərin  80%-i  içməli  suyun  kifayət  qədər 

keyfiyyətli  olmaması  ilə  bağlıdır.  nkişaf  etməkdə  olan  ölkələrdə  içməli  suyun 

tərkibindəki  patogenlərin  və  çirkləndiricilərin  təsiri  nəticəsində  hər  il  25  mln. 

insan ölür.  shal(diareya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 

1990-cı ilə dünyada 1 milyarddan artıq adam təmiz içməli su ilə və 1,7 milyard 

adam kanalizasiya ilə təmin olunmayıb. 

Su  obyektlərinin  çirklənmə  mənbələrinin  2  əsas  qrupu  mövcuddur:nöqtə-

nöqtə (nöqtədən) çirklənmə mənbələri və dağınıq çirklənmə mənbələri. I qrupa 

sənaye müəssisələrinin və kommunal çirkablarının təmizləmə qurğuları,II qrupa 

kənd  təsərrüfatı  ilə  əlaqədar,məsələn,  gübrə  və  pestisidlərin  parçalanma 

məhsulları ilə suyun çirklənməsi aiddir. 

Suyu  çirkləndirən  maddələr  və  onların  indiqatorlarını  da  bir  neçə  qrupa 

bölmək  olar.  Hərbir  qrup  çirkləndirici  müxtəlif  tip  su  obyektlərində  suyun 

keyfiyyəti  üzrə  spesifik  problemlər  yaradaraq  özünə uyğun nəzarət  strategiyası 

tələb edir: 

-

  Mikrobioloji indikatorlar insanın sağlamlığı ilə bağlıdır (məsələn,bağırsaq 



basili-bakteriyası patogen bakteriyasını göstərən indikator sayılır); 


-

  Asılı maddələr (ümumi miqdarı,suyun bulanıqlıq və şəffaflıq dərəcəsi) 

-

  Üzvi  maddələr.Çirklənmənin  indikatorları:həll  olan  oksigen,oksigenin 



biokimyəvi və kimyəvi sərfi,fosfatlar,xlorofill-A; 

-

  Biogen maddələr (azot və fosfor birləşmələr); 



-

  Əsas  ionlar  (həll  olan  maddələrin  ümumi  miqdarı,elekttrik  keçiricilik 

dərəcəsi,PH,kalsium,maqnezium,natrium,kalium,xloridlər,sulfatlar,bikarb

onatlar,bor,ftor, suyun codluğu) 

-

  Qeyri-üzvi  mikroçirkləndiricilər,  (alüminium,arsen,berillium,  kadmium, 



xrom,kobalt,mis,sianidlər,hidrogen-sulfid,dəmir,qurğuşun,litium, marqans, 

civə,molibden,nikkel,selen,vanadium,sink); 

-

  Üzvi  mikroçirkləndiricilər,(onlar  çoxdur:polixloridli-bifenillər,  benzapi  -



ren,  pestisidlər  və  b.,onlar  çox  kiçik  qatılıqda  da  zərərlidir,az  qatılıqda 

olduğu üçün onları təyin etmək olduqca çətindir) 

Patogenlərlə  yoluxma-mədə  bağırsaq  xəstəliklərindən  yüksək  dərəcədə 

xəstəlik  və  ölümün  çox  mühüm  faktoru.Bu  əhalinin  sıxlığından  və  onun 

sosial-iqtisadi  inkişafından  bilavasitə  asılıdır,odur  ki,  inkişaf  etməkdə  olan 

ölkələr  üçün  səciyyəvidir. nkişaf  etmiş  ölkələrdə  içməli  su  təchizatı 

sistemində  su  emal  olunur,  lakin  inkişaf  etməkdə  olan  ölkələrdə    içməli  su 

kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir. 

Hindistanda 1980-ci ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 

şə

hərdən  yalnız  8-də  aparılmışdır,217  şəhərdə  isə  təmizlənmə  natamam 




(qismən) yerinə yetirilmişdir.Nyu-Dehli şəhərindən axan Yamuna çayı sutka 

ə

rzində  0,2  mln.kub  m.  təmizlənməmiş  çirkab  su  qəbul  edir.Bunun 



nəticəsində  şəhər  daxilində  suyun  patogen  çirklənmə  indeksi  3200  dəfə 

artaraq 100 ml suda koli bakteriyaların sayı 24 mln-a çatır. Qanqa çayında da 

patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır 

Patogenlə  yoluxma  ilə  üzvi  maddələrlə  çirklənmə  qarşılıqlı  əlaqədədir. 

Üzvi  maddələr  –  çirkləndiricilərin  ən  böyük  qrupu  sayılır.  Onlar  suya 

kanalizasiya çirkabları və ya nizamlanmış məişət axıntıları ilə həll olunmuş, 

yaxud  asılı  şəkildə  daxil  olur.  Bəzi  yerlərdə  sellüloz-kağız  və  yeyinti 

sənayesi  də  suyu  xeyli  çirkləndirir.  Üzvi  maddələrlə  çirklənmənin  coğrafi 

yayılması patogen yoluxmanın yayılması ilə tam uyğun gəlir. 

Çaylar  suda  həll  olan  oksigenin  sayəsində  xeyli  özünü  təmizləmə 

qabiliyyətinə  malkdir.  Çay  axımının  turbulent  rejimi  nəticəsində  oksigenin 

miqdarı  havadan  daim  doldurulur.  Çayda  üzvi  maddələrin  miqdarı  onun 

özünü  təmizləmə  qabiliyyətindən  artıq  olduqda  suyun  çirklənməsi  güclənir. 

Suyun  üzvi  maddələrlə  və  patogenlərlə  çirklənməsi  problemini  həll  etmək 

üçün  kompleks  tədbirlər  yerinə  yetirmək  lazımdır.  Bu  baxımdan  hövzəyə 

daxil  olan  çirkləndiricilərin  həcmini  azaltmaq,digər  tərəfdən  təmizləyici 

qurğuların tikilməsi əsas rol oynayır. 

nkişaf  etməkdə  olan  ölkələrdə  məişət  axıntılarının  həcminin  artması, 

çirkab  sularının  təmizləyici  qurğularının  aşağı  keyfiyyətdə  olmaması 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə